1 / 35

Azərbaycan Dövlət Aqrar Universiteti

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ İKT- nin TƏTBİQİ. Azərbaycan Dövlət Aqrar Universiteti. Magistrant : E tibar Verdiyev Elmi rəhbər : dos ent E lfira Məlikova. 2012-ci il Gəncə. GİRİŞ.

daw
Download Presentation

Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ İKT-nin TƏTBİQİ Azərbaycan Dövlət Aqrar Universiteti Magistrant: EtibarVerdiyev Elmirəhbər: dosent ElfiraMəlikova 2012-ci il Gəncə

  2. GİRİŞ Son illər Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və ölkənin milli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyasını təmin edilməsi istiqamətində bir çox nailiyyətlər əldə edilməkdədir. İlk öncə ölkəmizdə İKT-nin təhsil sisteminə tətbiqi sahəsində hüquqi baza yaradılmışdır.

  3. DÖVLƏT PROQRAMLARI Bu istiqamətdə qəbul edilmiş dövlət sənədləri içərisində xüsusilə 2 dövlət proqramını qeyd etmək olar. Bunlar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyul tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"dır.

  4. DÖVLƏT PROQRAMLARI Birinci proqramda əhalinin bütün təbəqələrindən olan insanlara keyfiyyətli təhsil almaq imkanlarının yaradılması üçün İKT-nin təhsilin bütün pillələrində geniş tətbiqi ilə vahid informasiya təhsil mühitinin formalaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyən edilmişdir. İkinçi proqramda isə Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyən edilmişdir.

  5. ADAU-da İKT-nin tətbiqi 2008-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etməyə başlayan professor Mirdaməd Sadıqov bu Dövlət Proqramlarına uyğun olaraq İKT-nin universitetdə səmərəli tətbiqi nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsiniplanlaşdırılmışdır: • İKT infrastrukturunun inkişaf etdirilməsi; • Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi; • İdarəetmənin kompüterləşməsi; • Kadr potensialının gücləndirilməsində İKT-nin tətbiqi; • İKT üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi. Əminlikdə deyə bilərik ki, yuxarıda qeyd olunan istiqamətlər üzrə universitetdə bir çox işlər görülmüşdür.

  6. İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi İlk öncə universitetdə İKT infrastrukturunun inkişaf etdirilməsi, texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2009-ci ildə yeni şöbə yaradıldı. Hal-hazırda şöbə İnformasiya texnologiyaları və kompüter resurs adı altında İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr mərkəzin nəzdində fəaliyyət göstərir.

  7. Foto rublika Şöbə əməkdaşları “Davamlıinkişafvəmüasirtəhsilsistemi” mövzusundakeçirlən konfransda. Gəncə, 2011-ci il.

  8. Şöbənin vəzifə öhdəlikləri Şöbəyə yaranan gündən etibarən aşağıdakı vəzifələri həyata keçirmək tapşırılmışdır: - universitetin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması; - universitetin İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi; - universitetin şəbəkə infrastrukturunun yaradılması, idarəetmə və nəzarət sisteminin yaradılması; - intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması;

  9. Şöbənin vəzifə öhdəlikləri • - bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər yaradılması; • - elektron təhsil (e-learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası; • - universitetin distant təhsilin sistemi yaradılması; • - təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması; • - universitet saytının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması; • - təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi;

  10. Şöbənin vəzifə öhdəlikləri - təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyalarının səmərəli tətbiqinin təmin edilməsi; - "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi; - təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığınınartırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi; - yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;

  11. Əməkdaşların vəzifə öhdəlikləri yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması. - informasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi sənədlərin monitorinqinin aparılması; - təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi. Şöbə universitetdə təhsilin informasiyalaşdırılması istiqamətində qısa müddət ərzində bir çox işlər görmüşdür.

  12. İnformasiya-kommunikasiya üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi Universitetdə informasiya-kommunikasiya üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması məqsədi ilə bütün fakültələr və şöbələr müasir kompüterlərlə avadanlığları ilə təchiz olunmuşdur. Universitetin şəbəkə infrastrukturunun yaradılması və internet şəbəkəsinə çıxışının təmin olunması məqsədi ilə demək olar kı, bütün fakültələrdə bu istiqamətdə işlər görülmuşdur. Bütün fakültələrdə informasiya mübadiləsi aparmaq üçün WI-FI sistemi quraşdılmış və fasiləsiz sürətli internet tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Hal-hazırda isə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması və intranet xidmətlərinin təşkili istiqamətində işlər gedir.

