1 / 31

Vüqar Əbdülrəhimov T əhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ II SEMİNAR. Vüqar Əbdülrəhimov T əhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və

Download Presentation

Vüqar Əbdülrəhimov T əhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ)STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİII SEMİNAR Vüqar Əbdülrəhimov Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi 16 Mart, 2012-ci il

  2. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNİN (İDARƏLƏRİN) STRATEJİ PLANLARININ MONİTORİNQİNİN NƏTİCƏLƏRİ

  3. STRATEJİ PLANLARIN MONİTORİNQİNİNNƏTİCƏLƏRİ • GÜCLÜ CƏHƏTLƏR: • Strateji planların hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılması, R(Ş)TŞ-lərin əməkdaşlarının müasir idarəetmə bacarıqlarının təkmilləşdirilməsi; • Yeni idarəetmə mexanizmlərinin tətbiqi sahəsində əsaslı müzakirə və təhlillərin aparılması, problemlərin həll edilməsi, həmçinin qərar qəbuletmə bacarıqlarına yiyələnməsi; • Strateji fəaliyyət istiqamətlərinin və prioritetlərin optimal müəyyənləşdirilməsi, işin düzgün və çevik planlaşdırılması; • Kollektivdə komanda ruhunu yaratmaq, işçiləri vahid missiya və məqsəd ətrafında birləşdirmək bacarığına malik olması; • Müvafiq layihə, proqram və məlumatların diqqətlə təhlil edilməsi, ümumiləşdirilməsi, yeni və yaradıcı təkliflərin irəli sürülməsi; • Kollektiv üzvləri, Təhsil Nazirliyi ilə həvəslə təcrübə mübadiləsinin aparılması, lazım gəldikdə onlardan dəstək almağı bacarması; • Düzgünlük, səmimilik, səmərəlilik, məsuliyyətlilik, cavabdehlik, yüksək bacarıq, hörmət və s. kimi dəyərlərə malik olması.

  4. ZƏİF CƏHƏTLƏR: • R(Ş)TŞ əməkdaşlarının idarəetmə sahəsində müəyyən qədər təcrübəsizliyi; • R(Ş)TŞ-lərin funksiyalarına aid olan sahələr üzrə formalaşmış strategiyanın olmaması; • Müasir idarəetmə və liderlik sahəsində təcrübənin olmaması; • R(Ş)TŞ-lərin (idarələrin) fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində strateji yanaşmanın olmaması, həmçinin strateji istiqamətlərin, missiyanın, vizionun (perspektivlərin), strateji məqsədlərin, səmərəlilik göstəricilərinin, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi üzrə meyarların, indikatorların müəyyənləşdirilməməsi; • Ənənəvi idarəetmə mexanizmləri ilə yanaşı yeni idarəetmə mexanizmlərinin, innovasiyaların, müasir təlim-tədris texnologiyalarının tətbiqi sahəsində bacarıqların formalaşdırılmaması, həmçinin təhlil aparmaq, problemləri həll etmək, qərar vermək və yeni təkliflər hazırlamaq bacarıqlarının olmaması. • Strateji planların hazırlanması prosesinə maraqlı tərəflərin cəlb olunmaması və həmin planların Təhsil Nazirliyinin və ya R(Ş)TŞ-lərin strateji planlarından qarşılıqlı olaraq köçürmə vasitəsilə hazırlanması. STRATEJİ PLANLARIN MONİTORİNQİNİNNƏTİCƏLƏRİ

  5. İMKANLAR: • Təhsil Nazirliyinin Strateji Planından, R(Ş)TŞ-lərin Əsasnamələrindən istifadə olunması; • R(Ş)TŞ-lərdə strateji planların hazırlanması istiqamətində işçi qruplarının yaradılması və işin səmərəli qurulması; • Strateji planların hazırlanması istiqamətində R(Ş)TŞ-lər (idarələr) arasında qarşılıqlı səmərəli əməkdaşlığın həyata keçirilməsi; • İnternet və digər müasir təlim-tədris texnologiyalardan istifadə etməklə strateji planlaşdırma mexanizminə dair müəyyən qədər beynəlxalq təcrübənin öyrənilməsi; • Strateji planların hazırlanması istiqamətində maraqlı tərəfləri cəlb edərək, işin səmərəli, vaxtında və çevik icra olunması. STRATEJİ PLANLARIN MONİTORİNQİNİNNƏTİCƏLƏRİ

