1 / 17

Mövzu 8. Elektrik maşınlarının təmiri

Mövzu 8. Elektrik maşınlarının təmiri. Plan 1. Mühərriklərin stator və faz rotorunun dolaqlarının təmiri Ədəbiyyat 1. Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

ken
Download Presentation

Mövzu 8. Elektrik maşınlarının təmiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 8. Elektrik maşınlarının təmiri Plan 1. Mühərriklərin stator və faz rotorunun dolaqlarının təmiri Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

  2. Mühərriklərin stator və faz rotorunun dolaqlarının təmiri Havada quruyan lakların və emalların texniki xarakteristikaları *- №317 və БТ-99 lakları yağa davamlılığa malik deyillər.

  3. Qırılmış, zəifləmiş və ya mexaniki möhkəmliyini itirmiş bandajları ehmalca açırlar və dolaqların alın hissələrini bandajlayırlar. Bu zaman dolağın izolyasiyası A istiliyə davamlılıq sinfinə aid olduqda taft lenti və izolyasiya E, B və F siniflərinə aid olduğu zaman şüşəli lenta istifadə edirlər.

  4. Bandajı çevrə boyunca dolağın alın hissəsində, xüsusi bizin köməyi ilə hər bir və ya iki yuvada qoyub, yaxşı çəkirlər. Ondan sonra bandajı havada quruyan laklardan və ya emallardan biri ilə hopdururlar.

  5. Elektrik mühərriklərinin statorlarının dolaqlarının təmiri zamanı tətbiq edilən alətlər: a-dolaqların alın hissələrinin bandajlanması üçün biz; b-bıçaq; c-yuva çivlərini çıxarmaq üçün qəlib; d-təzə çivləri vurmaq üçün alət.

  6. Elektrik mühərriklərinin stator dolağının çıxış naqillərinin izolyasiyasının mexaniki zədələnmiş yerlərini bir neçə qat izolyasiya lenti ilə sarıyırlar və ya kembriq geydirirlər.

  7. Çıxış naqillərini ПЭГ, ПРГ, РКГМ, ЛПРГС, ЛПЛС tipli mis damarlı naqillərlə dəyişirlər. Naqilin en kəsiyini cədvəlin verilənlərini rəhbər tutaraq seçirlər.

  8. Əgər elektrik mühərrikinin dolağı mis naqildən sarınmışsa, onda 35...40mm uzunluqda bıçaqla makara qruplarının və çıxış naqillərinin uclarını təmizləyirlər. Təmizlənmiş uclar göstərildiyi kimi bir-birinə burulur, eyni zamanda burmanın uzunluğu 20...25mm-dən az olmamalıdır. Naqillərin burma yeri ПОС-40 lehimi ilə lehimləyirlər və ya kömür elektrodla qaynaq edirlər. a b d Çıxış naqillərinin makara qruplarının naqilləri ilə birləşdirilməsi : a-mis naqillərin burmaları; b-mis 1 naqilinin alüminiumla 2 burulması; c-mis 2 və alüminium 1 naqillərin qaynaq edilməsi; d-linoksin boru ilə burma yerinin izolə edilməsi. c

  9. Boşalmış yuva çivlərini çəkiclə çiv çıxaranın köməyi ilə çıxarırlar və bərk ağac növlərindən (quru fısdıq, tozağacı və s.) və ya tekstolit, qetinaks və s. yeniləri ilə dəyişdirirlər. Çivləri çalmaq üçün istiqamətləndirici və quraşdırıcıdan ibarət xüsusi qurğudan istifadə etmək çox münasibdir. Yuvaya çaldıqdan sonra çivlərin statorun kənarından qırağa çıxan uclarını kəsirlər, hər tərəfdə 5...7mm saxlayırlar.

  10. Elektrik mühərriklərinin dolaqlarının izolyasiya müqavimətinin ölçülməsi.

  11. Bir neçə qurutma üsulu tətbiq edilir. Bölmə şəraitində dolağın qurutma şkafında 80...900S temperaturda 7...10 saat müddətində qurudulması ən çox məqsədəuyğundur.

