1 / 21

gender beraberliyi

Neftçalada keçirilmiş telimlere hazirlanmiş gender beraberliyi movzusunda derslik

ZumrudM
Download Presentation

gender beraberliyi

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Neftçala Qadın Resurs Mərkəzi Gender bərabərliyi və məişət zorakılığı mövzusunda M Ə R U Z Ə

  2. 1. Giriş Hörmətli qadınlar, Hər kəsi xoş gördük. Sizinlə cəmiyyətin ən həssas mövzusu * Məişət zorakılığı və gender bərabərsizliyi* haqqında danışmaq istəyirəm. Qadın – bəşəriyyətin ən müqəddəs varlığıdır, qadın anadır. Qadın, əsrlər boyu qayğıların ağırını çiynində çəkərək öz gücünü, bacarığını cəmiyyətə sübut etmişdir. Qadın evdə, ailədə problemi ilk görən, həllinə çalışan, cəmiyyətə övlad yetişdirən bir fədaidir. Amma nədənsə zorakılığa məruz qalan, haqqı – hüququ tapdanan məhz elə qadınlardır. Acınacaqlı haldır ki, bu hallar hələ də davam etməkdədir. Zorakılıq deyəndə nə başa düşürük?- Fiziki zorakılıq, mənəvi zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıq, seksual zorakılıq.

  3. 1) Fiziki zorakılıq - qarşı tərəfə fiziki cəhətdən zərərin toxunması, qarşı tərəfə xəsarətin toxunması deməkdir. 2) Mənəvi zorakılığa - qarşı tərəfin mənəviyyatının alçaldılması, təhqir olunması aiddir. 3) Psixoloji zorakılıq - insan əsəblərinin pozulmasına, hətta intihara belə səbəb ola bilən bir haldır. 4) İqtisadi zorakılıq - dedikdə onun iqtisadi və maddi imkanlarına zərər vurulması nəzərdə tutulur. 5) Seksual zorakılıq - qarşı tərəfin razılığı olmadan onu cinsi əlaqəyə təhrik etməkdir.

  4. Bundan başqa gündəlik həyatımızda rastlaşdığımız – erkən nigahlar, hansı ki qızlarımızın sağlamlığına ciddi ziyan vurur, qızların təhsildən yayındırılması, təəssüf ki, belə hallar hələ də müşahidə olunur və sair elə zorakılığa bir sübutdur. Son vaxtlar hamımızın çox rast gəldiyi bir problem də var. Bu *Gender bərabərsizliyidir*. Gender bərabərsizliyi - qadın və kişi hüquqlarının bərabərsizliyidir. Bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar, ictimai birliklər maarifləndirmə işləri aparsalar da, hələ də qadın zorakılığı mövcuddur. Bu zorakılıqların baş verməsinin əsas səbəbi, qadının cəmiyyətdə hüquqlarını bilməməsidır. Qadınların hüquqlarının tapdalanması, onların şəxsiyyətinin alçaldılması, cəmiyyətdə hökm sürən hüquqi məlumatsızlıq, insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır. Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, onların ictimai həyatda, iqtisadi və sosial inkişafın bütün sahələrində bərabər hüquqlarının gerçəkləşdirilməsi üçün keçirilən tədbirlər, seminarlar əhəmiyyətli rol oynayır. Ölkənin insan potensialının üzə çıxmasında gender faktoru çox mühümdür və qadınlar dəyişikliklərin, yeniliklərin əsas qüvvələrindən biridir.

  5. 2. Gender bərabərliyi nədir?

  6. Gender bərabərliyi - ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender stereotipləri müxtəlif ölkələrdəözünü müxtəlif cür büruzə verib. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır. Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir sıra vacib işlər görüb.Azərbaycanın Respublikasının Konstitusiyasında, həmçinin bütün digər rəsmi qanun və sənədlərdə qadınların hüquq bərabərliyi birmənalı olaraq təsbit edilib. Həmçinin son illərdə "güclü" və "zərif" cinslər arasında ahəngdarlığın axtarılıb tapılması üçün vətəndaş cəmiyyəti qurumları tərəfindən əhəmiyyətli təşəbbüslər göstərilib. Bu gün ölkədə gender problemləri ilə məşğul olan və rəsmi qeydiyyatdan keçmiş 50-yə yaxın QHT var. Lakin ictimai şüurda güc tətbiqetmə, asılılıq üstünlük təşkil edir. Ona görə də ictimai müzakirələrin, maarifləndirmənin keçirilməsi vacibdir.

