1 / 19

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq tədbirlərinin planlaşdırılmasinin əhəmiyyəti, obyektləri, növləri və prinsipləri.

urbain
Download Presentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq tədbirlərinin planlaşdırılmasinin əhəmiyyəti, obyektləri, növləri və prinsipləri. MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu Gəncə -2009

  2. MÜHAZIRƏNIN PLANI • Planlaşdırmaya aid ümumi məlumatlar. • Planın tutulmasında əsas tələblər. • Baytarlıq tədbirlərinin planlaşdırma prinsipləri. • Baytarlıq tədbirlərinin planlarının əsas növləri. • Epizootiya əleyhinə tədbirlərin planı. • Yoluxmayan xəstəliklərin profilaktiki planı.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • Səfərov İ.B, Məmmədov T.–Baytarlıq işinin təşkili və iqtisadiyyatı. Maarif, 1977. • Шайхаманов М.Х.- Организация и экономика ветеринарного дела. Москва, 1987.

  4. BAYTARLIQ TƏDBIRLƏRININ PLANLAŞDIRILMASIÜmumi məlumatlar • Heyvandarlıq məhsullarının istehsalı Respublikamızın təsərrüfatlarında planlı, hərtərəfli inkişafını nəzərdə tutan iqtisadi qanun, adamların artmaqda olan maddi və mədəni tələbatının ödənilməsinə yönəldilməlidir. Istehsalın planlı sürətdə aparılması sənayenin və kənd təsərrüfatının ahəngdar inkişafını təmin edir, maddi, əmək, maliyyə ehtiyatlarından səmərəli istifadə etməyə kömək edir, az zəhmət və qüvvə sərf etməklə daha çox məsul almağa kömək edir. • Kənd təsərrüfatının, eləcə də heyvandarlığımızın inkişaf planına əsasən bizim ölkədə baytarlıq tədbirlərinin planlaşdırılmasının təşkili Nazirlər Kabineti yanında kənd təsərrüfatı nazirliyinə və onun baş idarəsinə tapşırılmışdır. • Baytarlıq tədbirlərinin planlaşdırılması kənd və şəhər rayonlarında, vilayət və respublika mərkəzlərində yerləşdirilmiş baytarlıq idarələri üçün məcburi sayılır.

  5. Baytarlıq tədbirlərinin planlaşdırılması xalq təsərrüfatının digər sahələri kimi əvvəlcədən aparılır. Bu tədbirlərin planlaşdırılmasında məqsəd baytarlıq işini düzgün təşkil etmək, onları vaxtında yerinə yetirmək, vəsaitlərdən və işçi qüvvəsindən düzgün istifadə etmək və istehsalata az vəsait sərf etməklə daha çox gəlir əldə etməkdən ibarətdir. • Baytarlıqda bir çox işlər planlaşdırılır. Onlardan yoluxucu və yoluxmayan xəstəliklərlə mübarizə, baytarlıq müəssisələrinin maddi-texniki cəhətdən təmini, baytarlıq şəbəkələri müəssisələrinin inkişafı, baytar mütəxəssislərinin hazırlanması və təkmilləşdirilməsi, baytarlıq elminin inkişafı və onun nəticələrinin təsərrüfatlara tətbiqi kimi mühüm işlər göstərmək olar, lakin planlaşdırılan baytarlıq işlərindən ən vacibi heyvan xəstəlikləri, xüsusilə yoluxucu xəstəliklərlə mübarizə işidir. • Baytarlıq tədbirlərinin planlaşdırılmasında ilk baytarlıq uçotu sənədləri və statistik məlumatlarından istifadə edilir. heyvanların xəstələnmə, ölüm faizi və xəstəliyin təsərrüfatlara verdiyi iqtisadi zərər nəzərə alınaraq planlaşdırma aparılır. Planlaşdırma apardıqda statistik məlumatların bütün göstəriciləri nəzərə alınmalı və təhlil edilməlidir.

