1 / 20

Mövzu : “QUŞLARIN QRİPİ, NYUKASL XƏSTƏLİYİ, PULLOROZU VƏ ORNİTOZU” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AGRAR UNIVERSITETI  Fakültə: Baytarlıq təbabəti və əczaçılıq Kafedra: Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn: EPİZOOTOLOGİYA VƏ İNFEKSİON XƏSTƏLİKLƏR “BAYTARLIQ ” ixtisası. Mövzu :

opa
Download Presentation

Mövzu : “QUŞLARIN QRİPİ, NYUKASL XƏSTƏLİYİ, PULLOROZU VƏ ORNİTOZU” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AGRAR UNIVERSITETI Fakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: EPİZOOTOLOGİYA VƏ İNFEKSİON XƏSTƏLİKLƏR“BAYTARLIQ ” ixtisası Mövzu: “QUŞLARIN QRİPİ, NYUKASL XƏSTƏLİYİ, PULLOROZU VƏ ORNİTOZU” Mühazirəçi: dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

  2. PLAN • Xəstəliyin tərifi • Tarixi məlumat • İqtisadi zərər • Törədicisi • Davamlılığı • Epizootoloji xüsusiyyətləti • Patogenez • Gedişi və kliniki əlamətləri • Patoloji –anatomik dəyişikliklər • Diaqnoz • Təfriqi diaqnoz • Müalicə • İmmunitet • Profilaktika və mübarizə tədbirləri

  3. ƏDƏBIYYAT SIYAHISI • R.A. Qədimov, İ.B. Məmmədov, S.Ə. Culfayev “Xüsusi epizootologiya”, “Azərnəşr”, Bakı, 1990. • Z.Ə.Ələsgərov, E.M.Ağayeva, Q.Ə.Dünyamalıqev “Baytarlıq virusologiyası”. Azərnəşr-2009 • Z.Ə. Ələsgərov “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”, “Azərnəşr”, Bakı, 2006. • A. A. Konopatkin və başqaları “Epizootologiya və k/t heyvanlarının infeksion xəstəlikləri”, Moskva, “Kolos”,1984. • R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • R. A.Kadımov ,A.A. Kunakov, V.A. Sedov «İnfeküionnıe bolezni oveü», «Kolos», Moskva,1987. • R.A. Qədimov, İ.B. Məmmədov, Z.Ə. Ələsgərov “Epizootologiya”, “Elm”, Bakı, 1998.

  4. QUŞLARIN XƏSTƏLIKLƏRIQUŞLARIN QRIPI (LRİPPUS-AVİUM) • Quşlarin qripi quşların kontagioz septisemiya ilə keçən tənəffüs və həzm sisteminin zədələnməsi ilə səciyyələnən xəstəliyidir. • Tarixi məlumat. Xəstəlik ilk dəfə 1873-cü ildə Italiyada Perronçita tərəfindən müəyyən edilmişdir. Sonra Xəstəliyi Almaniyada (1880-cı ildə) Rivolto və Delprato qeyd etmişdir. • Qrip əvvəllərdə müxtəlif adlarla «Avropa klassik taunu», «Quşların eksudativ tifi» və s. ilə qeyd edilirdi. Lakin 1971-ci illərdən sonrakı tədqiqatlar göstərir ki, xəstəliyin vırusu influepsanın virusuna aid olmuş və xəstəliyi quşların qripi adlandırmaq məqsədəuyğun sayılmışdır, Qripi Rusiyada klassik taun adı ilə ilk dəfə 1902-ci ildə M.Q.Tartakovski öyrənmişdir. • XX-ci əsrin əvvəllərində qrip ABŞ, Afrika, Asiya qitəlırinin bəzi rayonlarında yayılmışdır. Bu xəstəliyi öyrənən alimlərdən M.Q.Tartakovski, A.P.Kür-Muratov, I.N.Doroşko, Q.A.Safonov, V.N.Sürin, Q.A.Ivanov, N.Q.Osidze və başqalarını göstərmək olar. • Iqtisadi zərər. Xəstəlik quşçuluq təsərrüfatına böyük iqtisadi zərər verir. Qrip-dən ölüm çox hallarda 40-100%-ə çatır. Bundan əlavə xəstəlik baş verdikdə karan-tin tədbirləri görülərək baytarlıq nəzarəti qoyulur. Həm də xəstəlik əleyhinə apa-rılan baytarlıq tədbirlərinə sərf olunan vəsait təsərrufata xeyli iqtisadi zərər verir. • Törədicisi. Virus tərkibində RNT saxlayan, inflüensa ailəsinin, miksovirus qrupuna aid olmaqla insanların, atların, donuzların qripinin «A» tipinə oxşardır. • Virus toyuq embrionunda və toxuma mühitində yetişir. Amil butün növ quşların, heyvanların və eləcə də insanların eritrositləri ilə hemoaqqlütinasiya verir. Virusu HALR, KBR, NR ilə təyin etmək lazımdır. Qripin törədicisi hemolitik, fermentativ, toksiki xassəyə malik olmaqla yüksək patogenlik qabiliyyətinə malikdir. Virusun dəyişkən ştammına da rast gəlmək olur. • Davamlılığı. Virus 60°C istilikdə 10 dəqiqəyə, qaynama temperaturunda isə tez tələf olur. • Günəş şüaları amili tez öldürür. Virusla yoluxmuş materialı lehimlənmiş Paster pipetkasında mənfi 30°C-də 2 il, mənfi 5°C-də 1 il saxlamaq olur. Amil yumurtada soyuq şəraitdə 538 gün, quş cəmdəyində mənfi 20°C-də 836 gün öz virulentliyini saxlayır. 1%-li natrium-xlorda 7 həftəyə kimi qalır. • Dezinfeksiya maddələrindən virusu 3%-li xlorlu əhəng, 5 %-li hidrogen-xlor turşusu, karbol turşusu, 3%-li formaldehid 1:500 krezol, 1:1000 lizol, 1:20 etil spirti, 0,1 %-li süleymani məhlulları 10-30 dəqiqəyə tələf edir.

