1 / 9

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ. MÖVZU: TRANSFORMATORLARIN ELEMENTLƏRİNİN KONSTRUKSİYALARI. Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə ~ 20 10. Ə D Ə B İ Y Y A T.

Download Presentation

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİMÜHƏNDİSLİK FAKÜLTƏSİENERGETİKA KADEDRASI FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ MÖVZU: TRANSFORMATORLARIN ELEMENTLƏRİNİN KONSTRUKSİYALARI Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə~2010 Transformator-ın element-nin konstruksiyaları

  2. Ə D Ə B İ Y Y A T 1. P.B.Rüstəmzadə. “Elektrik stansiyaları və yarımstansiyalarının elektrik hissəsi”. I hissə. Bakı -1988. 2. Ю.В.Гук, В.В.Кантан, С.С.Петрова. «Проектированиеэлектрической части стaнций и подстанций. Ленинград –Энергоатомиздат, 1985. 3. А.А.Васильев, И.П.Крючков, Е.Ф.Наяшкова, М.Н.Околович. «Электрическая часть станций иподстанций. Москва -Энергоатомиздат, 1990. 4. C.В.Усов, В.В.Кантан и др. Электрическая часть электростанций. Ленинград. «Энергия», 1977. Transformator-ın element-nin konstruksiyaları

  3. P L A N : • Maqnit keçiricisi. Transformatorların dolaqları • Transformatorun soyudulma üsulları • Transformatorlarda transformasiya əmsalının dəyişdirilməsi üçün qurğu Transformator-ın element-nin konstruksiyaları

  4. Maqnit keçiricisi. Transformatorların dolaqları Transformatorun maqnit keçiricisi bir fazalı və üç fazalı olur. Bir fazalı, eləcə də üç fazalı maqnit keçiricisi çubuqşəkilli və zirehli növlərə ayrılırlar. Müasir güc transforma- torları demək olar ki, tamamilə çubuqşəkillidirlər. Maqnit keçiricisi, qalınlığı 0,35 və 0,5 mm olan ayrı-ayrı xüsusi transformator poladından hazırlanan vərəqlərdən yığılır. Polad vərəqlər istiliyə davamlı, lak və ya təxminən 0,04 mm nazikliyində kağızla bir- birindən izolə edilir. Dolaqlar yerləşmə üsuluna görə ayrılır: a) konsentrik dolaqlı transformatorlar; burada yüksək, alçaq, eləcə də orta gərginlik dolaqları silindr şəklində çubuq üzərində konsentrik yerləşdirilir. Adətən alçaq gərginlik dolağını çubuğa yaxın yerləşdirirlər ki, onu çubuqdan izolə etmək asan olsun. Dolaqları bir-birindən izolə etmək üçün izolə- edici bakelitlənmiş kağız və ya elektrik kartonundan silindr tətbiq edilir. Qəza hallarında transformatorun dolağında yaranıb yağın parçalanmasına və güclü qaz ayrılmasına səbəb olan qövs nəticəsində daxili təzyiqin artması hallarında çənin zədələnməsi qarşısını almaq üçün, gücü 1000 kVA və yuxarı olan transforma- torların qapağı üzərində yağın çıxması üçün boru qoyulur. Borunun yuxarı ucu flansla təchiz edilir və şüşə vasitəsi ilə örtülür. Çənin içərisində təzyiq buraxılan həddən çox artdıqda şüşə partlayır, yağ və qazlar xaricə çıxır. Transformator-ın element-nin konstruksiyaları