  6. Plan tərtib edilərkən onun məqsədi və qarşıda duran vəzifələri, işin görülmə müddəti, onun görülməsi üçün maddi-texniki və pul vəsaitlərinin ayrılması məsələləri nəzərə alınmalıdır. Plan tərtib edilən dövrdə labüd baytarlıq işinin vəziyyəti öyrənilməlidir. Bu məqsədlə statistik məlumatlardan istifadə edilir. statistik məlumatlar baytarlıq şəbəkəsinin bütün təşkilatları və elmi-tədqiqat institutları tərəfindən hazırlanaraq Mərkəzi Statistika Idarəsinə verilir. Burada əsasən heyvan və quşların sayı, müxtəlif xəstəliklərə qarşı apaırlan profilaktika, müalicə və baytar-sanitar, həmçinin diaqnostik tədbirlərin yararlılığı, baytarlıq mütəxəssislərinin sayı və s. götürülür. Baytarlıq işinin planı tutulduqda heyvandarlığın inkişafı, təsərrüfatın və ya rayonun baytar-sanitar vəziyyəti və şəraiti, elmi yeniliklərdən və qabaqcıl təcrübələrdən istifadə etmək imkanları, aparılan tədbirlərin iqtisadi cəhətdən məqsədəuyğun olması, eyni zamanda görüləcək işin yerinə yetirilməsi üçün işçi qüvvələrinin, lazımi mütəxəssislərin və vəsaitin olması nəzərdə tutulmalıdır. Tərtib olunan baytarlıq planı təsərrüfatın ümumi planı ilə əlaqələndirilməlidir. Heyvanın məhsuldarlığı, təsərrüfatın xəstəliklərə görə sağlam və ya qeyri-sağlam olması, qısırlıq və onun səbəbləri baytarlıq tədbirlərinin yerinə-yetirilməsi üçün şəraitin olması (mütəxəssis, vəsait, nəqliyyat və s.), xəstəliklərlə mübarizədə yeni profilaktika, müalicə, baytar-sanitar və diaqnostik tədbirlərdən istifadə etmək imkanları nəzərdə tutulmalıdır.

  7. Heyvanların xəstəlikləri ilə mübarizə planını tərtib edərkən aparılan tədbirlərin iqtisadi yararlılığı və infeksiyanın yayılması xüsusiyyətinə diqqət yetirilməlidir. Məsələn, təsərrüfatda brüsellyoz və vərəm xəstəliyi müşahidə edildikdə şəraitdən asılı olaraq heyvanların təcrid edilməsi və ya kəsilmək üçün ətliyə verilməsinin məqsədəuyğun olduğu aşkar edilməlidir. Dabaq xəstəliyi baş verdikdə heyvanların peyvənd edilməsi, karantində saxlanması və ya kəsilməsi müəyyən edilməlidir. Baytarlıq tədbirlərinə pul vəsaitinin ayrılması planlaşdırıldıqda müxtəlif mailiyyə orqanları ilə razılaşmaq lazımdır ki, həmin tədbirlərin yeriən-yetirilməsi üçün lazımi qüvvə, vəsait və maddi-texniki təminat olsun. Ona görə də baytarlıq tədbirlərinin planı həqiqi və yerinə yetirilməsi mümkün olan bir plan kimi nəzərdə tutulmalıdır. Baytarlıq tədbirlərini planlaşdırdıqda birinci növbədə rayonda xəstəliklərin profilaktikası və ləğv edilməsi nəzərdə tutulmalıdır. Baytarlıq tədbirlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə köməklik göstərməlidirlər. • Beləliklə, baytarlıq tədbirlərinin planlaşdırılmasında həmin rayonun və respublikanın baytarlıq müəssisələri, Baş Baytarlıq Idarəsi iştirak edir. Rayonlar üzrə tutulmuş baytarlıq tədbirlərinin planı respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq Idarəsinin təsdiqinə verilir.