  5. Epizootoloji xüsusiyyətləri. Xəstəlik həddindən artıq tez yayılmaqla kütləvi tələfat verir. • Xəstəliyə təbii halda bir çox vəhşi və ev quşları həssasdırlar. Süni yoluxmada virusla ağ siçan, adadovşanı və hinddonuzları xəstələnirlər. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, insanların qripi vəhşi və ev quşlarına keçir və ya əksinə xəstəlik törədicisi insan və quş arasında dövr edir. Xəstəliyin mənbəyi xəstə quşlar və onların ifrazatlarıdır. Virus ağızsuyu, yumurta, gözyaşı, nəcis, tənəffüs vasitəsi ilə xaric olunur. Beləliklə də yem, su, hava və digər obyektlər çirklənir, sağlam quşlar üçun yoluxma qorxusu törədir. • Qrip təsərrüfata yoluxmuş yem, alət və vasitələr, zərərsizləşdirilməmiş qablar, quş cəmdəyi və yumurtalar, gediş-gəliş, vəhşi quşlar və digər vasitələrlə gətirilə bilər. • Qripin baş verib yayılmasında zoogigiyeniki şəraitin, baytar-sanitar qaydalarının, qeyri-sağlam qonşu təsərrüfatin rolu vardır. Xəstəliyə qarşı əsasən mübarizə aparılmadıqda qrip stasionar hal alaraq həmin təsərrüfatda vaxtaşırı baş verir. Bundan əlavə qripin yayılmasında həşəratlarıngəmiricilərin rolu da müəyyən olunmuşdur. • Qrip çox hallarda başqa infeksiya ilə də mürəkkəbləşir. Xəstəlik ən çox respirator mikoplazmoz, koliseptisemiya, infeksion larinqotraxeitlə qarışıq gedir. Iri quşlar 40- 60%-əqədər yumurta məhsulunu azaldır. • Patogenez. Virus tənəffüs yolu selikli qişaya düşəndən sonra onun həyat fəaliyyəti nəticəsində hasil olmuş maddo qan damarına daxil olub eritrositdə asorbsiya edilərək bütün orqan və toxumalara yayılır. Sonra virus parenximatoz orqanlarda toplanır. • Bu orqanlarda virusun toksiki təsiri nəticəsində intoksikasiya güclənir və quşun tələf olmasına səbəb olur. Virusun təsirindən hipoplaziya, limfositopeniya əmələ gələrək orqanizmin müdafiə qüvvəsinə mənfi təsir edir. Damar divarlarında əmələgələn zədələr qanda hemodinamik prinsipi pozaraq hemorroji diatezə və eksudasiyaya səbəb olur. • Gedişi və kliniki əlamətləri. Qripin inkubasiya dövrü, yoluxma yolu və digər şərtlərdən asılı olaraq 12 saatdan 3 günə kimidir. Xəstəlik adətən qısa müddətdə tez inkişaf edərək bütün quşların 95-100%-ni əhatə edir. Xəstə quş birdən-birə kefsizləyir, tükləri pırpızlaşır, yemdən qalır, suya meyli artır. • Orqanizmin ümumi temperaturu 44°C-ə qədər yüksəlir. Yumurtlama azalır və ya tamam kəsilir. Xəstənin baş nahiyəsinin selikli və seroz qişaları, konyunktiva, udlaq, qırtlaq, dil, damaq şişir, gözdən yaş axır. Xəstənin başı böyüyür Sonra iltihab prosesi tənəffüs yolunun selikli qişalarında da nəzərə çarpır. Ağız boşluğu selikli qişada qan sağıntıları görünür. Xəstənin səsi dəyişir, təngnəfəslik və fitləyici səs eşidilir. • Xəstənin pipik, saqqalı və görünən digər selikli qişaları sianozlaşır, sinir pozğunluğu inkişaf edir. Belə halda xəstənin qanadının biri, bəzən də ikisi də sallanır, boynu əyilir, xəstə mənasız olaraq atılır-düşür, çapalayır, paralitik hal görünür. Xəstədə mədə-bağırsaq pozğunluğu inkişaf edir və ishal başlayır. Nəcis kütləsi sıyıq və qanlı olur. Xəstəliyin kliniki əlamətləri qazlarda, ördəklərdə və toyuqlarda olduğu kimi gedir.

  6. Patoloji-anatomik dəyişiklik. Qripin iti və xroniki gedişindən asılı olaraq cəmdək normada və arıq ola bilər. Kloaka ətrafı bulaşmış olur. Dərialtı toxumaları kəsdikdə ora sarı-samanı rəngdə maye toplanmış olur. Mədə-bağırsaq selikli qişalarında, vəzili mədədə, əzələli mədədə, onikibarmaq bağırsaqda, düzbağırsaqda qan sağıntıları görünür. Ürək kisəsi və əzələsində, qaraciyərdə, yumurtalıqda, əzələlərdə, traxeyanın selikli qişasında, yem borusunda qan sağıntılarına təsadüf edilir. Bundan əlavə dalaqda, qaraciyərdə, böyrəklərdə, mərkəzi sinir sistemində nekrotiki ocaqlar görünür. • Diaqnoz. Qripə diaqnoz onun epizootologiyasına, kliniki əlamətlərinə, patoloji-anatomik dəyişikliklərinə, virusoloji, seroloji, bioloji müayinəsinə .əsasən qoyulur. • Laboratoriyaya göndərilmiş nümunədən emulsiya hazırlanıb 10 günlük quş embrionu yoluxdurulur. • Bundan əlavə xəstəliyin diaqnozunda hemoaqqlütinasiya, hemoaqqlütinasiya-nın ləngiməsi, neytrallaşma, diffuz presipitasiya, komplementin birləşmə reaksiyalarından və lüminessent mikroskopiyadan istifadə edilir. • Təfriqi diaqioz. Qripi quşların Nyukasl, pasterellyoz, infeksion larinqotraxeit, infeksion bronxit, spiroxetoz və zəhərlənmədən təfriq etmək lazımdır. • Müalicə. Qrip yayılmasın deyə müalicə edilmir. • Profilaktika və müalicə tədbiri. Qripdən sağalan quşlarda təbii olaraq 6 aya qədər immunitet əmələ gəlir. Qrip əleyhinə «A» tipindən hazırlanmış maye və quru hidrooksi-amin embrion vaksin işlədilir. Vaksin əzələarasına 14 gün intervalla iki dəfə vurulur. • Revaksinasiya isə bir dəfə aparılmalıdır. Vaksinlə kliniki sağlam 45 günlük toyuq, ördək və hind toyuğu peyvənd edilir. Immunitet inyeksiyadan 14-21 gün sonra əmələ gəlir, 6 ay müddətində davam edir. Vaksinə qarşı əmələ gəlmiş immunitetin gərginliyi peyvənddən 21-30 gün sonra HARL ilə müəyyən edilir. Əgər yoxlama zamanı 80%-də 1:10-də müsbət nəticə alındıqda vaksinin səmərəsi müsbət sayıla bilər. • Qrip əleyhinə mübarizə məqsədi ilə quşlar eyni yaş qrupu prinsipində saxlan-malıdır. Quşlar gətirilməzdən qabaq bina 3 dəfə təkrar dezinfeksiya edilməlidir. Mütamadi mexaniki təmizlik və dezinfeksiya işinin quşçuluqda istifadə edilən qabların, alət və vasitələrin zərərsizləşdirilməsində də tətbiq etmək lazımdır. • Qrip baş verən kimi təsərrüfat karantinə alınmalıdır. Xəstəlik bir sexdə başlayıbsa xəstələr seçilərək qansız üsulla öldürülüb ləğv edilir. Qalan quşların hamısı ət üçün kəsilir. Əgər xəstəlik çox miqdarda quşları əhatə edibsə hər gün seçilmə aparılır və lazımi tədbir görülür. Əgər kəsilmiş cəmdəklərdə xarakterik patoloji dəyişiklik aşkar edilərsə belə cəmdəklər utilə verilir və dəyişiklik olmasa daxili orqanlar ləğv edilir, cəmdək yaxşı bişirilib istifadə edilir. Xəstə və şübhəli quşlardan alınan yumurtalar 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilir. Qripə görə qeyri-sağlam təsərrüfatdan alınan yumurtalar inkubasiyaya qoyulmur. Quş binalarının və qrip törədicisi ilə yoluxmuş obyektlərin dezinfeksiyası üçün 3%-li natrium qələvisi 1%-li formaldehid, tərkibində 3%-li fəal xlor saxlayan xlorlu əhəng məhlullarından istifadə edilir. Əgər dezinfeksiya aerezol üsulla aparılırsa burada formalin və yeyici qələvidən istifadə etmək məsləhətdir. Formaldehid hər 1m3 həcmə 15 ml, yeyici qələvi isə 20 ml götürülür. • Inkubator üçün yalnız sağlam yumurta istifadə edilməlidir. Körpə cücələr 45 günlüyünə çatdıqda embrion vaksinlə peyvənd edilməlidir. • Qeyri-sağlam və ya şübhəli təsərrüfatdan toplanan tük və lələk dezinfeksiya olunmalıdır. Qripə görə qeyri-sağlam təsərrüfatda quşlar arasında ardıcıl olaraq çıxdaş edilir. Çıxdaş etmə əsasən boy inkişafından qalan, az məhsuldar quşlar hesabına olmalıdır. Profilaktiki məqsədlə quşları binadan çıxarmadan quş binasında süd turşusu və ya xlorskipidar məhlulunun aerozolundan istifadə edilir. • Təsərrüfatdan karantin xəstəlik tam ləğv edildikdən sonra götürülə bilər.

