AZƏRBAYCAN  DÖVLƏT  AQR
Download
1 / 102

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası - PowerPoint PPT Presentation


  • 110 Views
  • Uploaded on

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Soya bitkisinin morfoloji quruluşu, növləri, yarımnövləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. SOYA – GLICINE SOYBEANS СОЯ.

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

PowerPoint Slideshow about ' AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası' - vinny


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: Soya bitkisinin morfoloji quruluşu, növləri, yarımnövləri və sortları

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.


SOYA – GLICINE

SOYBEANS

СОЯ


Soyanın morfoloji quruluşu, növləri və yarımnövləri

Soya – Glicinecinsi 40-dan artıq növü əhatə edir. Onlardan yalnız mədəni soya – Glicinehispida adlanan növü geniş miqyasda becərilir. Qalanları yarımmədəni və yabanı formada bəzi ölkələrdə əkilir, yaxud mədəni növün qarışığı kimi təsadüf edilir. Mədəni soya növü aşağıda xarakterizə edilən coğrafi-ekoloji yarımnövlərə ayrılır.

1. Hindistan yarımnövü – kolu 200 sm hündürlüyündə, gövdəsi qüvvəli budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxumları xırdadır. Sortları nisbətən gecyetişəndir.

2. Çin yarımnövü – kolu 100-150 sm hündürlüyündə, gövdəsi nazik, yaxşı budaqlanan və zəif sarmaşandır. Ancaq yerə yatmağa da meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi rəngli, paxlaları orta irilikdə və xırdadır. Hər paxlada 2-3 toxum olur. Toxumları xırda, yastıdır. Ancaq Hind yarımnövünün toxumlarına nisbətən iridir. 1000 ədəd toxumunun kütləsi 70-130 qramdır. Bütün sortları gecyetişəndir.


3. Mancuriya yarımnövü – kolu 60-90 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanandır, nisbətən yoğundur. Sarmaşma qabiliyyətinə malik deyildir, ancaq yerə də yatmır. Yarpaqları yuxarıdakı yarımnövlərin yarpaqlarına nisbətən iri və qabadır. Çiçək salxımı qısa, az çiçəklidir.

Paxlaları orta uzunluqda – 4-4,8 sm, toxumları orta irilikdə, şişkindir. Toxum qılafı əksər sortlarında sarı rənglidir. 1000 ədəd toxumunun kütləsi 120-230 qramdır. Orta müddətdə yetişəndir. Dənində olan yağın miqdarına görə bütün yarımnövlərdən üstündür.

4. Yaponiya yarımnövü – kolu 60-100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanan, yoğun, qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq yastıdır. 1000 ədəd toxumunun kütləsi orta hesabla 300 qramdır.

Bu yarımnövün bütün sortları zülalla zəngindir. Hündür gövdəli sortları gec, alçaq gövdəliləri tez yetişir.


Mədəni soyanın növmüxtəliflikləri


Soyanın əsas sort əlamətləri

Soyanın sortları əsasən növmüxtəlifliyində olan xüsusiyyətlərə əsasən təyin edilir. Əgər sortun təyini bitki kökü üzərində ikən aparılırsa, digər əlamətlərlə bərabər, kolun və yarpaqların forması, çiçəklərin rəngi də nəzərə alınmalıdır.

Çiçəyin rəngi – sortların fərqləndirilməsində çiçəyin rəngi yardımçı əlamət hesab edilir və əksərən ağ, göy və bənövşəyi olur.

Bitkinin tüklülüyü –bitkinin üzəri ağ, yaxud kürəni tükcüklərlə örtülür. Ancaq kürəni rəng sabit qalmayaraq, müxtəlif intensivlikdə ifadə olunur. Ona görə bu əlamətdən az hallarda istifadə edilir.

Toxumun iriliyi –toxumun iriliyi onun uzunluğuna və eninə əsasən təyin edilir. Hər ikisi şəraitdən asılı olaraq tərəddüd edə bilər. Ancaq bu tərəddüd dənin uzunluğunda 6-13 mm, enində 4-8,5 mm-dən artıq ola bilməz. Çox hallarda toxumun iriliyi 1000 ədəd dənin kütləsi ilə ifadə olunur ki, bu da 35-370 qrama qədər dəyişir.

Toxumun forması – normal şəraitdə yetişdirilmiş bitkilərin tam yetişmiş toxumları əksər sortlarda yuvarlaq, kürəvi, yaxud zəif oval, azacıq çəkilmiş və yaxud yastıdır.

Toxumun rəngi – soyanın çox sortlarında toxum qabığı (qılafı) sarı mühitdə küləşi-sarı, kürəni-sarı, sarımtıl, bozumtul-sarıya çalan rəngə malikdir. Quraq şəraitdə yetişmə prosesinin normal getməməsi nəticəsində sarı rəng yaşılımtıl mühitə çevrilir. Lakin rütubətli şəraitdə toxumda piqmentləşmə getmir. Ümumiyyətlə, yetişmiş paxlası açıq qonur rəngli olan sortların əksəriyyətində toxum tutqun, yaxud zəif parlaq olmaqla, piqmentləşməyə meylli olur. Boz-qonuru paxlanın toxumu parlaq olur və piqmentləşmir.


Soyanın sortları

VNİİMK -9186 orta yetişən Kuban təc. stans.

İmeretin çox gecyetişən Gürcüstan

Plamya orta yetişən Pustavoyt ad. YBİ 1985

Umanckaya – 1 orta yetişən Ukraina 1990

Majesta orta yetişən Kanada 2006

Omskaya – 4; Avrora; Maqeva; Volqoqradka – 1; Xodson; Belor; Okskaya; Svetlaya

СИБНИИК - 315; ВНИИС - 1; ВНИИС - 2;



c temperatur və vegetasiya müddəti

b

a

  • Soya (Glicine ): 1 - bitki ilkin üçyarpaq fazasında: a - ləpə yarpaqları, b - birinci cüt sadə yarpaqlar, c - birinci üçlü yarpaq; 2 - bitki çiçəkləmə və meyvəbağlama fazasında; 3 - budağın yarpaqlı və çiçəkli hissəsi; 4 - toxumlar ; 5 - yetişmiş paxlalar.


Soyanın temperatur və vegetasiya müddətino-till texnologiyası ilə becərilməsi


Yemlik soya temperatur və vegetasiya müddəti


Soyanın paxlaları temperatur və vegetasiya müddəti


a temperatur və vegetasiya müddəti

b

c

ç

Soyatoxumlarınınforması:

a –yuvarlaq; b – yuvarlaq - oval; c – uzunsov; ç – uzunsov - yastı


Soyanın toxumları temperatur və vegetasiya müddəti


SOYADAN HAZIRLANMIŞ TOFU PENDİRİ temperatur və vegetasiya müddəti


Soyadan hazırlanan temperatur və vegetasiya müddətiespressokofesi


Soya temperatur və vegetasiya müddətisiropuizoflavon


Letsitin temperatur və vegetasiya müddəti


Soya zülalı əsasında hazırlanan mayonezlər temperatur və vegetasiya müddəti


Bir fincan soya: Fincanın 1,5 hissəsi qədər qaynar su götürülüb ora bir xörək qaşığı bitki yağı, 3 - 4 xörək qaşığı soya sousu əlavə edilir.


ad