b olog ya xt sasi zr m kolog ya kursu n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU PowerPoint Presentation
Download Presentation
BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU

Loading in 2 Seconds...

play fullscreen
1 / 88

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU - PowerPoint PPT Presentation


  • 277 Views
  • Uploaded on

BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. www.themegallery.com. Mövzu 1. Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri, təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov.

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

PowerPoint Slideshow about 'BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU' - rhonda-graham


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript
b olog ya xt sasi zr m kolog ya kursu

BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU

AZƏRBAYCANDÖVLƏT

AQRAR UNİVERSİTETİ

www.themegallery.com

slide2

Mövzu 1.

Giriş. Mikologiya bir elm kimi, onun məqsəd və vəzifələri,

təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

  • Kənd təsərrüfatı elmləri doktoru,
  • professor İbrahim Cəfərov
slide3

P L A N

1. Mikologiyanın predmeti və vəzifələri.

2. Mikologiya ümumi elmlər sistemində:onun fitopatologiya,

tibb, texnika və başqa bioloji elmlərlə əlaqəsi.

3. Mikologiyanın inkişaf tarixinə baxış.

4. Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

slide4

Əsas ədəbiyyatlar

1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s.

2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с.

3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с.

4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с.

slide5

Köməkçi ədəbiyyatlar

1.Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s.

2. Adil Sadiqov Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: “Elm”, 2007, 124 s.

3.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с.

4.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург: Амфора, 2009, 269 с.

5.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с.

6.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт, 2012, 445 с.

7.Тихомиров Ф.К. Ботаника. 2-е изд., перераб. Москва: «Высшая школа», 1968, 414 с.

slide6

Mikologiyanın predmetivə

vəzifələri

Mikologiya yunansözüolub,

mykes – göbələk, logos-elm,

təlim deməkləgöbələklər haqqındaelmdir.

slide7

Mikologiyanın predmeti –

göbələklərdir.

Botanikanın bir bölməsidir.

Ağ göbələk - Boletus edulis

slide8

Yer donbalanı – Tuber

Yer donbalanı – Tuber

Ağ yer donbalanı – Tuber magnatum

slide12

Mikologiyanın əsasvəzifəsi:

morfologiya

biokimya

sistematika

ekologiya

GÖBƏLƏKLƏRİN

coğrafiya

biologiya

fiziologiya

filogenezini

öyrənməkvə insanın həyatında rolunuaydınlaşdırmaqdan ibarətdir

slide13

Təbiətdə 100000 mindən artıq göbələyə rast gəlinir

İngilis alimi Tomas Lesso göstərir ki, göbələklər aləmində növlərin sayı 1,5 milyona yaxındır

Mikoloqlar təsdiq edirlər ki, yalnız 80000 göbələk növü qanuni şəkildə qeydə alınmış və təsvir edilmişdir, bu isə mövcud göbələklərin yalnız 5%-i təşkil edir.

slide14

K.V.Popkova (2005) göstərir ki, bu gün dünyada qeydə alınan göbələklərin 5000 növü bitkilərdə parazitlik edir və onlar fitopatogen göbələklər adlanırlar.

slide15

Fitopatogen göbələklər

Sphaerotheca pannosa

f. rosae

Ustilago zeae

slide16

Fitopatogen göbələklər

Taphrina deformans

Cercospora beticola

slide17

bakteriyalarla birlikdə üzvi qalıqları parçalayaraq torpaqəmələgətirmə, torpağın münbit qatı olan humusun formalaşmasında fəal iştirak edirlər.

heyvan və bitkilərdə parazitlik edərək, onlarda müxtəlif xəstəliklərə səbəb olurlar, məsələn, bitkilərdə pas və sürmə xəstəlikləri.

Göbələklər

kənd təsərrüfatı məhsullarında yerləşərək, xammal və yarımfabrikatların çürüməsinə, hətta intoksikasiyasına səbəb olur

slide18

Oduncaq dağıdan göbələklər

Phellinus tremulae

Lentinus lepideus

slide19

Göbələklərin vegetativ bədəni mitseldən- güclü budaqlanan hiflərdən ibarətdir.

hif

Göbələklərin əksəriyyətində xüsusi qidalanma orqanı yoxdur və onlar qida maddələrini bütün bədən səthi ilə əldə edirlər.

mitsel

slide20

Osmotrof qidalanma xüsusiyyəti göbələyi bütün vegetativ bədəni ilə substrata maksimum yüklənməyi tələb edir, bu halda isə yayılma çətinləşir, göbələk yeni substratları əhatə edə bilmir.

