1 / 13

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Qarabaşaq bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim : k/t. e. n. dosent əvəzi Hümbətov H. S. POLYGONACEAE FƏSİLƏSİ QARABAŞAQ (QARA DARI) - FAGOPYRUM ГРЕЧИХА.

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Qarabaşaq bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. POLYGONACEAE FƏSİLƏSİ QARABAŞAQ (QARA DARI) - FAGOPYRUM ГРЕЧИХА

  3. Qarabaşağın morfoloji quruluşu Qarabaşaq(qaradarı) – Fagopyrumbitkiləri – Polygonaceaefəsiləsinə mənsubdur. Dənin tərkibində olan əsas maddələrin miqdarına və istifadəsinə görə dənli taxıl bitkiləri qrupuna daxil edilmişdir. Çoxillik və birillik formaları vardır. Qüvvəli şaxələnən mil kök sistemi əmələ gətirir. Torpağın dərinliyinə 70-80 sm, ətrafa30-40 sm gedir. Kök saçaqları torpaqda çətin həll olunan mineral maddələri mənimsəmə qabiliyyətinə malikdir. Gövdəsi 30-130 sm hündürlüyündə, zəif qabırğalı, yaxşı budaqlanandır. Becərilmə şəraiti yaxşı olduqda 15-20 buğumarası əmələ gəlir. Vegetasiyanın sonunda gövdə və budaqları qabalaşır və qırmızı rəngə çevrilir. Yarpaqları ürək-üçbucaqlı, yaxud ürək-oxşəkillidir, damarları aydın seçilir. İri üçbucaq formalı yarpaqcıqları vardır. Bitkisinin yarpaqlanma dərəcəsi, yarpaqlarının iriliyi və konsistensiyası növ və sortlarından asılı olaraq müxtəlifdir. Çiçək qrupu yarpaq qoltuqlarında topavarı yığcam salxım təşkil edir. Yaxşı inkişaf etmiş bitkidə 1500-2000 çiçək əmələ gəlir. Çiçəyi iki cinslidir. Ləçək yarpaqları ağ, çəhrayımtıl, qırmızı rənglidir. Hər çiçəkdə 8 erkəkcik, bir dişicik olur.

  4. Bir sıra çiçəklərində dişiciyin sütuncuğu uzun, erkəkciklərinin saplağı qısa, digərlərində əksinə olur. Buna qarabaşağın dimorfizmi deyilir. Çiçəklərinin çarpaz tozlanması legitim (qanuni) və illegitim(qeyri-qanuni) gedir. Legitim tozlanmada uzun sütuncuqlu dişiciyin yumurtalığı uzun saplaqlı erkəkciyin tozcuqları ilə, qısa sütuncuqlu dişiciyin yumurtalığı qısa saplaqlı erkəkciyintozcuğu ilə tozlanır. İllegitim tozlanmada belə qanunauyğunluq olmur. Mayalanma, meyvə əmələ gətirmə və həyat qabiliyyətinə görə legitim tozlanma həmişə üstünlük təşkil edir, toxum məhsulu iki dəfəyə qədər artıq olur. Qarabaşağın meyvəsi qalın və möhkəm pərdəli, üçüzlü xırda qozcuqdur. Meyvəsi eyni zamanda toxumu hesab edilir və səpin üçün təmizlənməmiş meyvədən istifadə edilir. 1000 ədəd meyvəsinin kütləsi 10-30 qram, pərdəliliyi 15-30% olur.

  5. Qarabaşağın növləri Qarabaşaq– Fagopyrumcinsinin üç növü məlumdur. 1. Adi qarabaşaq – Fagopyrumesculentum. 2. Tatar qarabaşağı – Fagopyrumtataricum. 3. Yarımkolşəkilli qarabaşaq - Fagopyrumsuffruticosum. Bu növlərdən yalnız adi qarabaşaq (qaradarı) mədənidir. Yarımkolşəkilli çoxillik olmasına baxmayaraq az yayılmışdır. Tatar qarabaşağı isə taxıl tarlalarını birillik alaq otu kimi zibilləyir. Adi qarabaşağın çiçəkləri xoş ətirli, ağ, çəhrayımtıl, qırmızı rəngli olmaqla salxıma bənzər çiçək qrupunda toplanır. Aşağıdakı çiçəklərin saplağı uzun olduğuna görə çiçək qrupu qalxancıq formasını alır. Çiçəkləri iri, meyvəsi (dəni) kəskin ifadə olunmuş üçüzlü, üzləri yastı, qabırğaları hamardır. Tatar qarabaşağının çiçəkləri yaşılımtıl-sarı rəngli, xırda və ətirsizdir. Çiçək qrupu uzunsov seyrək salxımdır. Meyvəsi xırda, üçüzlüdür, üzləri zəif ifadə olunmuş, qırışıqlı, hətta aşağı hissəsində çıxıntı kimi qabırğalıdır. Üzləri arasında uzununa şırım vardır. Növlər bir-birindən əsasən bu xüsusiyyətlərə görə fərqlənirlər. Yarımkolşəkilliqaradarı çox az yayıldığı üçün təsviri verilmir.

  6. Qarabaşaq toxumlarının cücərməsi və cücərtisi

  7. Qarabaşağın (qaradarının)çiçəyi • Qarabaşaq (Fagopyrum):1 – çiçəkli budaq; 2 – erkəkcik saplağı uzun və dişiciksaplağı qısa çiçək; 3 - dişicik saplağı uzun və erkəkcik saplağı qısa çiçək; 4 – meyvə və en kəsiyi

  8. Qarabaşağın meyvəsi (dəni)

More Related