1 / 31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər. Meşələrin artırılması tədbirləri.

wilda
Download Presentation

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindənhəyata keçirilmiş tədbirlər

  2. Meşələrin artırılması tədbirləri Meşələrin mühafizəsi və artırılması sahəsində tədbirlərin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 102 905 hektardan artıq sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 79,8 milyon ədəd ağac əkilmiş, 315 mln. ədəd əkin materialı yetişdirilmiş və 2 min ton toxum tədarük edilmişdir. Meşə tingliyi Yeni salınmiş meşə əkinləri

  3. Yaşıllıqların artırılması tədbirləri Yaşıllıqların artırılması sahəsində son 10 il ərzində meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 mln. ədəddən artıq müxtəlif növ ağac və kol əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması" və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamlarının icrası ilə əlaqədar 3210 hektar ərazidə yaşıllaşdırma işləri aparılmış, 3,3 milyon ədəd ağac əkilmiş, 9 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemləri qurulmuşdur. Təkcə 2011-2013-cü illərdə 1549 hektar ərazi damcılı suvarma sistemi qurularaq yaşıllaşdırılmışdır.

  4. YAŞILLAŞDIRMA LAYİHƏLƏRİ • Bakı-Qazax magistralı avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsinin yaşıllaşdırılması • Hövsan-Binə-Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafı ərazilərin yaşıllaşdırılması • Hövsan-Binə -Dədə Qorqud-Bahar qəsəbələri arası ərazilərin yaşıllaşdırılması • Bakı-Astara magistralı avtomobil yolunun Ələt-Salyan hissəsinin yaşıllaşdırılması • Bakı-Şamaxı magistralı avtomobil yolunun yaşıllaşdırılması • Bakı-Quba magistralı avtomobil yolunun yaşıllaşdırılması • Bakı-Qazax magistralı avtomobil yolunun Ələt-Atbulaq hissəsinin yaşıllaşdırılması • Bayıl yamacı- 20-ci sahə arası ərazilərin yaşıllaşdırılması

  5. Xaricdən gətirilmiş ağac cinsləri Bakı-Qazax magistral avtomobil yolunun kənarı

  6. Bayıl yamacı

  7. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı Kür və Araz çayları boyu məskunlaşmış əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurularaq istismara verilmiş və 400 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının normalarına cavab verən içməli su ilə təmin edilmişdir. Sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir. Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmış sutəmizləyici qurğu Supaylayıcı məntəqə

  8. İsrail istehsalı olan sutəmizləyici gurğu Supaylayıcı məntəqə

  9. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında" Sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən təmizlənərək dənizin dərinliyinə axıdılır. Nəticədə, aparılan monitorinqlər qısa zaman ərzində həmin ərazilərdə Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir. 9 №-li Bilgəh-Amburan stansiyası 4 №-li Buzovna stansiyası

  10. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin fəaliyyətinin nəticəsi əvvəl indi

  11. Dəniz suyunun duzsuzlaşdırılması kompleksi Regionda ən az şirin su ehtiyatına malik olan ölkəmizdə gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi, həmçinin Salyan və Qaradağ rayonlarının ərazilərində yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması və müxtəlif çeşidli keyfiyyətli əkin materialları ilə təminatın yaxşılaşdırılması məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə avadanlıq quraşdırılmış Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir. Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglikdə ildə 1 mln. ədəd ağac və kol bitkiləri (o cümlədən dekorativ) yetişdiriləcəkdir.

  12. Həcmləri 500 m3 və 200 m3 olan metal su çənləri Örtülü kök sistemli tinglik

  13. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində son 10 ildə 5 mlrd. ədədə yaxın balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır. 2003-cü ildə Neftçala rayonunda ildə 15 mln. nərəcinsli balıq yetişdirmək imkanı olan yeni Xıllı nərə balıqartırma zavodu tikilib istifadəyə verilmişdir. Xəzər dənizində nərəkimilərin populyasiyasının kəskin azalmasını nəzərə alaraq 2004-cü ildə Xıllı nərə balıqartırma zavodunun bazasında təmir-törədici fondu yaradılmışdır. Hazırda təmir-törədici fondunda 4 mindən artıq müxtəlif növ və yaş qruplarına aid nərə cinsli balıqlar saxlanılır. Xıllı Nərə Balıqartırma zavodu

  14. Bioloji müxtəlifliyin mühafizəsi Biomüxtəlifliyin, nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi məqsədilə ETSN tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, son on il ərzində 9 milli park yaradılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,3 %-ni, o cümlədən Milli Parklar 3,7 %-ni təşkil edir.

  15. Hirkan Milli Parkı

  16. Şirvan Milli Parkı

  17. Şahdağ Milli Parkı

  18. Göygöl Milli Parkı Zaqatala Dövlət Təbiət Qoruğu Rvarud Dövlət Təbiət Yasaqlığı

  19. 2006-cı ildə Altıağac Milli Parkının nəzdində Cənubi Qafqazda ilk Vəhşi təbiətin bərpası və canlıların reabilitasiyası mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri-qanuni əldə edilmiş, o cümlədən nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə reabilitasiyası, təbiətə uyğunlaşdırılması, artırılması və təbiətə qaytarılmasından ibarətdir.

  20. Növlərin tarixi yaşayış məskənlərinə reintroduksiyası Növlərin tarixi yaşayış məskənlərinə reintroduksiyasına da xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində 115 baş ceyran tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə köçürülmüş, köçürülmüş ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nəzarət, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilmişdir. 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. 2010-cu ilin 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk ceyran sürüsünün (21 baş) tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılması prosesini izləmişlər. Həyata keçirilmiş bütün bu tədbirlərin nəticəsində nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımı müşahidə olunur.

  21. Azərbaycanda müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə torpaq sahəsi ayrılmış, ilkin mərhələdə görüləcək işlərin layihə, dizayn və smeta sənədləri hazırlanmışdır. Zooloji Parkın master planı

  22. Hidrometeorologiyanın inkişafı İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılmışdır. Quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağ Milli Parkının Kaboş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır.

  23. Meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar 2008-ci ildə Qusar rayonunun ən yüksək dağlıq ərazisində Qafqazda ilk dəfə olaraq "Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi" yaradılmışdır. Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuş, VSAT sistemi qurulub, peyk vasitəsilə internetlə təchiz olunmuşdur.

  24. Geoloji tədbirlər Son 10 ildə geoloji axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə olunmuş, Azərbaycanın 25 bölgəsində 192 müxtəlif təyinatlı yatağın ehtiyatları balansa alınmışdır. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına qoşulmuşdur. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır. Faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, mis və sinkin yüksək miqdarı müəyyən edilmişdir. Azərbaycanda emal olunan qızıl külçəsi Azərbaycanın ilk səpinti qızılı Gədəbəy qızıl –mis emalı zavodu

  25. Təhlükəli Tullantılar Poliqonu yaradılmış, 121 380 m3 təhlükəli tullantı, o cümlədən 95,7 min m3 civə tərkibli toksiki tullantı poliqona daşınaraq zərərsizləşdirilmişdir. Təhlükəli tullantılar poliqonu

  26. Diqqətinizə görə təşəkkür edirik

More Related