  13. Foto rublika Şöbə əməkdaşları II Kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma beynəlxalq “Caspian Agro” sərgisində. Bakı 2009-cu il.

  14. İKT-nin tədris prosesinə tətbiqi İKT-nin tədris prosesinə tətbiqi sahəsində də müəyyən addımlar atılmışdır. Hal-hazırda 6 fakültənin hər birində ayrıca kompüter otağları yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Hər bir fakültədə elektron mühazirə otaqları yardılmışdır və mühazirələr tələbələrə multimedia sistemi vasitəsi ilə təqdim edilir. Həmçinin fakültələrin foyelərində quraşdırılmış monitorlar vasitəsi ilə tədris prosesi haqqında tələbələrə zəruri məlumatlar çatdırılır.

  15. Foto rublika Şöbə əməkdaşları ADAU-nun 80 illik yubileyində. Gəncə ,2010-cu il.

  16. “Elektron-test sistemi” Hal-hazırda tələbələrin biliklərinin qiymətləndirilməsi məqsədilə "elektron-test sistemi” layihəsi üzərində işlər gedir. Layihə görə 120 kompüterdən ibarət 2 kompüter otağının istifadəyə verilməsi planlaşdırılır. Artıq layihədə nəzərdə tutulan bir çox işlər görülmüşdur. Kompüterlərin çoxu və imtahanlarda şəffaflığı təmin etmək üçün hər bir kompüter otağına xüsusi veb-kamera qoşulmuşdur.

  17. Foto rublika Şöbə əməkdaşları «Kompüter Resurs Mərkəzinin» açılışında. Gəncə, 2011-ci il.

  18. İnformasiya texnologiyaları üzrə ixtisaslar Universitetin bakalavr və magistr təhsil pilləsində 2 ixtisas üzrə informasiya texnologiyaları mütəxəssisi hazırlanır. Bunlar Nazirlər Kabinetinin 9 yanvar 1997-cu il 4 saylı qərarı ilə təsdiq olunmuş İnformasiya sistemləri və Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 saylı qərarı ilə təsdiq olunmuş İnformasiya mühəndisliyi ixtisaslarıdır. İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimləri xüsusi ilə bu 2 ixtisasın tədrisində İKT-ni geniş tətbiqi edirlər və yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına çalışırlar. Lakin digər ixtisasların tədrisində İKT-nin geniş tətbiqi təmin olunur.

  19. “Mühazirələrin elektron formada yığılması” təlimatı Universitetdə bütün fənlər üzrə müasir elektron mühazirələrin hazırlanması, onların resurs bazasının yaradılması və tədris prosesinə inteqrasiyası istiqamətində də bir çox işlər görülmuşdur. İlk öncə İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi tərəfindən 2009-cu ildə “Mühazirələrin elektron formada yığılması” təlimatıhazırlanmışdir. Daha sonra müəllimlərin İKT üzrə savadlılığınınartırılmasına məqsədilə kompüter bilikləri və interaktiv dərs üzrə təlimlərkeçirilmişdir.

  20. Elektron kitabxanası 2010-cu ildə universitetin Elektron kitabxanası (http://library.adau.edu.az) yaradılmış, fənlər üzrə bütün elektron mühazirə və kitablar kitabxananın elektron kataloquna yerləşdirilmişdir və tələbələrin istifadəsinə verilmişdir. Həmçinin Elektron kitabxanada internetə qoşulmuş 15 kompüter və WI-FI sistemi pulsuz tələbələrin istifadəsinə verilmişdir. Beləliklə də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha bir aldım atılmışdır.

  21. Foto rublika Şöbə əməkdaşları ADAU-nun Elektron kitabxanasında. Gəncə, 2010-cu il.

  22. Distant və Əlavə Təhsil Mərkəzi • Universitetdə distant təhsil sisteminin yaradılması və inkişafı istiqamətində də bir çox işlər görülmuşdur. 2008-ci ildə universitetdə Distant və Əlavə Təhsil Mərkəziyaradılmışdır. Burada distant təhsilin təşkili üçün lazımi avadanlıqlar quraşdırılmış və kompüterlərə zəruri proqram təminatı ilə təmin edilmişdir. Mərkəzdə təhsil distant formada aparılır. Hal-hazırda elektronlaşdırılma, elektron kitabxananın yaradılması, müəllim və tələbələrin elektron məlumat bazasının yaradılması işləri gedir.

