1 / 13

MÜHAZIRƏNIN MÖVZUSU: İTLƏR VƏ PİŞİKLƏR ÜÇÜN ÜMUMİ OLAN XƏSTƏLİKLƏR

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI. MÜHAZIRƏNIN MÖVZUSU: İTLƏR VƏ PİŞİKLƏR ÜÇÜN ÜMUMİ OLAN XƏSTƏLİKLƏR Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu

yovela
Download Presentation

MÜHAZIRƏNIN MÖVZUSU: İTLƏR VƏ PİŞİKLƏR ÜÇÜN ÜMUMİ OLAN XƏSTƏLİKLƏR

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏNDTƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: İTLƏR VƏ PİŞİKLƏR ÜÇÜN ÜMUMİ OLAN XƏSTƏLİKLƏR Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • Quduzluq • Aueski • Pasterelyoz • Salmanelyoz xəstəliklərinin etiologiyası, diaqnostikası, müalicə və profilaktikası.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • T.B.İsgəndərov, F.N.Nəsibov- Xırda heyvanların xəstəlikləri. Bakı-2009. • А.В.Матвеев- Болезни собак и кошек. Нижный Новгород-1997. • Гаскелл Р.М., Бениет М. –Справочник по инфекционный болезням собак и кошек. Москва, Изд. Аквариум, 1999. • Rzayev Ç., Səidov M., -Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975.

  4. Itlər və pişiklər üçün ümumi olan virus xəstəlikləri Quduzluq • Quduzluq iti gedişli, virus xəstəliyi olmaqla, insanlarda və heyvanlarda yüksək ölüm faizi ilə nəticələnə bilir. Xəstəliyi Rhabdoviridae ailəsinə mənsub olan virus törədir. Bu xəstəlik mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. • Etiologiya. Törədicisi tərkibində RNT saxlayan, Rhabdoviridae ailəsinin Lyssavirus cinsinə aid olan virusdur. Quduzluq virusunun ştammları öz patogenliyinə və mənşəyinə görə bir-birindən fərqlənir. Bu virus formalində, sabunlu və ammonyaklı məhlullarda tez inaktivləşir. Yüksək temperatura və işığa qarşı çox davamsızdır, ancaq aşağı temperaturlarda uzun müddət stabilliyni itirmir. • Epizootoloji məlumatlar. Antropozoonoz xəstəlik olub, bütün dünyada yayılmışdır. Bütün növ istiqanlı heyvanlar və hətta insanlar bu xəstəliyə yoluxa bilir. Hal-hazırda quduzluq xəstəliyinin əsas mənbəyi vəhşi yırtıcı heyvanlar (tülkülər, canavarlar və s.), itlər və pişiklər hesab edilir.

  5. Siçanlar və siçovullar isə əksər hallarda, virusdaşıyıcı olurlar, ona görə də pişiklər onları yedikdə xəstəliyə yoluxurlar. Heyvanların quduzluq virusuna həssaslığı çox dəyişkəndir və bir sıra amillərdən asılıdır: heyvanın yaşından, virusun dozasından və yoluxma yolundan və yerindən. • Xəstə heyvan sağlam heyvanı dişlədikdə tüpürcək vasitəsilə onu yoluxdurur. Yəni xəstəlik zamanı virusa yoluxma əsasən tüpürcəklə baş verir. Ancaq yoluxmanın alimentar və aerogen yollarının da olmasına baxmayaraq, onlar bir o qədər böyük əhəmiyyət kəsb etmir. Sağlam heyvan dişləndikdən bir sutka sonra onun miositləri artıq virusla yoluxur. Sonra virus sinir hüceyrələrinə, oradan isə mərkəzi sinir sisteminə sirayət edir. Bu prosesə təxminən 18 sutka vaxt tələb olunur. Baş beyinə çatmış viruslar orada irinsiz iltihabın inkişafına səbəb olurlar. Sonra proses «aşağıya doğru», yəni orqan və toxumalara, əsasən də, ağız suyu vəzilərinə və gözlərə keçir. Xəstəliyin bu mərhələsində heyvan xaricə virus ifraz etməyə başlayır. • Inkubasiya dövrü 14-60 sutkadan 12 ayadək davam edə bilər. Bir sözlə heyvanda xəstəliyin kliniki nişanələri görünənədək, o artıq yoluxucu olur. • Əlamətlər. Xəstəliyin klassik və atipik gedişini ayırd edirlər. Klassik gedişində üç mərhələ: prodromal, oyanma və paralitik mərhələlər mövcuddur.

