1 / 48

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU. 5. Mövzu 3. Bikilərin inteqrir mühafizəsinin nəzəri əsasları. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N:.

toni
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASININ BİTKİ MÜHAFİZƏSİİXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU

  2. 5 Mövzu 3. Bikilərin inteqrir mühafizəsinin nəzəri əsasları Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

  3. P L A N: Fitosanitar nəzarət, zərərli orqanizmlərin inkişaf proqnozu və siqnalizasiyası Fitosanitar vəziyyətin proqnoz formaları Bitki mühafizəsində fitosanitar vəziyyəti və proqnozu qiymətləndirmək üçün məlumat toplamağın prinsipləri və növləri

  4. Ədəbiyyat 1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s. 2.Защита растений в устойчивых системах землепользо-вания (в 4-х книгах): Учебник / Под общей ред. доктора с.х. наук, профессора, иностранного члена РАСХН Д.Шпаара, книга 3, Берлин, 2004, 335 с. 3.Миренков Ю.А., Саскевич П.А., Цыганов А.Р. и др. Интег-рированная защита растений Минск: ИВЦ Минфина, 2008, 360 с. 4.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Интегри-рованная защита растений: фитосанитарные системы и технологии. Москва: «Колос», 2009, 670 с. 5.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Экологические основы ин¬тег¬рированной защиты растений. Москва: «Колос», 2007, 243 с.

  5. Fitosanitar nəzarət, zərərli orqanizmlərin inkişaf proqnozu və siqnalizasiyası Epifitotiya latın dilində epiphytoty – kütləvi, kənd təsərrüfatı bitkilərinin infeksion xəstəliklərinin vaxt və məkan baxımından kütləvililiyi, bitkilərin zərərvericilərinin sayının kəskin artması, nəticədə bitkilərin kütləvi surətdə məhv olunması və ya məhsuldarlığının aşağı düşməsi və s. ilə müşayiət olunur.

  6. 4 1 2 3 Məqsədə çatmaq üçün aşağıdakıları mərhələ-mərhələ yerinə yetirilməlidir: zərərli növlərin ekologiya və fiziologiyasının öyrənilməsi zərərli növlərin populyasiya dinamikasının nəzəri işlənməsi, müxtəlif həyat formaları üçün onun konkret modelləşdirilməsi zərərli növlərin yayılması, inkişafı, ekoloji əhəmiyyət proqnozlarının prinsip və metodlarının işlənməsi, bu işin informasiya təminatı və onun avtomatlaşdırılması yollarının təmin edilməsi bitki mühafizəsi tədbirlərinin planlaşdırılması və təşkilində bütün proqnoz növlərinin səmərəli istifadəsinin elmi əsaslarının işlənməsi

  7. Fitosanitar vəziyyətin proqnoz formaları Qısamüddətli proqnoz Təsərrüfat sisteminin dəyişilməsi, torpağın özəl sektora verilməsi bitkilərin parazit xəstəliklərinə aid qısamüddətli proqnozların əhəmiyyətini bir daha artırır. Qısamüddətli proqnoz ayrı-ayrı bitkilərin bu və ya digər xəstəliklərini konkret bir rayon, təsərrüfat hüdudlarında qabaqcadan görməyə imkan verir. Bu zaman ilkin infeksiya mənbəyi ətraflı öyrənilir. İnfeksiyanın cücərmə ehtimalı, onun həyatilik qabiliyyəti, mühit şəraiti onun konkret obyektləridir. Almada dəmgil, üzümdə mildyu, kartofda fitoftoroz, armud, qara və qırmızı qarağatda pas və bir çox başqa xəstəliklərin əmələ gəlməsi, biologiyası oxşar olmaqla yanaşı, inkişaf tsiklləri də bir-birinə uyğun gəlir.

  8. K.V.Popkovaya (1989) görə almada dəmgil xəstəliyinin qısamüddətli proqnozunu vermək üçün aşağıdakı müşahidələr aparılmalıdır: Birincisi, bağda yetkin askosporların olmasını təyin edir və onların peritesidən atılma xüsusiyyətini müəyyənləşdirirlər. Müşahidələrə tumurcuqlar şişməyə başlamazdan əvvəl, yazda başlayırlar. Bunun üçün almanın tökülmüş yarpaqları toplanır və hər gün peritesilərə baxılır. Törədicinin atılmağa hazır, yetkin, ikihüceyrəli sarıtəhər-zeytunu askosporları görünənə qədər bu müşahidələr davam etdirilir.