Göbələyin çoxalma sporları xüsusi mitsel strukturları vasitəsilə substratın üzərinə çıxarılır.

Göbələk hifi

Bitki

hüceyrəsi

Bitki hüceyrəsinin divarı

Qaustoriya

slide21

Göbələklər üçün ümumi yaşayış yeri olan meyvə bədənləri daxildə formalaşırlar

Peritesi

Apotesi

Kleystotesi

slide22

Göbələklər enerji almaq üçün mürəkkəb üzvi birləşmələrdən istifadə edirlər.

Böyük molekulyar kütlə hüceyrə örtüyü vasitəsilə sahibin toxumasına daxil ola bilmir.

Göbələklər yüksək molekullu polimerləri (polisaxaridlər, nuklein turşuları, zülallar və başqaları) hüceyrəyə daxil olma qabiliyyətli ayrı-ayrı monomerlərə qədər parçalayırlar.

slide23

Mikologiya ümumi elmlər sistemində, onun

fitopatologiya,tibb, texnika və başqa bioloji

elmlərlə əlaqəsi

Botanika

Fitopatologiya

Mikologiya

Tibb

Sənaye

Mikrobiologiya

Texnika

slide24

Mikologiyanın inkişaf tarixinə baxış

xlorofildən məhrumdur

saprotrof və ya parazit

qidalanırlar

Göbələklər

əhatəli orqanizm qrupudur, burada 100000 mindən çox növ birləşmişdir

slide25

Yunan dilində şampinyon göbələklərin adı “mikos” adlanır və bu haqda qədim yunan mənbələrində bizim eraya qədər III əsrdə Teofrastın əsərlərində xatırlanır. Elə göbələyin latın adı “mikota” və ya “mycetes” də başlanğıcını mikos sözündən götürmüşdür.

slide26

Rus dilində göbələk “губы” adlandırılmışdır. “Göbələk” və ya “грибы” adı yalnız XV əsrin sonu və ya XVI əsrin əvvəllərində meydana çıxmışdır. Linqvistlərin mülahizələrinə görə bu söz qədim rus sözü “гьрб”-dan götürülmüşdür. Rus torpağında XVI və XVII əsərlərdə hər iki ad işlənmiş, XVIII əsrin əvvəllərində meydana çıxan “грибы” sözü rus dilinin lüğətinə daxil olmuşdur.

slide27

Bəzi mənbələrə görə Azərbaycanda da göbələklər haqqında bilgilər hələ XI əsrdən məlumdur. Adil Sadıqov (2007) yazır ki, XI əsrdə Şamaxıda böyük alim Kafiəddin Şirvaninin yaratdığı Tibb Akademiyasında bir sıra xəstəliklərin müalicəsində müxtəlif tərkibli dərmanlarla yanaşı, “yaşıl kif” də (penisillin) yaraların müalicəsində tətbiq olunurdu.

slide28

Teofrastdan sonra göbələklər haqqında xatırlamalara bir sıra qədim Roma klassiklərində Dioskorida, Böyük Pliniy rast gəlinir. Bu alimlər onlara məlum olan iri göbələkləri təsvir etmiş, bəzi xassələrini göstərmişlər.

slide29

Pliniy Böyük “Təbii tarix” əsərində göbələkləri yeyilən və yeyilməyənlərə ayırmaqla onların ilk təsnifatını verməyə cəhd etmişdir. Göbələklərin təsnifatına belə yanaşma onu göstərir ki, Qədim Romada göbələklər artıq ərzaqlıq məhsul kimi geniş istifadə olunurdu. Həmin dövrdə muxomor cinsindən olan Sezar göbələyi məşhur idi.

slide31

Məşhur Avstriya botaniki XVI əsrin sonu XVII əsrin əvvəllərində Kluzius 100 növdən artıq göbələyi təsvir etmiş, həmin dövr üçün vacib olan göbələklərin şəkillərini çəkmiş və onu “Kluziusun Kateksi” adlandırmışdır.