  23. Foto rublika Şöbə əməkdaşları Distant və Əlavə Təhsil Mərkəzində. Gəncə, 2009-cu il.

  24. www.adau.edu.az 2009-cu ildənuniversitetin www.adau.edu.az ünvanlı yeni saytı fəaliyyət göstərir. Sayt azərbaycan, rus və ingilis dili bölmələrindən ibarətdir. Sayt əsas səhifə, axtarış, haqqımızda, xəritə, elektron xidmət, xəbərlər, KİV, A-Z suallar, təhsil, abituriyentlər, tələbələr, məzunlar, konfrans, elmi tədqiqatlar, e-kitabxana, arxiv, administrasiya, ictimai təşkilatlar, Aqrar mütəxəssis qəzeti, məşhur qonaqlar, biznes, ADAU 80, qalereya, e-müraciət əlaqə bölmələrindən ibarətdir. Saytdan universitet haqqına tam məlumat əldə etmək olar.

  25. www.adau.edu.az 2009-cu ildənuniversitetin www.adau.edu.az ünvanlı yeni saytı fəaliyyət göstərir. Sayt azərbaycan, rus və ingilis dili bölmələrindən ibarətdir. Sayt əsas səhifə, axtarış, haqqımızda, xəritə, elektron xidmət, xəbərlər, KİV, A-Z suallar, təhsil, abituriyentlər, tələbələr, məzunlar, konfrans, elmi tədqiqatlar, e-kitabxana, arxiv, administrasiya, ictimai təşkilatlar, Aqrar mütəxəssis qəzeti, məşhur qonaqlar, biznes, ADAU 80, qalereya, e-müraciət əlaqə bölmələrindən ibarətdir. Saytdan universitet haqqına tam məlumat əldə etmək olar.

  26. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi 2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

  27. Foto rublika Şöbə əməkdaşları «Tələbə-məzun» dövlət elektron məlumat sisteminin istifadəçilər üçün təlimdə. Bakı, 2011-ci il.

  28. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi 2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

  29. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi 2010-ci ildə universitet "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmuşdur. Sistemdə tələbə və məzunlar haqqında məlumatlar toplanılıb. Sistemin tələblərinə uyğun olaraq tələblərlə əlaqədar dəyişiklər mütəmadi universitet tərəfindən sistemə daxil edilir. Həmçinin 2011-ci ildə “ADAU-nun professor-müəllim heyətinin” və “ADAU-nun bütün əməkdaşlarının” elektron məlumat bazası da yaratmışdır.

  30. “ADAU-nun kompüter avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları haqqında” təlimat Universitetdə İKT sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi məqsədi ilə İnformasiya texnologiyaları və kompüter resurs şöbəsi tərəfindən 2011-ci ildə “ADAU-nun kompüter avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları haqqında” təlimathazırlanmışır və mütəmadi şöbə tərəfindən universitetin kompüter avadanlıqlarının monitorinqi keçirilir.

  31. Telekörpülər Universitetin beynəlxalq əlaqələrində də İKT-dən istifadə edilir. Universitetdə2009-2011-ci illərdə ADAU və ABŞ-ın Oklahoma, İllinoys, Miçiqan, Boston universitetləri və Norveç universiteti ilə mütəmadi telekörpülərtəşkil olunub. Bu isə öz növbəsində təhsilin beynəlxalq standartla uyğunlaşdırımasında öz tövhəsini verir.

  32. İnternet kafe Universitetdə tələbə və müəllimlərin asudə vaxtının təşkili üçün də İKT-dən geniş istifadə edilir. Buna misal olaraq universitetdə pulsuz fəaliyyət göstərən 2 internet kafe göstərmək olar.

  33. “ADAU-nun 2011-2015-ci illər üçün strateji inkişaf plan” Sonda onu qeyd edə bilərik ki, universitetin “2011-2015-ci illər üçün strateji inkişaf plan”ınİnformasiya-Kommunikasiya Texnologiyaları strategiyası adlı fəsillində də gələcəkdə universitetdə İKT-nin tətbiqi istiqamətində bir çox işlərin görülməsi planlaşdırılır.

  34. Foto rublika Şöbə əməkdaşları «Məzun yarmarkası»-2011» Texniki işçi heyəti ilə. Gəncə ,2011-ci il.

  35. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK Əlaqə: Azərbaycan Dövlət Aqrar Universiteti,İnformasiyaTexnologiyaları və Beynəlxalq Əlaqələr Mərkəsi, İnformasiya Texnologiyalarıvə Kompüter Resurs şöbəsi. AzərbaycanRespublikası, Gəncəşəhəri, Atatürk prospekti, 262. Poçtindeksi: AZ2000Tel: (+99422) 256 87 19; Faks: (+99422) 256 24 08; Vebsayt: www.adau.edu.az E-mail: info@adau.edu.az

More Related