1 / 68

2009-CU İ L İ N YEKUNLARINA DAİR T ƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN MƏTBUAT KONFRANSI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. 2009-CU İ L İ N YEKUNLARINA DAİR T ƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN MƏTBUAT KONFRANSI. 29 dekabr 2009-cu il. 1. İLİN MÜHÜM HADİSƏLƏRİ. Azərbaycan Respublikası Prezidenti nin sərəncamları. 2. İLİN MÜHÜM HADİSƏLƏRİ.

marcus
Download Presentation

2009-CU İ L İ N YEKUNLARINA DAİR T ƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN MƏTBUAT KONFRANSI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 2009-CU İLİN YEKUNLARINA DAİR TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN MƏTBUAT KONFRANSI 29 dekabr 2009-cu il 1

  2. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 2

  3. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları • 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib. • “Ən yaxşı ümumtəhsilməktəbi” müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10 000 manat, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilib. • 3. 2009-cu ildə ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə ümumilikdə 312 nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb. • O cümlədən, 1 nəfər “İstiqlal”, 4 nəfər “Şərəf”, 20 nəfər “Şöhrət” • ordenləri, 115 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. 10 nəfər • “Əməkdar elm xadimi”, 1 nəfər “Əməkdar incəsənət xadimi”, • 124 nəfər “Əməkdar müəllim”, 5 nəfər “Əməkdar jurnalist”, • 5 nəfər “Əməkdar mühəndis”, 1 nəfər “Əməkdar mədəniyyət • işçisi”, 9 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” • fəxri adlarına, 17 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb. 3

  4. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 4. 2009-cu ildə musiqi sahəsində xüsisi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. 5. 24 aprel 2009-cu il tarixdə “BakıDövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanıb. 6. 4 may 2009-cu il tarixdə “AzərbaycanRespublikasında 2009-2015-ci illərdəelmin inkişafıüzrəMilli Strategiyanın həyatakeçirilməsi ilə bağlıDövlət Proqramının təsdiq edilməsi haqqında”sərəncam imzalanıb. 7. 5 may 2009-cu il tarixdə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncam imzalanıb. 4

  5. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 8.22 may 2009-cu il tarixdə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalanıb. 9. 23 iyun 2009-cu il tarixdə “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” sərəncam imzalanıb. 10. 10 sentyabr 2009-cu il tarixdə “Texniki peşə təhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanıb. 11. 10 sentyabr 2009-cu il tarixdə “Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanıb. 5

  6. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 12. 24 sentyabr 2009-cu il tarixdə “2009 - 2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalanıb. 13. 4 dekabr 2009-cu il tarixdə “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanıb. 6

  7. İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 sentyabr 2009-cu il tarixdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin icrasının təmin olunması məqsədilə Təhsil Nazirliyində hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilən sənədlər: 1.“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” 2. “Məktəbə hazırlığın təşkili qaydaları” 3. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” 7

  8. “TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 4. “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” 5. “Azərbaycan Respublikasının ümumi təhsil sahəsində dövlət təhsil standartları və proqramları (kurikulumları)” 6. “Azərbaycan Respublikası ümumtəhsil internat məktəbinin nümunəvi Nizamnaməsi” 7. “Formal təhsilin təşkili qaydaları” 8. “Ümumi təhsil haqqında dövlət sənədləri və onların verilməsi qaydaları” 9. “Ümumi orta və tam orta təhsil səviyyələrini başa vurmayan şəxslərə arayışın verilməsi qaydaları” 8

  9. “TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 10. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması haqqında qaydalar” 11. “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti və bir səviyyədən digər səviyyəyə keçid qaydaları” 12. “Ümumi orta və tam orta təhsil haqqında sənədlərin nümunələri” 13. “Ümumi orta təhsili başa vurmayan şəxslərə veriləcək arayışın nümunəsi” 14. “Təhsil müəssisələrində işçilərin həftəlik iş vaxtı barədə normalar” 9

  10. “TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 15. “Ali təhsil pilləsinin dövlət standartları və proqramı” 16. “Ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsi” 17. “Orta ixtisas təhsili müəssisəsinin nümunəvi Nizamnaməsi” 18. “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı” 19. “Ali və orta ixtisas təhsili pilləsində formal təhsilin təşkili qaydaları” 20. “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” 21. “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları” 22. “Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları” 10

