1 / 15

Azərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq

Azərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq Kafedra: Ekologiya mühəndisliyi və meşəçilik Mövzu: Çayın iqlim amilləri Mühazirəçi: Kənd təsərrüfatı elmləri namizədi, dosent: Mirsalahov Mirnaib Mirqoca oğlu G Ə N C Ə – 2 0 0 9. PLAN. Çay axınına təsir göstərən amillər.

thelma
Download Presentation

Azərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq Kafedra: Ekologiya mühəndisliyi və meşəçilik Mövzu:Çayın iqlim amilləri Mühazirəçi:Kənd təsərrüfatı elmləri namizədi, dosent: Mirsalahov Mirnaib Mirqoca oğlu G Ə N C Ə – 2 0 0 9

  2. PLAN • Çay axınına təsir göstərən amillər. • Havanın rütubəti. • Buxarlanma. • Atmosfer yağıntıları. • Çay hövzəsinə düşmüş yağıntının miqdarının təyini. Çayın iqlim amilləri

  3. ƏDƏBİYYAT • Ş.Bağırov, H.Aslanov. Hidrologiya, hidrometriya və axımın nizamlanması. Çayın iqlim amilləri

  4. Çay axınına təsir göstərən amillər Axım, çay hövzəsinin bir sıra fiziki-coğrafi amillər kompleksindən asılıdır. Bura hövzənin iqlim amilləri, relyefi, torpaq – geoloji quruluşu, bitki örtüyü, hidroqrafik xüsusiyyətləri və s. daxildir. Atmosfer yağıntıları, buxarlanma, havanın temperaturu, rütubət və külək çay hövzəsində axıma təsir göstərən iqlim amilləridir. Atmosfer yağıntıları, çay hövzəsi üçün su balansı tənliyinin əsas parametrlərindən biri hesab olunur. Hövzəyə düşən yağıntının miqdarı artdıqca, çayda axımın miqdarıda artır. Yeraltı sular hesabına çayın qidalanmasında çay hövzəsinin geoloji xüsusiyyətlərindən biri olan su keçirməyən layın dərinliyi, onun istiqamət və mailliyi böyük rol oynayır. Su keçirməyən laylar çox dərində olanda çaylar yerüstü və qismən az dərinlikdə yerləşən yeraltı sular hesabına qidalanır. Çayın iqlim amilləri

  5. Havanın rütubəti Havada olan rütubət su buxarı əmələ gətirir. Havanın temperaturu artdıqca onda olan su buxarlarının miqdarı da artır. Əgər – 30oS-də 1 m3 havada olansu buxarlarının miqdarı 0,457 q-a bərabərdirsə, +30oS-də havadakı su buxarlarının miqdarı 67 dəfə çox, yəni 30,4 q olacaqdır. Havanın vahid həcmində olan su buxarlarının miqdarına mütləq rütubət deyilir. Mütləq rütubət q/m3 ilə ölçülür. İxtiyarı temperaturda havanın elastikliyinin (e), həmin temperaturda onu doymuş vəziyyətə gətirən elestikliyə (eo) nisbətinə nisbi rütubət deyilir. Eyni temperaturda havanın doymuş vəziyyətinə uyğun elastikliyi ilə onda olan faktiki elestikliyin qiymətləri fərqinə rütubət çatışmazlığı deyilir: Rütubət çatışmazlığı da rütubət elestikliyi kimi “mb” və ya mm civə sütunu ilə ölçülür. Çayın iqlim amilləri

  6. Avqust psixrometri və tüklü hiqrometr Çayın iqlim amilləri

  7. Buxarlanma Buxarlanma – suyun buxara çevrilmə prosesidir. Bu proses su, buz, qar, torpaq səthlərindən və bitki örtüyündən əmələ gəlir. Buxarlanma miqdarı havanın temperaturundan, havadakı rütubət çatışmazlığından və küləyin sürətindən asılıdır. Buxarlanma prosesi istilik sərf edilməklə gedir. Havanın 00S temperaturundan 1 q suyun buxara çevrilməsi üçün 597 qram/kalori istilik tələb olunur. Belə istilik miqdarına buxar əmələ gətirən gizli istilik miqdarı deyilir. buxarlanmaya sərf olunan istilik miqdarını bilməklə buxara çevrilən maye miqdarını hesablamaq mümkündür. Torpaq səthindən və bitki örtüyündən olan buxarlanmaya ümumi buxarlanma deyilir. ümumi buxarlanma bitki örtüyünün sıxlığından, bitkilərin bioloji xüsusiyyətindən, aktiv qatın qalınlığından, aqrotexniki tədbirlərdən və s. asılıdır. Bitkilərin inkişafı dövründə onların suya olan tələbatını müəyyən etmək üçün ərazinin iqlim xüsusiyyətlərini nəzərə almaqla hesablanılan mümkün buxarlanma miqdarında istifadə edilir. Çayın iqlim amilləri

