1 / 63

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Birillik və çoxillik taxıl otlarının öyrənilməsi Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BIRİLLİK TAXIL OTLARI: Sudanotu ( Sorqhum sudanense Pers .)

katima
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Birillik və çoxillik taxıl otlarının öyrənilməsi Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. BIRİLLİK TAXIL OTLARI: Sudanotu(SorqhumsudanensePers.) Moqar (Setariaitalicassp. mochariumAlef.) Payiza Çumiza (Çin darısı) (Setariaitalicassp. maximaAlef.) Afrika darısı Birillik qaramuq(LoliummultiflorumLam. var. westervoldicum)

  3. 2 1 Sudanotu(SorqhumsudanensePers.): 1 - cücərti, 2 - bitki çiçəkləmə fazasında, 3 - sünbülcüyü və toxumu 3

  4. Sudanotu(SorqhumsudanensePers.)

  5. 4 5 3 1 Moqar(Setariaitalicassp. mochariumAlef.): 1 – cücərti, 2 - bitki dəndolma dövründə, 3 – süpürgəsi, 4 – sünbülcük, 5 - toxum 2

  6. Moqar(Setariaitalicassp. mochariumAlef.)

  7. Moqar(Setariaitalicassp. mochariumAlef.)

  8. Çumiza və moqarın çiçək qrupları

  9. Çumizanın çiçək qrupu: 1 – ümumi görünüşü, 2 - əsas sünbülün bir budağı, 3 – ikinci dərəcəli budaq, 4 – üçüncü dərəcəli budaq, 5 – tək sünbülcük

  10. Taxıl otlarının toxumları: 1- çoban toppuzu, 2 – çəmən yulafcası, 3 – çoxçalımlıqaramuq, 4- örüş qaramuğu, 5- sürünən ayrıq, 6 – kökümsovgövdəsiz ayrıqotu, 7 – daraqlı ayrıq, 8- səhra ayrıqotu, 9- hündürboylu qaramuq, 10 – çəmən tülküquyruğu, 11 – qılçıqsız tonqalotu, 12 – moqar, 13 – sudanotu

  11. Birilliktaxıl otlarının toxumları: 1 - moqar, 2 - sudanotu

  12. Cavan yarpaqların vəziyyəti: a – bükülmüş, б - büzülmüş

  13. Taxıl otlarınınçiçək qrupları: 1 – sünbül, 2 – sünbüləbənzər (yalançı) süpürgə (bəzi sünbülcükləri qoparılmışdır), 3 – süpürgə

  14. BİRİLLİK VƏ ÇOXİLLİK TAXIL OTLARININ ÖYRƏNİLMƏSİ Qırtıckimilər(Poaceae) fəsiləsinin taxıl otları MDB ərazisində ot örtüyünün əsasını təşkil etməklə 129 cinsdə toplanan 1000-ə qədər növü əhatə edir. Ancaq səpin üçün 27 cinsi əhatə edən 41 növü istifadə edilir. Onlardan ən mühümləri birilliklərdənsudanotu, moqar, payiza, Afrika darısı və çumizadır(Setariaitalicassp. maximaAlef.) (İtaliya darısı). Çoxilliklərdən isə çobantoppuzu, pişikquyruğu, çəmən yulafcası ( çəmən topalı), çoxçalımlıqaramuq, örüş qaramuğu, sürünən ayrıqotu, buğda otu (taxıl otu), hündür-boylu qaramuq, tülkü quyruğu, qılçıqsız tonqalotu və s. göstərmək olar. Birillik taxıl otlarından Azərbaycanda sorqo cinsinin sudanotu növü, Setariacinsinin moqar yarımnövü daha geniş yayılmışdır. Bu bitkilər quruluşca dənli- taxıl bitkilərinə oxşardır. Sudan otu –sorghum sudanensegüclü, saçaqlıköksisteminəmalikdir. Kökütorpağın 2,5 m dərinliyinəişləyir, ətrafaisə 0,75 m-ə qədəryayılabilir. Sudan otundadadayaqyaxudhavakökləriəmələgəlir. Gövdəsisilindirşəkilli, içərisiağparenximhüceyrələrlədoludur. Gövdəninhündürlüyü 0,8 m-dən 3 m-ə qədərolur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarasıolur. Dəni 5-6 mm uzunluğunda, uzunsov - yumurtaformalı, əsasıvənəhayətisivrilmişvəörtüklüdür. Dəndə örtüklülüyüsünbülcükpulcuqları əmələ gətirir. 1000 ədəd dənin kütləsi ortahesabla 10-15 qramdır. Ancaq 5-20 qramaqədər dəyişir.