  7. NYUKASL XƏSTƏLIYI (morbus newcastle) • Nyukasl xəstəliyi ədəbiyyatda-«Psevda taun», «Asiya taunu», «Yalançı taun», «Filiaret», «Ranikxet», «Pnevmoensefalit» adı ilə məlumdur. • Nyukasl yüksək kontagioz xəstəlik olub, toyuq cinsli quşların tənəffüs, həzm sistemi selikli qişalarının və sinir sisteminin zədələnməsi ilə səciyyələnir. • Tarixi məlumat. Xəstəlik ilk dəfə Asiya qitəsinin Yava adasında 1926-cı ildə Kranevald tərəfindən qeyd olunmuşdur. 1927-ci ildə xəstəliyi inkilis alimi Doyl, Nyukasl şəhəri yaxınlığında müəyyən etmişdir. Bundan sonra bu infeksiya Nyukasl xöstəliyi adlanmışdır. Sonra xəstəlik Avropa, Asiya, Amerika qitələrinin bir çox ölkələrində qeyd edilmişdir. Nyuksal xəstəliyinin geniş yayılmasına səbəb Ikinci dunya müharibəsi olmuşdur. Ona görə də xəstəlik ilk dəfə Ukrayna və Moldaviya ərazisində 1941-1945-ci illərdən sonra müşahidə edilmişdir. Nyukasl xəstəliyinin öyrənilməsində A.Y.Fomina, I.I.Oçkina, P.M.Svinsov, A.A.Zakomırdin, Kur-Muratov, I.N.Doroşko, V.N.Sürin və başqalarının xidməti böyükdür. Bu xəstəliklə həm də xarici ölkə alimləri S.B.Hitçner, E.P.Conson, Q.Reyznik, D.R.Ader, V.B.Qross məşğul olmuşlar. • Iqtisadi zərər. Nyukasl xəstəliyi epizootiki və bəzən də panzootiki halda yayılaraq kütləvi qırğına səbəb olmaqla quşçuluq təsərrüfatına böyük zərər verir. Xəstələnən quşların əksəriyyəti tələf olur. Bundan əlavə təsərrüfatda karantin tədbirləri, xəstəliyin qarşısını almaq və onu ləğv etmək üçün baytarlıq vəsaitləri, işçi qüvvəsi sərf olur ki, bu da xəstəliyin təsərrüfata verdiyi iqtisadi zərər sayılır. • Törədicisi. Nyukasl xəstəliyinin törədicisi tərkibində RNT saxlayan, Zeys, Berkefeld, Şamberlan süzgəclərindən keçən viruslardır. • Viruslar 9-12 günlük toyuq embrionunda, toxuma mühitində yaxşı yetişirlər. Xəstəlik törədicisini toxumadan təmizləmək üçün 1:1000-də tiomersan və ya hər 1 ml patoloji nümunə emulsiyasına 3.000 TV penisillin, ya da streptomisin işlədilir. Virusla quşları, adadovşanlarını, qaramalı, atları peyvənd etdikdə onların qanında hemoaqqlutininləşdirici, neytrallaşdırıcı və komplementbirləşdirici immun cisimcikləri əmələ gətirir. Antigenlik xassəsinə görə Nyuksal xəstəliyinin törədicisinin bir-birindən fərqlənən serotipləri müşahidə olunmamışdır. Lakin virusun H, B, F, La-sota, W, B, T, U və s. ştammları mövcuddur.

  8. Davamlılığı. Xəstəliyin törədicisi müsbət 16-36°C-də 45 gün, 55-75°C-də 30 dəqiqəyə, qaynama temperaturunda isə tez tələf olur. Virus donmaya və qurumaya davamlıdır. Müsbət 4°C temperaturada vakumla qurudulmuş materialda amil 2 ilə kimi öz virulentliyini saxlayır. Virus müsbət 4-8°C-yə, pH-ı 7,2-7,4 olan fosfatlı- buferli məhlulda 370 gün, dondurulmuş cəmdəkdə və onun orqanlarında 6 aya, -20°C-də isə 836 günə, -70°C-də isə 3-4 ilə kimi sağ qalır. Virus otaq temperaturunda 18-20°C-də patoloji nümunədə 2 həftəyə qədər, quş binasında 156 günə, çürüməkdə olan cəmdəkdə 60 günə, dən yemlərində, içməli suda 165 günə, ultrabənövşəyi şüaların təsirinə 1 saata qədər sağ qalır. Amil peyində 72 saata, yaxmada 48 saata tələf olur. • Virusu 2%-li natrium qələvisi, 5%-li karbol turşusu, 3-5%-li xlorlu əhəng, 2%-li formalin, 2%-li lizol, 1:500 süleymani, 5%-li kreolin məhlulları 20-60 dəqiqəyə tələf edir. • Epizootoloji xüsusiyyətləri. Xəstəliyə təbii halda toyuq növünə aid olan quşlar həssasdırlar. Cavan quşlar yaşlılara nisbətən daha tez xəstələnirlər. • Nyukasl xəstəliyi ilə həm də iri toyuqlar, hind toyuğu, firəng toyuğu, qırqovullar, tovuz quşları, meşə toyuqları xəstələnirlər. • Virusla süni olaraq ördəyi, qarğanı, sağsağanı, sərçəni, ağ siçanı, adadovşanını yoluxdurmaq mümkündür. • Infeksiya mənbəyi xəstə və virusgəzdirən quşlardır. Onlar virusu gözyaşı, ağızsuyu, burun axıntısı, nəcis, yumurta, tənəffüs və sair yollarla ifraz edir. Bu isə öz növbəsində yemləri, suyu, yem qablarını, döşənək materiallarını, quşçuluq binasında istifadə olunan əşyaları, alət və vasitələri çirkləndirir. Bu da sağlam quşların yoluxmasına səbəb olur. Virus orqanizmə həzm və tənəffüs yolu selikli qişası ilə daxil olur. Təbii halda quşların yoluxması başlıca olaraq aerogen yolla baş verir. Virusla bütün quşları inyeksiya üsulları ilə yoluxdurmaq mümkündür. Quşların yoluxma dərəcəsi həm də virusun virulentli ştammları ilə əlaqədardır. • I.M.Doroşko, I.S.Şkolyarenko, Y.Q.Ələkbərov və başqalarının tədqiqatlarına görə hind toyuqları toyuq və cücələrə nisbətən Nyukasl xəstəliyinə az həssasdırlar. Eləcə də yerli cinslər mədəni cinslərə nisbətən xəstəliyə dözümlüdürlər. Ədəbiyyat məlumatlarına görə Nyukasl xəstəliyi insanlarda qrip formada keçməklə yuxarı tənəffüs yollarının katarı, konyunktivit və göz qapaqlarının şişməsi, orqanizmin ümumi temperaturunun yüksəlməsi kimi əlamətlərlə keçir. Xəstəliyin yayılmasında virusgəzdirənlər, qeyri-sağlam təsərrüfatdan gətirilən cəmdəklər və yumurtalar başlıca rol oynayır. • Müayinələr nəticəsində sübut olunmuşdur ki, xəstəliyin törədicisi virusgəzdirən quşlar, kəsilmiş cəmdəklər, yumurta, lələk, tük, nəqliyyat, vəhşi quşlar, həşəratlar, gəmiricilər, sahibsiz itlər və pişik, külək və digər vasitələrdir. Taun və ya Nyukasl xəstəliyinə ilin bütün fəsillərində rast gəlmək olar. Lakin xəstəlik ən çox yaz və payız aylarında müşahidə edilir. • Xəstəliyin yayılıb inkişaf etməsində zoogigiyeniki şəraitin lazımi səviyyədə olmamasıdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə xəstəlik əleyhinə ardıcıl, planlı, sürətlə aparılan peyvənd tədbirləri xəstəliyin kəskin sürətdə azalmasına səbəb olmuşdur.