  11. “TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 23. “Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları” 24. “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması qaydası” 25. “Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunəsi və onların verilməsi qaydası” 26. “Orta ixtisas təhsili haqqında diplomun nümunəsi və onun verilməsi qaydaları” 27. “Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası” 28. “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası” 11

  12. “TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 29. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında” 30.“Əlavə təhsilin (ixtisasartırma təhsilinin) məzmunu, təşkili və ixtisasartırma təhsili almış şəxslərə müvafiq sənədin verilməsinə dair qaydalar” 31. “Pedaqoji işçilərin həftəlik və illik dərs yükü barədə normalar” 32. “Təhsil müəssisələrində çalışan işçilərə elmi dərəcələrə və elmi adlara görə əlavələrin ödənilməsi haqqında” 33. “İlk peşə ixtisas təhsili müəssisələrinin nümunəvi Nizamnaməsi” 34. “İlk peşə ixtisas təhsili haqqında dövlət sənədlərinin nümunəsi və onların verilməsi qaydaları” 35. “Azərbaycan Respublikasının ilk peşə ixtisas təhsilinin dövlət standartı və proqramı” 12

  13. TƏHSİLİN İQTİSADİYYATI 1. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edib. 13

  14. TƏHSİLİN İQTİSADİYYATI • Təhsilişçilərininorta aylıq əməkhaqqı ilbəil artaraq, • 2008-ci ildəki 220manatdan 2009-cu ildə 268,5 manata yüksəlib. 14

  15. TƏHSİLİN İQTİSADİYYATI 3. Son 5 ildə təhsil işçilərinin əmək haqqı 5, tələbələrin təqaüdü 10 dəfə artıb. 4. Dövlət büdcəsinin tərkibində təhsilə ayrılanxərclər 2008-ci ilə nisbətən 2009-cu ildə 238 milyon manat (21%) artıb. 5. 2009-cu ildə investisiya xərcləri 57, 0 milyon manat təşkil edib. 15

  16. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI Son 5 ildə Azərbaycanda 450 000 şagird yerlik2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilib. 2009-CU İLDƏ: • 68 yeni məktəb binası və əlavə korpus tikilib. • 28 məktəb əsaslı təmir olunub. • 10 körpələr evi və uşaq bağçası əsaslı təmir edilib. • 87 məktəbin istilik sistemi bərpa olunub. • 201məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla, • 119 məktəb isə müasir kimya və fizika laboratoriyaları ilə təmin • edilib. 16

  17. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI • Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar • nəticəsində ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a, ikinci • növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 23-ə enib. 17

  18. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI 15 sentyabr 2009-cu il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev əsaslı təmir olunmuş “Elitar” gimnaziyanın açılışında iştirak edib. 18

  19. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI Dövlət başçısının xüsusi sərəncamı ilə Bakı şəhəri 132 və 134 nömrəli məktəblərin tarixi binasında başlanmış əsaslı təmir işləri davam etdirilir. 19

  20. MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI 1.Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub. 2.Son illərdə Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 3.2009-cu ildə Fondun təşəbbüsü ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunub. 4. Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılıb. 20

  21. İCTİMAİYYƏTİN MƏLUMATLANDIRILMASI Təhsil Nazirliyinin keçirdiyi tədbirlərdə aparıcı kütləvi informasiya vasitələrinin iştirakı təmin olunub. İctimaiyyətin təhsil sahəsindəki yeniliklər və həyata keçirilən islahatların nəticələri ilə operativ məlumatlandırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən 5 internet saytı hazırlanaraq istifadəyə verilib. www. xaricdetehsil.edu.gov.az www. kurikulum.az www.portal.edu.gov.az www.vet.edu.gov.az 21

  22. “QAYNAR XƏTT” XİDMƏTİ • Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; • 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari il ərzində • 585 müraciət və şikayət daxil olub. • “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, • müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. • Eyni zamanda “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı • sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb. 22

  23. TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI 1. 2009-cu ildə Məlumat və Resurs Mərkəzi yaradılıb, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulub. 2. 2009-cu ildə şagirdlərə 400 noutbuk hədiyyə edilib. 2010-cu ilin sonunadək bu iş davam etdiriləcək və “İntel” şirkəti tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla ümumilikdə 4 000 şagirdə noutbuk veriləcək. 3. Bakı şəhərinin 20 məktəbində “Elektron məktəb” pilot layihəsinin tətbiqinə başlanıb. 4. 4 ali təhsil müəssisəsi İKT avadanlığı ilə təmin edilib. 5. Məktəblərə verilmiş kompüterlər üçün 30 min lisenziyalı proqram təminatı alınıb. 6. 2009-cu il ərzində 20 000 nəfərdən artıq pedaqoji işçi İKT-nin təhsildə tətbiqi üzrə treninqlərdən keçirilib. 23

