1 / 11

Əsas iqlim amillərinin torpaqəmələgəlməsinin fiziki və kimyəvi elementlərinə təsiri.

Əsas iqlim amillərinin torpaqəmələgəlməsinin fiziki və kimyəvi elementlərinə təsiri. Plan: 1.Temperatur amillərinin torpaqəmələgəlməsinə təsiri. 2. Atmosfer çöküntülərinin torpaqəmələgəlməsinə təsiri. 3. Torpaqəmələgəlməsində küləyin rolu. 4. Əsas iqlim amilləri və torpaqəmələgəlmə tipləri.

santos
Download Presentation

Əsas iqlim amillərinin torpaqəmələgəlməsinin fiziki və kimyəvi elementlərinə təsiri.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Əsas iqlim amillərinin torpaqəmələgəlməsinin fiziki və kimyəvi elementlərinə təsiri. Plan: 1.Temperatur amillərinin torpaqəmələgəlməsinə təsiri. 2. Atmosfer çöküntülərinin torpaqəmələgəlməsinə təsiri. 3. Torpaqəmələgəlməsində küləyin rolu. 4. Əsas iqlim amilləri və torpaqəmələgəlmə tipləri. ADAU b/m - Abdullayeva Z.H

  2. Torpaqəmələgəlmə prosesinin inkişafında temperatur rejimi, atmosfer çöküntüləri və külək rejiminin təsiri daha əhəmiyyətlidir. • Temperatur amilinin torpaqəmələyə təsiri özünü daha kəskin mineral kütləsinin fiziki aşınması prosesində biruzə verir. • V.P.Vilyamsa görə bu proses massiv dağ süxurlarının aşınması və yumşaq kütləyə çevrilməsinin əsasını təşkil edir. • Bu proses sutkalıq, mövsümü temperatur dəyişməsi nəticəsində çatların əmələgəlməsinə səbəb olur, bu çatlara dolmuş su donduqda çatlar daha da genişlənir. • Bu prosesi V.P.Vilyams fiziki və ya termiki aşınma adlandırmışdır. ADAU b/m - Abdullayeva Z.H

  3. Qırıntı süxurlar bilavasitə suyun, buzun, havanın mexaniki təsiri nəticəsində əmələgəlir. • Yağış və qar sularının mexaniki təsiri nəticəsində əmələgəlmiş çökmə süxurlar – delüvial çöküntülər • çayların geoloji fəaliyyəti nəticəsində - allüvial çöküntülər • dağ leysanları zamanı – prolüvial çöküntülər • buzlaqların faəliyyəti nəticəsində - buzlaq ( moren ) çöküntülər • küləklərin fəaliyyəti nəticəsində eol çöküntülər əmələ gəlir. ADAU b/m - Abdullayeva Z.H

  4. Qırıntıların ölçüsünə görə aşağıdakı fraksiyalar seçilir: Ölçüsü mm-lə 1.valunlar - > 200 2.çay daşı - > 100 3. çınqıl - 100- 10 4. xır - 10 - 2 5. qum - 2 - 0,01 6. toz - > 0,01 7. lil - > 0,001 ADAU b/m - Abdullayeva Z.H

  5. Qırıntıntının ölçüsünə görə aşağıdakı növlər ayrılır: • iri qırıntı ( çınqıl, xır, valun ) • orta qırıntı ( qum ) • xırda qırıntı ( löss ) • incə qırıntı -gilli süxurlar ( kaolinit və montmorillonit ) ADAU b/m - Abdullayeva Z.H

  6. E.Ramann (1911 ) temperaturdan asılı olaraq suyun H+ və OH- ionlarına dissosiasiya dərəcəsinin nisbətini aşağıdakı kimi qəbul edir: • t = 0 = 1 • t = 10 = 1,7 • t = 18 = 2,4 • t = 34 = 4,5 • t – 50 = 8,0 ADAU b/m - Abdullayeva Z.H

