1 / 56

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Göy noxud bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim : k/t. e. n. dosent əvəzi Hümbətov H. S. GÖY NOXUD Mühüm növləri və yarımnövləri

lilac
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Göy noxud bitkisinin morfoloji quruluşu, növləri və yarımnövləri Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. GÖY NOXUD • Mühüm növləri və yarımnövləri • Göy noxud – pisum cinsi altı növü əhatə edir. • Qırmızı-sarı noxud – pisumfulvum. • Hündürboylu noxud – pisumelatius. • Gözəl (bəzəkli) noxud – pisumformosum. • Alçaqboylu noxud – pisumsyriacum. • Həbəşistan noxudu – pisumabyssinicum. • Mədəni noxudu – pisum sativum. • Birinci dörd növ yabanıdır. Həbəşistan noxudu adını daşıdığı ölkənin dağlıq hissəsində inkişaf etmişdir. Mədəni noxud ən çox yayılmış növdür. Bütün növləri birillikdir. Lakin qışlayan formaları da vardır.

  3. Köhnə təsnifatda mədəni noxud üç yarımnövə bölünür: 1. Asiya noxudu – subsp. asiaticum. 2. Mərkəzi Avropa - Zaqafqaziya noxudu - subsp. transcaucasica. 3. Adi noxud - subsp. commune. Əsas əhəmiyyətə malik olanı adi noxud olmaqla bütün seleksiya sortlarını əhatə edir vəbir neçə növmüxtəlifliyi qrupuna ayrılır. Son zamanlarK. Linneyin təsnifatında olduğu kimi göynoxudunmədənivəyabanıformalarıiki yarımnövdə toplanmışdır. a) Adisəpin noxudu – ssb. sativum; b) çölnoxudu – ssb. arvense; Bu növlər bir-birindən morfoloji quruluşca aşağıdakı cədvəldə verilmiş əlamətlərləfərqlənirlər. Adi səpin noxudunun əksər sortlarının toxumları kürəşəkilli, hamardır. Lakin beyinşəkilli adlanan xüsusi forması da vardır ki, toxumun səthi kəskin qırışıqlı, forması tərsyumurtavarı-bucaqlıdır.

  4. Göy noxud yarımnövlərinin əsas morfoloji əlamətləri

  5. Göy noxudun qrupları Adi səpin noxudu və çölnoxudu yarımnövləri soyulanvə şəkərliqruplara bölünürlər. Soyulanlarda hətta cavan paxlanın qabığının altında (toxumla paxla qabığı arasında) perqament kimi bərk təbəqə əmələ gələrək paxlanın qabığına sərtlik verdiyi üçün, belə qrupun yeyintidə yalnız tam yetişmiş dənlərindən istifadə olunur. Şəkərli qrupda paxlanın qabığında sərt təbəqə olmadığı üçün çox zərif olur ki, bunların yetişməmiş paxlaları da ərzaq hesab edilir. Qruplar yarımnöv xüsusiyyətləri ilə əlaqədar olaraq yarımqruplara ayrılır. Səpin noxudunun soyulan formaları gövdəsinin xarakterinə görə zərif gövdəli və sərtgövdəliyarımqrupa bölünür. Zərif gövdəli– gövdəsinin en kəsiyi dairəvi, nəhayəti nazik olur. Çox hallarda bitkisi yerə yatır. Sərt gövdəli – gövdəsinin en kəsiyi dairəvi, nəhayəti yoğunlaşmışdır. Bitkisi şaquli vəziyyətini yaxşı saxlayır və çox az hallarda yerə yatır. Hər iki yarımnövün şəkərli qrupu paxlalarının formasına görə də yarımqruplara ayrılırlar: oxabənzər və təsbehşəkilli. Təsbehşəkilli paxlanın toxum yuvalarının arası zəif də olsa sıxılaraq yuvaları bir-birindən ayırır və şişkin göstərir. Oxabənzər paxlanın yuvaları sıxılmadığı üçün səthi düz olur. Çox hallarda yarımqrupların əsas xüsusiyyətləri noxudun növmüxtəlifliyinin təyinində mühüm göstərici kimi istifadə edilir.

  6. 1 2 3 Noxud gövdəsinin müxtəlif formaları: 1- zərif; 2- sərt; 3- yarımsərt

  7. Göy noxudun növmüxtəlifliyi əlamətləri • I. Gövdənin hündürlüyü – gövdənin hündürlüyü bitkinin becərilmə şəraiti və bioloji xüsusiyyət -ləri ilə əlaqədar olaraq çox kəskin (0,2-2,5 metr) dəyişilir, buna görə də növmüxtəliflikləri üç qrupa bölünür. • 1. Alçaqboylu – hündürlüyü 30-60 sm-ə qədər. • 2. Ortaboylu – hündürlüyü 60-90 sm-ə qədər. • 3. Hündürboylu – hündürlüyü 90 sm-dən artıq • Bu qruplar arasında keçid forma təşkil edənləri də çoxdur. • II. Çiçək qrupu– çiçək qrupu əksər növmüxtəlifliklərində 1-2 çiçəkli salxımdır. Lakin sərt və yarımsərt gövdəli formalarda gövdənin yuxarısında, yoğunlaşmış hissədə çoxçiçəkli topa təşkil edir. • III. Toxumunforması – toxumun forması o qədər də müxtəlif deyildir. Əsasən kürəvi, yuvarlaq, bucaqlı olmaqla bir-iki hissəsindən basıq, səthi isə hamar, yaxud azacıq qırışıqlıdır. Kəskin qırışıqlı formalara da təsadüf edilir ki, onlar beyinşəkilli noxud adlanır və xüsusi qrup təşkil edirlər. • IV. Toxumun rəngi – toxumun rəngi çiçəyin rəngi ilə əlaqədar olmaqla səpin noxudunda açıq (açıq-sarı, açıq-yaşıl və s.) çöl noxudunda tünd (boz, qara, darçını, qəhvəyi) rənglidir. Tünd rəngli toxumların üzərində ümumi mühitə nisbətən tünd nöqtələr, yaxud zolaqlar olur. • V. Toxum göbəkciyinin rəngi – noxudun ağ çiçəkli formalarında toxum göbəkciyinin rəngi açıqdır, ancaq tünd rəngliləri də vardır. Çiçəkləri rəngli olanlarda isə göbəkcik qonuru, yaxud qara olur. • VI. Toxumun iriliyi – toxumun iriliyi 1000 ədədinin kütləsinə görə təyin edilir və 3 qrupa bölünür: 1000 ədədinin kütləsi iri toxumlarda 250 qramdan ağır, orta irilikdə olanlarda 200-250 qram, xırda toxumlarda 200 qramdan yüngül olur.