  24. TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI 7. 2009-cu ildə “Xalq kompüteri” layihəsinə başlanılıb, 5 000-ə yaxın müəllim kompüterlə təmin olunub. 8. Hazırda təhsilin idarəolunmasının məlumat sistemləribazasında 1 milyon 400 mindən çox şagird, 200 mindən çox müəllim vədigər işçilər haqqında məlumat yerləşdirilib. Məlumatlarınbazaya daxil olunması məhz məktəblərin (təhsil şöbələrinin) özləri tərəfindən aparılır və həmin məlumatlar dərs ili ərzində daim yenilənir. 9. Braziliyanın Salvador şəhərində dünya üzrə “İnnovativ Məktəblər” proqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edən 31 məktəb arasında Bakı şəhəri 7 nömrəli orta məktəb birinci yerə layiq görülüb. 24

  25. KADR TƏMİNATI • 1. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf Proqram”ı başa çatdırılıb, ümumilikdə 6179, o cümlədən 2009-cu ildə 1308 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə • göndərilib. 25

  26. KADR TƏMİNATI • 2. 2009-2010-cu dərs ilində müəllimlərin işə qəbulu elektron vasitələr • əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla • həyata keçirilib. Bu mexanizmin növbəti dərs ilindən bütün ölkə • üzrə tətbiq olunması nəzərdə tutulub. • 3. Görülən tədbirlər nəticəsində ölkə üzrə müəllimlərin sayı 173 • mindən 170 minə enib. • 4.2009-2010-cu dərs ilində ölkənin ümumtəhsil məktəblərində • pedaqoji kadr təminatı vəziyyətinin monitorinqi aparılıb və • bununla bağlı yeni təkliflər hazırlanır. • 5. Müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizm hazırlanıb təsdiq ediləcək. 26

  27. İXTİSASARTIRMA TƏHSİLİ • Modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin yeni • mexanizmi hazırlanıb. Növbəti dərs ili ərəfəsində eksperiment • qaydasında ibtidai sinif müəllimlərinin ixtisasının artırılması • sahəsində tətbiq ediləcəkdir: • 1. “Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə” layihəsi hazırlanıb və Hökumətə təqdim olunub. • 2. “Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma proqramlarının akkreditasiyasına dair Qaydalar” hazırlanıb. • 3. “Məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırmasının kurikulum çərçivəsi” layihəsi hazırlanıb. 27

  28. İXTİSASARTIRMA TƏHSİLİ 4. “Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqında təlimat” hazırlanıb. 5. İxtisasartırma təhsili sistemi üçün monitorinq və qiymətləndirmə mexanizminin hazırlanması nəzərdə tutulur. 28

  29. MƏKTƏBƏQƏDƏR TƏHSİL DÖVLƏT MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT ÖZƏL MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT 29

  30. MƏKTƏBƏQƏDƏR TƏHSİL • Son iki ildə ölkəüzrə 28 yeni uşaq bağçası istifadəyə verilib, • 30-u əsaslı təmir olunub. • 2009-cu ildə 6 özəl məktəbəqədər təhsil müəssisəsi Təhsil • Nazirliyinin lisenziyası əsasında fəaliyyətə başlayıb. • 3. Son illərdə həmin müəssisələr 137 adda, 2009-cu ildə isə • 37 adda təlim vəsaitləri ilə təmin olunub. • 4. Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 4 min • nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. 30

  31. MƏKTƏBƏQƏDƏR TƏHSİL Bakı şəhəri Şüvəlan qəsəbəsindəki 10 nömrəli uşaq bağçası 31

  32. MƏKTƏBƏQƏDƏR TƏHSİL Akademik Zərifə Əliyeva adına uşaq bağçası 32

  33. MƏKTƏBƏQƏDƏR TƏHSİL Bakı şəhəri üzrə lisenziyasız fəaliyyət göstərənməktəbəqədər təhsil müəssisələrinin S İ Y A H I S I 33

  34. MƏKTƏBƏQƏDƏR TƏHSİL 34

  35. ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ DÖVLƏT ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ HAQQINDA MƏLUMAT ÖZƏL ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ HAQQINDA MƏLUMAT 35