  15. Moqar (Setariaitalicassp. mocharium)- Saçaqlı kök sistemi torpağın 1,5 m dərinliyinə işləyir. Kökün əsas kütləsi torpağın əkin qatında yerləşir. Gövdəsi silindrvaridir. Yetişmə müddətindən asılı olaraq buğumaralarının miqdarı 4-5 ədəddən 12-16 ədədə qədərdir. Bir kolda gövdələrin miqdarı 2-7-yə qədərdir. Yarpaqların uzunluğu 45-50 sm-dir. Sünbüllənmənin başlanğıcında yarpaqların kütləsi ümumi məhsulun 45-55%-ni təşkil edir. Çiçək qrupu sünbüləbənzər süpürgədir. Sünbülcüyü birçiçəklidir. Meyvəsi dəndir. Dəni 2,25 - 2,75 mm uzunluğunda, yumurta formalı, nəhayəti azacıq sivriləşmiş, örtüklüdür. Örtüyü parlaq, rəngi qırmızı, sarımtıl, yaxud tünd darçını rənglidir. Mütləq kütləsi 1,5-3,4 qramdır.

  16. ÇOXİLLİK TAXIL OTLARI: Çəmən pişikquyruğu ( Phleumpratense L.) Qılçıqsız tonqalotu (BromopsisinermisLeyss.) Çəmən yulafcası (FestucapratensisHuds.) Qamışvari yulafca (FestucaarundinaceaSchreb.) Çoban toppuzu (Dactylisglomerata L.) Daraqotu (Agropyron L.) Hündürboylu qaramuq( Arrenatherumelatus J. et Presl.) Çoxçalımlıqaramuq(LoliummultiflorumLam.) Örüş qaramuğu(Loliumperenne L.) Ayrıq (AgropyronterenumVaseg.) Sibir tüklücəsi(Elymussibiricus L.) Tarlaotu (Agrostisalba L.) Çəmən qırtıcı (Poapratensis L.) Çəmən tülküquyruğu(Alopecuruspratensis L.)

  17. Qırtıckimilər (Poaceae) fəsiləsinin çoxillik taxıl otları bitkisinin kollanma tipinə görə dörd qrupa bölünür: kökümsov gövdəlilər, seyrəkkolullar, sıxkollular və kökümsov gövdəli – seyrəkkollular. Kökümsov gövdəli– taxıl otlarının (qılçıqsız tonqalotu, sürünən ayrıqotu, örüş qaramuğu, çəmən qırtıcı və s.) –kollanma buğumu torpaq səthindən 5-20 sm dərinlikdə yerləşərək ətrafa üfüqi vəziyyətdə dağılan kökümsov gövdələr, kökümsov gövdələrin buğumlarından isə yer səthinə çıxan zoğlar (gövdələr) əmələ gətirirlər. Beləliklə, vegetativ artma yolu ilə sıx ot örtüyü əmələ gətirirlər. Ancaq gövdələr bir-birinin üzərinə düşmədiyi üçün seyrək kol təşkil edir. Seyrəkkolutaxıl otları - ( çəmən yulafcası, çəmən pişikquyruğu, düz tonqalotu, buğdaotu və s.) – bu bitkilərin kollanma buğumu torpaq səthinə yaxın (1-5 sm dərinlikdə) yerləşir. Kollanma zamanı əmələ gələn cavan zoğlar gövdədən aralı (azacıq əyilərək) torpaq səthinə çıxdıqları üçün bitki seyrək kol formasını alır. Hər il özünün kollanma buğumu olan yeni zoğlar əmələ gəlir. Beləliklə, kolun həcmi böyüyür, ancaq yeni zoğlar bir - birindən az da olsa aralı yerləşdiyinə görə seyrək vəziyyətdə qalır. Seyrəkkollu bitkilər kökümsov gövdəlilərə nisbətən sıx ot örtüyü əmələ gətirirlər.