  6. Prodromal mərhələ 1-4 sutka davam edərək, heyvanın xarici qıcıqlara yüksək həssaslığı ilə təzahür edir. Xəstəliyin bu mərhələsində heyvan özünü çox qeyri-taraz göstərir. O gah çox mehriban olur, gah da həddən artıq narahat olmaqla qorxu hissi görünür. • Oyanma mərhələsində isə heyvan çox aqressiv olmaqla, onda anomal iştaha yaranır. Bu əlamətlər mərkəzi sinir sisteminin patologiyasına dəlalət edir. Xəstədə hərəkət koordinasiyası pozulur, epileptik tutmalar baş verir. Belə xəstələr çox vaxt ancaq irəliyə hərəkət etməyə çalışırlar. Bu mərhələ də 1-4 sutka davam edir. • Paralitik mərhələdə xəstə heyvanda udlağın parezi, ağız suyu ifrazının güclənməsi və suyu içə bilməməsi (sudan qorxma) kimi əlamətlər özünü göstərir. Inkişaf edən parez və ifliclər 3-4 günə heyvanın ölümünə səbəb olurlar. • Xəstəliyin atipik gedişi xroniki olmaqla 3 aydan 1 ilədək davam edə bilir. Bu zaman əsas kliniki əlamətlər ishal, bağırsaqların parezi və bağırsaq keçməməzliyidir. Yaranan anoreksiya, kaxeksiya və parezlər uzun müddət heyvanın ümumi vəziyyətinin yaxşılaşması ilə əvəz olunur. Xəstəliyin bu formasına diaqnoz qoymaq çox çətindir. • Patoloji-anatomik dəyişikliklər. Pişiklərdə quduzluq zamanı hər hansı bir mikroskopik dəyişikliklər müşahidə edilmir. Ancaq onu qeyd etmək lazımdır ki, bəzən mədənin selikli qişasında iri damcılı qan sağıntıları görünür. Adətən mədə boş olur. Demək olar ki, həmişə, heyvan asfiksiyadan öldüyündən, ümumi venoz durğunluq və ağ ciyərlərin şişi qeydə alınır. • Quduzluğa xas olan mikroskopik dəyişikliklər isə bunlardır: irinsiz ensefalomielit, qanqlionevrit və ağız suyu vəzilərinin iltihabı. Baş beyinin ağ və boz maddəsində Babeş- Neqri düyünləri (qlial hüceyrə yığıntıları) aşkar edilir. Neyronların sitoplazmasında isə Babeş- Neqri cismcikləri yaranır.

  7. Qanqlionevritləin (onurğa ətrafı sinir kötüklərin iltihabı) inkişafı da quduzluğa xas olan əlamətlərdəndir. • Çənəaltı ağız suyu vəzilərinin epiteli hüceyrələrində distrofiki dəyişikliklər müşahidə olunur. • Diaqnoz. Hələ ölməmiş heyvanlarda diaqnoz anamnez məlumatlarına və kliniki əlamətlərə əsasən qoyulur. Quduzluğa dəqiq diaqnoz qoymaq üçün antitellərin flyuorosensiya üsulundan və bioloji sınaqdan istifadə edilir. • Quduzluğu toksoplazmozdan, pişiklərin infeksion peritonitindən, baş və onurğa beyin travmalarından, tiamin çatışmamazlığından, ağızda və udlaqdakı yad cismlərdən, həmçinin, ensefalopatiyadan təfriq edirlər. • Müalicə. Heyvanlarda müalicəsi işlənib hazırlanmayıb. • Profilaktika. Itləri və pişikləri quduzluqdan mühafizə etmək üçün onlara profilaktiki olaraq vaksin vururlar. • Küçüklərə 3 aylığında, itlərə isə ildə bir dəfə liofilləşdirilmiş antirabik fenolvaksin inyeksiya edilir. Xəstəliyə yoluxmuş itləri isə dərhal təcrid edib, utilə göndərirlər.

  8. Aueski xəstəliyi • Aueski xəstəliyi (yalançı quduzluq)- heyvanların iti gedişli infeksion xəstəliyi olub, mərkəzi sinir sisteminin və tənəffüs üzvlərinin zədələnməsi ilə səciyyələnir. Törədicinin orqanizmə daxil olduğu yerdə güclü qaşınma müşahidə edilir. • Etiologiya. Törədici tərkibində DNT saxlayan virusdur- Herpesvirus suis. O, Herpesviridae ailəsinə mənsubdur. Bu virus ultrabənövşəyi şualara, 500C-dən yuxarı temperatura və tripsinə qarşı davamsızdır. 5%-li formalin onu 3-4 dəqiqəyə inaktivləşdirir. Ancaq soyuqda bu virus konservləşir, 1-40C temperaturda 150 gündən 3 ilədək qala bilər. • Epizootoloji məlumatlar. Aueski xəstəliyinin təbii mənbəyi donuzlar və siçovullar hesab edilir. Pişiklər isə sporadik yoluxurlar. Itlər və pişiklər adətən donuzlarla təmasda olduqda və yoluxmuş əti yedikdə yoluxurlar.