  9. Gedişi və kliniki əlamətləri. Nyukasl xəstəliyinin inkubasiya dövrü bir çox faktorlardan asılıdır. Virusun virulentliyinin, miqdarının, orqanizmin yaşının, xarici mühit vəziyyətinin rolu böyükdür. Bu səbəbdən də inkubasiya dövrü 1-20 günə qədər ola bilər. Xəstəlik iti, yarımiti, xroniki və latent formada gedir. • Iti formada xəstə quşda az nəzərə çarpan əlamətlər baş verməklə birdən-birə tələf olur. • Xəstəliyin yarımiti və xroniki forması iri quşlarda müşahidə edilməklə 3 həftə uzana bilər. Latent forma ən çox yaşlı quşlarda baş verməklə, kliniki dəyişikliklər yalnız yumurtanın azalması ilə nəzərə çarpır. • Nyukaslla xəstələnmiş quşda ümumi ölgünlük, temperaturun yüksəlməsi, ishal, pipiyin, saqqalın sianozlaşması kimi əlamətlər görünür. Bundan əlavə xəstə yemdən qalır, tüklər pırpızlaşır. • Konyunktiva, ağıs-burun selikli qişaları iltihablaşır. Xəstənin burun deşiklərindən, ağzından və gözündən maye və yaş axır. • Xəstə başını çırpalayır, yuxulu kimi görünür. Tənəffüs yolu iltihablaşdığı üçün, xəstədə öskürək, asqırma müşahidə olunur. Xəstədə təngnəfəslik, ağzını geniş açaraq hava udmağa çalışmaq kimi hərəkətlər müşahidə edilir. Çinədan yemlə dolu olur və çoxlu qaz toplandığı üçün şişmiş olur. Xəstənin ağzından pis iy gəlir, mədə-bağırsaq pozğunluğu başladıqda ishal, nəcisin rəngi yaşıl təhər, boz, su kimi, pis iyli olur. Xəstədə sinir pozğunluğu, həyəcanlanma, hərəkət koordinasiyasının pozulması, səndələmə, dairəvi hərəkət, parez, iflic, əsmələr, tutmalar görünür. • Bəzən xəstələr sinir sarsıntısı nəticəsində hoppanaraq yerə yıxılır, qeyri-simmetrik vəziyyət alaraq tələf olurlar. • Patoloji-anatomik dəyişikliklər. Nyukasldan ölmüş cəmdəyin köklük dərəcə-si xəstəliyin formasından asılıdır. Cəmdək iti formadan ölübsə kök, yarımiti və xroniki formada ölənlər isə arıq olurlar. Ağız boşluğu selikli qişası sianozlaşmış, dilin üstündə, kökündə, udlaq, qırtlaq, burun boşluğu selikli qişalarda həlməşikli selik olur. Xarakterik patoloji dəyişikliklər vəzli, əzələli mədə, onikibarmaq bağır-saq, nazik bağırsaq, kor və düzbağırsağın selikli qişalarında müxtəlif forma və irilikdə qan sağıntilarının olması sayılır. Vəzli mədə selikli qişasında nöqtəvarı, ya da zolaqvarı qan sağıntıları, nekrotikiki ocaqlar. ocaqların altında yaralar görünür ki, bunun diaqnostiki əhəmiyyəti var. • Lakin xəstəlik əleyhinə antibiotik və digər dərman preparatları işlətdikdə göstərilən patoloji dəyişiklik zəif nəzərə çarpır ki, bunu da baytar həkimi nəzərə almalıdır. Qaraciyər həcmən böyüyür, rəngi boz-sarı təhər görünür. Dalaq əksərən normada olur. Ürək kisəsində qan sağıntılarına, böyrəklərdə və ağciyərdə hiperemiyalara təsadüf edilir.

  10. Diaqnoz. Tauna diaqnoz virusoloji, seroloji və bioloji müayinələrə əsasən qoyulur. Xəstəliyi HAR, NR, HARL- reaksiyaları vasitəsilə, embrionu yoluxdurmaqla müəyyənləşdirmək mümkündür. Xəstəliyə diaqnoz qoyarkən epizootoloji, kliniki və patoloji anatomik dəyişikliklərə də fikir verilməlidir. • Təfriqi diaqnoz. Nyukasl xətəliyi quşların qrip, infeksion larinqotraxeit, pasterellyoz, infeksion bronxit, spiroxetoz və zəhərlənmələrindən təfriq edilməlidir. Bu məqsədlə ardıcıl müayinə üsullarına ciddi fikir verilməlidir. • Müalicə. Xəstəliyin müalicəsi məqsədəuyğun hesab edilmir. • Profilaktika və mübarizə tədbirləri. Xəstəlikdən və ya peyvənddən sonra Nyuksal xəstəliyinə qarşı quşlarda əmələ-gələn immunitet onların yaşından asılı olaraq qısa və ya uzunmüddətli olur. Iri quşçuluq komplekslərində aerozel vaksinasiya üsulundan istifadə edilir. Bu məqsədlə B1, «La- Sota», «H», Bor-74 ştammlarından hazırlanmış vaksinlər işlədilir. Bundan əlavə xəstəliyə qarşı inaktivləşdirilmiş vaksin də işlədilməsi məsləhətdir. Bu vaksinlər quşların 120 günlük yaşlarında 1 ml doza ilə əzələarasına peyvənd edilir. Immunitet 10-14-cü gün əmələ gəlir və 6 ay davam edir. • Nyuksal xəstəliyinə görə qeyri-sağlam təsərrüfatlarda cücələr «B1» vaksini ilə 20-25 günlüyündə 2-ci dəfə, 45-60 gün dən sonra 3-cü dəfə, 140-150 günlüklərində, sonra 6 aydan bir təkrar edilməklə vaksinasiya edilməlidir. La-Sota isə 10-15, 35-40, 120-140 günlüklərində tətbiq edilir, 6 aydan sonra revaksinasiya edilir. Sağlam təsərrüfatda yetişdirilmiş cücələrin yoluxma qorxusu olduqda B1 vaksini ilə onların 56-cı günlərində peyvənd edilməsi məsləhətdir. Vaksinasiyadan 3-5 gün qabaq və 5-7 gün müddətinə sulfanilamid və antibiotik tətbiqini dayandırmaq lazımdır. Vaksinasiya dövründə quşların yem payına polivalent vitamin kompleksi əlavə edilməlidir. Son zamanlar Nyukasl xəstəliyinə qarşı çiçəklə birlikdə peyvənd edilməsi də məsləhət görülür. • Mübarizə tədbirlərindən başlıcası infeksiyanın təsərrüfata gətirilmə yollarının kəsilməsidir. Bu məqsədlə təsərrüfat ərazisi hasara alınmalıdır. Giriş-çıxış yollarına daimi dezobaryer qoymaq lazımdır. Təsərrüfata inkubasiya üçün yumurta, cins məqsədlə gətirilən quşlar sağlam olmalıdır. Yoluxma qorxusu olan əşyalar, lələk və tüklər, geyim vasitələri, binada istifadə olunan alət və vasitələr vaxtaşırı dezinfeksiya edilməlidir. Bu məqsəddlə 3%-li soda məhlulu işlədilir. 40%-li formalindən hər 1m3 həcmə 15-20 ml buxar formasında işlətmək lazımdır. Formalin aerozolundai istifadə edildikdə quş binasının qapıları formalin buxarının xaricə yayılmaması üçün möhkəm örtülməlidir • Xəstəlik baş verən kimi təsərrüfat qeyri-sağlam elan edilərək 30 gün müddətinə karantin qoyulur. Xəstə quşlar tələf edilib, yandırılır. Yoluxma şübhəsi olanlar kəsilir, termiki zərərsizləşdirilib istifadə edilir. Yoluxma şübhəsi olan təsərrüfatda isə quşlar vaksinasiya edilməlidir. Xəstə təsərrüfatdan quş və quş məhsullarının kənara çıxarılması qadağan edilir. Qiyməti az olan əşyalar yandırılır. Qalan sahələr isə 2%-li natrium qələvisi, 3%-li xlorlu əhəng, 5%-li kreolin məhlulları ilə dezinfeksiya edilir. • Yoluxmuş quş peyini yandırılır. Şübhəli peyin biotermiki üsulla zərərsiləşdirilir. Xəstəliklə mübarizə çətinlik törətdikdə 2 ay müddətinə körpələrin inkubasiya edilməsinə fasilə vermək şərti ilə dayandırılır. Axırıncı ölüm və xəstəlik hadisəsindən 30 gün sonra təsərrüfat diqqətlə təmizləndikdən sonra dezinfeksiya edilib karantin götürülür.

