slide1 n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası PowerPoint Presentation
Download Presentation
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

Loading in 2 Seconds...

play fullscreen
1 / 56

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası - PowerPoint PPT Presentation


  • 254 Views
  • Uploaded on

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Sorqo bitkisinin morfoloji quruluşu və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. Sorqo – Sorghum Сорго Durra. Sorqonun mühüm növləri

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

PowerPoint Slideshow about 'AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası' - nikita


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript
slide1

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: Sorqo bitkisinin morfoloji quruluşu və sortları

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

slide2

Sorqo – Sorghum

Сорго

Durra

slide6

Sorqonun mühüm növləri

Sorqo – Sorghumcinsi 50-yə qədər birillik və çoxillik, mədəni (31 mədəni) və yabanı növü əhatə edir. Təsərrüfat əhəmiyyətinə malik olanları aşağıda qeyd edilən növləridir.

Cuqara – SorghumcernumHost.– alçaqboylu bitkidir. Gövdəsi çiçək qrupunun alt hissəsində kəskin əyilir. Çiçək qrupu sıx, kip və qısa budaqlıdır. Quraqlığa olduqca davamlıdır. Dən üçün ən çox becərilən növdür. Orta Asiya respublikalarında çox əkilir.

Kaffersorqosu – SorghumcaffrorumBeauv. – alçaqboylu – 2-3 m hündürlüyündə, sıx yarpaqlanan, quraqlığa, şoranlığa və soyuğa davamlı növdür. Yem üçün becərilir. Afrika ölkələrində çox əkilir.

Durra – SorghumdurraForsk.– ortaboylu – 3-3,5 m hündürlüyündədir. Süpürgəsinin formasına və vəziyyətinə görə cuqaraya oxşardır. İstiliyə tələbi, quraqlığa davamı yüksəkdir. Dənli taxıl bitkisi kimi də becərilir. Ən çox yayılmış növüdür.

Çin sorqosu – SorghumchinenseJakushev.– bitkisinin hündürlüyü 1-4 metrə qədər dəyişilir. Hətta çox alçaq gövdəyə (30-40 sm) malik olan formaları da vardır. Soyuğa davamlı, tezyetişən növdür. Çində mühüm dənli bitki hesab edilir.

Qvineya sorqosu - SorqhumguineenseStapf.

Sudan otu – Sorghumsudanense – taxıllar ailəsinin birillik yem otu kimi əhəmiyyətə malikdir.

slide7

Sorqonunyarımnövləri

XIX əsrin axırlarında sorqonun becərilən bütün formaları bir növə daxil edilərək adi sorqo- sorghumvulgareadlandırılmış və süpürgəsinin formasına görə iki yarımnövə ayrılmışdır:

1. Asılan süpürgəli – Sorghumeffusum;

2. Kip süpürgəli – Sorghumcompactum.

Asılan süpürgəli – bu yarımnövün süpürgəsi seyrək, budaqları uzun və dağınıq olmaqla öz sırasında iki qrupa ayrılır: a) süpürgənin əsas oxu qısa, yan budaqları uzun olur. Çox hallarda bütün budaqları bir tərəfə əyilir. b) süpürgəsinin əsas oxu uzun, yan budaqları nisbətən qısa olur və hər tərəfə əyilir.

Kip süpürgəli - süpürgəsi sıx, yığcam, budaqları qısa və topadır. Gövdəsinin və süpürgəsinin vəziyyətinə görə bu da iki qrupa bölünür.

a) gövdəsi və süpürgəsi şaquli vəziyyətlidir.

b) gövdəsi süpürgənin alt hissəsində kəskin əyilmiş, süpürgəsi başı aşağı vəziyyətlidir.

slide8

Sorqo sortlarının qruplaşdırılması

Yakuşevskisorqonu4 qrupa bölmüşdür:

Dənlik sorqo ( S. bicolor (L.) Moench) 2. Şəkərli sorqo (S. saccharatum (L.) Pers.)

3. Otluq sorqo (S. sudanense (Piper) Stapf.) 4. Süpürgəlik sorqo (S. technicumRochev.).

Göstərilən qruplardan başqa silosluq qarğıdalı becərilən regionlarda sorqo ilə sudanotunun hibridi ( S. saccharatum x S. sudanense ) də geniş vüsət almışdır.

Dənlik sorqo – bitkisi alçaqboylu, zəif kollanandır. Gövdəsinin buğumaraları yarpaq qınından qısa, özəyi quru, yaxud yarımşirəli, azacıq şirindir. Bəzi sortlarında tamı yüngülvari turş olur. Tam inkişaf etmiş bitkisinin yarpağınınmərkəzi damarı sarımtıl-ağdır. Dənləri çılpaqdır (sünbülcük pulcuqları nüvəsini tam örtmür). Pulcuqlarından çox asan təmizlənir. Dən məhsulu üçün becərilir.

Şəkərli sorqo – bitkisi hündürboylu, yaxşı kollanandır. Gövdəsinin buğumları dənlik sorqonunkuna nisbətən uzun, özəyi şirəli və şirindir. Yarpağınınəsas(mərkəzi) damarı bozumtul-yaşıl rənglidir. Dənləri tam örtülü, yaxud yuxarısı azacıq açıqdır. Dənin tamı acı kimidir. Gövdəsindən şirə almaq üçün becərilir. Eyni zamanda keyfiyyətli yem bitkisidir.