  8. Baş Baytarlıq Idarəsi planı təsdiq etməklə, ona lazımi əlavələr və dəyişikliklər edir. Baş idarə həmin planın yerinə yetirilməsi üçün vəsait, nəqliyyat vasitələri, bioloji preparatlar, dərman və dezinfeksiyaedici maddələr ayırır. Görüləcək işin vacibliyindən asılı olaraq, əhtta yeni baytarlıq müəssisələri və ya elmi idarələrin açılması kimi məsələlər qarşıya qoyulur. Baytarlıq tədbirlərinin maliyyə planı (baytarlıq xidməti, nəqliyyat vasitələri və s.) respublika kənd təsərrüfatı orqanlarının tərtib etdikləri plana daxil edilir. tərtib edilmiş baytarlıq tədbirlərinin planı təsdiq üçün Respublika Nazirlər Kabinetinə təqdim edilir. • Mailiyyə idarələri baytarlıq tədbirlərinin yerinə yetirilməsinə lazımi pul vəsaiti ayırmaqla, onun vaxtında və düzgün istifadə edilməsinə nəzarət edir. Baytarlıq tədbirlərinin planı nazirlik tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və onun yerinə yetirilməsi tabeçilikdə olan təşkilatlar üçün məcburidir. • Baytarlıq tədbirlərinin həyata keçirilməsi planlaşdırılan zaman onun təsərrüfatda heyvandarlığın istehsal fəaliyyətinə verdiyi iqtisadi xeyir də nəzərə alanmalıdır. Iqtisadi zərərin əsasını xəstəlik zamanı baş verən ölüm, heyvanların məhsuldarlığının aşağı düşməsi, xəstə heyvanların müalicəsi və saxlanılması üçün əlavə xərclərin və işçi qüvvəsinin sərf edilməsi, profilaktik tədbirlərin aparılması üçün bioloji preparatların və dezinfeksiya dərmanlarının alınması, karantin tədbirləri və s. təşkil edir. Xəstəliklərin baş verməsi ilə əlaqədar olaraq əlavə xərclərin qoyulması onların məhsuldarlığının maya dəyərini yüksəldir və təsərrüfatın rentabelliyini aşağı salır.

  9. Baytarlıq tədbirləri planına verilən əsas tələblər • Baytarlıq tədbirləri plonı hazırlanarkən aşağıdakı tələblər nəzərə alınır: • -rayon, vilayət və respublikada coğrafi, təsərrüfat-iqtisadi, sanitar-epizootik xüsusiyyətlər nəzərə alınmaqla heyvandarlıqda dövlət planlarının yerinə yetirilməsinə maksimum kömək göstərmək; • -son illərin baytarlıq hesabatı materialları, kənd təsərrüfatı və vəhşi heyvanlarda xəstəliklərin əmələ gəlməsinin obyektiv səbəbləri; • -heyvandarlıq xidmətində baytarlıq xidmətinə verilən qiymət və keçmiş illərdə keçirilmiş bəzi tədbirlərin effektliliyi və bunun nəticəsində bu tədbirlərin keçirilməsinə sərf olunan əmək və maddi ehtiyatların iqtisadi planlaşdırılması; • -planda göstərilən materiallar maksimum konkret olmalı, yerinə yetirilmə təqvimi olmalı, onların həyata keçirilməsinə lazım olan maliyyə ehtiyatları göstərilməlidir. • Fermer, yaşayış məntəqələrində baytarlıq tələblərinə sərf olunan məbləğ təsərrüfatın istehsal-maliyyə planına daxil olur və buraxılan məhsulun özünü ödəmə qiyməti hesablanarkən hesaba alınır.