  9. İkincisi, almanın müxtəlif sortları üzərində fenoloji müşahidələr aparılır. Bu zaman tumurcuqların şişməsindən başlamış, meyvələr yetişənə qədər ağacın vəziyyəti qeydə alınır (vegetativ tumurcuqların şişməsi, yarpaqların açılmağa başlaması, budaqlarda böyümənin dayanması). İlkin infeksiya mənbəyinin mövcudluğu, yetkin askosporlar, açılmağa başlamış yarpaqlar, havanın yağıntılı olması yoluxmanın baş verməsi üçün zəmin yaradır.

  10. Üçüncüsü, qısamüddətli meteoroloji proqnoz tələb olunur. Əgər yağıntı gözlənilirsə, fungisidlərlə çiləməni ən qısa müddətdə yağışlar düşənə qədər aparırlar. Sonrakı çiləmələr çiçəkləməyə qədər hava şəraitindən asılı olaraq 1-3 dəfə aparıla bilər.

  11. M.N.Rodiginə (1978) görə, kartofda fitoftorozun ilk elmi əsaslanmış proqnozu 1926-cı ildə Hollandiyalı tədqiqatçı Van Everdigen tərəfindən verilmişdir. • Fitoftoroz xəstəliyi aşağıda göstərilən dörd mühüm şərt daxilində 2 günə əmələ gələ bilir: • 4 saat müddətində kiçik təzyiq altında su buxarlarının kondessasiyası üçün tələb olunan temperatur; • 2) gecə 10C-dən aşağı olmayan minimum temperatur; • 3) bundan sonrakı gecə orta buludluluq 0,8-dən az olmamalı; • 4) o biri gecə isə 0,1 mm-dən az olmayan yağmurlar.

  12. kartofun gövdə yarpaqlarının sıxlaşmasından sonrakı iki gün müddətində minimum temperatur 11C-dən aşağı düşmür; Doksan (Çexoslovakiya) metoduna görə isə fitoftorozun əmələ gəlməsi aşağıdakı şəraitdə baş verir: havanın nisbi rütubəti birinci gün 80%-dən, ikinci gün 77%-dən aşağı düşmür.

  13. Fitoftorozun qısamüddətli proqnozu ilə əlaqədar çoxsaylı metodikalar mövcuddur: Üzümün ən təhlükəli xəstəliyi olan mildyunun qısa müddətli proqnozunun işlənməsi üçün üzümlükdə həyat qabiliyyəti olan sporlarla yanaşı 2-3 sm diametr ölçüdə açılmış yarpaqlar, 11C-dən aşağı olmayan gündəlik orta temperatur, 10-15 mm həddində düşən yaz yağışları önəmlidir.

  14. K.O.Müller və X.Rabanus (1923) xüsusi tədqiqatlarla sübut etmişlər ki, havanın gündəlik orta temperaturu ilə üzümdə mildyunun inkubsiya müddətinin uzunluğu arasında asılılıq mövcuddur, bu asılılığı onlar məşhur «Müller əyrisi» kimi vermişlər. Bu əyriyə görə, havanın gündəlik orta temperaturu 24- 25C olduqda inkubasiya müddəti 3-4 gündür. Temperaturun yüksəlməsi və aşağı düşməsi ilə inkubasiya müddəti uzanır, 12C- 13 günə, 29C- 8 günə bərabər olur.

  15. A.A.Şatskiy (1939), Müller və Rabanus tərəfindən aparılan tədqiqatları davam etdirərək, belə nəticəyə gəlmişdir ki, effektiv temperatur 60-610C-yə çatdıqda inkubasiya müddəti başa çatır. Effektiv temperaturun cəmini hesablamaq üçün isə havanın gündəlik orta temperaturundan göbələyin inkişafı üçün tələb olunan minimum temperatur həddi 7,90C çıxılır. Mitselin inkişafı üçün maksimum temperatur 320C hesab olunur.