  7. Temperaturun hər 10 C qalxması kimyəvi reaksiyaların sürətini 2-2,5 dəfə yüksəldir. • Ekvatorial vilayətlərdə aşınma sürətinin intensivliyi, qütblərdə isə zəif getməsi bununla izah olunur. • Təbiətdə tərkibində CO2 və digər maddələr olan su ilə dağ süxurlarının aşınması geniş yayılıb. • Temperatur 25 C olduqda 1 litr suda 0,0145 q . kalsit həll olur, burada CO2 iştirakı isə həll olmanı kəskin artırır CaCO3 + CO2 = Ca(HCO3)2 ADAU b/m - Abdullayeva Z.H

  8. Maqmatik süxurları minerallarının su ilə gedən əsas kimyavi reaksiyası hidroliz ortoqlaz üçün sxematik olaraq belə ifadə etmək olar KAlSi3O8 + H2O ------- HAlSi3O8 + KOH • əmələ gəlmiş əsas (KON) mühiti gələviləşdirərək ortoqlazım kristallik qəfəsini aşındırır və CO2 iştirakı KOH karbonat formasına keçir: 2KOH + CO2 = K2CO3 + H2O • Suyun fəaliyyəti ilə hidrotasiya prosesi də baş verir, bu zaman mineral hissəciklərinə su hissəciklərinin kimyavi birləşmə prosesi baş verir. 2Fe2O3 + 3H2O = 2Fe2O3 * 3H2O hematit limonit • Hidrotasiya prosesi tərkibi daha mürəkkəb olan minerallarda silikat və alyumosilikatlarda da müşahidə edilir. ADAU b/m - Abdullayeva Z.H

  9. Yağıntıların miqdarı çox olduqda, onların mexaniki fəaliyyəti qüclənir və yamac boyu, sözün əsl mənasında, torpaq axmağa başlayır. Yağıntının mexaniki işi – torpaq eroziyası - onun xarakterindən asılıdır. • Qar formasında düşən çöküntülər, torpağın üzərini örtərək , xüsusi mikroiqlim yaradır və şaxtadan qoruyur. Qar örtüyü əridikdə torpağı tədricən nəmləndirir. • Şeh, ümumiyyətlə torpaqdaxili kondensasiya suları tam öyrənilməsə də, onların mahiyyəti böyükdür. Elə ölkələr var ki ( Çili ), torpaq üzərinə su əsasən şeh formasında düşür. Boz torpaqlar zonasında ( Buxara vilayyəti) yazda şeh hesabina torpağın 5-10 sm-lik qatı nəmlənir. ADAU b/m - Abdullayeva Z.H

  10. Külək qarı bir sahədən digər sahəyə sovuraraq , torpaqda nəmliyin paylanmasında iştirak edir. Dağlıq bölgələrdə külək döyən yamaclardan qar sovrulur, əks yamaclarda isə - yox, buda təbii olaraq torpaqəmələgəlmənin gedişinə öz təsirini göstərir. Düzən sahələrdən külək qarı sovurub relyefin mənfi elementlərinə toplayır. • Quru bozqır və səhra zonalarında küləyin rolu torpaqəmələgəlmədə xüsusilə böyükdür. Küləyin üfürücülük xassəsi ilə əlaqədar burada xüsusi təpəcikli relyef forması yaranır, səhralarda qum kütləsi hərəkət edir. Narın hissəciklərin üfürülməsi nəticəsində səhra zonasında torpaqlarda iri elementlər (çınqıl) qalır. Lössun əmələgəlməsini bir-çox alimlər küləyin fəaliyyəti ilə əlaqələndirirlər. ADAU b/m - Abdullayeva Z.H

  11. Ədəbiyyat: • 1.В.Р.Вoлoбуев – Экология почв , Баку -1963 • 2. И.П.Бабьева и Г.М.Зенова - Биология почв, Москва 1989 • 3.M.İ.Cəfə rov - Torpaqşünaslıq, Bakı – 2005. • 4.В.Муха и др. – Агропочвоведение, Москва – 2004 ADAU b/m - Abdullayeva Z.H

More Related