  10. Baytarlıq tədbirlərinin bəziləri rayonların, vilayətlərin, respublikada heyvandarlığın perspektiv iş planına daxil ola bilər. Baytarlıq tədbirləri planı elmi cəhətdən əsaslandırılmalıdır. Ona görə də onu hazırlayarkən təsərrüfatın baytar-sanitar vəziyyəti, təbii su mənbələri və başqa faktorlar nəzərə alınır. Məsələn, heyvanlarda qarayara, iribuynuzlu heyvanlarda emfizematozlu karbunkul müşahidə edilərsə onların qeyd edilmə tarixindən asılı olmayaraq profilaktik tədbir plan elmi əsaslandırılaraq hər il aparılması nəzərdə bubulur; salmonellyoz xəstəliyinə tutulub sağalmış kənd təsərrüfatı heyvanlarında iki il ərzində xəstəlik müşahidə edilmədikdə bu xəstəliyə qarşı peyvənd aparılması dayandırılır; bradzot, enterotoksemiyaya qarşı profilaktik tədbirlər; iri buynuzlu heyvanlarda, donuzlarda leptospiroz, müalicə olunduqdan bir ildən sonra profilaktik tədbir keçirilir. Bütün başqa infeksiya və parazitar xəstəliklərə qarşı tədbirlər heyvanlarda bu xəstəliklər müşahidə edildikdə və ya müşahidə təhlükəsi olduqda baytarlıq tədbirləri aparılır. • Baytar mütəxəssisləri illik planlarına təsərrüfatların baytarlığın vəziyyətindən asılı olaraq görüləcək profilaktiki tədbirləri daxil edilir. infeksion və invazion xəstəliklər müşahidə olmayan təsərrüfatlarda baytarlıq tədbirlərinin planlaşdırılması nəzərdə tutulmur. • Bu xəstəliklər olan təsərrüfatlarda isə sağlamlaşdırma tədbiri planı, fermalarda cavan heyvanlar arasında müxtəlif xəstəliklər, qısırlıq və s., planda müxtəlif tədbirlər hazırlanır ki, bu xəstəliklərin qarşısı alınsın.

  11. Baytarlıq tədbirlərinin planlaşdırılması • Baytarlıq tədbirlərinin planlaşdırılması baytarlıq mütəxəssisləri üçün hökmən və zəruridir. Baytarlıq işinin fəaliyyətində aşağıdakı tədbirlər planlaşdırılır: yoluxmayan xəstəliklərə qarşı profilaktiki tədbirlər: infeksion və parazitar xəstəliklərə qarşı profilaktik tədbirlər; baytarlıq tədbirlərinin maddi-texniki təminatı; baytarlıq idarələrinin perspektiv inkişafı; ali və orta ixtisaslı baytar mütəxəssislərinin sayının artırılması; texniki-peşə məktəblərində kiçik baytar feldşerləri və sanitarların hazırlanması; baytarlıq kadrlarının ixtisasının artırılması, baytarlıq elminin inkişafı və elmi nailiyyətlərin təcrübədə tətbiqi; dövlət baytarlıq idarələrinin, kolxoz və sovxozlarda baytarlıq məntəqələrinin tikintisi və təmiri və s. • Baytarlıq tədbirlərinin planlaşdırılması əməyin düzgün təşkilinə, maddi və maliyyə vəsaitlərinin qənaətinə, görülən işlərin yüksək iqtisadi əhəmiyyət kəsb etməyinə zəmanət yaradır.

  12. Planın əsas tələbləri • Baytarlıq tədbirləri planları hazırlayarkən aşağıdakı tələblər nəzərə alınmalıdır: • -heyvandarlığın inkişafv haqda dövlət planlarına iqtisadi-coğrafi, sanitar-epizootoloji faktorlardan və təsərrüfatın təbii iqlim şəraitini; • -ötən illərdəki baytarlıq xidmətində istifadə olunan tədbirlərin iqtisadi məqsədəuyğunluğu və onlara sərf olunan maddi və əmək vəsaitlərinin xərclərini; • -planda olan tədbirlər maksimum konkret olmalı, görülən işlərin miqdarı göstərilməli, tədbirlərin təqvim müddətlərini və onların hansı maliyyə vəsaiti hesabına maliyyələşdirilməsi öz əksini tapmalıdır; • -planda həmin zonada kənd təsərrüfatı və vəhşi heyvanlarda xəstəliklərin müşahidə edilmə dinamikası və həmçinin axırıncı illərin baytarlıqda istifadə edilən hesablamalar nəzərə alınmalıdır. • Bəzi baytarlıq tədbirləri rayon, vilayət və respublika üzrə heyvandarlığın inkişaf planına daxil edilə bilər. • Baytarlıq tədbirləri planları elmi cəhətdən əsaslandırılmışdırlar. Ona görə də onları hazırlayarkən təsərrüfatın iqlimini relyefini, epizootoloji vəziyyətini, torpağının quruluşunu, təbii sü hövzələrinin, bitki örtüyünü və s. nəzərə alınmayıb.