1729-cu ildə italyan alimi Mikeli vacib bir kəşf etdi: papaqlı göbələklərdə sporları gördü və onları “toxum” kimi təqdim etdi, göstərdi ki, onlar bu toxumlarla çoxalırlar.

Fransız botaniki Dyutroşe papaqlı və başqa göbələklər yalnız meyvələrdir, onlar isə yerin altında olan budaqlanan hiflərdən əmələ gəlir. Həmin hifləri biz indi mitsel adlandırırıq.

slide32

Alman botaniki X.Bokun “Otluqda” 1595-ci il kitabında göbələklərə cəmi bir fəsil ayrılmış, həmin fəsildə isə 10-a qədər papaqlı və qov göbələklərinin təsviri verilmişdir.

slide33

Mikeli ilk dəfə göbələklərdə sporları aşkar etdikdən sonra, onları toxum adlandırdı.

Spor adı isə 1778-ci ildə alman botaniki Qedviq tərəfindən təklif olunmuşdur.

spor

Spordan hifin inkişafı

slide34

XVII əsrdə Huk və Malpigi kimi mikroskopçular mikroskop altında pas göbələklərini müşahidə etdilər. Lakin pas göbələklərinin əmələ gəlməsini yarpağın özünün şəkildəyişməsi kimi izah etdilər.

1833-cü ildə Frans Unqerin “Bitkilərdə səpgilər” kitabında parazit mikroskopik göbələklər haqqında oxşar nəzəriyyə inkişaf etdirilmişdir. Unqer yazırdı: “Şirənin xəstəlik vəziyyəti xəstəliyin səbəbidir, göbələk orqanizmləri – nəticədir”.

Yalnız İsveç botaniki E.Friz (1794-1878) ilk dəfə bitkilərin xəstəlik törədicilərinin mikroskopik göbələklərə aid olduğunu və xəstəlik bitki hüceyrəsindən başlayır fikrini təsdiq etdi.

slide35

Karl Linney - İsveç təbiətşünası

(1707 – 1778)

Karl Linney 1735-ci ildə yazdığı “Təbiətin sistemi” kitabında 95 növ göbələyi təsvir etmiş, lakin təsnifləşdirə bilməmişdir. O zaman alim yazırdı: “Göbələklərin sırasında xaos var”.

slide36

E.Friz – Niderland botaniki

(1848–1935)

E.Frizin 1821-1832-ci illərdə yazdığı “Mikologiyanın sistemi” adlı fundamental kitabda bir neçə min göbələk növləri təsvir edilmişdir.

slide37

Anton de Bari – Alman morfoloq,

mikoloq və anatomu

(1831–1888)

Sürmə, pas, kartofda fitoftoroz kimi əhəmiyyətli parazit göbələklərin öyrənilməsi, eksperimental xarakterli işlərin aparılması istiqaməti fransız botanikləri Tülyan qardaşlarına və alman alimi Anton de Bariyə məxsusdur. Anton de Bare haqlı olaraq “Mikologiyanın atası” hesab olunur.

slide38

A.Sakkardo - İtalyan

botaniki və mikoloqu

(1845 – 1920)

İtalyan alimi P.A.Sakkardo 1882-1931-ci illərdə 25 cildlik kitablarını həmin dövrdə mövcud olan 80 minə qədər göbələyin latın dilində təsvirinə həsr etmişdir.

slide39

M.S.Voroninin- Rus botaniki,

mikoloqu və fitopatoloqu

(1838 - 1903)

Rusiyada mikologiyanın inkişafı (1838-1903) adı ilə bağlıdır. Onu haqlı olaraq rus mikologiyasının atası adlandırırlar. Tədqiqatçının kələmdə kila, günəbaxanda pas, bir sıra tərəvəz bitkilərində ağ çürümə xəstəliklərinin törədiciləri olan göbələklər haqda verdiyi bilgilər bu gün də aktuallığını saxlayır.

slide40

S.Q.Navaşin – rus botaniki

(1857 - 1930)

S.Q.Navaşin bir çox göbələklərin inkişaf tsikllərini öyrənməklə mikologiya elminə müəyyən töhfələr vermiş, bu sahədə akademikliyə qədər yüksəlmişdir.