  16. 1986-1988-ci illərdə Naxçıvan MR şəraitində aparılan tədqiqatlarımız göstərdi ki, kontinental iqlimə malik olan bu zonada inkubasiya müddətinin uzunluğu heç də həmişə «Müller əyrisinə» tabe olmur. Fərq 1-3 gündür. Ona görə də bu zonada mildyu xəstəliyi üçün qısamüddətli proqnoz hazırlananda yuxarıdakı deyilənlər nəzərə alınmalıdır. Beləliklə, qısa müddətli proqnozların düzgün verilməsi ilkin yoluxmanın vurduğu zərəri minimuma endirilməklə, ikinci infeksiyanın da qarşısını alır, yersiz aparılan çiləmələri və xəstəliyin sonrakı inkişafını məhdudlaşdırır.

  17. Uzunmüddətli proqnoz Bildiyimiz kimi, xəstəliyin plantasiya və ya əkinlərdə kütləvi yayılması epifitopiya adlanır. K.M.Stepanov (1962) E.Stekmen və C.Xarrara (1959) əsaslanaraq göstərir ki, göbələk mənşəli xəstəliklərin epifitotik inkişafı üçün aşağıdakı optimal şərait tələb olunur: 1) vegetasiya dövrünün əvvəllərində sahib bitkinin yaxınlığında külli miqdarda həyat qabiliyyətli inokulyum miqdarı; 2) inokulyumun tərkibində virulent fizioloji rasların iştirakı;

  18. 3) inokulyumun tez və geniş yayılması; 4) inokulyumun yayılma dövrü maksimum həssas, dözümsüz sahib bitki populyasiyalarının miqdarı; 5) inokulyumun tez və çoxlu miqdarda cücərməsi və patogenin bitkiyə daxil olmasını təmin edən optimal temperatur və rütubət; 6) patogenin tez bir zamanda inkişafına səbəb olan, sporverməni təmin edən optimal temperatur və başqa amillər.

  19. Çoxillik proqnoz Çoxillik proqnoz xəstəliyin əmələ gəlməsini bir neçə il əvvəl görməyə imkan verir. Belə proqnozları uzunmüddətli meteoroloji şəraitin təhlili, yeni, daha aqressiv parazitləri aşkar etmə, parazitin və onun sahibinin (bitki nəzərdə tutulur) arealının dəyişməsi və s. amillər əsasında tərtib edirlər.

  20. toxumların dərmanlanması növbəli əkinin pozulması Bir sıra aqrotexniki tədbirlərin səpin müddətinin dəyişdirilməsi torpağın şumlanma üsulları əsas olmadan dəyişdirilməsi də parazit xəstəliklərin ilbəil epifitopik inkişafını və ya depressiya uğramasına səbəb ola bilir.

  21. Fenoloji proqnozlar Elmi - tədqiqat müəssisələri tərəfindən hazırlanır və bitki mühafizə üzrə dövlət xidməti tərəfindən yerinə yetirilir. Onun nəticəsi olaraq fenoloji tarixlərin başlanması qeyd olunur – zərərli orqanizmlər və mühafizə edilən bitkilərdə ontogenez mərhələləri, onların dəyişmə tempinin ehtimalları və s. Fenoloji proqnozun əsas məqsədi ayrı-ayrı növlərin potensial zərərliliyinə qarşı aparılan mübarizə tədbirlərinin optimal müddətlərini təyin etməkdir.

  22. Zərərliliyin proqnozu Bitki mühafizəsi üzrə dövlət xidməti tərəfindən elmi müəssisələrin hazırladığı metodikalara əsasən işlənir, bu hər bir zərərverici ilə mübarizənin başlandığı dövrə uyğun fenoloji müşahidələrə əsasən müəyyən edilir. Gözlənilən məhsul itkisi, onun keyfiyyəti, aparılan kimyəvi mübarizənin iqtisadi baxımdan məqsədə müvafiqliyi, yaranan aqroekoloji şərait üçün aydınlaşdırılır.

  23. Bitki mühafizəsində proqnozlaşmanın nəzəri əsasları Bitki mühafizəsində proqnozlaşma üçün nəzəri əsaslar populyasiya nəzəriyyəsi prinsipləridir. Həmin nəzəriyyədə canlı növün dinamik inkişafının qanunauyğunluqları öz əksini tapmışdır. Ona müvafiq olaraq növün yaşama forması populyasiya (fransız sözü population- əhali) adlanır, növün arealının əsas hissəsini əhatə edən fərqlərin qruplaşmasıdır. Areal (latın sözü olub area- vilayət) yəni termin taksonomik vahidin, çox zamannövün və ya biotopun (bios- həyat, topos- yer) yayılma vilayətinin göstəricisidir. Bu yer quru və ya su hövzələri ola bilər. Hər növün populyasiyası ekosistemin bir hissəsidir.