  6. RİSKLƏR: • Strateji planların hazırlanması prosesindən yayınma; • R(Ş)TŞ-lərdə kadr potensialının çatışmaması; • Yeniliklərin (innovasiyaların) maneələrlə müşahidə olunması; • Daxili və xarici mühit haqqında ətraflı məlumatların əldə edilməməsi; • İşin vaxtında icra olunmaması; • Fəaliyyətin düzgün və vaxtında planlaşdırılmaması, həmçinin qiymətləndirilməməsi. STRATEJİ PLANLARIN MONİTORİNQİNİNNƏTİCƏLƏRİ

  7. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ R(Ş)TŞ-lərdə (idarələrdə) strateji planlaşdırma mexanizminin təkmilləşdirilməsi və növbəti 3 illik (2013-2015-ci illər) strateji planların hazırlanmasıprosesində nəzərə alınan məsələlər

  8. Rayon Təhsil Şöbəsinin (idarənin) fəaliyyətinin planlaşdırılması zamanı bir sıra əsas prinsiplər nəzərə alınmalıdır: Şöbənin (idarənin) əməkdaşlarının təcrübə və yaradıcılıq meylləri, onların fərdi imkanları, rayon (şəhər) ictimaiyyətinin rəy və təkliflərini nəzərə almaqla idarəetmənin demokratikliyini təmin etmək Şöbənin (idarənin) normativ sənədlərinin ideya istiqamətini, icrasını və həyata keçirilməsini rəhbər tutmaq Planlaşdırma zamanı innovasiyaları nəzərə almaqla, onun dinamikliyini və çevikliyini təmin etmək Şöbəyə (idarəyə) aid edilən planları (strateji, fəaliyyət, operativ və büdcə planları) iclaslarda müzakirə və təsdiq etmək, onun müddəalarını kollektivlə razılaşdırmaq

  9. Strateji planlaşdırma nədir? RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ Strateji planlaşdırma • təşkilatın fəaliyyətinin planlaşdırılması üçün uzunmüddətli baza yaradaraq, gələcək fəaliyyət istiqamətlərini (strateji istiqamətləri) və uzunmüddətli məqsədlərini müəyyənləşdirir; • həmin məqsədlərə nail olmaq üçün tədbirləri müəyyənləşdirir; • müntəzəm olaraq məqsədlərə nail olmaq istiqamətində fəaliyyəti qiymətləndirir; • təşkilatın fəaliyyətinin səmərəliliyini daha da artırır.

  10. STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQETMƏ SƏBƏBLƏRİ CARİ VƏZİYYƏTİN, PERSPEKTİVLƏRİN VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ TƏKMİLLƏŞDİRİLƏCƏK İŞLƏRİN PERSPEKTİV BAXIMINDAN PLANLAŞDIRILMASI MÜASİR İKT VASİTƏLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ ETMƏK TƏDQİQAT İŞLƏRİNİN APARILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ TƏŞKİLATDA İŞ SİSTEMİNİN EFFEKTİV QURULMASI, KOORDİNASİYA EDİLMƏSİ VƏ NƏZARƏT MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ HƏYATA KEÇİRİLMƏSİ TƏŞKİLATIN FƏALİYYƏTİNİN MÜƏYYƏN İNDİKATORLAR VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ

  11. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ CARİ PLANLAŞDIRMA CARİ MƏSƏLƏLƏR ƏSASLI TƏHLİLLƏR APARILMIR TƏDBİRLƏR ƏLAQƏLƏNDİRİLMİR MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏYƏ İMKAN YARADILMIR

  12. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ STRATEJİ PLANLAŞDIRMA GƏLƏCƏK PERSPEKTİVLƏR GƏLƏCƏK PERSPEKTİVLƏR MÜƏYYƏNLƏŞDİRİLR İCRA ÜÇÜN İNDİKATORLAR MÜƏYYƏNLƏŞDİRİLİR MÜASİR HESABATVERMƏNİN TƏŞKİLİNƏ ZƏMİN YARADILIR HADİSƏLƏR MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏSİ İLƏ İZLƏNİLİR VƏ NƏTİCƏLƏR TƏHLİL EDİLİR

