slide1 n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası PowerPoint Presentation
Download Presentation
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

Loading in 2 Seconds...

play fullscreen
1 / 34

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası - PowerPoint PPT Presentation


  • 291 Views
  • Uploaded on

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : I və II qrup taxılların morfoloji və bioloji fərqləri və inkişaf fazaları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ AL Ə M – REGNUM ŞÖBƏ - DİVİSİO

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

PowerPoint Slideshow about 'AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası' - guy


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript
slide1

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: I və II qrup taxılların morfoloji və bioloji fərqləri və inkişaf fazaları

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

slide2

BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ

ALƏM – REGNUM

ŞÖBƏ - DİVİSİO

SİNİF – CLASSİS

SIRA - ORDO

FƏSİLƏ – FAMİLİA

CİNS – GENUS

NÖV – SPECİES

YARIMNÖV – SUBSPECİES

NÖVMÜXTƏLİFLİYİ – VARİETİS

SORT - CULTİVAR

slide4

Taxıllar – Qırtıckimilər (Poaceae) fəsiləsinin dənli taxıl bitkiləri qrupu 9 əsas botaniki cinsi əhatə edir. Dənli taxıl bitkiləri qrupuna buğda, çovdar, arpa, vələmir, tritikale, qarğıdalı, çəltik, darı və sorqo daxildir. Bir sıra xüsusiyyətlərinə görə cinslər növlərə, növlər yarımnövlərə, yarımnövlər növmüxtəlif-liklərinə, onlar da öz sırasında sortlara bölünürlər.

Taxıl bitkiləri morfoloji quruluşca kök sistemindən, gövdədən, yarpaqdan, çiçək qrupundan və meyvədən, yəni dəndən ibarətdir.

Kök sistemi: taxıllar digər tarla bitkilərindən fərqli olaraq saçaqlı kök sistemi əmələ gətirirlər. Saçaqlı kök sistemi rüşeym və buğum köklərindən təşkil olunur. Rüşeym kökləri öz fəaliyyətini bitkinin vegetasiyasının sonuna qədər davam etdirərək onun qidalanmasında da iştirak edirlər. Buğum kökləri gövdənin torpaqda yerləşən 1-2, bəzən 3-cü buğumundan inkişaf edir və şaxələnərək nazik kök telləri əmələ gətirir. Bitkidə kök kütləsinin miqdarı kollanma enerjisindən asılı olaraq az və çox ola bilər. Kollanma qüvvəli getdikdə saçaqların miqdarı da çox olur və əksinə. Hündür gövdəli taxıllarda (qarğıdalı və sorqoda) gövdənin yerüstü hissəsinin torpaq səthinə yaxın 2-3-cü buğumundan da köklər çıxır. Bunlar dayaq, yaxud hava kökləri adlanır. Dayaq kökləri torpağa daxil ola bilirlərsə, bitkinin qidalanmasında da iştirak edirlər.

slide5

Gövdə: taxıl bitkilərinin gövdəsi içərisi özəklə dolu, yaxud boş, boruya bənzər küləş adlanır. Ğövdənin bütün boyu bərabəri bir-birindən aralı buğumlar yerləşir. İki buğum arasında qalan məsafə buğumarası adlanır. Bitkilərin xüsusiyyətlərindən və becərilmə şəraitindən asılı olaraq hər gövdədə 5-6, qarğıdalı və sorqoda 15-20 və daha çox buğumarası əmələ gəlir. Taxıl bitkilərinin əsas xüsusiyyətlərindən biri də odur ki, ya heç şaxələnmir, ya da zəif zoğlar əmələ gətirir.

Yarpaq: əsas gövdənin və bütün yan budaqların (əgər varsa) buğumlarından yarpaq əmələ gəlir. Taxıl bitkilərinin yarpağı yarpaq qınından və yarpaq ayasından ibarətdir.