  12. Xarici qızdırma ilə dolağın qurudulması üçün əksər hallarda ЗС tipli gücü 250, 500, 1000Vt olan infraqırmızı şüalandırıcı lampalar, gücü 100...250Vt olan adi işıqlandırıcı lampalar və ya ТЭН tipli boru şəkilli elektrik qızdırıcıları tətbiq edirlər. ТЭН tipli qızdırıcılar daha münasibdirlər. Lampaları və boru şəkilli elektrik qızdırıcılarını statorun oyuğunda və ya faz rotorunun səthinin yaxınlığında yerləşdirirlər ki, dolaq bərabər qızsın. Qurutma müddətində qızma temperaturuna və dolağın izolyasiya müqavimətinə nəzarət edirlər. Qızma temperaturuna 0...1500S şkalalı termometri ilə, izolyasiya müqavimətinə isə - 500V-luq meqommetrlə nəzarət edirlər. Qurutmanın əvvəlində temperaturu 15...30dəq-dən bir ölçürlər, temperatur qərarlaşdıqdan sonra – hər saatda bir. Dolağın ən çox qızmış yerində temperatur 900S-i aşmamalıdır, dolaqların 70...900S temperatura qədər qızma vaxtı isə 2...2,5 saatı aşmamalıdır.

  13. Cərəyanla qızdırmaqla qurutma zamanı elektrik mühərrikinin gövdəsini torpaqlayırlar, stator dolaqlarını ardıcıl və ya paralel qoşurlar və alçaldıcı transformatorun ikinci dolağına birləşdirirlər. • bbbbb Dolağın izolyasiyasının qurudulması üçün sxemlər : a-cərəyanla qızdırma metodu ilə; b-induksion qızdırma ilə; AT-avtotransformator; T-alçaldıcı transformator. a b

  14. Dolaqların induksion qızdırma ilə qurudulması üçün statorun özülünə maqnitləşdirici dolaq sarıyırlar. Elektrik mühərrikinin dolaqları, aktiv poladda və özül metalında artıq maqnitlənmə sayəsində baş verən istilik itkiləri, həmçinin də maqnitləşdirici dolağın maqnit selindən yaranan burulğan cərəyanları hesabına qızdırılır. Maqnitləşdirici dolağın sarğılar sayı bu düsturla təyin edilir burada U – maqnitləşdirici dolağın sıxaclarındakı gərginlik, V; B – özüldə induksiya, 0,6...0,7 Tl; S – statorun aktiv poladının en kəsiyi, sm2. Dolağı qızdırmaq üçün lazım olan ampersarğılar sayı, bərabərdir : aw = πDoaWo , burada Do – aktiv polad üzrə sarğının orta diametri, sm; aWo – xüsusi ampersarğılar, hansıları ki, sədvəl üzrə təyin edirlər.

  15. İnduksiyanın qiymətindən asılı olaraq, xüsusi ampersarğıların qiymətləri • Maqnitləşdirici dolağın cərəyan şiddəti: burada W – sarğılar sayıdır. Maqnitləşdirici dolağın naqillərinin en kəsiyini o hesabatdan seçirlər ki, naqildə yük nominalın 50...70%-nə bərabər olsun.

  16. Dolağın izolyasiyasının iş qabiliyyətini artırmaq üçün elektrik mühərriklərinin emalatxanada cari təmiri zamanı nəmlənmiş dolağın qurudulmasından sonra lakla hopdurulması tövsiyyə olunur. Bu məqsədlə emalatxanada lakla dolu təknə quraşdırılır, hansına ki, statorun şaquli vəziyyətində dolaq 10...15 dəqiqə ərzində batırılır. Hopdurma üçün hopdurma laklarından birini istifadə edirlər : 447, 458 və ya МЛ-92.

More Related