1 / 18

Hazırladı : Ağıllılar qrupu

Hazırladı : Ağıllılar qrupu. Mövzu. Avrasiyanın təbii zonaları. Haqqında.

diallo
Download Presentation

Hazırladı : Ağıllılar qrupu

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Hazırladı : Ağıllılar qrupu

  2. Mövzu Avrasiyanın təbii zonaları

  3. Haqqında Avrasiya materikində Yer kürəsində mövcud olan bütün təbii zonalara rast gəlmək olar. Bunun səbəbi materikin bütün iqlim qurşaqlarında yerləşməsidir. Təbii zonaların yerləşməsində materikin özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər Avrasiyanın təbii şəraitinin həddən çox zənginliyi və iqlim qurşaqlarının yerləşməsi, qərbdən şərqə iqlim tiplərinin dəyişməsi, kontinentallığın artması və ərazinin mürəkkəb relyef quruluşu ilə əlaqədardır.

  4. Arktika səhraları Arkika səhraları Şimal Buzlu okeanda yerləşən adaları əhatə edir. Arktika səhraları tamamilə Artika iqlim qurşağında yerləşmişdir.

  5. Tundravəmeşə-tundra Ondan cənuba doğru tundra və meşə-tundra zonaları uzanır. Avropa sahillərində tundra zonası ensiz dar zolaq şəklində başlayırvə şərqə tərəf onun sərhədi xeyli cənuba meyil edir. Bu xüsusiyyət qərbdən şərqə getdikcə iqlimdə kontinentallığın artması ilə əlaqədardır. Tundra zonasının xarakterik torpaqları qleyli, torflu bataqlıq torpaqlardır. Əsas bitkiləri mamır, şibyə, bataqlıq otları, tozağacı, alçaq söyüd və başqalarından ibarətdir. Tipik heyvanları şimal maralı, qütb tülküsü, ağ kəklik, qütb bayquşu, morj, suiti və başqalarıdır.

  6. Avrasiyada meşə zonası geniş sahə tutur. Meşə zonası burada üç yarımzonadan ibarətdir. Meşələr 1.Tayqa meşələr 2.Qarışıq meşələr 3.Enliyarpaqlı meşələr

  7. Tayqa meşələr Şimalda sahəcə daha böyük ərazini əhatə edən Tayqa meşələri zonası uzanır. Tundra və meşə-tundra zonasına nisbətən bu zonada yay daha isti və davamlı olduğundan, ağac bitkiləri geniş sahə tutur. Tayqa zonası da Tundra zonası kimi şərqə doğru getdikcə çox genişlənir. Şərqə doğru iqlimin kontinentallığının artdığı üçün Avropanın ensiz tayqa meşələri şərqə tərəf genişlənir və böyük bir ərazi tutur. Tayqa zonasında soyuğadavamlı – kəskin kontinental iqlimində belə yaxşı inkişaf edən ağac növləri, küknar və şam ağacı bitir. Tayqada podzol torpaqlar yaxşı inkişaf etmişdir. Avropa ərazisində geniş sahə tutan qarışıq və enliyarpaqlı meşələr zonası şərqə getdikcə ensizləşir və tamamilə yoxa çıxır.

  8. Avropa ərazisində geniş sahə tutan qarışıq meşələr zonası şərqə getdikcə ensizləşir və tamamilə yoxa çıxır.  Onlar yenidən yalnız şərqdə – Sakit okean sahillərində qarışıq meşələr zonası yaradır.Qarışıq meşələrdə çimli-podzal torpaqlar yayılmışdır.Burada soyuğadavamlı ağac növləri bitir. Qarışıq meşələr zonası insanlar tərəfindən çox qırılmışdır. Qarışıq meşələr

  9. Enliyarpaqlı meşələr Avropa ərazisində geniş sahə tutan enliyarpaqlı meşələr zonası şərqə getdikcə ensizləşir və tamamilə yoxa çıxır. Onlar yenidən yalnız şərqdə – Sakit okean sahillərində enliyarpaqlı meşələr zonası yaradır. Bu zonada istisevən ağac növləri bitir. Enliyarpaqlı meşələr də qarışıq meşələrdə olduğu kimi insan tərəfindən çox qırılmışdır.

  10. Çöl və meşə-çöl Çöl və meşə-çöl zonaları insan fəaliyyəti nəticəsində daha çox dəyişiklərə məruz qalmışdır. Bu zonalar da materikin daxilində tam zolaq əmələ gətirmir. Çöllər qərbdə Karpat dağları ətəklərindən və Qara dəniz sahillərindən başlayaraq, şərqdə Altay və böyük Xinqan dağlarına qədər geniş bir ərazidə yaranmışdır. Məhsuldar qara torpaqlar bu zonada əkinçiliyin inkişaf etməsinə səbəb olmuşdur. Zonada yay uzun və isti keçir. Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır.

  11. Səhra və yarımsəhra Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır. Okeanlardan materikə daxil olan mülayim və rütubətli hava kütlələri daxili regionlara irəlilədikcə öz rütubətliyini itirir. Buna görə daxili səhra və yarımsəhralar az miqdarda yağıntı alır.

  12. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar Subtropik codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar zonası Aralıq dənizi sahillərini əhatə edir. Bu zonada qış ayları mülayim yay ayları quru və isti keçir. Məhsuldar qəhvəyi torpaqlar inkişaf etmişdir. Zonanın bitki örtüyü insanın təsərrüfat fəaliyyətinin təsiri ilə xeyli dəyişmişdir. Meşələr qırılmış, yerində əkin sahələri və plantasiyalar salınmışdır. Çinin və Yaponiyanın cənubunu əhatə edən subtropik qurşağın şərqində musson meşələri geniş sahə tutur.

  13. Savanna Savanna, subekvatorial və ekvatorial meşə zonaları materikin cənub, cənub-şərq hissələrini və buradakı adaları əhatə edir. Savanna zonası subekvatorial qurşağın düzənlik sahələrində, mövsümi rütubətli meşələr zonası isə Hindistan və Hind-Çin yarımadalarının sahilboyu hissələrində və dağlıq ərazilərdə yayılmışdır. 

  14. Ekvatorial meşələr Ekvatorial meşələr başlıca olaraq Böyük və Kiçik Zond adlarının ekvatorboyu qurşağında yerləşir. Bu meşələr daim rütubətli, həmişəyaşıl və çox zəngin tərkibli olması ilə seçilir. Hər iki zonanın heyvanlar aləmi öz zənginliyi ilə seçilir.

More Related