slide41

A.A.Yaçevski – rus botaniki, mikoloqu

və fitopatoloqu

(1863 - 1932)

A.A.Yaçevski 1915-ci ildən başlayaraq bütün ölkə üzrə bitki xəstəlikləri haqqında məlumatları toplayaraq «Mikologiya və fitopatologiya üzrə materiallar» nəşr etdirməyə başladı. A.A.Yaçevski eyni zamanda bütün dünya mikoloq və fitopatoloqları tərəfindən qəbul edilən məşhur kitabların müəllifidir: «Rusiyada dənli taxıllarda pas», «Fitopatologiya (bitkilərin xəstəlikləri)», «Göbələklərin təyini», «Mikologiyanın əsasları» və başqaları.

slide42

N.A.Naumov – Rus botaniki, mikoloqu

və fitopatoloqu

(1888 – 1959)

N.A.Naumovun 25 cinsə daxil olan 200-dən çox göbələk növünü təsvir etmişdir. O eyni zamanda mikoloq və fitopatoloq kadrlarının yetişməsinə böyük diqqət verirdi: «Mikoloji və fitopatoloji tədqiqat üsulları», «Leninqrad vilayətinin göbələk florası», «Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri» kitabları bunun üçün bir vasitə idi.

slide43

Amerikan mikoloqlardan (1850-1942) bir sıra botaniki və mikoloji taksonların müəllifidir. Botanik nomenklaturada bu adlar “Artur” ilə tamamlanır.

Artur Cozef Çarlz

(1850-1942)

slide44

Bert Eduart Anqus amerikalı mikoloq olmaqla Şimali Amerikanın bazidial göbələklərini öyrənmişdir.

Bert Eduart Anqus (1859 - 1939)

slide45

Rolf Zinger alman mənşəli botanik alim Qərbi Avropa, SSRİ, ABŞ, Argentina və Çilidə işləmişdir. XX əsrin ən görkəmli mikoloqlarındandır. Aqar göbələklərinin sistemini işləmiş, 2450 yeni göbələk növü təsvir etmişdir. 9 dildə nəşr edilən 400 əsərin müəllifidir.

Rolf Zinger

(1906-1994)

slide46

Şveynits Lyus Devid (1780-1834) Şimali Amerika mikologiyasının atası adlandırılır. Alman mənşəli mikoloqdur. Şimali Amerikada 4000 minə qədər göbələk növünü təsvir etmişdir.

slide47

Təbiətdə və insan həyatında göbələklərin əhəmiyyəti

Torpaq göbələkləri vahid taksonomik qrup deyil, onlar ən müxtəlif ekoloji - trofik qruplara mənsubdurlar:

mikoriza

əmələ

gətirənlər

saprotroflar

yırtıcı göbələklər

bitki

patogenləri

Hamısının vahid yaşayış məskəni – torpaqdır

slide48

Göbələk hiflərininmiqdarı torpaqda

çox zəngindir

Qarışıq meşə sahəsinin 1 qram torpağında 600 minə çatır, elə həmin miqdar torpaqda mitsel hiflərinin ümumi uzunluğu bir neçə yüz metrlərlə ölçülür.

Bəzi meşə torpaqlarının bir hektarının 4-5 sm dərinliyində göbələk biokütləsi

50-320 kq-a çatır.

Çox quru səhra qumlarında da göbələklər qeydə alınır.

slide49

Göbələklərəksər torpaq tiplərində əsasən torpağın5-10sm dərinliyindətoplanırlar

Torpaqda külli miqdarda üzvi maddələr toplanır, burada rütubət və havalanma da optimaldır

Torpaq göbələklərinin əksəriyyəti üçün 24-28°C temperatur optimal hesab edilir

Aspergillus, Mucor, Humicola kimi cinslərə daxil olan növlər 35-40°C-də yaşayırlar, onlara termofil göbələklər deyilir

slide50

su

radiasiya

günəş

Torpaq göbələklərinin yayılmasında göstərilən amillər rol oynayır:

temperatur

slide51

Əgər təbiətdə göbələklər olmasaydı, bütün yer səthi bitki qalıqları ilə örtülərdi.

slide52

Meşənin mərtəbələri

ağaclar

kolluqlar

kolcuqlar və otlar

mamırlar və şibyələr

slide53

Meşənin adi görünüşü

Tökülən yarpaqlar,

köhnə ot qalıqları,

quru budaqlar

slide58

Torpaq göbələkləri üçün ən yaxşı yaşayış obyektlərindən biri bitkinin kök üstü və ya kökətrafı zonasıdır, buna rizosfer də deyilir.