  7. 3. Məişət zorakılığının qurbanları

  8. Məişət zorakılığı dedikdə ilk nəzərimizdə qadının fiziki işgəncəyə məruz qalması gəlir. Amma təhsildən yayınma, qızların erkən nikaha məcbur edilməsi və sair bu müasir dövrümüzdə mövcuddur və belə hallar çox vaxt intihar hallarına qədər gedib çıxır. Bu halların aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac vardır.  Qanunları işlədən biz özümüz olmalıyıq!

  9. “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinədən sonra Ailə Məcəlləsində qadınlar üçün nikah yaşı 1 yaş artırılaraq 18 yaş qəbul edilmişdir. Bununla da hər iki cinsin nikah yaşı 18 yaş müəyyən edilmiş və burda ayrı seçkilik halı aradan qaldırılmışdır. Həmçinin AR Cinayət Məcəlləsinə də dəyişiklik edilərək “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi qəbul olunmuşdur.

  10. Burda bir sual ünvanlamaq olar auditoriyaya Məs: Erkən nikahların vəziyyəti barədə.. Erkən nikaha girən qız və onun valideyni barədə fikir?.. İctimai qınaq varmı?

  11. Bu sahəyə ictimayyətin diqqətini cəlb etmək üçün müxtəlif aksiyalar da keçirmək mümkündür. Sual: Hansı aksiyaları keçirmək olar? Əlbəttə, bu aksiyalar davamlı olmalı, insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir. Bundan əlavə, məktəblərdə film və sosial çarxların nümayişi təşkil olunmalıdır. Təbii ki, vacib amillərdən biri Gender bərabərliyi və məişət zorakılığı mövzusunda məktəblərdə dəyirmi masaların təşkili, həmin müzakirələrdə oqlanların da iştirakının təmin edilməsidir.

  12. Qaununvericiliyinmövcudolmasına, müvafiqdövlətqurumlarınınfəaliyyətgöstərməsinəbaxmayaraq, buistiqamətdəvətəndaşcəmiyyətininroluböyükdür. Cəmiyyətözüdəbusahədəfəallıqgöstərməli, zorakılıqhallarınınbaşverməməsiüçünsəyləriniartırmalıdırlar. Bundanəlavə, mövcud “məktəbpsixoloqu”, “ ağsaqqal – ağbirçək” institutlarınıngücləndirilməsiistiqamətindəişlərinaparılması da zəruriməsələlərdəndir. Məişətzorakılığınınaradanqaldırılmasınınhəlliyollarındanbiridəictimaiqınaqdır. Xalqımızınmillimənəvidəyərlərindənhesabedilən* ağsaqqalahörmət, ağbirçəksözüdinləmək* kimixüsusiyyətlərinəsasənkəndyerlərindəqorunubsaxlanıldığınınəzərəalaraq, ictimaiqınaqmetodundanistifadəetməkləmübahisəliməsələlərinhəllinə nail olmaqolar.

  13. Gender bərabərliyi nə üçün lazımdır?

  14. İctimai həyatın mühüm amillərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyil. Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların problemlərinin sosial əhəmiyyəti var. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların həyat səviyyəsinin inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən göstəricidir. Qadınların siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda da onların əməyinin müdafiə olunub qiymətləndirilməsi, qadınların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edər. Bu da qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.

  15. 3. Gender bərabərsizliyinin torətdiyi fəsadlar Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, təhsili problemi həllini tapıb. Amma o dövrün ideologiyası, istər-istəməz, qadınların tam olaraq potensialının üzə çıxmasına mane olub. Qadının təhsilsiz qalması, sabah ailədə böyüyən uşağın dünyagörüşünün azlığına gətirib çıxara bilər. Çünki evdə uşaq ən çox ana ilə təmasda olur. Bu halların baş verməsinin qarşısını almaq üçün hansı işlər görülmüşdür. Bu halların baş verməsinin qarşısını almaq üçün hansı işlər görülmüşdür.

  16. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olunması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın Konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib.“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya CEDOW konvensiyasıdır ki, bu da qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir.

  17. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasirliyin ən qlobal problemlərinə aid edir. BMT-nin bu istiqamətdə gördüyü işlər bunun əsas sübutudur. Konvensiyanın məqsədi qadınların ayrı-seçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarətdir. Konvensiyaya hazırda 180 ölkə - BMT-yə üzv dövlətlərin 90%-dən çoxu qoşulmuşdur. İştirakçı dövlətlərin sayına görə bu BMT-nin ən çox üzvü olan Konvensiyasıdır. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir. 1998-ci ildə ümummilli lider Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında" Qanun qəbul edilib. Bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrıseçkiliyi qadağan edir.

More Related