  11. PULLOROZ (PULLOROSİS) • Pulloroz və ya ağ ishal cücələrdə və hind toyuqlarının balalarında mədə-bağırsaq pozğunluğu, parenximatoz orqal ların zədələnməsi və septisemiya ilə keçən, yaşlılarda isə xroniki və ya gizli keçən, yumurtalığın iltihabı ilı səciyyələnən infeksion xəstəlikdir. • Tarixi məlumat. Pulloroz dünyanın bir çox ölkələrində müşahidə edilir. Ilk dəfə xəstəliyi 1889-cu ildə ingilis alimi Kleym qələmə almışdır. Sonralar pulloroz 1900-cu illərdə ABŞ-da Retker tərəfindən müəyyən edilərək körpə cücələrin septisemiyası kimi səciyyələndirilmişdir. • Keçmiş SSRI-də pulloroz ilk dəfə 1924-cü ildə L.A.Uşakov tərəfindən təyin olunmuşdur. • Xəstəliyin öyrənilməsində P.V.Sizovun, A.Q.Malyavin, Azərbaycanlı alimlər-dən- Ə.M.Əhmədovun, Ə.A.Əsgərovun, Q.Ş.Hacıyevin və başqalarının da xidməti az olmamışdır. • Xəstəlik ədəbiyyatda «basilli ağ ishal» adı ilə qeyd olunurdu. Pullorozun törədicisi basil olmadığı üçün sonralar xəstəlik «bakteriyalı ağ ishal» adlandırılmışdır. • Pullorozun törədicisinin quşların tif xəstəliyinin törədicisi ilə eyni xassəyə malik olması tədqiqatçılar arasında mübahisəyə səbəb olmuş, lakin onlar sonralar eyni fikrə gələrək pulloroz və tifin eyni xəstəlik olması ilə razılaşmışlar. • Iqtisadi zərər. Pullorozun quşçuluq təsərrufatına vurduğu zərərin miqdarı körpələrin yoluxma dərəcəsindən, təsərrüfatın baytar-sanitar və zoogigiyeniki vəziyyətindən asılıdır. Xəstəlik quşlar arasında şəraitdən asılı olaraq 25-75%-ə qədər və ya daha çox tələfat verə bilir. Xəstəlik baş vermiş quşlar arasında 10-20%-ə qədər yumurtanın azalması, inkubasiya dövründə və ya körpələrin ilk günlərində kütləvi tələfatın olması xəstəlik əleyhinə külli miqdarda dərman maddələrinin işlədilməsi və digər tədbirlərin ümumi dəyəri pullorozun verdiyi iqtisadi zərərə aid edilir.

  12. Törədicisi. Pullorozun törədicisi körpələrdə və eləcə də yaşlılarda xəstəlik törətdiyinə görə, həm də tifin törədicisindən, morfoloji, kultural və antigenlik xassələrinə görə fərqlənmədiyi üçün Salm.gallinarum-pullorum adlanır. Amil hərəkətsiz, spor və kapsula əmələ gətirməyən, anaerob ƏPA, ƏPB mühitində, bakteri-aqar «J» və endo mühitində özünəməxsus boyverən, ucları küt şəkildə çöplərdir. Amil adi anilin boyaları ilə müsbət, Qramüsulu ilə mənfi boyanır. Yaxmada, mikroskop altında tək-tək görünür. • Süni yoluxmada xəstəlik törədicisi gəmiricilər, ağ Siçan, adadovşanı və eləcə də 3-12 günlük embrionlar üçün patogendir. • Davamlılıq. Salm.gallinarum-pullorum xarici mühitdə müəyyən müddət sağ qalır. Amil torpaqda 14 aya, quş peyinində 100-120 günə, suda 180-200 günə, quş binalarında, inkubatorlarda, lələkdə, yumurta qabığında, taralarda, cəmdəkdə bir neçə həftə qala bilər. 60°C isti suda 30 dəqiqəyə, qaynama zamanı tez tələf olur. • 18-20°C istilikdə qurudulmuş formada 7 ilə, dərin dəyişilməz döşənəkdə 10 günə qədər sağ qalır. 1%-li karbol turşusu, formalin məhlulu, 1:1000 süleymani, 1:20000-ə nisbətdə kalium permanqanat, tərkibində 0,5%-li fəal xlor olan xlorlu əhəng məhlulu, 15-20%-li yeyici kalsium qələvisi amili qısa müddətdə tələf edir. • Epizootoloji xüsusiyyətləri. Pulloroza təbii halda cücələr daha çox həssasdır. Lakin hind toyuğunun balaları, firəng toyuğu, göyərçin, qırqovul, sərçə və digər vəhşi quşlar da xəstəliyə yoluxur. Süni olaraq cücələri, adadovşanını, Hind donuzunu, ağsiçanı əzələarası, dərialtı, venadaxili, periton pərdəsinə asan yoluxdurmaq olur. Pullorozla cücələr aerogen yolla yoluxdurulur. Yoluxmuş yumurtalardan inkubasiya zamanı embrionun müəyyən faizi tələf olur. • Pullorozdan kütləvi qırğın ən çox körpələrin 6-7-ci günlərində müşahidə olunur: Cücələr bəyudükcə ölüm seyrəlir. • Lakin xroniki xəstələr və bakteriyadaşıyanlar hələ də quşlar arasında qalmaqda davam edir. Xəstəlik quşların 1 aylıq yaşlarından sonra latent formaya keçir. Təcrübədə adadovşanının, ağ siçanın, eləcə də buzovun təbii halda pullorozla xəstələnməsi göstərilir. Xəstəliyin bu vəziyyəti təsərrüfatın quş ferması ilə sıx əlaqəsi ilə bağlıdır. • Pulloroza toyuqlar xoruzlara nisbətən daha çox tutulurlar. Xoruzların toxumluğunda xəstəlik törədicisinin aşkar edilməsi pullorozun yayılmasında erkəklərin rolunu göstərir. Xəstəliyə ağ rus və leqqorn cinləri, başqa cinslərə-Roday-land, Plimitrok, Moskva, Yubiley cinslərinə görə davamlıdırlar,