  5. Transformatorun soyudulma üsulları Dolağın misindəki və maqnit keçiricinin poladındakı itkilər transformatoru qızdırır. Bunlardan birincilər cərəyanın kvadratına proporsionaldır, ikincilər isə yükdən asılı de- yildir. Transformatorun dolağının maqnit keçiricisi və yağının temperaturunu buraxıla bilən hədlərdə saxlamaq üçün transformatoru soyutmaq lazımdır. Buna görə də transformatorun sonrakı konstruktiv tərtibatı onun soyudulma üsu- lundan xeyli asılı olur. Transformatorların əsas soyudulma üsulları bunlardır: 1) təbii hava soyudulması; 2) təbii yağ soyudulması; 3) təbii yağ və süni hava ilə üfürmə; 4) süni su-yağ soyudulması; 5) süni hava-yağ soyudulması. 1-ci şəkildə məcburi yağ sirkulyasiyalı süni su-yağ soyutması olan transformato- run sxemi göstərilmişdir. Bu transformatorda (1) elektrik mühərriki (10) ilə fırlanan mərkəzdənqaçma nasos (3) isti yağı alıb su soyuducusuna (4) axıdır. Soyuducuda yağ soyuyur və yenidən siyirtmədən (2), yağ ölçəndən (6), hava ayırıcısından (7), yağın kəsilməsini göstərən siqnal aparatından (5) və süzgəcdən (8) keçərək transformatora qayıdır. Soyuq su kəmərində sərf olunan suyun miqdarını ölçmək üçün su ölçən (9) qoyulmuşdur. Transformator-ın element-nin konstruksiyaları

  6. Şəkil 1 Yağ soyuducuları adətən boru şəkilli olur. Yağ soyuducusunun elementləri aşağıdakılar hesab olunur: yuxarı su kamerası (1) sərt bağlanmış yuxarı boru lövhəsi (2), su üçün bürünc borular (3), yağı yönəltmək üçün polad arakəsmələr (4), aşağı boru lövhəsi (5), aşağı su kamerası (6). Borular ilə (3) soyuducu su, borulararası boşluqdan isə təzyiq altında transformator yağı axır. Böyük güclü transformatorlar üçün su və hava ilə sirkulyasiyalı soyutma üsulun- dan da istifadə edilir. Transformator-ın element-nin konstruksiyaları

  7. Yağ borusu sistemində qurulan mühərrikli (2) nasosu (1) olan sirkulyasiyalı hava soyutmasının sxemlərindən biri 2-ci şəkildə göstərilmişdir. Belə konstruksiya soyudu- cularının (3) ölçüləri kiçikdir ki, bu da transformatorun ümumi çəkisini azaldır. Şəkil 2 Transformator-ın element-nin konstruksiyaları

  8. Transformatorlarda transformasiya əmsalınındəyişdirilməsi üçün qurğu Elektrik enerji işlədicilərində gərginlik buraxıla bilən həddən kənara çıxdıqda gər- liyi tənzim edirlər. İstismar zamanı elektrik sistemlərində gərginlik müxtəlif üsullarda tənzim edilir, məsələn: 1) elektrik stansiyalarında generatorların təsirlənməsini dəyişdirməklə; 2) şəbəkələrdə sinxron kompensator və ya statik kondensatorlarla; 3) şəbəkələrdə transformatorların transformasiya əmsallarını dəyişdirməklə və s. Transformatorun transformasiya əmsalı praktiki olaraq transformatorun dolaqların- dan birisində olan əlavə budaqlanma ilə dəyişdirilir. Cərəyan daşıyan naqillərin və çıxışların en kəsilişinin böyük alınmamağı üçün iki dolaqlı transformatorlarda əlavə budaqlanma adətən yüksək gərginlik dolağında, üç dolaqlılarda isə yüksək və orta gərginlik dolaqlarında qoyulur. Transformatorun güc və gərginliyindən asılı tənzimlə- yici budaqlanmalar ya dolağın neytralının yanında, ya da onların orta hissələrində düzəldilir. Axırıncı halda dolaq iki hissəyə ayrılır. Budaqlanmanın ikinci üsulla həyata keçirilməsi daha səmərəlidir, belə ki, bu halda dolaqların simmetrikliyi az pozulur. Bu isə birinci üsula nisbətən 3-4 dəfə az əlavə mexaniki qüvvə yaradır. Transformatorların transformasiya əmsalını iki üsulla dəyişdirmək olar: 1) transformator açılmış halda və 2) yük altında. Transformator-ın element-nin konstruksiyaları

  9. TƏRTİB ETDİ: ENERGETİKA KAFEDRASININ TEXNİKİ LƏTİFOVA G.O. Transformator-ın element-nin konstruksiyaları

More Related