  9. Əlamətlər. Xəstəliyin başlanğıcında qızdırma, tənəffüsün tezləşməsi və yemdən imtana kimi əlamətlər görünür. Itlər və pişiklər narahat olurlar, qorxurlar və bəzən də onlarda oyanıqlıq görünür. Xəstə heyvan yad cismləri gəmirir, çox vaxt isə öz arxa ətraflarını dişləyir (yalançı quduzluq əlaməti). Əksər hallarda anoreksiya və qusma müşahidə edilir. Aueski xəstəliyi çox tez inkişaf edir. Belə ki, 1-2 günə xəstə heyvanda, artıq mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri görünür. • Diaqnoz. Dəqiq diaqnoz qoymaq üçün biosınaqdan istifadə edirlər. Quduzluqdan, listeriozdan və iti gedişli zəhərlənmələrdən təfriq edilməlidir. • Müalicəsi az effektlidir. Xəstəliyin başlanğıcında 10-25 ml hiperimmun zərdab inyeksiya edirlər. Həmçinin, 10-20 ml dozada spesifik qamma-qlobulinin inyeksiysından da yaxşı nəticə əldə etmişlər. Xəstələrdə həddən artıq oyanma müşahidə edildikdə relanium, fenobarbital və ya aminazin tətbiq edilir. • Profilaktika. Itlərə və pişiklərə çiy halda subməhsullar verilməməlidir. Əsas profilaktiki tədbir isə itlərə Aueski xəstəliyi əleyhinə vaksinin vurulmasıdır.

  10. Pasterellyoz • Infeksion xəstəlik olub, Pasteurella cinsinə mənsub olan bakteriyalar tərə-findən törədilir. Xəstəlik pnevmoniyalar və bəzən də otitlərlə özünü göstərir. • Etiologiya. Törədicisi Pasteurella multocida hesab edilir. Pasterelyoza küçüklər və pişiklər yoluxur. Yoluxma əsasən kontakt və alimentar yolla baş verir. Küçüklər və cavan itlər əsasən, məcburi kəsilmiş heyvanların ətini yedikdə yoluxurlar. Pasterelyoz əksər hallarda başqa virus və bakterial mənşəli xəstəliklərlə birgə özünü göstərir. • Əlamətlər. Inkubasiya dövrü 2 sutkadır. Itlərdə və pişiklərdə pasterelyoz subfibril qızdırma, yemdən imtina, pnevmoniya, plevritlər və limfadenitlər kimi əlamətlərlə səciyyələnir. Pişiklərdə pasterelyoz otitlərin inkişafına səbəb olur. Bəzən, ağır gedişdə meninqitədək mürəkkəbləşir. • Müalicə. Pasterelyozla xəstələnmiş itləri və pişikləri antibiotiklərin (tetrasiklin qrupu, ftorxinolonlar) və qeyri-spesifik immun-stimulyatorların köməkliyi ilə müalicə edirlər. • Profilaktika. Bu xəstəliyə qarşı spesifik profilaktika vasitələri hazırlanmayıb.

  11. Salmonelyoz • Salmonelyoz südəmər küçüklərin iti gedişli, yüksək kontagiozlu xəstəliyi olub, Salmonella cinsinə mənsub bakteriyalar tərəfindən törədilir. Mədə-bağırsaq sisteminin zədələnməsi, pnevmoniyaların və sepsisin əmələ gəlməsi ilə səciyyələnir. • Etiologiya. Törədici salmonella qrupuna aid olan bakteriyadır. Itlərdə salmonellaların aşağıdakı növlərinə təsadüf edilir: Salmonella typhimurium, S.Dublin, S.infantis, S.enteritidis, S.paratyphi B., S.Heidelberg, S.thompson və Salmonella panama. Ancaq əksər hallarda Salmonella typhimurium, S.Dublin və S.infantis ayırd edilir. Salmonellaların heyvan orqanizmində əsas məskunlaşma yeri bağırsaqlardır. • Salmonellalar xarici mühit amillərinə davamlıdırlar. Onlar suda 120 sutkayadək, torpaqda 9 ayadək, dondurulmuş ətdə və yumurtada isə 13 ayadək qala bilirlər. Onlardan ən davamlısı isə Salmonella typhimurium hesab edilir. Dezinfeksiyaedici vasitələr salmonelyozun törədicisini məhv edir.