  13. Xəstəliyin yayılması və onun inkişaf etməsi quşların saxlanması, yemlənmə və zoobaytar xidməti ilə sıx əlaqədardır. Pulloroz ən çox pis, nəmli, qaranlıq, ventilyasiyası zəif olan binada, gəzinti sahəsi natəmiz, birtərəfli yemləmə şəraitində saxlandıqda baş verir. • Xəstəliyin yayılmasında və onun inkişaf etməsində «A» vitaminin, karatinoidlərin, eləcə də digər vitaminlər çatışmadıqda baş verir. Xəstələrlə sağlamlar bir binada saxlandıqda yoluxma geniş yayılır. Lakin quşların zoogigiyeniki şəraitində kifayət qədər yemlənmə, bəsləmə, düzgün qulluq, təmizlik, yemlərin, eləcə də inkubasiyaya qoyulan yumurtaların keyfiyyətinin və onun tərkibinin vaxtaşırı yoxlanması qaydasına əməl edilərsə sağlam quşlar almaq mümkündür. • Pulloroz şərti patogen infeksiya olduğu üçün quşların rezistentliyini artırmaqla onun qarşısını almaq asandır. • Saxlama şəraitindən asılı olaraq bəzən pulloroz təsərrüfatda stasionar hal alır və vaxtaşırı infeksiya baş verir. Xəstəlik ilk günlər sporadik halda baş verirsə, lazımi tədbir görülmədikdə, amil passaj olunaraq viruleitliyini artırır, nəticədə xəstəlik epizootiki vəziyyət alır. Yaşlı quşlarda xəstəlik latent formada keçirsə belə toyuqlar xəstəlik törədicisini yumurta, nəcis və s. vasitələrlə ifraz edərək xarici mühiti çirkləndirir. Pullorozlu quş yoluxmuş yumurta verir. Belə yumurtalardan xəstə cücələr çıxır ki, onun da müəyyən hissəsi tələf olur, müəyyən hissəsi bakteriyadaşıyan olmaqla toyuq yaşına qədər böyüyürlər. Beləliklə də pulloroz nəsildən-nəsilə verilərək dövr edir. • Infeksiya mənbəyi əsasən xəstə cücələr, bakteriyadaşıyan iri toyuqlar, yoluxmuş yumurtalar, xəstəlikdən ölmüş cəmdəklər sayılır. Xəstələrin ifraz etdikləri nəcis, yemləri, su qablarını, gəzinti yerlərini, qəfəsləri çirkləndirir və sağlam quşlar üçün yoluxma qorxusu törədir. Sağlam quşlar təbii halda həzm aparatı və aerogen yolla yoluxurlar. • Pullorozun yayılmasında xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda əlaqələrin, gediş-gəliş, çirklənmiş suyun, yoluxmuş gəzinti yerlərinin rolu da az deyildir. Pulloroz ilin bütün fəsillərində müşahidə edilir. Lakin xəstəliyə ən çox inkubatorların fəaliyyəti zamanı rast gəlinir ki, bu da yaz, yay aylarında daha çox müşahidə olunur. • Xəstəliyin yayılmasında vəhşi quşların, həşəratların və insanların da rolu az deyildir.

  14. Patogenez. Orqanizmə müxtəlif yollarla düşən Salm.gallinarum-pullorum ən çox qaraciyər, öd yollarında, yumurtalıqda lakolizə etməklə xarici və daxili şərait-dən, orqanizmin rezistentliyindən asılı olaraq patoloji zədə əmələ gətirir ki, orqa-nizmdən amil nəcis və yumurta vasitəsi ilə xaric olur. Bəzən xəstəliklə əlaqədar olaraq xəstəlik törədicisi orqanizmin başqa orqan və toxumalarına yayılaraq daha dərin patoloji proses əmələ gətirərək yumurtalığın iltihabı, peritonitlə nəticələnir ki, bu da quşların ölümünə səbəb olur. Bundan əlavə xəstəlik törədiciləri yumurtalığın sarılıq kisəsində, inkubatora qoyulmuş yumurtada inkişaf edir və beləliklə də embrionun tələf olmasına və eləcə də sarılığın iltihabına səbəb olur. • Bəzən amilün orqanizmdə çoxalması nəticəsində qanda «pH» müvazinəti pozularaq asidoza səbəb olur. Sonralar bağırsaq selikli qişalarının keçiricilik qabliyyəti artır, həzm sistemi orqanlarının funksiyası pozulur, mədə şirəsi ifrazatı azalır və onun turşuluq dərəcəsi aşağı düşür, bağırsaq sistemində normal mikrofloranı çürüdücü mikroblar əvəz edir, beləliklə də qıcqırma və çürümə güclənir. Bunun nəticəsi olaraq selikli qişası qıcıqlanır, hiperemiyalaşır, iltihaba uğrayır ki, bu da öz növbəsində pullorozun törədicisinin inkişafına şərait yaradır. Müəyyən olunmuşdur ki, qana keçən bakteriyalar daxili orqanlara, qaraciyərə, sümük iliyinə, dalağa, yumurtalığa və s. nahiyələrə yayılır və patoloji prosesə səbəb olur. • Gedişi və kliniki əlamətləri. Pullorozun inkubasiya dövrü amilin virulentli-yindən, quşların yaşından, yoluxma yolu və üsullarından asılı olaraq bir gündən bir neçə günə qədər ola bilər. Xəstəlik çox iti, yarımiti və xroniki formada keçir. • Pullorozun çox iti forması yumurtadan xəstə çıxan cücələr arasında görünür. Xəstələrin hərəkət koordinasiyası pozulur, yemdən, sudan istifadə edə bilmirlər, ishal əlamətləri başlayır. Xəstəliyin əlamətləri zəhərlənməni xatırladır, dimdiklərinin ucları sianozlaşır və nəhayət xəstə bir neçə saata ölür. • Pullorozun iti forması adətən 1-10 günlüklər arasında müşahidə edilir. Xəstələrdə ümumi ölgünlük başlayır, yemdən qalır, mənasız səs çıxarır, sürüdən qalır, gözləri yumulur, bir güncə sıxılır və ya istilik mənbəyinə toplaşırlar. Tənəf-füs tezləşir, suya meyli artır, mədə-bağırsaq pozğunluğu başlayır. Ishal şiddətlənir, rəngi əvvəl boz və ya sarı, yapışqanlı, sonralar sıyılaraq, köpüklü və pis iyli olur. • Xəstənin temperaturu yüksəlir. Nəcis kloaka ətrafı tükləri bulaşdırır. Beləliklə də bulaşmış tüklər quruyaraq bir-birinə yapışır və kloakadan nəcisin xaric olmasına mane olur. Nəcis kütləsi düzbağırsağı tıxac kimi bağlayır. Bağırsaq sistemində toplanan qaz xaric olmur, qıcqırma prosesi güclənir, xəstənin tədricən zəhərlənməsinə səbəb olur. • Xəstəliyin yarımiti formasına əsasən 15-20 günlük və daha iri yaşlarda təsadüf edilir. Xəstələr arıqlayır, mədə-bağırsaq pozğunluğu, ishal əlamətləri, tüklənmənin gecikməsi, boy inkişafından qalma kimi nişanələr görünür. Bəzən belə quşlar çox hallarda normal yem, su qəbul edərək sağalır və bakteriyadaşıyan olur. • Bəzən patoloji proses belə quşlarda qarın nahiyəsinin iltihablaşaraq böyüməsinə, saqqal, pipik solğunlaşmasına, ishal əlamətlərinin olmasına, yumurtlamanın azalmasına və qabıqsız yumurta yumurtlamasına təsadüf edilir.