1904-cü ildə alman alimi L.Qiltner bəzi ot bitkilərinin kökətrafı sahəsini öyrənərkən burada çoxlu miqdarda mikrobların mövcudluğuna diqqət yetirdi, halbuki, kökdən kənar sahədə belə mikroblar qeydə alınmırdı. Onun fikrinə görə bu təsadüfi hal deyildir, ona görə ki, ali bitkilərin kök sistemi yüksək bioloji fəallığı ilə fərqlənirlər. Qiltner tərəfindən mikrobların yüksək miqdarı ilə fərqlənən və köklərə yaxın zona rizosfer adlandırıldı.

slide59

Mikoriza adlı bu kəşf Avstriya alimi S.Reyssekə məxsusdur. Alim bu kəşfi 1847-ci ildə etmişdir. O hətta köklərdən göbələk mitselini ayırmağa və onu becərməyə cəhdlər etmişdir. Həmin dövrdə tədqiqatçıların əksəriyyəti hesab edirdilər ki, göbələk bitki köklərində parazitlik edir.

slide60

Birgə təkamülün gedişində göbələklər və ağaclar mürəkkəb qarşılıqlı münasibətlər qurmuşlar, bu zaman hər iki orqanizm qarşılıqlı fayda alır

slide63

Göbələkləri meşənin

  • düşməni
  • və sanitarı hesab edirlər
slide64

Nəticədə bitkilərdə maddələr mübadiləsi pozulur, məhsuldarlıq aşağı düşür, bəzən xəstəlik bitkinin məhvi ilə sonuclanır

  • Mikroskopik və makroskopik göbələklər müxtəlif ağac, kol, yabanı bitən ot və becərilən bitkilərdə xəstəliklər törədirlər
slide65

Zərərvermə xarakterinə görə göbələkləri müxtəlif

qruplara bölürlər:

II qrupa daxil olan göbələklər korroziyalı çürüməyə səbəb olmaqla liqnin maddəsini parçalayırlar

I qrupa daxil olan göbələklər destruktiv çürümə törədir, sellülozanı dağıdır, oduncağın rəngi dəyişir, qonur çürümə baş verir

Keçmiş SSRİ-də ağac dağıdan 852 növ göbələk - makromisetlər qeydə alınmışdır. Bütün bunlarla yanaşı göbələklər həm də meşənin sanitarıdırlar.

slide66

Kornolus

Kornollelus

İynəyarpaqlı ağac cinslərinin oduncağının parçalanması prosesində iştirak edən göbələklər cinsləri

Enliyarpaqlı ağac cinslərinin

oduncağının parçalanması prosesində iştirak edən göbələk cinsləri

  • Stereum

Fomes

Korpollelus

Piptoporus

Gleofillum

Fomitopsis

slide67

Avropada 500 növü

Yeməli

göbələyin

Keçmiş İttifaqda 300-ə qədər növü

Rusiya, Ukrayna, Belarusda hər il cəmi 10-15 göbələk növü

Azərbaycanda isə 4-5 növü istifadə edilir

slide68

Göbələk tərkibinin 84-94%-ni su

Azotlu maddələr göbələyin quru kütləsinin 15-60%-dir. Onların isə 70%-i zülallardır.

Zülal maddələri şampinyonlarda 44%

Ağ göbələkdə 43,69%

Sancada 31,42%

Tozanaqlarda 32, 06%-dir.

Tozanaqlarda 32,06%-dir

Adi şampinyonda 18

  • Ağ göbələkdə isə 22 amin turşusu olduğu aşkar edilmişdir.
slide69

Dünyanın 70-dən çox ölkəsində şamoinyon-Agaricus bisporus becərilir.

  • Təxminən istixananın 1 m²-dən 15 kq-a qədər göbələk toplanır.
  • İnsanların göbələyə olan tələbatının 75-80%-i şampinyon göbələklər hesabına ödənilir.
slide70

Şampinyonların əsas istehsalçısı ABŞ-dır, dünya şampinyon istehsalının 25%-i onun üzərinə düşür.