  18. Sıxkollu taxıl otları – ( şırımlı yulafca, qoyun yulafcası, ağ ot və s.) Sıxkollu otların kollanma buğumu torpaq səthində, yaxud çox dayazda (1-2 sm dərinlikdə) yerləşir. Gövdələrinin buğumları olduqca qısadır. Yeni zoğlar kollanma buğumundan çıxdıqda bir-birinə paralel, torpaq səthinə perpendikulyar vəziyyətdə böyüyür və ana zoğa sıxılmaqla, davamlı sıx kol əmələ gətirirlər. Sıxkollu otlar bir yerdə on il ömür edə bilirlər. Kökümsov gövdəli seyrəkkollu taxıl otları– bir sıra bitkilər ( qırmızı yulafca çəmən tülküquyruğu, qırtıc və s.) kökümsov gövdəli – seyrəkkollu kol təşkil edirlər. Belə bitkilər seyrəkkollu ot tipli kollanma qabiliyyətinə malik olan zoğlar əmələ gətirən çox miqdar kökümsov gövdələrə malik olurlar. Bunlar sıx kök sistemi və möhkəm ot örtüyü əmələ gətirdikləri üçün otarılmaya davamlı olurlar. Ona görə də qiymətli örüş bitkisi hesab edilirlər. Taxıl otları yarpaqların gövdə üzərində yerləşmə xarakterinə görə iki qrupa bölünür: alçaqkollu (altmərtəbəli) və hündürkollu ( üstmərtəbəli).Üstmərtəbəli taxıl otları yaxşı yarpaqlanan, 0,4-1,0 m və daha hündür gövdəyə malik olmaqla üstünlük təşkil edirlər. Yaşıl kütləsinin (yarpaqlarının) çox hissəsi gövdənin yuxarı mərtəbəsində əmələ gəlir. Ona görə də ot çalınanda yüksək məhsul verirlər. Bu qrupa qılçıqsız tonqalotu, çəmən pişikquyruğu, hündürboylu qaramuq, çoban toppuzu, buğdaotu, çəmən tülküquyruğu, çəmən yulafcası və s. daxildir. Altmərtəbəli taxıl otlarının gövdəsi çox az hallarda 40 sm-dən yüksək olur. Çoxlu qısalmış gövdələr əmələ gətirirlər. Əsas yarpaq kütləsi gövdənin aşağı mərtəbəsində yerləşir. Əlverişli örüş bitkisi hesab edilir. Belə bitkilər sırasına çəmən qırtıcı, qırmızı yulafca, şırımlı yulafca, örüş qaramuğu daxildir.

  19. a b c ç ə e d f g h Çoxillik taxıl otları: a - çəmən pişikquyruğu, b - çəmən yulafcası, c - çoban toppuzu, ç - kökümsovgövdəsiz ayrıqotu, d - enlisünbül daraqotu, e - qılçıqsız tonqalotu, ə - çəmən tülküquyruğu, f - hündürboylu qaramuq, g - örüş qaramuğu, h - çoxçalımlıqaramuq.

  20. Qamışvari yulafca (FestucaarundinaceaSchreb.): 1 – bitki süpürgələmə fazasında, 2, 3 – süpürgələri, 4 – meyvəsi.

  21. Çoban toppuzu (Dactylisglomerata L.): 1 – çiçək qrupu, 2 – sünbülcük, 3 – dilcik, 4 – toxum

  22. Daraqotu (Agropyron L.): 1 - 2 – bitki çiçəkləmə və cücərti fazasında, 3, 4, 5 – sünbülü, sünbülcüyü və meyvəsi, 6, 7, 8 – daraqşəkilli, Sibir və səhra daraqotunun sünbülləri (житняк)

  23. Daraqotu (Agropyron L.): 1– sünbül, 2 - yarpaq qını, 3 - dilcik, 4 - sünbülcük, 5 – toxum

  24. Sibir tüklücəsi(Elymussibiricus L.) : 1 - 2 – bitki sünbülləmə və cücərti fazasında, 3 – sünbül sünbülləmə fazasında, 4 – sünbül çiçəkləmə fazasında, 5 – sünbülcük, 6 – meyvə

  25. Sibir tüklücəsi(Elymussibiricus L.)

  26. Tarlaotu (Agrostisalba L.) : 1 - 2 – bitki süpürgələmə və cücərti fazasında, 3 – süpürgə süpürgələmə fazasında,4 – süpürgə çiçəkləmə fazasında, 5 – sünbülcük , 6 – meyvə. (üst mərtəbəli, seyrək kollu)

  27. Qırtıckimilər (Poaceae) fəsiləsinin yem otları çiçək qrupunun quruluşuna görə üç qrupda toplanır. • Sünbüllü yem otları - çiçək qrupu sünbüldür. • Sünbüləbənzər süpürgəli yem otları – çiçək qrupu yalançı sünbüldür (sultan). • Süpürgəli yem otları – çiçək qrupu süpürgədir. • Sünbüllü yem otları qrupuna ayrıqotu və qaramuq cinsinin çoxçalımlı və örüş qaramuğu növləri daxildir. • Sünbüləbənzər süpürgəli yem otları qrupuna çəmən pişikquyruğu, çəmən tülküquyruğu və moqar daxildir. • Süpürgəli yem otları qrupuna qılçıqsız tonqalotu, çəmən yulafcası, çoban toppuzu, hündürboylu qaramuq və sudanotu daxildir.