  12. Epizootologiyası. Xəstəlik ilin bütün fəsillərində baş verə bilər. Törədicilərin əksəriyyətinin təbii mənbəyi insan və heyvanlar (balıqlar və quşlar, sürünənlər və suda-quruda yaşayanlar daxil olmaqla) hesab edilir. • Yoluxma əsasən alimentar yolladır, bəzən kontaktla da baş verir. Heyvan çoxlu miqdarda xəstəlik törədicisini qəbul etdikdə yoluxma baş verir. Ancaq xəstəlik o zaman yaranır ki, törədicinin virulentliyi yüksək, orqanizmin immun statusu və mədə-bağırsaq sisteminin yerli müdafiə reaksiyası isə zəif olur. Əsasən südəmər və ya analarından yenicə ayrılmış küçüklər və pişik balaları bu xəstəliyə yoluxurlar. • Infeksiya mənbəyi insanlar və heyvanlardır. Itlər və pişiklər yemlə, kalla, su ilə yoluxurlar. Ət kombinatı tullantılarının zibilliklərə tökülməsi xəstəliyin yayılmasını sürətləndirir. Salmonelyyozun əsas ehtiyat saxlanma yeri isə ev quşları, vəhşi quşlar və gəmiricilər hesab edilir. • Əlamətlər. Inkubasiya dövrü 3-5 gündür. Salmonelyozun aşağıdakı formaları ayırd edilir: bakteriyadaşıyıcılıq, qastroenteral və septikopiemik. • Bakteriyadaşıyıcılıq salmonelyozun subklinik formasıdır. • Qastroenteral formada xəstəliyin başlanğıcı iti gedişli olur. Heyvanda zəiflik müşahidə edilməklə, temperaturu 410C-dək yüksəlir. Sonra ishal yaranır. Nəcis duru və selikli olur. Bəzən xəstəlik ümumi intoksikasiya ilə özünü biruzə verir. • Septikopiemik forma sepsisin salmonelyoz etiologiyalı növüdür. Xəstəlik qastroenterit əlamətləri ilə başlayır. Uzunmüddətli qızdırma, iştahanın olmaması və ümumi zəiflik kimi əlamətlər yaranır. Bəzən mərkəzi sinir sistemi də zədələnir və bu zaman xəstədə vaxtaşırı tutmalar baş verir. Sonra xəstəlik inkişaf etdikdə, bağırsaq keçməməzliyi və şok vəziyyət yaranır. Bu mərhələdə çox vaxt heyvan ölür.

  13. Diaqnoz. Kliniki əlamətlərə, epizootoloji məlumatlara və patoloji-anatomik dəyişikliklərə diqqət yetirilir. Əsas diaqnostika üsulu isə bakterioloji müayinələrdir. Bu müayinələrdə törədicinin təmiz kulturası alınır və o təfriq edilir. • Bakterioloji müayinələr üçün parenximatoz orqanlardan, selikli axıntılardan və borulu sümüklərdən nümunələr götürülür. • Xəstəliyi parvoviruslu enteritdən, kolibakteriozdan və helmintozlardan təfriq edirlər. • Müalicə. Əsas müalicə tədbiri toksikozun aradan qaldırılmasına yönəldilir. Xəstəliyin yüngül gedişində bakteriofaqdan, entereseptoldan, furadonindən və izotonik duz məhlulundan istifadə edirlər. • Ağır gedişdə isə antibiotiklər təyin olunur. Heyvanın hər kq diri kütləsinə gündə 3-4 dəfə 0,02-0,03 q levomisetin, 20-30 mq tetrasiklin, gündə 3 dəfə 5-10 mq neomitsin və sulfanilamid preparatları verilir. Daxilə gündə 3-4 dəfə 0,1-0,5 q ftalazol, həmin dozada gündə 2 dəfə sulqin və yemlə hər kq diri kütləyə gündə 2 dəfə 10 mq furazalidon təyin olunur. Son zamanlar xəstə küçüklərin müalicəsində ftorxinoldan geniş istifadə edilir. • Xəstə heyvanın təbii rezistentliyini yüksəltmək məqsədilə, onlara tez həzm olunan yemlər –süd məhsulları verirlər. Onların suyuna isə kalium- hipermanqanat əlavə edirlər. • Profilaktika. Xəstə heyvanları təcrid edib, onların saxlandığı yeri və qulluq aliətlərini dezinfeksiya etmək lazımdır. Dezinfeksiya üçün 3%-li formaldehid, 7%-li dempa və 4%-li xlorlu əhəng məhlulları işlədilir.

More Related