  13. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ STRATEJİ PLAN İLLİK FƏALİYYƏT PLANI OPERATİV PLAN BÜDCƏ PLANI

  14. STRATEJİ PLAN strateji məqsədlərə nail olmaq imkanını yaradan ətraflı plandır. Strateji plan müəyyən müddət ərzində həyata keçiriləcək tədbirləri, əldə olunacaq nəticələri və onun qiymətləndirilməsini əks etdirir. STRATEJİ PLAN

  15. İLLİK FƏALİYYƏT PLANI təşkilatın cari vəziyyətini, həmçinin qısamüddətli məqsədlərə nail olmaq üçün həyata keçiriləcək tədbirləri, həmin tədbirlərin və məqsədlərin monitorinq prosedurlarını əks etdirən sənəddir. FƏALİYYƏT PLANI

  16. BÜDCƏ PLANI təşkilatın strateji planında nəzərdə tutulmuş prioritet məsələlərə əsaslanaraq, həmin təşkilatın inkişafı üçün xərclərin necə sərf edilməsini müvafiq qaydada müəyyən edir. BÜDCƏ PLANI

  17. OPERATİV PLAN illik fəaliyyət planında nəzərdə tutulan tədbirləri, məqsəd və vəzifələri təcili olaraq həyata keçirmək məqsədilə hazırlanan sənəddir. OPERATİV PLAN

  18. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ STRATEJİPLAN KİM TƏRƏFİNDƏN HAZIRLANMALIDIR? RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİ (İDARƏLƏRİ) ÜZRƏ: • R(Ş)TŞ (idarə) müdirləri • Müavinlər • Planlaşdırma sahəsinə məsul olan şəxs • Şöbənin (idarənin) əməkdaşları Maraqlı tərəflər: • Rayon Təhsil Şurasının sədri və üzvləri • Məktəb Şurasının sədri və üzvləri • Pedaqoji Şuranın sədri və üzvləri

  19. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ STRATEJİPLAN KİM TƏRƏFİNDƏN HAZIRLANMALIDIR? MƏKTƏBLƏR ÜZRƏ: • Məktəb direktorları • Direktor müavinləri • Müəllimlər Maraqlı tərəflər: • Məktəb Şurasının sədri və üzvləri • Pedaqoji Şuranın sədri və üzvləri • Metodbirləşmə rəhbərləri • Valideynlər • Rayon (Şəhər) Təhsil Şöbələri (idarələri) • Rayon Təhsil Şurasının sədri və üzvləri

  20. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ STRATEJİ PLANIN ELEMENTLƏRİ • M İ S S İ Y A - Fəaliyyətin ümumi məqsədini və səbəbini əks etdirir. (MƏSƏLƏN: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin missiyası təhsil sistemində idarəetmə və planlaşdırma imkanlarını təkmilləşdirməkdir; Rayon Təhsil Şöbəsinin missiyası əməkdaşların, eyni zamanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını təmin etmək, şagirdlərin fərdi tələbatlarını ödəmək və müasir təlim-tədris metodlarına yiyələnmək məqsədilə vərdişləri inkişaf etdirməkdir.) • P E R S P E K T İ V L Ə R (V İ Z İ O N) – Təşkilatın cari vəziyyətinin gələcəkdə təkmilləşdirilməsinin real və həqiqətəuyğun mənzərəsini əks etdirir. (MƏSƏLƏN: Rayon Təhsil Şöbəsi İKT avadanlıqları ilə tam təmin olunacaq və bütün əməkdaşlar həmin avadanlıqlardan və müasir təlim-tədris texnologiyalarından yüksək səviyyədə səmərəli istifadə edəcəklər.)

  21. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ • D Ə Y Ə R L Ə R - İdarəetmədə mühüm rol oynayanmüsbət xüsusiyyətlərdir(Məsələn: hörmət, düzgünlük, yüksək bacarıq, inkişafvə s.). • M Ə Q S Ə D L Ə R - fərdlər, qruplar və bütövlükdə təhsil müəssisəsi üçün arzu olunan nəticələrdir. • FƏALİYYƏTİN SƏMƏRƏLİLİYİ - Gələcək fəaliyyəti planlaşdırmaq üçüntəşkilatın cari dövrdə nə dərəcədə səmərəli fəaliyyətgöstərməsinin müəyyənləşdirilməsidir. • NƏZƏRDƏN KEÇİRMƏ (MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ)– İllik yoxlamanın aparılması, müəyyən dəyişikliklərin edilməsi və hesabatın hazırlanması.