  36. QİYMƏTLƏNDİRMƏ SİSTEMİ • 1. Təhsil tariximizdə ilk dəfə olaraq ötən dərs ilində ölkəmizin bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilib. • 2. Ümumtəhsil müəssisələrinin 99627 nəfər XI sinif şagirdindən 96646 nəfəri (97.01%) buraxılış imtahanlarında iştirak edib, onlardan 78321-i (78.61 %) orta təhsil haqqında attestat alıb. • 3. Bütün ümumtəhsil müəssisələrinin XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi növbəti illərdə davam etdiriləcək. • 4. 2009-2010-cu dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərinin IX siniflərində ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. 36

  37. QİYMƏTLƏNDİRMƏ SİSTEMİ • 5. Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” təsdiq edilib. • 6. Cari ilin aprel - may aylarında ölkəmizin 16 məktəbinin 15 yaşlı 4716 şagirdi əhatə olunmaqla PISA -2009 - un (Beynəlxalq şagird qiymətləndirilməsi proqramı) əsas mərhələsi keçirilib. • 7. Ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu, riyaziyyatvə təbiət • fənlərinin kurikulum üzrə beynəlxalq qiymətləndirilməsi – TIMSS və • PIRLS proqramlarına qoşulub və 2010-cu ilin əvvəllərində bu • qiymətləndirmənin sınaq mərhələsinin aparılması nəzərdə tutulub. • 8. 2009-cu ilin mayında respublikanın 52 rayon və şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla Milli qiymətləndirmənin tədqiqat mərhələsi keçirilib. Sorğularda 216 məktəb direktoru, • 600-dək ana dili və riyaziyyat müəllimi, 3 minədək valideyn iştirak edib. 2013-cü ildə bütün ölkə üzrə Milli qiymətləndirmənin • aparılması nəzərdə tutulub. 37

  38. DƏRSLİK SİYASƏTİ DƏRSLİKLƏRLƏ TƏMİNAT • 1. 2009-2010-cu tədris ilinə respublikanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4 256 600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bu, II siniflər üçün kurikulum əsasında 40 adda 1 112 500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə • 47 adda 3 144 100 nüsxə dərslik deməkdir. • 2. 2009-cu ildə təlim Azərbaycan dilində olan məktəblərin X sinifləri üçün yeni informatika dərsliyi hazırlanaraq çap olunub. • 3. 2009-cu ildə Gürcüstandakı Azərbaycan məktəblərinə 43 adda 40 270 nüsxə dərslik, Heydər Əliyev Fondu ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində hazırlanan 80 adda 125 komplekt • tədris plakatı göndərilib. • 4. MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan bazargünü məktəblərinə dərsliklər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilib. 38

  39. DƏRSLİK SİYASƏTİ I SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 39

  40. DƏRSLİK SİYASƏTİ II SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 40

  41. DƏRSLİK SİYASƏTİ II SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 41

  42. BEYNƏLXALQ OLİMPİADALAR 2009-cu ildə Almaniya, Yaponiya, Böyük Britaniya, Qazaxıstan və Serbiyada keçirilmiş beynəlxalq və dünya fənn olimpiadalarında Azərbaycan məktəblilərinin nəticələri: 42

  43. BEYNƏLXALQ OLİMPİADALAR • 2009-cu ilin 3-10 dekabr tarixlərində Bakı şəhərində Heydər • Əliyev Fondu, İJSO (International Junior Science • Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının • dəstəyi iləon beş yaşlı yeniyetmələr arasında fizika, kimya • və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən • 600-dən çox şagird iştirak edib. • Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən • 9-nun adı mükafatçılar sırasında olub. Onlardan 2-si • gümüş, 7-si isə bürünc medal qazanıb. 43

  44. KURİKULUM İSLAHATI • Ötən dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə • 2006-cı ildə Azərbaycan Hökuməti tərəfindən təsdiq olunmuş • “Ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)” əsasında • hazırlanan fənn kurikulumları və müasir dərsliklərlə başlanıb, • bu proses 2009-2010-cu dərs ilində II siniflərdə davam etdirilib. • Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2009-2010-cu dərs • ilində I siniflərdə işləyən 9 minədək müəllim xüsusi proqram • əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi • tədris materialları ilə təmin edilib. • 2009-2010-cu dərs ilindən Milli kurikuluma müvafiq olaraq • 3 pilot məktəbində (Bakı şəhəri Heydər Əliyev adına məktəb, • Akademik Zərifə Əliyeva adına məktəb, “Zəngi” liseyi) həndəsə • və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi • layihəsinə başlanılıb. 44