  24. Ekoloji sistem - vahid təbii və ya təbii- antropogen kompleksdir, o canlı orqanizmlər tərəfindən yaradılmışdır, onların yaşayış yeridir, burada canlı və digər ekoloji komponentlər öz aralarında birləşərək, maddələr mübadiləsi və enerji axınını bölüşürlər. Ekosistemə yaxın bir anlayış da biogeosenoz (yunan dilindən tərcümədə bios - həyat, ge - torpaq, yer, hoinos-ümumi deməkdir) adlanır, hərfi tərcümədə növlərin, populyasiyaların ümumi yaşayış məskəni deməkdir. Biogeosenoza misal olaraq, çəmənliklər, meşələr, tarlalar, su hövzələri göstərilir. Populyasiyanın fərdləri ekosistemdə ciddi müəyyən funkusiyaları yerinə yetirirlər, bu vəzifələrdən əsası onların təbii qida zəncirində iştirakıdır.

  25. Yuxarıda göstərilənlər zərərli orqanizmlərin inkişafının proqnozlaşmasının fundamental nəzəri əsaslarını müəyyən edir: zərərli orqanizmlərin proqnozu ekosistemlərdə, o cümlədən aqroekosistemlərdə fitofaqların yaşayış yeri və əsas enerji mənbəyi kimi populyasiyaların dinamikası haqda qanunauyğunluqlara əsaslanır; zərərli növ və ətraf mühit, onların yoluxduqları bitkilər, aqroekoloji amillər və biogeosenozun başqa komponentləri arasında kəsilməz əlaqələr mövcuddur;

  26. hər populyasiya müəyyən morfofizioloji vəziyyət xasdır, bu vəziyyət morfoloji, fizioloji və əlverişsiz mühit amilləri xüsusiyyətləri ilə xarakterizə edilir; morfofizioloji vəziyyət daimi deyildir, populyasiyada yaşayan fərdlərin keçən aqroekoloji şəraitə (klimatik, bioloji, antropogen amillər, enerji resursları) reaksiyasının nəticəsidir; populyasiyanın xassələrinin dəyişkənlik templəri mühit amillərinə bioloji növün labil reaksiyasının dərəcəsindən asılıdır. Labir reaksiyası çox olan növlərdə populyasiyanın vəziyyəti tez dəyişir (bir mövsüm ərzində).

  27. Bitki mühafizəsində fitosanitar vəziyyəti və proqnozu qiymətləndirmək üçün məlumat toplamağın prinsipləri və növləri regionun ümumi iqlim şəraiti keçən ilin və ya mövsümün iqlim xüsusiyyətləri Fotosanitar nəzarətdə aşağıdakı forma hidrometeoroloji məlumatlardan istifadə olunur: konkret dövrlərin meteoşəraiti havanın proqnozu

  28. ortaillik və mövsümü temperatut, yağıntıların miqdarı; Zərərli orqanizmlərin proqnozu üçün istifadə edilən göstəricilər aşağıdakılardır: ortaillik və mövsümü temperatut, yağıntıların miqdarı ilin maksimum və minimum temperaturu vegetasiya dövrünün soyuq və isti müddətləri, onların uzunluğu və başlanma vaxtı il ərzində yağıntıların paylanması, quraqlıq dövrü, yağıntıların maksimum düşmə dövrü, qar örtüyünün əriyib getməsi vaxtı, onun qalınlığı və fasiləsiz torpaqda saxlanma müddəti

  29. ilin isti dövrü torpağın rütubəti və temperaturu illər üzrə əsas iqlim göstəricilərinin dəyişmə diaqnozu, ən böyük müsbətə və mənfiyə doğru təkrarlanma tezliyi maraqlı dövrlər ərzində effektiv temperaturların cəmi və hidrotermiki əmsal (HTƏ)

  30. Növ üçün optimaldan aşağı, dövrün orta temperaturunda effektiv temperaturun cəmi formula ilə hesablanır: Teff. = Teff. = (Torta - Tr.t.ink.həddi) ∙ H Teff. – effektiv temperaturların cəmi; Torta – gündəlik orta temperatur; Ta.t.ink. hədd – inkişafın aşağı temperatur həddi; H – dövr, bu müddətdə hesablanan proses, günlərlə

  31. Növ üçün optimal ötən effektiv temperaturların cəmi aşağıdakı formula ilə hesablanır: Teff. = (Tink.yux.temp.həddi – Torta) ∙ H Tink. yux.temp.həddi – optimaldan yuxarı, inkişaf üçün yuxarı temperatur həddi; Bu zaman növün inkişafı dayanır (adətən bu +30...+40C) HTƏ yalnız isti dövr üçün hesablanır. HTƏ = ∑O ∙10/∑T ∑O- hesabat dövrü üçün yağıntıların cəmi; ∑T - dövr üçün gündəlik temperaturların cəmi.