Qın yarpaq buğumu vasitəsilə gövdənin buğumuna birləşir, ön tərəfi şırımlı, boru kimi gövdəni əhatə edir, ona möhkəmlik verir, mexaniki zədələnmədən qoruyur və bitki yerə yatan zaman gövdənin qalxmasına yardım edir.

Yarpağın ayası lanset formalı, hamar səthli, tam kənarlıdır. Qının ayaya keçdiyi hissədə, arxa tərəfdə dilçə adlanan bir ədəd yarımşəffaf pərdə, ön tərəfdə isə qulaqcıq, yaxud buynuzcuq deyilən iki çıxıntı vardır. Dilçənin vəzifəsi gövdə ilə yarpaq qını arasına su keçməsinin qarşısını almaqdan, qulaqcıqların vəzifəsi isə yarpağı gövdəyə bərkitməkdən ibarətdir. Bu üzvücüklər müxtəlif irilikdə və müxtəlif formalı olduğuna görə boruya çıxma fazasından sünbülləməyə qədər olan dövrdə bitkiləri bir-birindən fərqləndirmək üçün əsas əlamətlərdən hesab edilir.

slide6

a

b

Dənlitaxılbitkilərininqulaqcıqlarıvədilçəsi; 1- vələmir; 2- çovdar; 3- buğda; 4- arpa. (a-dilçə, b-qulaqcıq)

slide7

Yarpaq ayası

Gövdə

Qulaqcıq

Yarpaq qını

slide9

Dənli taxıl bitkilərinin qruplara bölünməsi

 Dənli taxıl bitkiləri təsərrüfat əhəmiyyətinə, bioloji xüsusiyyətinə və bəzi morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən əsas taxıllar və darıyabənzər taxıllar qrupuna bölünürlər.Əsas taxıllar qrupuna buğda, çovdar, arpa, tritikale və vələmir, darıyabənzər taxıllar qrupuna isə çəltik, qarğıdalı, darı və sorqodaxildir.

Dənli taxıl bitkiləri qruplarının xüsusiyyətləri

slide10

Çiçək qrupu: dənli taxıl bitkilərindən buğdada, çovdarda, tritikaledə və arpada çiçək qrupu sünbül, vələmirdə, çəltikdə, darıda və sorqoda süpürgədir. Qarğıdalı isə bütün taxıllardan fərqli olaraq iki formalı çiçək qrupu əmələ gətirir ki, onlardan biri gövdənin nəhayətində süpürgə, digəri isə yarpaq qoltuqlarında qıca təşkil edir.

Sünbülün əsasını bir-birinə bitişmiş əyri, yaxud düz üzvücüklərdən ibarət olan sünbül oxu təşkil edir. Üzvücüklərin nəhayətində xırda pillələr (dirsəklər), onların üzərində isə sünbülcüklər əmələ gəlir. Normal vəziyyətdə buğda və çovdarda sünbül oxunun hər pilləsində bir, arpanınkında üç sünbülcük olur.Süpürgənin əsas oxu yan budaqlara, onlar da ikinci, üçüncü və dördüncü dərəcəli budaqcıqlara ayrılır. Sünbülcüklər budaqcıqların üzərində, yaxud nəhayətində yerləşir. Sünbülcüyün quruluşu bütün taxıllarda eyni olmaqla ən xaricdən iki sünbülcük pulcuğu ilə əhatə edilir. Cins əlaməti olaraq taxıllarda sünbülcük pulcuqları müxtəlif dərəcədə inkişaf edir. Bu pulcuqların arxasında, yaxud altında çiçəklər yerləşir. Becərilmə şəraitindən və bitkilərin xüsusiyyətindən asılı olaraq sünbülcükdə 1-2-5-7 və daha çox çiçək əmələ gəlir. Hər çiçək iki çiçək pulcuğu ilə əhatə olunur.