  15. Patoloji-anatomik dəyişikliklər. Pullorozdan tələf olmuş embrionda əsas patoloji dəyişiklik sarılığın böyüməsi, onu örtən pərdənin qalınlaşması və iltihablaşması, yumşalması, dəri və dərialtı təbəqədə qan sağıntılarının olması, qaraciyərin həcmən böyüməsi, onun üzərində zolaqvari, ya da diffuz, tünd-palçıqvarı və ya boz ləkələrin olması, ürək kisəsində eksudatın toplanması kimi nəzərə çarpır. Yumurtadan çıxandan 1-5 gün keçmiş cücələr ölür, onlarda müşahidə olunan dəyişikliklərə qaraciyər və dalağın böyüməsi, qabıq təbəqəsində sarımtıl-qonur, sarı-boz rəngində darı boyda nekrotiki ocaqlardan ibarətdir. Öd kisəsi ödlə dolu, plevra və periton pərdəsində serozlu eksudat olur. • Ürək əzələsi anemik və bişmiş ət rəngində olur. • Xəstəliyin yarımiti və xroniki formasından ölmüş quş cəmdəyində gedən patoloji dəyişikliklər daha aydın nəzərə çarpır. Qaraciyərdə kəskin iltihabı dəyişiklik müşahidə olunur. Müxtəlif irilikdə nerotiki ocaqlara dalaqda, ağciyərdə, ürək əzələsində mədə-bağırsağın selikli qişalarınla rast gəlmək olur. Öd kisəsi qatı ödlə dolu olur. Ödün içində pambıqvarı maddəyə təsadüf edilir. Çox zaman böyrəklərdə doluqanlı, korbağırsaqlar da hiperemiya, qan sağıntıları, zədə nahiyəsində şorvari kütlənin olmasına təsadüf edilir. • Kloakada sıyıq ağ rəngində çoxlu nəcis olur. Yaşlı quşlar pullorozdan öldükdə onların cəmdəyində gedən patoloji dəyişikliklər başlıca olaraq yumurtalıqda, peritonda gedir ki, bu da öz növbəsində oofarit, salpingit, yumurtalığın formasının dəyişməsi ilə səciyyələnir. Bəzən yumurtalıq qan damarları doluqanlı, palçıqvarı həlməşik maddə ilə dolu olur. • Diaqnoz. Pulloroza diaqnoz onun epizootoloji, kliniki patoloji-anatomik dəyi-şiklikləri nəzərə almaq şərti ilə bakterioloji seroloji, müayinəyə əsasən qoyulur. • Xəstəliyin latent və ya xroniki formasını gətirən quşlarda diaqnoz qan damlası aqqlütinasiya reaksiyasından (QDAR) və dolayı hemaqqlütinasiya reaksiyasından (DYHAR) istifadə edilir. (DYHAR)-i quşun 50-55 günlük yaşlarında və təkrarən 7 aydan sonra qoyulur. Istər QDAR istərsz DYHAR-ı qoyularkən quşların yem payından artıq zülal maddəsini, balıq ununu, antibistik və digər dərman preparatlarını çıxarmaq lazımdır. • Təfriqi diaqnoz. Pullorozu koksidiozdan, kolibakteriozdan, aspergillozdan, zəhərlənmədən, hipoavitaminozdan təfriq etmək lazımdır.

  16. Müalicə. Pullorozun spesifik müalicə sxemi hələlik tam həll olunmamışdır. Lakin xəstəliyə qarşı ümumi müalicə vasitəsindən istifadə edilməsi məsləhətdir. Kliniki xəstələr tələf edilir. Qalan klinik sağalmalar müalicə edilir. Bu məqsədlə quş yeminə 0,05-0,1% olmaq şərti ilə sulfademizin qatılaraq 14 gün müddətinə verilməsi məsləhətdir. Bundan əlavə sulfademizin 0,1-0,2% qatılıqda suya qatılıb verilə bilər. Pulloroz əleyhinə hər kq yemə 2-4 q miqdarında oksitetrasikilin qatılıb 10 gün gündə bir dəfə vermək olar. Ən yaxşı müalicəvi nəticə oksitetrasikilinin neomisinlə qarışığının işlədilməsindən alınır. Hər 1 ton yemə 100 q oksitetrasiklin, 500 q neomisin qatılıb 10 gün təkrar verilir. 3-5 gün fasilə verib sonra həmin qarı-şıqdan istifadə edilə bilər. Bundan əlavə pulloroz əleyhinə iri quşçuluq sənayesində furazolidondan istifadə edilir. Pereparat 0,04-0,06% təşkil etmək şərti ilə yemdə 15 gün verilə bilər. Pullorozun əleyhinə hər kq quş kütləsinə 200 mq furin işlətmək məqsədəuyğundur. Hər 1000 baş cücəyə 100 mq miqdarda polimiksin «M»-nin yemə qatılıb verilməsinin də müsbət nəticə verdiyi qeyd olunur. • Profilaktika və mübarizə tədbirləri. Xəstəlikdən sağalmış quşlarda qeyri-steril immunitet əmələ gəlir. Xəstəliklə mübarizə xəstəliyə görə sağlam və qeyri-sağlam təsərrüfatlarda aparılmalıdır. • Bu məqsədlə quşlar yumurtlama mərhələsinə çatdıqda qan-damlası aqqülütinasiya reaksiyası və dolayı yolla hemaqqülütinasiya reaksiyasından istifadə edilir ki, bu da xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda olan 50-55 günlük quşlar arasında aparılır. Qeyri-sağlam təsərrüfatlardan alınan yumurtalar yalnız yeyinti vasitəsi kimi işlədilir. Bundan əlavə inkubasiyaya qoyulan yumurtalar və inkubator əsaslı surətdə dezinfeksiya edilir. • Inkubatorda aerozol üsulla yumurtaları dezinfeksiya etmək heksoxlorofendən istifadə edilir. Bu üsulla həm yumurta həm də inkubatorları dezinfeksiya etmiş olur. Bu məqsədlə 50 qram heksoxlorofen 1 litr trietilenqlikoqolda həll edib 30 dəqiqə ekspozisiya vermək şərti ilə hər 1m3 həcmə 15 mq işlədilir. Bundan əlavə inkubatorun 1m3 həcminə 40% formalindən 15 ml aerozol halında işlədilir. • Pulloroza qarşı orqanizmin rezistentliyini möhkəmləndirmək üçün ABK (asidofilli bulyonlu kultura), (PABK) propionlu, asidofilli bulyon kulturası), şor, asidofilli quru pereparatlardan istifadə edilir. • Pulloroza görə qeyri-sağlam təsərrüfatda quşlar bir qayda olaraq qandamlası aqqülütinasiya reaksiyasının köməyi ilə 2 dəfə 20-25 gün fasilə ilə mənfi reaksiya alınana qədər yoxlanılmalıdır. Müsbət reaksiya verən quşlar ət üçün kəsilir. Belə təsərrüfatdan yumurtaların inkubasiya üçün istifadəsinə icazə verilmir. Bunlar yal-nız ərzaq məqsədi ilə işlədilməlidir. Pulloroz əleyhinə tətbiq məqsədi ilə yem pa-yına antibiotik, nitrofuran və sulfanilamid və digər pereparatlar işlətməklə, quşlar olan binada dezinfeksiya aparılır. Saxlanma, yemlənmə şəraiti yaxşılaşdırılmalıdır.

  17. ORNITOZ (ornithosis) • Ornitoz quşların infeksion xəstəliyi olub, başlıca olaraq yuxarı tənəffüs yollarının selikli qişalarının iltihabı və konyunktivitlə səciyyələnir. Xəstəliyə həm də insanlar həssasdır. • Tarixi məlumat. Xəstəlik ilk dəfə insanlarda Yurkenson və Ritqer, sonralar quşlarda 1895-ci ildə Moranj tərəfindən psittakoz adı ilə öyrənilməlidir. 1941-ci ildə ornitozu tutu quşlarında və başqa vəhşi quşlar arasında öyrənən Moyer olmuşdur. 1930-cu illərdə ornitozu Levnital, Koles və Lilli öyrənmişdir. Onlar xəstəliyin «adi çisimciklər» tərəfindən törəməsini sübut etmişdirlər. • Xəstəlik bütün dövlətlərdə müşahidə edilməklə 132 quş növü arasında müəyyən edilmişdir. • Ornitozu keçmiş SSRI-də 1957-1960-cı illərdə I.I.Terskiy, N.N.Basova, E.S.Zalmazon və başqaları öyrənmişdir. • Törədicisi. Ornitozu Chlamydiae psittaci törədir. Amil hərəkətsiz, spor, kapsula əmələ gətirməyən, kokabənzər polimorf olub, Romanovski-Gimza boyası ilə bənövşəyi, Makkia-vello üsulu ilə qırmızı, Kastanar üsulu ilə mavi, Unna üsulu ilə göy boyanır. Patoloji nümunədə amil lyüminessent mikroskopla asan görmək olur. Xəstəliktörədicisi 6-8 günlük quş embrionunda yaxşı yetişir. • Ornitozun törədicisi ilə eyni zamanda ağ siçan, hind donuzu və adadovşanını yoluxdurmaq olar. Chlamydiae psittaci özünəməxsus antigenlik xassəsinə malikdir. • Xəstəlik törədicisinin həm də endo-toksini müəyyən edilmişdir. Amilin-istiliyə davamlı və istiliyə davamsız iki komplementbirləşdirici komponenti aşkar edilmişdir ki, bunun diaqnostiki əhəmiyyəti vardır. Amilin bu xassəsi neytrallaşma və KBR-reaksiyası qoymağa imkan verir.