  8. Buxarlanmanın ölçülməsi Buxarlanma bilavasitə buxarlandırıcılarla ölçülür və ya bir sıra nəzəri, təcrübi yolla alınmış düsturlarla hesablanır. Su səthindən olan buxarlanmanı ölçmək üçün sahəsi 20 və 100 m2 olan hovuzlardan, giriş hissəsinin sahəsi 3000 sm2 olan QQİ – 3000 buxarlandırıcıdan istifadə edilir. Bu növ buxarlandırıcılardan olan buxarlanma su səthinə düşən yağıntı miqdarını nəzərə almaqla təyin olunur: E = x + (h1- h2) r. burada E – su səthindən olan buxarlanma, mm; x- su səthinə düşən yağıntının miqdarı, mm; h1-müşahidə müddətinin əvvəlindəki cihazdakı su səviyyəsi, mm; h2- müşahidə müddətinin sonunda cihazdakı su səviyyəsi, mm; r – düzəliş əmsalıdır. Çayın iqlim amilləri

  9. Buxarlanmanın hesablanması Buxarlanma üzərində müşahidə aparılmadıqda orta çoxillik buxarlanmanın miqdarı su balansı, su və istilik balansları arasındakı əlaqə tənliyi, meteoroloji stansiyaların havanın temperaturu və rütubəti haqqında verdikləri məlumatlar əsasında turbulent diffuziya üsulları ilə təyin edilə bilər. Su səthindən olan mümkün buxarlanmanı müəyyən etmək üçün N.N.İvanov aşağıdakı hesablama düsturunu təklif edir: E0 = 0,0018 (t + 25)2(100 – a). burada E0- su səthində olan mümkün buxarlanma, mm; a – nisbi rütubət, %; t – havanın temperaturudur. Su səthindən olan mümkün buxarlanma miqdarını hesablamaq üçün V.K.Davıdovun verdiyi düstur aşağıdakı şəkildədir: E0 = 0,55 nd0,8(1 + 0,125 W). burada E0- mümkün aylıq buxarlanma, mm/ay; n – ayda olan günlərin sayı; d – rütubət çatışmamazlığının orta aylıq miqdarı, mm; W- küləyin orta aylıq sürətidir, m/san. Çayın iqlim amilləri

  10. Atmosfer yağıntıları Su buxarları doymuş mərhələyə çatıncaya qədər atmosferdə qala bilir. Temperaturu çox aşağı olan atmosferin yuxarı qatlarına qalxan su buxarları orada soyuyaraq doyma hüdudu dərəcəsinə çatır. Soyuma prosesi davam etdikcə atmosferdəki buxarlar su və ya buz şəklinə düşərək yağıntı əmələ gətirir. Atmosfer yağıntıları yağış, qar, dolu, şeh və qrov şəklində olur. Leysan yağıntıları topa buludlardan, az müddətdə yüksək (0,3 mm/dəq-dən artıq) şiddətlə yağan yağıntılardır. Leysan yağıntıları nisbətən kiçik ərazini əhatə edərək, çox zaman güclü küləyin müşüyiəti ilə yağır. Belə yağıntılar yağış, qar, dolu şəklində olur. Aramsız yağıntılar laylı bulud qatalrından, fasiləsiz və ya kiçik fasilələrlə geniş əraziyə düşən yağıntılardır. Belə yağıntılar yağış və qar şəklində düşür. Yer səthinə enmə sürətləri az olan çiskin yağıntılar isə kiçik yağış və qar dənələrindən ibarətdir. Maye şəklində yer səthinə düşən atmosfer yağıntıları onların şiddəti ilə səciyyələnir. Yağişin şiddəti, düşən yağış miqdarının (h) onun düşmə müddətinə (t) nisbətilə ölçülür: Çayın iqlim amilləri