Dənli taxıl bitkilərinin çiçəkləri iki cinslidir (qarğıdalıdan başqa). Hər çiçəkdə üç erkəkcik (çəltikdə – 6) bir dişicik olur. Erkəkcik – saplaqdan, toz kisələrindən, dişicik isə yumurtalıqdan, sütuncuqdan və iki haça ağızcıqdan ibarətdir. Dənli taxıl bitkiləri öz-özünü tozlama qabiliyyətinə malikdir (qarğıdalıdan başqa), ancaq çarpaz da tozlanırlar.

slide11

Buğda sünbülünün quruluş sxemi: I – üz tərəfdən, II – yan tərəfdən görünüşü.

a - sünbül, б - sünbülcük

slide13

Taxıl bitkilərinin sünbülcüyünün quruluş sxemi:

1- sünbülcük pulcuqları, 2 - xarici çiçək pulcuqları, 3 - daxili çiçək pulcuqları, 4 - toz kisələri, 5- ağızcıq, 6 - yumurtalıq, 7 - lodikul, 8 - çiçək saplağı

slide14

Dən: taxıl bitkilərinin meyvəsi toxum hesab edilir və dən adlanır. hər meyvədə bir dən əmələ gəlir. Əksər taxıllarda – arpa, çəltik və darıda dən öz pulcuqları ilə kip əhatə olunaraq tam yetişdikdən sonra da ondan çətin ayrılır. Belə dənlərə pərdəli, yaxud örtüklü, pulcuqlarından asan ayrılanlara isə (buğda, çovdar, tirtikale, qarğıdalı) çılpaq dən deyilir. Dənin əsasında (çılpaq vəziyyətdə) dırnağa bənzər, azacıq basıq, yaxud zəif qabarıq rüşeym yerləşir. Buğda, arpa, çovdar, tirtikale və vələmir dəninin qarın tərəfində taxılların cinsindən asılı olaraq az-çox dərəcədə dərinliyə malik olan şırım vardır. Buğda, çovdar və vələmir dəninin nəhayətində kəkil adlanan xırda tükcüklər olur.

Dənli taxıl bitkilərinin dəni iriliyinə, formasına və bir sıra əlamətlərinə görə bir-birindən fərqlənirlər.

slide15

DƏNİN ANATOMİKQURULUŞU

 Taxıl bitkilərinin dəni qılafdan (qabıqdan), rüşeymdən və endospermdən ibarətdir. Qılaf hərəsi iki təbəqədən təşkil olunmuş meyvə və toxum qılafına ayrılır.

Meyvə qılafı. Çiçəyin yumurtalığının divarından əmələ gəlir, dəni ən xaricdən əhatə edir və möhtəviyyatını xarici təsirlərdən qoruyur.

Toxum qılafı. Çiçəyin yumurtalığının, toxum tumurcuğunun ikiqat pərdəsindən əmələ gəlir və meyvə qılafı ilə aleyron qatı arasında yerləşir.

Rüşeym. Çəki və həcmcə dənin az hissəsini (buğdada, çovdarda və arpada 1,5-3%-ni, vələmirdə 3%-ni, qarğıdalıda 10-14%-ni) təşkil edir, gələcək bitkinin bünövrəsi olan rüşeym kökcüyünə və gövdəciyə diferensiasiya olunur. Lakin bu hissələr toxum cücərənə qədər çox xırda və başlanğıc halında olduğu üçün adi gözlə çətin seçilirlər.

Rüşeymdə qida maddələri də toplanır.

slide16

Buğda dəninin uzununa kəsiyi:

1-2 meyvə qılafı; 3-4 -toxum qılafı;

5-aleyron qatı:6-qalxancıq; 7-gövdə;

8-rüşeym; 9-kökün bünövrəsi;

10- endosperm; 11- kəkil

slide17

Buğda dəninin eninə kəsiyi.

a, b, v - qılafın təbəqələri, d - rəngli təbəqə, c - aleyron qatı,

e - endosperm hüceyrələri

slide18

Endosperm.Kütləcə dənin əsas hissəsini təşkil edir və ehtiyat qida maddələrindən ibarət olduğu üçün toxum cücərən zaman onu qida ilə təmin edir.