  8. Səpin noxudunun mühüm növ müxtəliflikləri

  9. Göy noxudun əsas sort əlamətləri Gövdənin hündürlüyü – gövdənin hündürlüyü sortun becərilmə şəraiti ilə əlaqədar olaraq illər üzrə çox kəskin dəyişir. Ancaq müxtəlif rayonlarda becərilən və o rayonun torpaq-iqlim şəraitinə uyğunlaşan sortların gövdəsinin hündürlüyü müəyyən amplituda ətrafında dövr edir. Gövdənin buğumaralarının sayı – Gövdənin buğumaralarının sayı sabit olmasa da, olduqca az dəyişir, sortun bioloji və təsərrüfat xüsusiyyətlərini müəyyən edir. Gövdənin ümumi buğumaralarının sayı ilə bərabər, birinci meyvə orqanının yerləşdiyi buğuma qədər olanların da sayı eyni dərəcədə əhəmiyyətə malikdir. Birinci meyvənin aşağıda yerləşməsi sortun tez yetişkənliyini göstərir, ancaq mexaniki yığımı çətinləşdirir. Buğumlarının sayı bitkinin vegetasiya müddətinin uzunluğu və gövdənin hündürlüyü ilə əlaqədardır. Gecyetişən sortlarda gövdə hündür, buğumaralarının sayı çox olur. Lakin müstəsnalıq təşkil edən sortlar da vardır ki, vegetasiya dövrünün uzun olmasına baxmayaraq bitkisi çox alçaqboylu olur. Paxlaların iriliyi və forması - Paxlaların forması sabit olsa da, o qədər də kəskin fərqləndirici əlamət hesab edilmir, yalnız yardımçı əlamət kimi istifadə edilir. Rayonlaşdırılmış sortların əksəriyyətində normal inkişaf etmiş paxla əsasən oxabənzər, təsbehşəkilli, yaxud zəif əyri olur. Tam inkişaf etmiş paxlanın uzunluğu orta hesabla 4-6 sm, toxumlarının sayı 3-8-ə qədərdir. Toxumların iriliyi və rəngi - Toxumların rəngi əsas növmüxtəlifiliyi əlamətidir, sortlarda isə yalnız müəyyən dəyişikliklər baş verir. Məsələn, sarı rəng müxtəlif sortlarda çəhrayıya, yaxud yaşıla çalır, ancaq sarı mühit qalır. Toxumların iriliyinə görə bir sıra sortlar çox kəskin fərqlənirlər. Ona görə toxumların iriliyinin təyini 1000 ədədinin kütləsinə əsasən götürülərsə, daha dəqiq nəticə alınar. Bu əlamət qeyri-sabit olsa da, bəzi sortlarda olduqca az dəyişir. Ümumiyyətlə, noxudun 1000 ədədinin kütləsi 130-400 qrama qədərdir.

  10. Sortları Səpin noxudunun 95-dən çox sortu var. Ən çox yayılanları: Neosıpayuşiysya-1, Trujennik, Nord, Sprut, Taloves-50, Taloves-60 və s. Ən keyfiyyətli sortları: Nord, Sarmat, Smaraqd, Salyanskiy, Flaqman -5 və s. Yemlik noxud (çöl noxudu) sortları: (16 sortu var). Malinovka, CZM-85, Drujnaya, Tasya, Novosibirskaya-1,Orpela və s. Azərbaycanda AzNİXİ-1528 sortu 1965-ci ildən rayonlaşdırılib, orta yetişəndir. Namiq sortunun rayonlaşdırılması təklif olunur.

  11. Noxudbitkisininquruluşu: 1- gövdə; 2- buğumaraları; 3- buğum; 4 - yarpaq; 5 - yarpaqaltlığı; 6 - saplaq; 7 - yarpaqcığın saplağı; 8 - yarpaqcıq; 9 - bığcıq; 10 - çiçək saplağı; 11 - çiçək; 12 -meyvə saplağı; 13 - paxla. Sağda: 1- soyulan paxla, 2- şəkərli paxla

  12. Noxudunpaxlaları:Soldatəsbehşəkilli, sağdaoxşəkilli.

  13. Soyulan noxud

  14. Şəkərli noxud

  15. Beyinşəkilli noxud

  16. Göy noxud: 1 – cavan bitki, 2 – 3 – müxtəlif meyvə əmələgətirmə xüsusiyyətləri, 4 – çiçək, 5 – şəkərli noxudun təsbehşəkilli paxlası, 6 - şəkərli noxudun qılıncşəkilli paxlası, 7 – soyulan noxudun paxlası, a – küt buruncuqlu paxla, b – iti buruncuqlu paxla, 8 – hamar səthli toxum, 9- qırışıqlı (beyinşəkilli) toxum

  17. Viqna

More Related