  11. Yağışın şiddəti ilə onun yağma müddəti arasında olan asılılıq aşağıdakı kimi ifadə edilir: burada N – yüksək şiddətli yağışın təkrar olunduğu illərin sayı; t – şiddətli yağışın davametmə müddəti, dəq.; A, B – müxtəlif fiziki-coğrafi şəraitlərdə şiddətli yağışın maksimal qiymətini səciyyələndirən parametrlərdir. Çayın iqlim amilləri

  12. Çay hövzəsinə düşmüş yağıntı miqdarının təyini Çay hövzələrində yerləşən meteoroloyi stansiyalar üzrə atmosfer yağıntılarına dair toplanmış müşahidə məlumatları xüsusi cədvəllərdə qeyd olunur. Bu məlumatlara əsasən hövzə yerləşən sahə üçün yağıntıların istənilən dövr ərzindəki orta qiymətini yəyin etmək mümkündür. Stansiyaların sıxlığından və tələb olunan ölçmə dəqiqliyindən asılı olaraq çay hövzəsinə düşən yağıntının orta qiyməti orta hesabi, kvadratlar, izogiyet və çəki üsulları ilə təyin edilə bilər. Orta hesabi üsul –sadə, lakin az dəqiqdir. Bu üsul düzən relyefli, meteoroloji stansiyalar şəbəkəsi sıx olan ərazilər üçün tətbiq olunur. Burada, əraziyə düşən yağıntının orta qiyməti (xor) müşahidə müddətində bütün stansiyalar üzrə yağıntıya dair olan məlumatların cəminin ( ) stansiyaların sayına (n) nisbəti ilə təyin edilir, yəni: Çayın iqlim amilləri

  13. Kvadratlar üsulu – böyük ərazilər üçün yağıntının orta qiymətini təyin etmək üçün tətbiq edilir. Bu üsulda ərazi əvvəlcə bərabər sahəli kvadratlara bölünür. Hər kvadrata düşən stansiyaların yağıntı haqqındakı məlumatlarının orta hesabi qiyməti, həmin kvadrat üçün yağıntının orta qiyməti kimi qəbul edilir. İzogiyet üsulu – dəqiq hesablama əməliyyatlarında tətbiq edilir. Bunun üçün əvvəlcə çay hövzəsinin xəritəsi üzərində meteoroloji stansiyaların yerləri və hər birinin yanında onların yağıntı haqqındakı məlumatları qeyd olunur. Sonra isə analitik və ya qrafik interpolyasiya üsulu ilə yağıntı miqdarı bərabər olan nöqtələrə uyğun izogiyetlər çəkilir. Qonşu izogiyetlər arasında qalan sahələri planimetrlə ölçərək əraziyə düşən yağıntının orta qiyməti ifadəsilə hesablanır. Burada x1, x2, . . . , xn- izogiyetlərin göstəriciləridir, mm; ω1, ω2,...., ωn - izogiyetlər arasında qalan sahədir, km2 Bu üsul hövzə daxilində stansiyalar şəbəkəsi sıx yerləşən halda tətbiq edilir. Çayın iqlim amilləri

  14. Çəki üsulu – izogiyet üsulu kimi daha dəqiq hesablamalarda tətbiq olunur. Burada əvvəlcə xəritədə çay hövzəsində yerləşən meteroloji stansiyaların yerlərini göstərən uygun nöqtələr düz xətlə bir-biri ilə birləşdirilir. Sonra alınan üçbucaqlar çoxluğunda hər bir üçbucağın tərəflərinin ortasından perpendikulyar qaldırılır və onların qonşu perpendikulyarları kəsiciyə qədər uzadılır. Bu qayda ilə çay hövzəsi, hər birinə bir stansiya düşən konturlara bölünür. Konturların sahəsi ayrı- ayrılıqda planimetrlə ölçülür. Çay hövzəsi üçün yağıntının orta qiyməti isə aşağıdakı kimi hesablanır. Burada x1 - hər stansiyaya aid yağıntının qiyməti, mm; ωi -konturların sahəsidir, km2. Çayın iqlim amilləri

  15. DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN! Çayın iqlim amilləri

More Related