  18. Davamlılığı. Ornitozun törədicisi 60°C-də 10 dəqiqəyə, toxumada quru halda 5 həftəyə, otaq temperaturu və günəş şüalarının təsirindən 6 günə, suda-17 günə, quş peyinində 120 günə, yumurta qabığında-3 günə, dondurulmuş halda 3 ilə qədər sağ qalır. • Dezinfeksiya maddələrindən 3%-li fenol turşusu, 3%-li lizol, 2%-li formaldehid, xlorlu əhəng, xloramin, natrium qələvisi, 1%-li hidrogen-xlor, 0,2%-li kalium-permanqanat məhlulları 3 saata tələf edir. • Epizootoloji xüsusiyyətləri. Ornitozla bütün quş növləri yoluxurlar. Xəstəliyə 125 növdən çox ev və vəhşi quş növü tutulur. Həssaslığa görə tutu quşları və gəmiricilər əsas yeri tuturlar. Toyuq, hind toyuğu, qazlar, qırqovul, çöl toyuğu, vəhşi ördək, fırtına quşu, tutu quşları və gəmiricilərə nisbətən az həssasdırlar. Yaşlılara nisbətən, cavanlar ornitoza daha tez tutulurlar. Xəstəliktörədicisi ilə süni olaraq ağ siçan, hind donuzu, adadovşanı, ev və çöl siçanları, buzov, çoşka, qoyun və meymunları yoluxdurmaq olar. • Infeksiya mənbəyi xəstə quşlar, xəstəlikdən sağalıb xlamidiya daşıyanlar sayılır. Bu sahədə tutu quşları daha qorxulu hesab edilir. Xəstə quşlar 6 aydan çox xlamidiyadaşıyan olurlar. Qeyri-sağlam təsərrüfatın quşları 26,2-34,5%-ə qədər xəstəliktörədicisini gəzdirir və yayırlar. Yoluxma başlıca olaraq aerogen və alimentar yolla olur. • Xəstəlik ilin isti fəsillərində baş verməklə, əsas təsir edən faktorlar yüksək nəmlik, tozlu, pis iyli və qazlı binalar, birtərəfli yemlənmə və digər zoogigiyeniki şərtlər sayılır. Ornitozun yayılmasında quş gənələrinin və tük-lələkyeyənlərinin, yoluxmuş yemin, suyun və quşçuluqda isti-fadə olunan alət və vasitələrin rolu çoxdur. • Patogenez. Ornitozun törədicisi orqanizmə tənəffüs və ya həzm yolu ilə düşdükdə 2 gün müddətinə qana keçərək orqan və toxumalara yayılır. Beləliklə də amil tənəffüs yollarına, cinsiyyət orqanlarına, qaraciyərə, dalağa və sümük iliyinə çökür və burada patoloji proses yaradır. Nəhayət maddələr mübadiləsi kəskin dəyişir və orqanizmin rezistentliyi zəifləyərək ikincili infeksiyaların yayılmasına səbəb olur və patoloji dəyişikliyin səviyyəsindən asılı olaraq xəstədə kliniki əlamətlər baş verir.

  19. Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü quşların növündən, yoluxma yolundan, amilin virulentliyindən və miqdarından asılı olaraq müxtəlif olur. Ornitoz yaşlılarda yüngül, cavanlarda daha ağır keçir. Xəstədə ümumi ölgünlük, konyunktivit, göz qapaqlarının şişməsi, tənəffüs yollarının kataral iltihabı, ishal, ətrafların parezi kimi əlamətlər görünür. • Ornitozun kliniki əlamətləri tutu quşlarında yuxusuzluq, iştahın olmaması, tüklərin pırpızlaşması, ümumi tempe-raturun yüksəlməsi, arıqlıq və ətrafların iflici kimi müşahidə edilir. Xəstəliyin göyərçinlərdə nişanələri əsasən serozlu konyunktivit, işıqdan qorxma, göz bucağından irinli mayenin axması, burun deşikləri ətrafının bulanması ilə səciyyələnir. Bundan əlavə, ornitozun əlamətlərindən biri də körpələrin gec tüklənməsi və onlarda yaşıl rəngdə ishalın olmasıdır. Yaşlı erdəklərdə xəstəliyin kliniki nişanələri-rinit, asqırma, təngnəfəslik, konyunktivit və iflicin olması ilə müşahidə olunur. Ornitoz hind toyuqlarındaümumi ölgünlük, yuxulu kimi görunməsi, rinit, sinusit, tənəffüs yollarının iltihabı, qanlı ishal və iflicli əlamətlərlə nəzərə çarpır. • Patoloji-anatomik dəyişikliklər. Xəstəlikdən ölmüş cəmdəkdə, selikli qişaların iltihabı, qaraciyərin həcmcə böyüməsi və zəfəran rəngini xatırlatması, səthində xırdaca nekrotiki ocaqların olması nəzərə çarpır. Dalaq böyüyür, tünd-qırmızı rəngdə olur. Səthində nekrotiki ocaqlar görünür. Böyrəklərdə bozumtul ləkələr, hava kisələrində iltihabı proses, peritonit, ürək kisəsinin iltihabı və daxili orqanların səthlərində fibrin çöküntülərinin olması müşahidə edilir. Xəstəlik başqa infeksiya ilə mürəkkəbləşdikcə patoloji dəyişikliklər daha da dərinləşir və nəzərə asan çarpır.

  20. Diaqnoz. Ornitoza diaqnoz onun epizootoloji, kliniki əlamətləri, patoloji-anatomik xüsusiyyətlərini nəzərə almaq şərtiilə laborator müayinəsinə-mikroskopiya, seroloji reaksiyaya (NR, K.BR) əsasən aparılır. • Təfriqi diaqnoz. Ornitozu-respirator mikoplazmozdan, viruslu sinusitdən, qripdən, salmonellyozdan və Nyukasl xəstəliyindən təfriq etmək lazımdır. • Müalicə-aparılmır. • Profilaktika və mübarizə tədbirləri. Ornitoza qarşı spesifik profilaktika vasitəsi hələlik yaxşı öyrənilməmişdir. Xəstəliklə mübarizə aparmaq üçün xarici ölkələrdən, eləcədə rayonlardan gətirilən quşlar üç ay profilaktik karantində saxlanılır və baytarlıq müayinəsindən keçirildikdən sonra sağlam hesab edilir. Xəstə və xəstəliyə şübhəli quşlar tələf edilir. Yoluxmaya şübhəlilərin əti qaynadıldıqdan sonra istifadəyə verilir. • Qeyri-sağlam təsərrüfatda quşlar binadan çıxarılmadan bina süd turşusu ilə aerozol dezinfeksiya edilir. Xəstə təsərrüfatdan quş və quş məhsullarının çıxarılması qadağan edilir. Quş binaları 4%-li xloramin, 5%-li xlorlu əhəng, 0,5%-li natrium-qələvisi, 5-10%-li lizol məhsulları ilə dezinfeksiya edilməlidir.

More Related