Endospermaleyron qatı adlanan xarici və dənin unlu hissəsini təşkil edən daxili təbəqədən ibarətdir. Aleyron təbəqəsi toxum qılafına sıx yapışan qalın divarlı, tünd sarı rəngli zülaldır ki, buğdada, çovdarda və vələmirdə bir cərgə, digər taxıllarda bir neçə cərgə olur. Endospermin qalan hissəsi nişasta dənələrindən və bunların arasındakı boşluqları dolduran sarımtıl-darçını rəngli zülaldan ibarətdir.

Nişasta dənələrinin aralarındakı boşluqlar və hüceyrələrin arası zülalla tam dolduqda dən bərk şüşəvari, nişasta çox olduqda isə yumşaq, yaxud unvari adlanır.

Rüşeym ilə endosperm arasında yerləşən qalxancıq (sipərcik) bu iki hissəni bir-birindən ayırır, ancaq əsas vəzifəsi toxum cücərən zaman endospermdə olan qida maddələrini soraraq cücərtiyə ötürməkdir.

Epiblast. Kökcüyün gövdəyə keçdiyi hissədə yerləşir və dən cücərən zaman özünə rütubət hopduraraq rüşeymə ötürür. İnkişafının ilk dövründə quraqlığa davamlı olan bitkilərdə epiblast çox qüvvəli inkişaf etmiş olur. Dənin rəngi qılafdan, aleyron qatında rəngləyici piqmentlərin toplanmasından və endospermin digər hissələrindən asılı olaraq müxtəlif olur.

slide20

DƏNLİ TAXIL BİTKİLƏRİNİN İNKİŞAF FAZALARI

 Birillik bitkilərdə cücərti alınandan gələcək toxumun tam yetişməsinin sonuna qədər keçən müddət vegetasiya dövrü adlanır. vegetasiya dövründə taxıllar aşağıdakı əsas inkişaf fazalarını keçirirlər. 1- cücərmə, 2-kollanma, 3-borulaşma, 4-sünbülləmə (süpürgəlilərdə süpürgələmə), 5-çiçəkləmə, 6-süd yetişmə, 7-mum yetişmə, 8-tam yetişmə fazası.

Cücərmə: toxumun cücərməsi üçün onu əhatə edən mühitdə kifayət qədər nəmlik, istilik və hava olmalıdır. Toxumun cücərmə surəti onun iriliyindən, endospermdə olan qida maddələrinin miqdarından, dənin qılafının möhkəmliyindən, sortun xüsusiyyətindən və s. şərtlərdən asılıdır. Cücərmə üçün normal şəraitdə öz çəkisinə görə təxminən buğda və çovdar toxumu 56%, qarğıdalı 44%, arpa və vələmir 60%, sorqo toxumu 25% su tələb edir.

Kollanma: cücərtidə 2-3 yarpaq əmələ gəldikdən sonra bitkinin böyüməsi, demək olar ki, dayanır. Bu zaman gövdənin torpaqda qalan buğumlarından yan köklər (buğum kökləri), budaqlanması hesabına isə cavan zoğlar (gövdələr) əmələ gəlir. Bitkinin torpaq altında budaqlanmasına taxılların kollanma fazası, cavan zoğ və yan köklər əmələ gətirən buğuma isə kollanma buğumu deyilir.

slide21

c

ç

a

b

Şəkil 2. Buğdanın cücərtisi.

a- dən; b- ilk kökcüklər; c- yarpaq;

ç- koleoptil

Cücərmə zamanı endospermdə olan ehtiyat qida maddələri aşağıda göstərilən fermentlərin təsiri ilə parçalanır, həll olur və mənimsəniləcək formaya keçir.