  13. Baytarlıq tədbirlərinin planlaşdırma prinsipləri • Baytarlıq xidməti üçün aşağıdakı planlaşdırma prinsipləri mövcuddur: vahidlik, komplekslik, demokratiklik və aparıcı manqası. • Planların vahidliyi təsərrüfat, idarə və müəssisələrin tabeçiliklərindən asılı olmayaraq bir sıra konkret suallara görə planlaşdırmanın onlar üçün zəruri olmasıdır. • Kompleks planda xəstəliklərin profilaktikası və ləğvi tədbirlərinin təşkilat, təsərrüfat baytarlıq tədbirləri ilə uyğunlaşdırılmasıdır. Məsələn, bir tədbir heyvan orqanizmində xəstəliklərə qarşı rezistentliyinin yüksəldilməsinə yönəldilirsə, digəri xəstəlik törədicisinin xarici mühitdə məhvinə, üçüncüsü xəstəliyin profilaktikasına və xəstə heyvanların müalicəsinə və s. yönəldilmişdir. Yalnız bu tədbirlərin hamısının birlikdə həyata keçirilməsi xəstəliyin profilaktikası müalicəsini təmin edə bilər. • Demokratiklik- baytarlıq tədbirlərinin aşağıdan yuxarı aparılmasıdır. Yəni ilkin planlar fermer təsərrüfat və başqa müəssisə və təşkilatlarda tərtib edilərək yuxarı baytarlıq orqanlarına göndərilir. Bəzi hallarda yuxarı baytarlıq orqanları planlaşdırılan müddətdə müvafiq konkret tədbirlərin aparılması üçün göstəriş verirlər. Rayon, vilayət, respublika üzrə tədbirlər planı baş baytarlıq orqanları tərəfindən dəqiqləşdirilir və təsdiq edilir. təsdiq edilmiş plan qanun qüvvəsinə malik olub, icra üçün hökmən yerinə yetirilməlidir.

  14. Statistik məlumatlardan baytarlıq tədbirlərinin planlaşdırılmasında istifadəsi • Baytarlıq statistikası məlumatlarının hesabatı və tədqiqatda olan göstəricilər baytarlıqda aparılan planlaşdırılmasında ən vacib tələblərdən biridir. • Baytarlıq statistikasının köməyi ilə planı hazırlayan mütəxəssis heyvanlar arasında xəstəliyin yayılmasını təhlil edir, müəyyən müddət ərzində müvafiq ərazidə xəstəliyin və ölümlərin baş verməsi qanunauyğunluqlarını öyrənir və bütün bu göstəricilərə təsir edən faktorları aşkara çıxarır. Heyvanların xəstəlikləri və ölümlərin statistikası, aparılmış tədbirlərin faydalılığı, bu və ya başqa profilaktik və müalicəvi tədbiri elmi əsaslanmış formada planlaşdırmağa imkan verir: • Baytarlıq statistikası heyvanların yoluxucu və yoluxmayan xəstəliklər haqda hesabatlara, diaqnostik yoxlamalara, baytar-sanitar və profilaktik tədbirlərə və baytar-sanitar ekspertizalarının nəticələrinə əsaslanır.

  15. Baytarlıq tədbirləri planlarının əsas növləri • Icra edildiyi vaxtdan asılı olaraq tədbirlər planı perspektivə və ya gələcək, cari və əməli (operativ) olur ki, onlar da öz növbəsində iş istiqamətlərinə görə bir neçə yerə bölünürlər. Onlar arasındakı əlaqələr sxemdə göstərilmişdir. • Perspektiv planlara 5-10-15 ilə yeriən yetirilməsi nəzərdə tutulan ən vacib planları daxil edirlər. Onlar vilayət və ölkənin ictimai inkişaf planları ilə bağlıdırlar. Perspektiv planların baytarlıq müəssisələrinin maliyyələşdirilməsi, tikintisi, maddi-ğexniki təchizatı, baytarlıq mütəxəssislərinin hazırlanması və təkmilləşdirilməsi planlarının bəzi göstəriciləri müvafiq olaraq vilayət və blkənin ictimai-iqtisadi inkişafı planlarına daxil olur. Perspktiv planların əksər hissəsi təsərrüfatların və ərazinin xroniki yoluxucu və parazitar xəstəliklərdən sağlamlaşdırılmasına həsr edilir. dövlət baytarlıq şöbəsinin inkişafı, baytarlıq obyektlərinin tikintisi, kadrların hazırlanması, mürəkkəb elmi problemlərin həlli və s. də perspektiv planlara aid edilir. Baytarlıq tədbirlərinin cari planları 1 il müddətinə, bəzi növləri isə aylarla və rüblərə bölünmə yolu ilə tərtib edilir.