Süpürgəlik sorqo – bitkisi hündürboylu, qüvvəli kollanandır. Gövdəsinin özəyi qurudur. Yarpağının əsas damarı ağ rənglidir. Süpürgəsi olduqca uzun (40-90 sm), əsasən bir tərəfə əyiləndir. Süpürgənin əsas oxu ya heç olmur, (budaqlar gövdənin nəhayətindən dəstə ilə çıxır), yaxud çox qısa olur. Dənləri həmişə örtüklü (pərdəli) və çətin təmizlənəndir. Yaşıl yem, silos, quru ot məhsulu üçün becərilir. Süpürgəsindən sənayedə fırça hazırlanır.

Otluq sorqo. Yem otları bölməsində otluq sorqo (sudanotu) haqqında ətraflı məlumat verilə - cəkdir.

slide9

Sorqonun əsas sort əlamətləri

I. Bitkinin hündürlüyü- bitkinin hündürlüyü düz süpürgəlilərdə əsas gövdənin kök boğazın -dan süpürgənin sonuna qədər, əyilən süpürgəlilərdə isə axırıncı yarpağın qınının sonuna qədər ölçülür. Bitkinin hündürlüyünə görə sorqo sortları beş qrupa bölünür:

1. Cırtdan – bitkinin hündürlüyü 1 m-dən alçaqdır;

2. Alçaq boylu - bitkisinin hündürlüyü 1-1,5 m qədərdir;

3. Orta dərəcədəhündürboylu-bitkisinin hündürlüyü 1,5-2 metrdir;

4. Orta dərəcədənhündürboylu - bitkisinin hündürlüyü 2-2,5 metrdir;

5. Hündürboylu bitkisinin hündürlüyü 2,5 metrdən artıqdır.

II. Süpürgənin vəziyyəti – süpürgənin vəziyyəti məhsul yığımının mexanikləşdirilmə dərəcəsini müəyyən edir. Bu əlamətə görə sortlar dikduran, əyilməyə meylli, əyilən, hər tərəfə dağınıq və yığcam süpürgəli qruplara bölünür.

III. Dənin pərdəliliyi - dənin pərdəliliyi məfhumu altında sünbülcük pulcuqlarının dəni (nüvəni) əhatə etmə və ondan ayrılma dərəcəsi anlaşılır. Pərdəliliyə görə sortlar tam örtülü (pərdəli), az açıq (dənin 1/3 hissəsi açıq), orta dərəcədə açıq (dənin 1/2 hissəsi açıq), çox açıq (dənin 2/3 - 3/3 hissəsi açıq) və çılpaq, yəni pulcuqlarından asan təmizlənən dənli formalara ayrılır.

IV. Dənin iriliyi - irilik 1000 dənin kütləsinə görə təyin edilir və üç qrupa bölünür:

xırda dənli- 1000 dənin kütləsi 20 qrama qədər,

orta irilikdə dənli - 1000 dənin kütləsi 20-30 qram,

İri dənli- 1000 dənin kütləsi 30 qramdan ağır.

slide10

Sorqonunsortları

Dənliksorqosortları:Aist, Volqar, Volqoqrad -20, Zernoqrad -53, Start,

Xəzinə-28, Kamışinskiy-75, Orion və s.

Şəkərlisorqosortları:Zernoqrad -1, Zersil, Kamışinskiy-7, Saratov-90,

Saxarsil, Silosnoe-88 və s.

Süpürgəliksorqosortları:Azovoveniçnoe, Venskor, Vensta, Univenvə s.

Sudan otusortları:Aida, Brodskaya- 2, Zonalskaya -6, Kamışinskaya-51, Kinelskaya -100, Severyanka , Şirokolistnaya-2 və s.

Şirokolistnaya – 2. Qabardin - Balkartəcrübəstansiyasındayaradılmışdır. Azərbaycandasudanotusortukimi1977- ciildənrayonlaşdırılmışdır.

Stavropolyemhibridi. Stavropol Elmi-TədqiqatKəndTəsərrüfatıİnstititundayaradılmışdır. Azərbaycandasilosluqsorqosortukimi1981- ciildənrayonlaş - dırılmışdır.

slide11

Sorqo və sudanotu: 1,2 – dənlik sorqo çıxış və çiçəkləmə fazasında; 3 – sünbülcüklər:a – barsız,

b – meyvə verən; 5,6 – Sudanotu çıxış və çiçəkləmə fazasında; 7 – Sudanotununsünbülcüyü və dəni

slide14

Adidarıyarımnövlərininsüpürgələri:

1 – dağınıq; 2 – asılan; 3 - əyilən; 4 – yarımkip; 5 – kip.

slide15

ç

Sorqonun süpürgələri. a – kip süpürgəli əsas oxu və gövdəsi düz; v - kip süpürgəli gövdəsi və süpürgəsi əyilmiş; c - süpürgəlik sorqo (asılan süpürgəli) - əsas oxu qısalmış, yan budaqları uzun; ç - asılan süpürgəli – əsas oxu uzun, budaqları dağınıq.

slide17

Sorqonun qrupları: a - yetkin süpürgə, b - sünbülcük,

  • v - dən; 1 – süpürgəlik sorqo; 2 – şəkərli sorqo; 3 – dənlik sorqo
slide18

Limonlu sorqo bitkisinin

  • ümumi görünüşü
slide35

Sorqo tarlası

Sorqo sahəsinin biçilməsi