Diastaza fermentinin təsiri nəticəsində nişastanın həll olunan karbohidratlara (dekstrinə, malatozaya) çevrilməsi, bununla eyni zamanda sitaza fermentinin təsiri ilə endospermin divarlarının hüceyrələrinin (hemisellüloz) müəyyən hissəsinin həll olunma prosesi gedir.

İnvertazafermentinin təsiri ilə qamış şəkəri, üzüm və meyvə şəkərinə parçalanır.

Lipazafermentinin fəaliyyəti nəticəsində yağlar hidroliz olunaraq qliserinə və yağ turşusuna ayrılır.

Proteaza fermentinin iştirakı ilə endospermdə olan ehtiyat zülali maddələr parçalanaraq amin turşusu və ammonyak əmələ gətirir ki, bunlar da karbon birləşmələrinin qarşılıqlı təsiri nəticəsində asparaginə çevrilir. Bununla proses bitmir, parçalanma və hidrolizdən alınmış maddələrdən sintez nəticəsində hüceyrələr, toxumalar və nəhayət, həyat qabiliyyətinə malik olan yeni orqanlar əmələ gəlir. Endospermdə olan qida maddələri sərf olunduqca dən bürüşür, ancaq embrional hissəsi sürətlə böyüyərək cavan bitkinin kökü, gövdəsi və yarpaqları formalaşır.

slide22

Toxum cücərən zaman kökcük böyüməyə başlayır, qılafı partladaraq xaricə çıxır ki, bu rüşeym kökcüyü, yaxud ilk kökcük adlanır. İlk kökcük əsas taxıllarda orta hesabla 3-8 (buğdada 3-5, arpada 5-8, çovdarda 3-4, vələmirdə 3), darıyabən­zər taxıllarda isə yalnız bir ədəd olur.Kökdən sonra koleoptil adlanan nəhayəti sivri, şəffaf pərdə ilə əhatə olunmuş gövdəcik böyüməyə başlayır. Koleoptil formasını və əsas rolunu itirmiş yarpaqdır, vəzifəsi isə cücərti torpaq səthinə çıxana qədər onu mexaniki zədələnmədən qorumaq və torpağı yararaq cücərtinin səthə çıxmasını asanlaşdırmaqdan ibarətdir.

Cücərti torpaq səthinə çıxan kimi koleoptilin böyüməsi dayanır, rolu bitir, o partlayır, içərisindən ilk yarpaq çıxır ki, bu dövr taxıl bitkilərində cücərmə fazası adlanır. Örtülü dənlərdə kökcük yolu tutduğu üçün gövdə istiqamətini dəyişərək örtüyün altı ilə hərəkət edir və toxumun digər nəhayətindən xaricə çıxır.

Cücərtilər əksər taxıllarda yaşıl rəngli olur. Ancaq hüceyrə şirəsində müxtəlif rəngli piqmentlər toplandıqda, yaxud yarpağın üzəri mum təbəqəsi ilə örtüldükdə bitki başqa rəng alır.

Hüceyrə şirəsində bənövşəyi piqment olduqda cücərti darçını-bənövşəyi rəngli olur. Mum təbəqəsi isə yarpağın üzərini örtərək onu tüstüvari boz rəngə çevirir. Dənli taxıl bitkilərinin bu fazada təyini üçün cücərtilərin rəngi ilə bərabər 1 saylı cədvəldə verilmiş digər əlamətləri də əsas hesab edilir.

slide23

c

ç

a

b

Buğdanın cücərtisi

a - dən; b - ilk kökcüklər; c - yarpaq;

ç - koleoptil

slide25
Toxum əlverişli şəraitə düşdükdə rüşeymdən bitki əmələ gəlir. Bitkidəkök vələpə yarpaqları arasında qalan hissəyəhipokotil,
  • Ləpə yarpaqları iləilk normal yarpaqlar arasında qalan hissəyə isəepikotildeyilir.
slide27

Dənlitaxılbitkilərinintoxumlarınıncücərməsi.