  32. Aqrotexniki məlumatlar hər il kənd təsərrüfatı bitkilərinin məhsulu və aqrosenozların formalaşması prosesi və şəraitini xarakterizə edir. Aşağıdakı aqrotexniki məlumatlar fərqləndirilir: vegetasiya dövrü əkinlərin vəziyyəti haqqında təsərrüfat -bioloji informasiyalar –qışlamadan əvvəl payızlıq əkinlərin vəziyyəti, qışlama, hər bir fenofazanın keçilməsi üçün biokütlənin toplanması, bioloji və təsərrüfat məhsuldarlığı, toplanan məhsulun keyfiyyəti texnoloji məlumatlar – torpağın bütün növ becərmənin aparılma müddəti, növlər üzrə gübrələrin verilmə norması və müddəti, əkin müddəti, sort, toxumun əkin norması, toxumluq materialının vəziyyəti, səpindən qabaq toxum materialının dərmanlanmasının keyfiyyəti, əkinlərə qulluğun xüsusiyyətləri, mühafizə işlərinin aparılması, məhsul toplanışı

  33. 1 2 3 3 Regionun fitosanitar vəziyyətini qiymətləndirmək üçün zərərli növün və növlərin populyasiyalarının inkişafına mane olan informasiyaların toplanması vacibdir. Bu növ məlumatların üç müxtəlifşəkilliliyi vardır: populyasiyaların məkanı strukturu (tutulmuş biotoplar; əkinlər, zərərli növlərlə tutulmuşlar – stansiyalar; onların zərərvericilərlə tutulma sıxlığı, xəstəliklərin inkişafı üçün intensivliyi və yayılması; alaq fitosenozunun sıxlığı) populyasiya fərdlərinin morfofizioloji vəziyyəti (həyatilik qabiliyyəti, həşəratların potensial bəhrəliliyi, və s.) populyasiyaların yaş strukturu

  34. İstənilən dərəcəli zərərli növün (zərərverici, alaq otu, patogen) rast gəlinməsinə daha geniş mənada – areal masştabı və ya daha məhdud ayrı-ayrı biotop və ya aqrosenoz çərçivəsində baxılmalıdır. Bu göstəricinin hesabatı aşağıdakı formula ilə hesablanır: Nn B = · 100 Na B –rast gəlinmə, %-lə; Na – zərərli obyekt aşkar edilən nümunələrin sayı, ədədlə; Nn – analiz edilən nümunələrin ümumi sayı, ədədlə.

  35. Zərərvericilərin əkinlərdə fitosanitar vəziyyətini qiymətləndirmək üçün populyasiyaların məkan strukturunu təyin etmədə aşağıdakı formulalar əsasdır: Σn P = ΣSn P- sıxlıq, ədəd/m2; ∑n - hesabat aparılan zaman aşkar edilən zərərvericilərin ümumi miqdarı, ədədlə; ∑Sn - analiz edilən nümunə meydancaların cəmi sahəsi, m2 (və ya nümunələrdə müayinə edilən bitkilərin ümumi miqdarı, ədədlə).

  36. Zədələnən bitkilərin miqdarı aşağıdakı kimi hesablanır: Nnp · 100 P = Np P – zədələnmiş bitkilərin faizi; Nnp – nümunədə zədələnmiş bitkilərin sayı, ədədlə; Np – nümunədə bitkilərin ümumi miqdarı, ədədlə.

  37. Əkinlərin zədələnmə dərəcəsi (zədələnmə indeksi): Σ (a · b) Pn= N Pn – bitkilərin zədələnmə dərəcəsi; ∑(a∙b) - zədələnmiş bitkilərin sayının (a), yoluxduğu və ya zədələndiyi bala vurma hasilinin (b) cəmi; N – nümunədə bitkilərin ümumi miqdarı, ədədlə.