  45. XARİCİ DİLLƏRİN İNTENSİV TƏDRİSİ LAYİHƏLƏRİ • “British Council” ilə Bakı şəhərinin 7 pilot məktəbində xüsusi tədris • planı və proqramı əsasında ingilis dilininintensivtədrisinə • başlanılıb. Layihə çərçivəsində ingilis dilinin tədrisinə I siniflərdə 3 (1), • II siniflərdə 6 (4) saat ayrılıb. Həmin siniflərdə işləyən 55 nəfər müəllim • Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq məsləhətçinin iştirakı ilə • xüsusi treninqlərdən keçirilib. Bu siniflərdə Kembric Universitetinin • dərslik komplektlərindən (dərslik, iş dəftəri, müəllim üçün vəsait) istifadə • edilir. • Rusiyanın Azərbaycandakı Səfirliyi ilə birlikdə 2009-2010-cu dərs • ilindən respublikanın 50 məktəbində (Bakı şəhərində 35, rayonlarda 15) • rusdilinin intensiv tədrisi layihəsinə başlanması üzrə tədbirlər həyata • keçirilir. • Növbəti illərdə xarici dillərin intensiv tədrisinə dair layihələrin əhatə • dairəsi genişləndiriləcək. 45

  46. MƏKTƏBDƏNKƏNAR TƏHSİL • 2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal əldə ediblər (57 qızıl, 51 gümüş, 60 bürünc). • Onlardan Müşkiyev İlqar Gəray oğlu (“İlin ən yaxşı idmançısı”) cüdo üzrə Türkiyədə (bürünc medal), Polşada (qızıl medal) və Ermənistanda (gümüş medal) keçirilən yarışlarda uğurla çıxış edib. • Məmmədzadə Günay Vüqar qızı (“İlin ən yaxşı idmançısı”)şahmat üzrə İtalyada keçirilən Avropa çempionatında iştirak edib, Türkiyədə 9-10 yaşlı qızlar arasında keçirilən dünya birinciliyində isə 11 mümkün xaldan 10,5 xal toplayaraq qızıl medala layiq görülüb. 46

  47. TEXNİKİ PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ • Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və • Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi aparılır. • 2. Cari ildə 3 peşə təhsili müəssisəsi təmir olunub. • 3. Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanıb. • 4. Təhsil Nazirliyi və “Azərsun Holdinq” arasında “Təhsil • müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə • dair niyyət protokolu imzalanıb. • 5. Heydər Əliyev Fondu, YUNESKO və Təhsil Nazirliyinin birgə həyata • keçirdiyi “Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi” çərçivəsində 2 • ixtisas – turizm və İKT sahələri üzrə yeni kurikulumlar hazırlanıb. 47

  48. QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ 2009-2010-CU TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASININ TƏŞKİLİ VƏ GEDİŞİNƏ DAİR TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN GÖRÜLƏCƏK İŞLƏRƏ DAİR MƏLUMAT 1. Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında təhsil naziri 1387 saylı, 18 dekabr 2009-cu il tarixli əmr imzalayıb. 2. Qeyri-hökumət təşkilatları Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarəti həyata keçirəcəklər. 3. Ayrı - ayrı qruplarda müxtəlif fənlər üzrə imtahanların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. 48

  49. QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ 4. Tələbələr arasında aşağıdakıları qiymətləndirmək üçün anket sorğuları aparılacaq: - Müəllimin fəaliyyətini; - Ali təhsil müəssisəsinin təhsil xidmətlərini; - Kredit sisteminin tətbiqi vəziyyətini. 5. Sessiyanın sonunda mövzuya aid geniş müzakirə nəzərdə tutulub. 49

  50. QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ 2009-2010-CU TƏDRİS İLİNİN QIŞ VƏ YAY İMTAHAN SESSİYALARINA CƏLB OLUNACAQ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ SİYAHISI 1. Korrupsiyaya qarşı Mübarizə Fondu (V.Mövsümov) 2. «Şəffaflıq Azərbaycan»korrupsiyaya qarşı mübarizə təşkilatı (C.Atayev, S.Əlibəyov, K.Yusifov və s. könüllülər) 3. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (N.İsmayılova) 4. QHT-lərin Məlumat və əməkdaşlıq şəbəkəsi (Ə.Nuriyev) 50

More Related