  28. Çoxillik taxıl otlarının qrupları • Çoxillik taxıl otlarının toxumları iriliyinə görə iki qrupa bölünür: • I – xırda toxumlular – bu qrupa daxil olan bitkilərin toxumunun uzunluğu 3 mm-ə qədərdir. • Çəmən pişikquyruğu (тимофеевкалуговая) - Phleumpratense– toxumu ellips, yaxud yumurta formalı, 1,5- 1,75 mm uzunluğunda örtüklü dəndir. Örtüyü açıq-gümüşü, qonuru-sarı rəngli parlaqdır. Cücərmə qabiliyyətini itirmiş köhnə toxumlarda tünd rəng alır, parlaqlığı itir. Nüvəsi formasına görə arpanın çılpaq dəninə oxşardır, ancaq ondan çox xırda olur. 1000 ədəd dənin kütləsi 0,25-0,75 qramdır. • Çəmən qırtıcı – Poapratensis – toxumu zəif üçüzlü, iy şəkilli, 2,25-2,75 mm uzunluğunda örtüklü dəndir. Ortaya doğru azacıq yoğunlaşır, yuxarısı nazilir. Xarici çiçək pulcuğunun tili aydın seçilir. Örtüyü tünd qonuru-sarı, yaxud yaşımtıl-boz rənglidir. Yuxarıdakı çiçəyin ayaqcığı qısa, nazik və düzdür. 1000 ədəd toxumunun kütləsi 0,2-0,3 qramdır.

  29. Çəmən pişikquyruğu ( Phleumpratense L.): 1 – 2 – bitki sünbülləmə və cücərti fazasında, 3 – yalançı sünbül, a – çiçəkləyən vaxt, b – çiçəkləməyə qədər, 4 – çiçək, 5 – qabıqlı dəni, 6 – çılpaq dəni (üst mər. xırda tox. sey. kol.) (тимофеевка луговая)

  30. Çəmən pişikquyruğu ( Phleumpratense L.)

  31. 1 2 1 - çəmən pişikquyruğunun, 2 – çəmən tuğotunun toxumu

  32. Çəmən qırtıcı (Poapratensis L.) : 1 - 2 – bitki cücərtinin inkişafı və süpürgələmə fazasında, 3 – süpürgə, 4 – meyvə. (alt mərtəbəli, xırda toxumlu)

  33. Çəmən qırtıcı (Poapratensis L.): 1 - süpürgə, 2 – sünbülcük, 3 –köküstü yarpağın yuxarı hissəsi, 4 – qın, 5- dilcik, 6- kökümsovlar.

  34. II - Nisbətən iri toxumlular.Bu qrupun əhatə etdiyi növlərin toxumlarının uzunluğu 3 mm-dən artıqdır. • Çoban toppuzu – Dactylisqlomerata(ежа сборная) – 5-7 mm uzunluğunda, uzünsov, örtüklü dəndir. Nəhayəti nazik və əyridir. Xarici çiçək pulcuğunun kürəyi kəskin ifadə olunmuştilli, daxili çiçək pulcuğu qayıqşəkillidir. Yuxarıdakı çiçəyin saplağı (əsası) nazik, qısa (1 mm) və düzdür, yuxarıya doğru azacıq enlənir. Örtüyü yaşılımtıl-sarı rənglidir. 1000 ədəd dəninin kütləsi 0,8-1,2 qramdır. • Çəmən yulafcası – Festucapratensis (овсяница луговая) – dəni 6-7 mm uzunluğunda, lanset formalı örtüklüdür. Nəhayəti düz və dairəvidir. Xarici çiçək pulcuğunun kürəyi hamar, daxili çiçək pulcuğu qayıqşəkillidir. Yuxarıdakı çiçəyin saplağı 2,2 mm uzunluğunda, düz, nazik və kütdür, yuxarı hissəsi daxili çiçək pulcuğunun üzərinə sıx yatmır. Təzə toxumlarının örtüyü zəif bənövşəyi rəngə bənzəyən solğun yaşıldır. 1000 ədəd toxumunun kütləsi 1,6-2,4 qramdır.