İkinci yerdə Fransa gəlir, burada hər il 200 min tondan çox məhsul istehsal edilir.

Böyük Britaniya, Niderland, Polşa, Cənubi Koreya, Tailand və s. iri istehsalçılar sırasındadır.

Son illər şampinyon istehsalı Azərbaycanda da dinamik inkişaf edir.

slide71

Özünü yoxlama üçün mövzuya

aid test sualları

1. Mikologiya nə sözüdür və nə deməkdir ?

a) yunan sözü olub, bakteriyalar haqqında elmdir

b) latınsözüolub, virusları öyrənir

c) yunansözüolub, göbələklər haqqındaelmdir

d) yunansözüolub, bitkininhüceyrəviquruluşunuöyrənir

e) latınsözüolub, fitoplazmaları öyrənir

slide72

2. Mikoloqlar neçə göbələk növünün qanuni

şəkildə alınmasını təsdiq edirlər?

250 min

100 min

1,5 milyona yaxın

80 min

5 min

slide73

3. Fitopatogen göbələklərin sayı

nə qədərdir?

5 min

10 min

1 milyondan çox

70 min

fitopatogen göbələklər yoxdur

slide74

4. XVIII əsrdə yaşayan fransız botaniki

P.Veyan göbələkləri necə

adlandırmışdır ?

təbiətin düşməni

meşənin sanitarı

əjdahanın ixtirası

torpağın kotanı

mədənu bitkilərin qənimi

slide75

5. Göbələklərin vegetativ bədəni

nədən ibarətdir?

güclü budaqlanan mitsel hiflərindən

hemmilərdən

blastosporlardan

sadə konididaşıyanlardan

zoosporangilərdən

slide76

6. Mikologiya ilə hansı elmlər

əlaqəlidir ?

entomologiya

zoologiya və balıqçılıq

mikrobiologiya, fitopatologiya, botanika,

tibb və s.

d) yalnız baytarlıq

e) əkinçilik, torpaqşünaslıq, aqrokimya

slide77

7. Yunan dilində şampinyon göbələklər

necə adlanır?

mikobiota

mikoflora

mikos

asko

mycetes

slide78

8. Azərbaycanda göbələklər haqqında ilk

bilgilər neçənci əsrə təsadüf edir ?

XX əsr

XIX əsrin sonu XX əsrin əvvəlləri

XVII əsr

XI əsr

bizim eradan əvvəl I əsrdə

slide79

9. Pliniy Böyük hansı əsərində göbələkləri

yeyilən və yeyilməyənlərə ayırmışdır?

Kaftar həlqələri

Təbii tarix

Təbiətin dialektikası

Yaşıl kif

Otluqda

slide80

10. 95 növ göbələyi təsvir edən hansı alim

və neçənci ildə onları təsnifləşdirə

bilməmişdir?

K.Linney, 1735-ci il

R.Huk, 1747-ci il

A.Bari, 1861-ci il

E.Friz, 1821-ci il

F.Unger, 1833-cü il

slide81

11. Mikologiyanın inkişafı üçün əsas

yaratmış alim kimdir?

A.Yaçevski

N.Naumov

Ş.Tülyan

E.Friz

P.Sakkardo

slide82

12. Rus mikologiyasının atası adlandırılan

alim kimdir?

M.Voronon

A.Yaçevski

N.Naumov

V.Tranşel

K.Popkova

slide83

13. Torpaq göbələklərinin sayı nə

qədərdir?

30 min

yoxdur

75 min

1000-ə yaxın

10 min

slide84

14. Hansı termofil göbələk cinslərini

tanıyırsınız?

Aspergillus, Mucor, Humicola

Uncinula, Ustilago

yalnız Humicola

bütün göbələklər

şampinyon göbələklər

slide85

15. Rizosferi öyrənən alman alimi?

L.Qiltner

A.Bari

E.Müller

B.Lefler

R.Zinger

slide86

16. Destruktiv çürümə nəticəsində hansı

maddə dağılır?

qlükoza

sellüloza

amiloza

amiloza və fruktoza

glyükan

slide87

17. Avropada yeməli göbələklərin

sayı neçədir?

500

300-ə qədər

10-15

4-5

göbələklərin hamısı yeyiləndir