  38. Əkinlərin xəstəliklər üzrə fitosanitar vəziyyətini qiymətləndirmək üçün aşağıdakı göstəricilər hesablanır: Xəstəliyin yayılması n · 100 P = N P- xəstəliyin yayılması, %-lə; n- nümunədə xəstə bitkilərin miqdarı, ədədlə; N – nümunədə bitkilərin ümumi miqdarı, ədədlə. Xəstəliyin inkişafı Σ (a · b) · 100 R = N R – xəstəliyin inkişafı, %-lə; ∑(a∙b) – xəstə bitkilərin miqdarının (a), yoluxduğu faizə və ya bala (b) vurma hasilinin cəmi; N – nümunədə bitkilərin ümumi miqdarı, ədədlə.

  39. Region (təsərrüfat, rayon, vilayət) üzrə istənilən göstəriciləri müəyyən etmək üçün aşağıdakı formuladan istifadə edirlər: Σ (S · X) Xsv = ΣS Xsv – fitosanitar vəziyyətin orta götürülmüş göstəricisi; ∑(S∙X)- ümumi sahənin cəmi (ha), onu müvafiq fitosanitar vəziyyət (məs., xəstəliyin yayılması); ∑S- hesabat aparılan sahələrin cəmi, ha.

  40. Özünü yoxlama üçün mövzuya aid test sualları 1.Fitosanitar nəzarət nədir? a) biotik amillərin araşdırılmasıdır b) abiotik amillərin xəstəliklərə təsrinin öyrənilməsidir c) biotik və abiotik amillərin birgə zərərverən orqanizmlərə təsirinin öyrənilməsidir d) zərərli obyektlərin əkin sahələrində araşdırılmasıdır e) zərərli obyektlərin müşahidəsinin aparılması, onların zərərverməsinə nəzarətin strateji yollarıdır

  41. 2.Fitosanitar informasiya nəyə xidmət edir? a) zərərli növlərin ekologiyasının öyrənilməsinə b) zərər növlərinin fiziologiyasının öyrənilməsinə c) zərərli növlərin yayılmasının öyrənilməsinə d) bitki mühafizə tədbirlərinin planlaşdırılmasına e) zərərəli növlərin populyasiya dinamikasının öyrənilməsinə

  42. 3. Fitosanitar vəziyyətin proqnoz formaları hansıdır? • qısa müddətli proqnoz, uzun müddətli proqnoz, çox illik • proqnoz, fenoloji proqnoz, zərərliliyin proqnozu • b) yalnız qısa müddətli proqnoz • c) 6 aylıq proqnoz, zərərliliyin proqnozu • d) 10 illik proqnoz, çoxillik proqnoz, fenoloji proqnoz • e) fenoloji proqnoz, 6 aylıq proqnoz

  43. 4. Fenoloji proqnozlar hansı təşkilat tərəfindən hazırlanır? a) fermerlər assosiasiyası b) kəndlilər birliyi c) elmi tədqiqat müəssisələri tərəfindən d) beynəlxalq təşkilatlar tərəfindən e) tədris universitetləri tərəfindən

  44. 5. Uzunmüddətli proqnoz hansı müddət üçün xəstəliyin əmələ gəlməsini əvvəlcədən görməyə imkan verir? a) bir ay üçün b) iki ay-bir il müddəti üçün c) beş il müddəti üçün d) 15 gün müddəti üçün e)Bir il- on il müddəti üçün

  45. 6. Bitki mühafizəsində proqnozlaşma üçün nəzəri əsaslar nədir? a) ayrı-ayrı fərdlər nəzəriyyəsi b) qrup halında yaşayan zərərvericilər nəzəriyyəsi c) populyasiya nəzəriyyəsi d) biotop nəzəriyyəsi e) arial nəzəriyyəsi

  46. 7. Ekoloji sistem nədir? a) vahid təbii və ya antropogen kompleksdir b) biosferdir c) litosferdir d) troposferdir e) biogenosistemidir

  47. 8. İnteqrir bitki mühafizəsində hansı məlumatların yığılması və analizi məsləhət görülür? a) aqrometeroloji b) hidrometeroloji c) hidrometeroloji, aqrotexniki d) hava proqnozu e) konkret dövrlərin meteo şəraiti

  48. Diqqətinizə görə təşəkkür edirəm !

More Related