  35. Çoban toppuzu (Dactylisglomerata L.): 1 - 2 –bitki süpürgələmə və cücərti fazasında, 3 – müxtəlif formalı süpürgələr, 4 – sünbülcük, 5 – meyvə (üst mərtəbəli, iri toxumlu)ежа сборная

  36. Çəmən yulafcası (FestucapratensisHuds.): 1 - 2 – bitki çiçəkləmə və cücərti fazasında, 3, 5 – süpürgəsi süpürgələmə və çiçəkləmə fazasında, 4 – sünbülcük, 6 – meyvəsi(üst mər. iri tox. sey. kol.) овсяница луговая

  37. Çəmən yulafcası (FestucapratensisHuds.): 1 - 2 süpürgənin tipləri, 3 - 4 qın, 5 - 6 qulaqcıq, 7- sünbülcük, 8- toxum

  38. Taxıl otlarının toxumu: 1 – çoban toppuzu, 2 – çəmən yulafcası, 3 – çoxçalımlıqaramuq, 4 – örüş qaramuğu

  39. Örüş qaramuğu– Loliumperenne(плевел многоцветковый) – dəni 5,5-6,5 mm uzunluğunda örtüklüdür. Formasına və quruluşuna görə çəmən yulafcasına oxşardır. Örtüyü yaşılımtıl-boz rənglidir. Yuxarıdakı çiçəyinin saplağı qısa (1-1,5 mm) olması, yuxarıya doğru getdikcə nazilməsi və daxili çiçək pulcuğuna qısılması ilə ondan fərqlənir. 1000 ədəd toxumunun kütləsi 1,5-1,6 qrama qədərdir. • Çoxçalımlıqaramuq –Loliummultiflorum(райграс многоукосный) –dəni lansetvarı, yumurtavarı, 5-6,5 mm uzunluğunda örtüklüdür. Örtüyü bozumtul-ağ rənglidir. Xarici çiçək pulcuğunun nəhayəti 5-6 mm uzunluğunda çıxıntı əmələ gətirir. Daxili çiçək pulcuğunun kənarı kirpikli kimidir. Yuxarıdakı çiçəyin saplağı 1,5-2 mm uzunluğunda yastı, yuxarısı azacıq enlidir. 1000 ədəd dənin kütləsi 1,8-1,97 qramdır.

  40. Örüş qaramuğu(Loliumperenne L.): 1 - 2 – bitki çiçəkləmə və cücərti fazasında, 3 – sünbül sünbülləmə fazasında, 4 – sünbül çiçəkləmə fazasında, 5 – sünbülcük , 6 – meyvə. (köküms. gövd. alt mərt.)

  41. Örüş qaramuğu(Loliumperenne L.)

  42. Örüş qaramuğu(Loliumperenne L.): 1- sünbül, 2 - dilcik, 3 - yarpaq qını, 4- toxum, 5 - sünbülcük.

  43. Çoxçalımlıqaramuq(LoliummultiflorumLam.): 1 - 2 – bitki sünbülləmə və cücərti fazasında, 3, 4, – sünbüllər sünbülləmə və çiçəkləmə fazasında, 5 -sünbülcük , 6- meyvəsi.(iri tox.) (райграс многоукосный)

  44. Çoxçalımlıqaramuq(LoliummultiflorumLam.)

  45. 5 1 2 4 3 Çoxçalımlıqaramuq :1- sünbül, 2 - sünbülcük, 3 - dilcik, 4- toxum, 5 - yarpaq qını

  46. Ayrıqotu –Agropyron(житняк) – cinsi altı növü əhatə edir. • Daraqlı ayrıqotu – Agropyroncristatum • Daraqşəkilli ayrıqotu–Agropyronpectinatum • Sibir ayrıqotu –Agropyronfragile ( sibiricum) • Səhra ayrıqotu –Agropyrondesertorum • Sürünən ayrıqotu- Agropyronrepens • Kökümsovgövdəsiz ayrıqotu -Agropyrontenerum • Bu növlərin toxumları quruluşuna görə yuxarıda təsvir edilən bitkilərin toxumlarına oxşardır, yuxarıdakı çiçəyin saplağının forması ilə onlardan seçilirlər. Saplaq (oxcuq) daxili çiçək pulcuğunun şırımından xaricə çıxır, yuxarısı enlənir. Ona görə də örtüklü dənə yan tərəfdən baxıldıqda oxcuq aydın seçilir. Əsası isə həlqə kimi olur. • Növlər də müəyyən xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.

  47. Ayrıq (AgropyronterenumVaseg.) : 1 - sürünən ayrıq bitkisi cücərti fazasında, 2 – sünbülləmə fazasında, 3 – sünbül, 4 – sünbülcük, 5 – meyvə, 6 – kökümsovgövdəsiz ayrıq bitkisinin aşağı hissəsi, 7 – sünbül, 8 – sünbülcük, 9 – meyvə ( iri toxumlu) (пырей бескорневищный)

More Related