1 / 11

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 5-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZ U : QLAF, TURQOR VƏ PLAZMOLİZ dos. B.M.ƏLİYEV GƏNCƏ. P L A N HÜCEYRƏNİN QLAFI BITKI HUCEYRƏSININ QLAFI MƏSAMƏLƏR QLAFIN KİMYƏVİ VƏ FİZİKİ DƏYİŞKƏNLİYİ

clovis
Download Presentation

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 5-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: QLAF, TURQOR VƏ PLAZMOLİZ dos. B.M.ƏLİYEV GƏNCƏ

  2. P L A N • HÜCEYRƏNİN QLAFI • BITKI HUCEYRƏSININ QLAFI • MƏSAMƏLƏR • QLAFIN KİMYƏVİ VƏ FİZİKİ DƏYİŞKƏNLİYİ • MАNTARLAŞMA VƏ KUTİNLƏŞMƏ • SELİKLƏŞMƏ • TURQOR VƏ PLAZMOLİZ

  3. ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az

  4. HÜCEYRƏNIN QILAFI Bitki hüceyrələri heyvan hüceyrələrinə nisbətən möhkəm pərdəvarı qılafa əhatə olunmuşdur. Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xarici tərəfındə əmələ gəlir və protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. S.Q.Navaşin göstərir ki, qılaf əmələ gəldiyi zaman xondriosomlar protoplastın xarici qatında toplanır. Qılafın əsas kütləsini sellüloza təşkil edir. Sellüloza mürəkkəb karbohidratlara aiddir. O, polisaxaridlərdəndir, kimyəvi formulu isə nişastamn formulu kimidir. Sellüloza olduqca möhkəm birləşmədir. O, uzunömürlü bitkilərdə tərkibini min illərlə dəyişmədən qala bilər. Sellüloza o qədər möhkəmdir ki, hətta qaynadıldıqda suda həll olmur. Sellüloza insanın və heyvanların mədəsində də çətinliklə həll olur. Sellüloza bir çox turşularda və qələvilərdə həll olmur. BITKI HÜCEYRƏSININ QILAFI Bitki hüceyrəsinin qılafı heyvan hüceyrəsinin qılafından möhkəm struktura malik olması ilə fərqlənir. Kimyəvi tərkibcə bitki hüceyrəsinin qılafı sellüloza və pektinli birləşmələrdən ibarətdir. Qlaf protoplast törəmə məhsuludur. Qılafın formalaşmasında əsas rol holci kompleksi və plazmalemmanın üzərinə düşür. Çünki, bu membranlı sistemlər polisaxaridlərin sintezində iştirak ən fermentli komplekslərin daşıyıcısı və törədicisidir MƏSAMƏLƏR Hüceyrə yaşa dolduqca içəridən qılafin üzərində yeni qatlar əmələ gəlir. Onlar ikinci qılafın qatlarıdır. Sonralar qılaf daha da qalınlaşır və üzərində üçüncü qılafın qatları əmələ gəlir. İkinci qılafın əmələ gəlməsinin bir xüsusiyyəti vardır. Onun yeni qatları qılafın bütün səthini örtmür və arada qalınlaşmamış yerlər qalır. Qalınlaşmamış yerlər iki qonşu hüceyrədə qarşı-qarşıya yerləşir. Nəticədə iki qonşu hüceyrə arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir. Qılafın üzərində əmələ gələn məsamələr quruluşca iki cür olur: sadə və haşiyəli məsamələr. Onlar öz quruluşları ilə bir-birindən kəskin surətdə fərqlənir.Haşiyəli məsamələr iynəyarpaqlı bitkilərin suyunu və mineral duzların məhlulunu ötürən hüceyrələrin divarında çox yayılmışdır.

  5. Şəkil 1. Hüceyrə qlafının quruluşu

  6. Şəkil 2. Soğan dəriciyi hüceyrəsinin qlafının quruluşu

  7. Şəkil 3. Məsamələrin quruluşu

  8. Şəkil 4. Elektron mikroskopunda bitki hüceyrəsinin qlafınınquruşulu

  9. Qılafın kimyəvi və fiziki dəyişkəııliyi Xarici şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin daşıdığı vəzifəsindən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də dəyişir. Söz yox ki, kimyəvi tərkibi dəyişən qılafın fıziki xassələri də dəyişəcəkdir. Adətən, qılaf aşağıda göstərilən dəyişikliklərə uğrayır. Odunlaşma. Qılafa liqnin (odun) maddəsi hopduqda o odunlaşır. Odunlaşma qılafa bərklik və möhkəmlik verir. Odunlaşmış qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır. Bunun nəticəsində çox vaxt hüceyrədə mübadilə reaksiyaları dayanır və hüceyrə ölür. Qılafı odunlaşmış ölü hüceyrələr orqanizmin yaşayışında mühüm rol oynayır. Məsələn, odunlaşmış mexaniki liflər, mineral duzların məhlulunu yayan su boruları ölü hüceyrələrdən ibarətdir. • Mantarlaşma və kutinləşmə • Qılafları mantarlaşmış və ya kutinləşmiş hüceyrələr, adətən, bitkinin xaricındə olur və onu xarici fiziki və mexaniki təsirlərdən qoruyur. Hüceyrələrin qılafına yağabənzər maddə olan suberin (mantar) maddəsi hopduqda, qılaf mantarlaşır, kutin maddəsi hopduqda isə kutinləşir. • Selikləşmə • Müəyyən hallarda qılaf həddən artıq su hopması nəticəsində selikləşir. Belə bir vəziyyətdə qılafın kimyəvi tərkibi o qədər də dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. • Minerallaşma. Hüceyrənin qılafına çox vaxt mineral duzlar hopur və qılafı minerallaşdırır. Adətən, qılafa kalsium və silisium duzları hopur. Qılafın minerallaşması hüceyrəyə möhkəmlik verir, bununla yanaşı qılaf kövrəkləşir və asanlıqla qırıla bilir. • Plazmodesmalar. Qonşu hüceyrələrin protoplazmaları məsamənin qapayıcı pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin canlı hüceyrələri arasında əlaqəni təmir edir. Məsamələrdən birləşən protoplazma tellərinə plazmodesmalar deyilir.

  10. Maddələrin hüceyrələrə daxil olması. Turqor və plazmoliz Maddələr torpaqdan və atmosferdən hüceyrəyə diffuziya və osmos yolu ilə daxil olur. Bu cəhətdən qılaf osmotik pərdəciyi əvəz edir. • Yuxarıdakı məlumatları yaxşı yadda saxlamaq və hüceyrənin ayrı-ayrı hissələrinin bir-birinə olan münasibətini daha aydın təsəvvür etmək üçün aşağıdakı sxem verilir: • BITKI HÜCEYRƏSININ HISSƏLƏRI • Protoplast • Sitoplazma • Plazmolemma • Mezoplazma • Tonoplast • A. Protoplazma və onun • komponentləri Nüvə Nüvə qılafı Karioplazma • Nüvəciklər • Plastidlər Xloroplastlar • Xromoplastlar • Leykoplastlar • Xondrosomlar Mitoxondrilər • Xondriokontlar •  B. Qeyri protoplazmatik komponentlər 1. Nişasta dənələri, zülallar, yağlar • (Erqast maddələr) (həll olmayanlar) • 2.Şəkərlər, vitaminlər və başqa həll olan ehtiyat qida maddələri • 3.Vakuollar (hüceyrə şirəsi) • 4. Kristallar •    II. Hüceyrə qılafı

  11. Şəkil 5. Hüceyrənin turqor və plazmoliz şalı

More Related