1- buğda, 2 - vələmir, 3 - çovdar, 4 - arpa, 5 - darı, 6 - qarğıdalı

slide28

Kollanma sxemi.

a-dən; b- kökəbənzər gövdə dizciyi;

v -kollanma buğumu; I -əsas gövdə; II - kollanma buğumu və gövdə; III- kollanma buğumu və üçüncü dərəcəli gövdə; 0-0 – torpaq səthi

Buğdanın kollanması.

1- dən; 2 - ilk kökcük; 3- kollanma buğumu; 4 - koleoptil; 5- ikinci dərəcəli köklər.

slide29

Borulaşma (gövdələşmə): - buna boruya çıxma fazası da deyilir. Gövdənin buğumaraları, buğumları və əgər məhsuldar gövdədirsə, hətta çiçək qrupunun bünövrəsi (əsası) də bitkinin kollanma fazasında əmələ gəlir. Lakin bu zaman buğumaraları qısa, çiçək qrupu isə xırda olduğu üçün adi gözlə seçilmir. Bitki bu fazaya keçdikdə əvvəlcə gövdənin ən aşağıdakı buğumarası, bununla eyni vaxta çiçək qrupu, sonra ikinci-üçüncü və s. buğumaraları uzanmağa başlayır.

Sünbülləmə: gövdənin buğumaraları uzandıqca çiçək qrupu da yarpaq qınının içərisi ilə yuxarıya doğru hərəkət edir və eyni zamanda inkişaf edib tam formalaşaraq qının nəhayətindən xaricə çıxır. Bu dövr sünbüllü taxıllarda sünbülləmə, süpürgəlilərdə isə süpürgələmə fazası adlanır.

Çiçəkləmə: sünbül, yaxud süpürgə yarpaq qınından xaricə çıxdıqdan sonra bitki çiçəkləmə fazasına keçir. Əksər taxıllarda çiçəkləmə sünbülləmədən (süpürgəlilərdə süpürgələmədən) 2-3 gün sonra başlanır. Çovdarda isə 10-12 günə qədər davam edir. Dənli taxıl bitkiləri öz-özünə (buğda, arpa, vələmir) və çarpaz (çovdar, qarğıdalı, sorqo) tozlanır.

slide30

Gövdə və sünbülün əmələ gəlmə sxemi:

  • a - koleoptil; b - gövdə; v - kollanma buğumu;

c - gövdənin buğumları; d - sünbülün bünövrəsi

slide31

Dənin yetişməsi: yetişmə fazası bitkinin yerüstü hissəsinin vegetativ orqanlarında, dənin tərkibində gedən dəyişikliklərlə təyin edilir. Taxıl bitkilərində dənin yetişkənliyi üç fazaya ayrılır: süd, mum və tam yetişkənlik.

Süd yetişkənlik:bu fazada bitkinin yalnız aşağıdakı yarpaqları məhv olur, qalan hissələri yaşıl rəngini saxlayır. Nəmliyi fazanın başlanğıcında 60:, sonunda 40%-ə qədər olur. Dənə üzvi maddələrin axması davam edir.

Mum yetişkənlik:mum yetişmə fazasında bitki saralır, yarpaqları quruyur, gövdənin yalnız yuxarı buğumları yaşıl qalır. Dəndə nəmlik azalaraq 40-20%-ə qədər enir.

Tam yetişkənlik:bu fazada bitki tamamilə saralır, quruyur, dənlər öz formasını alır, nəmliyi 20-18 %-ə qədər enir.

slide32

Dənli taxıl bitkiləri üzrə (qarğıdalıdan başqa) fenoloji

müşahidələrin nəticəsi

Bitki ……….…..……………….. sort …..….….….……………. il ……….…..……

fazayakeçmətarixi

slide33

Qarğıdalı bitkisi üzrə fenoloji müşahidələrin nəticəsi

Bitki ……….…..……………….. sort …..….….….……………. il ……….…..

fazayakeçmətarixi