  16. Planları tərtib edərkən xüsusi forma və metodik göstərişlərdən istifadə edirlər. • Baytarlıq tədbirlərinin illik planları əsas, həlledici sənədlər olub, qarşıda duran il üçün yoluxucu və parazitar xəstəliklərin profilaktika tədbirlərindən, təsərrüfatların baytarlıq-sanitar sağlamlığından, yaşayış məntəqələri və ərazinin sanitariyası planlarından təşkil edilir. Bu planlara əlavə olaraq hər il onların maddi-texniki təchizatı planları da işlənib hazırlanır. • Operativ və ya əməli baytarlıq tədbirləri planları müəyyən yaxın dövr üçün nəzərdə tutulur. Belə planlara misal olaraq gpizootik ocağın ləğvi planını (məsələn dabaqda) göstərmək olar. • Bəzi əməli planlar növünün tərkibi aşağıda göstərilmişdir.

  17. Profilaktika epizootiya əleyhinə tədbirlər planı • Heyvandarlıq təsərrüfatlarında, rayonlarda, şəhərlərdə, respublikalarda hər il ərazinin epizootik vəziyyətinə əsaslanaraq qarşıda duran təqvim ili üçün epizootiya əleyhinə tədbirlər planı hazırlayırlar. Epizootiya əleyhinə tədbirlər planı üç bölmədən ibarət olur: diaqnostik yoxlamalar, profilaktik immunlaşdırma və müalicə-profilaktik işləmələr. • Aşağıdakı xəstəliklər üzrə kütləvi diaqnostik yoxlamalar aparılması qəbul edilmişdir: brüsellyoz, vərəm, paratuberkulyozlu enterit, trixomonoz, leykoz, iri buynuzlu heyvanların vibrozu, atların manqo və cütləşmə xəstəliyi, quşların pullorozu, xəzdərili heyvanların aleut xəstəliyi. • Sağlam təsərrüfatlarda inəkləri və düyələri mayalanmadan əvvəl və sonra, əsas ana donuzları, törədici buğaları və yaşlı quşları vərəmə görə yoxlayırlar. Sağlam damazlıq, düyəyetişdirmə və ərazisinə görə qeyri-sağlam zonada (vərəmə görə) yerləşən təsərrüfatlarda vərəmə görə 2 dəfə yoxlayırlar (il ərzində). Vərəmə görə 4 il ərzində sağlam olan təsərrüfatlarda heyvanları 2 aylıqdan başlayaraq ildə 1 dəfə yoxlayırlar.

  18. Heyvanların yoluxmayan xəstəliklərinin profilaktik planı • Yoluxmayan xəstəliklərin profilaktikası planı epizootiyaya qarşı tədbirlər planından fərqli olaraq yalnız təsərrüfatlarda və rayon miqyasında tərtib edilir. • Bu planı tərtib edərkən baytar mütəxəssisi aşağıdakıları nəzərə almalıdır. Heyvanların yoluxmayan xəstəliklərlə xəstələnməsi haqsı ilkin baytarlıq hesabatı məlumatlarını 2№-li baytarlıq forması ilə yarımillik hesabatı; yemlərin, suyun, torpağın laboratoriya şəraitində müayinəsi; heyvanlarda maddələr mübadiləsi vəsiyyəsinin təyini üçün qanın biokimyəvi analizi. • Yoluxmayan xəstəliklərin profilaktikası planını aşağıdakı təqribi formada tərtib edirlər.

More Related