  22. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ Strateji planlaşdırma prosesinin həyata keçirilməsi və Strateji Planların hazırlanması üçün nəzərdə tutulan addımlar

  23. I ADDIM R(Ş)TŞ-in (idarənin) missiyasının, perspektivlərinin və dəyərlərinin müəyyənləşdirilməsi. Həmin proses R(Ş)TŞ (İdarə) müdiri, müavinlər, planlaşdırma sahəsinə məsul olan şəxs və şöbənin (idarənin) əməkdaşları tərəfindənhəyata keçirilməlidir. II ADDIM R(Ş)TŞ-in (idarənin) cari fəaliyyətini qiymətləndirmək və təkmilləşdirilə bilənsahələri müəyyənləşdirmək üçün “Güclü və Zəif Tərəflərin, İmkanlar və Risklərin təhlili”nin aparılması. Bu proses R(Ş)TŞ (idarə) müdiri, müavinləri, planlaşdırma sahəsinə məsul olan şəxs tərəfindən həyata keçirilməli və lazım olarsa Rayon Təhsil Şurasının sədri və ya üzvləri şöbənin (idarənin)təkmilləşdirilə bilən sahələrihaqqında müəyyən fikirləri olduğu üçün bu istiqamətdə müəyyən təkliflər verəbilərlər. III ADDIM R(Ş)TŞ-in (idarənin) Strateji Planı üçün məqsədlərin müəyyənləşdirilməsi. Strateji plan üçün müəyyənləşdirilmiş məqsəd və alt-məqsədlər II addımda aparılmış təhlilə əsaslanır.

  24. IV ADDIM Uzunmüddətli məqsəd və alt-məqsədlərin vaxtında həyata keçirilməsi və R(Ş)TŞ-in (idarənin) fəaliyyətinin səmərəli olması üçün strateji planın tərkib hissəsi olan “Fəaliyyət Planı”nın hazırlanması və onların təsdiq olunması üçün R(Ş)TŞ (idarə) müdirinə təqdim edilməsi. V ADDIM Strateji Planın məqsədlərinə nə dərəcədə nail olunması istiqamətindəki fəaliyyətin monitorinqinin aparılması. Bu proses R(Ş)TŞ-in (idarənin) iclaslarında şöbə müdiri tərəfindən təqdim edilən nailiyyətlərin əldə olunması, həmçinin, müəyyən nöqsanların meydana çıxmasına dair Hesabatlar vasitəsilə həyata keçirilməlidir.

  25. STRATEJİ PLANLAŞDIRMANIN TƏTBİQİNƏ VƏ STRATEJİ PLANLARIN HAZIRLANMASINA MÜVAFİQ OLARAQ MƏKTƏBLƏRİN FƏALİYYƏTİNİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ Məktəb fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi bir neçə aspektdə öz əksini tapır: Məktəblərə fərdi surətdə yanaşmanın olması; Məktəb heyətinin fərdi sürətdə məktəbin inkişafında maraqlı olması; Məktəbin idarəedilməsi və inkişaf etdirilməsinə mümkün qədər daha çox partnyorların cəlb edilməsi; Məktəb Şuraları arasında əməkdaşlığın genişləndirilməsi və daimi olaraq bu istiqamətdə planlı şəkildə fəaliyyət göstərib treninqlərin keçmələri; Şagird nailiyyətlərinin yüksəlməsinə nail olunması. Bu prosesə təsir edən amillər aşağıdakılardır: 1) peşəkar tədris mühitinin yaradılması; 2)şagirdlərin işinin düzgünqiymətləndirilməsi; 3)metodiki və pedaqoji işin yenistandartlara uyğunlaşdırılması.

  26. SƏMƏRƏLİ FƏALİYYƏT YAXŞI İDARƏETMƏ YAXŞI LİDERLİK R(Ş)TŞ-invə məktəbin fəaliyyəti haqqında məlumatların vaxtlı-vaxtında toplanılması və onlardan istifadə olunması R(Ş)TŞ-ə və məktəblərin fəaliyyətinə daha çox köməkliyin göstərilməsi R(Ş)TŞ-in, müəllim və şagird nailiyyətlərinin yüksək nəticələrə nail olunması Təkmilləşmək üçün effektiv yolların müəyyənləşdirilməsi Strateji və illik planların, hesabatların, monitorinq və qiymətləndirmə prosedurlarının həyata keçirilməsində faydalı olması R(Ş)TŞ-in hazırkı səviyyəsi iləgələcəkdə olmaq istədikləri səviyyə arasındakı çatışmayan cəhətlərin təhlil olunması Fəaliyyətintəkmilləşdirilməsi istiqamətində Strateji Plandan istifadə olunması

  27. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRİNDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ ÜZRƏ PERSPEKTİVLƏR R(Ş)TŞ-lərin (idarələrin) idarəetmə sistemi daha da təkmilləşəcək və təkmilləşdirilməsi lazım olan istiqamətlər üzrə məqsədyönlü işlər aparılacaq; R(Ş)TŞ-lər (idarələr) rəhbərliyinin və əməkdaşlarının peşəkarlıq səviyyəsi daha da yüksələcək; R(Ş)TŞ-lərdə (idarələrdə) müasir təlim texnologiyalarının tətbiqi sahəsində müvafiq bacarıqlar əldə ediləcək və həmin bacarıqlar təkmilləşdiriləcək; R(Ş)TŞ-lər (idarələr) yararlı monitorinq və qiymətləndirmə metodlarından səmərəli istifadə edəcəklər; Strateji planlaşdırma mexanizminin tətbiqi istiqamətində rayonlar (şəhərlər) arasında müasir texnologiyalar vasitəsilə müvafiq şəbəkələr yaradılacaq, həmin şəbəkələr daha da təkmilləşdirilərək, müəyyən istiqamətlər üzrə beynəlxalq şəbəkələr ilə əlaqələndiriləcəkdir.

  28. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNİN (İDARƏLƏRİN) STRATEJİ PLANLARININ HAZIRLANMASI ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR R(Ş)TŞ-lərin Əsasnaməsi; R(Ş)TŞ-lərin illik Fəaliyyət Planları; R(Ş)TŞ-lərin büdcə planları və ya büdcə cədvəlləri; R(Ş)TŞ-lərin və məktəblərin TİMS üzrə hesabatları (R(Ş)TŞ əməkdaşlarının, müəllimlər və şagirdlərin TİMS-dəki siyahısı və statistik məlumatları); R(Ş)TŞ-lərin il ərzində gördükləri işlərə dair Hesabatları. Digər sənədlər.

  29. RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNDƏ (İDARƏLƏRDƏ) STRATEJİ PLANLAŞDIRMA MEXANİZMİNİN TƏTBİQİ RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNİN (İDARƏLƏRİN) STRATEJİ PLANLARININ HAZIRLANMASINA DAİR TAPŞIRIQLAR R(Ş)TŞ-lərdə (idarələrdə) strateji planların hazırlanması məqsədilə müvafiq işçi qruplarının, həmçinin strateji planlaşdırma üzrə məsul şəxslərin elektron poçtlarının (e-mail) yaradılması. R(Ş)TŞ-lərin (idarələrin) Strateji Planlarının yekun variantlarının və xülasəsi (qısa məzmunu) barədə məlumatların hazırlanması, həmin sənədlərin (Strateji Planlar və onların xülasəsi) R(Ş)TŞ (idarə) müdiri tərəfindən təsdiqlənməsi və 2012-ci ilin oktyabr ayına qədər Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi. Strateji və fəaliyyət planlarının icrasına, hesabatvermə və qiymətləndirmə proseslərinə müvafiq olaraq, yarımillik və illik hesabatların hazırlanması və lazım olarsa, e-mail vasitəsilə Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi.

  30. Qeyd:Rayon (Şəhər) Təhsil Şöbələrinin (idarələrin) Strateji Planlarının son variantları 2012-ci ilin oktyabr ayına qədər Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməlidir. www.edu.gov.az v.abdulrahimov@edu.gov.az

  31. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!

More Related