1 / 6

MÖVZU : SÜRÜŞMƏ YASTIQLARI, ONLARIN KONSTRUKSIYALARI VƏ HESABATI. GƏNCƏ 2009

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI INFORMASIYA TEXNOLOGIYALARIL, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKULTƏSİ KƏND TƏSƏRRÜFATI TEXNİKASI VƏ MAŞIN HİSSƏLƏLRİ KAFEDRASI MÜHAZİRƏCİ : DOSENT İSMAYILOV SƏDİ BİNNƏT. MÖVZU : SÜRÜŞMƏ YASTIQLARI, ONLARIN KONSTRUKSIYALARI VƏ HESABATI. GƏNCƏ 2009.

Download Presentation

MÖVZU : SÜRÜŞMƏ YASTIQLARI, ONLARIN KONSTRUKSIYALARI VƏ HESABATI. GƏNCƏ 2009

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIINFORMASIYA TEXNOLOGIYALARIL, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKULTƏSİKƏND TƏSƏRRÜFATI TEXNİKASI VƏ MAŞIN HİSSƏLƏLRİ KAFEDRASIMÜHAZİRƏCİ: DOSENT İSMAYILOV SƏDİ BİNNƏT MÖVZU : SÜRÜŞMƏ YASTIQLARI, ONLARIN KONSTRUKSIYALARI VƏ HESABATI. GƏNCƏ 2009

  2. PLAN: • SÜRÜŞMƏ YASTIQLARI VƏ ONLARIN KONSTRUKSIYALARI. • SÜRÜŞMƏ YASTIQLARININ HESABLANMASI.

  3. ƏDƏBIYYAT. • Ə.HƏSƏNOV. MAŞIN DETALLARI. MAARIF NƏŞRIYYATI, BAKI, 1979. • Z.KƏRIMOV VƏ BAŞQ.MAŞIN HISSƏLƏRINDƏN KURS LAYIHƏSI. MAARIF NƏŞRIYYATI, BAKI, 1983. • Z.KƏRIMOV.MAŞIN HISSƏLƏRI VƏ YÜKQALDIRICI – NƏQLEDICI MAŞINLAR. MAARIF NƏŞRIYYATI, BAKI, 1985.

  4. Sürüşmə yastıqları və onların konstruksiyaları. • Diyirlənmə yastıqlarının tıtbiqi əlverişli və mümkün olmayan hallarda sürüşmə yastıqla-rı işlədilir.Sürüşmə yastıqlarının diyirlənmə yastıqlarına görə müəyyən üstünlükləri var: • Radial istiqamətdə ölçüsünün kiçik olması; • Böyük sürətdə 100000 dövr işləyə bilməsi; • Suda və korroziyaedici mühitlərdə işləyə bilməsi; • Dinamik və zərbəli yükləri yaxşı qəbul edə bilməsi; • Radial araboşluğunun tənzimləmə və valın həndəsi oxunun dəqiq quraşdırılması. • Sürüşmə yastıqlarının mənfi • cəhətləri aşağıdakılardır: • Sürüşmədə güc itkisinin çox • olması və f.i.ə. az olması; • Yağlanmasına müntəzəm olaraq • nəzarət etməyin; • Yastıq və sapfanın qeyri-müntəzəm • yeyilməsi; • Hazırlanmasına əlvan metalların • işlədilməsi; • Oxboyu ölçüsünün böyük olmasıdır.

  5. 2. Sürüşmə yastıqlarının hesablanması. • Sürüşmə yastıqlarında əsasən aşağıdakı üç iş rejimi vardır: • 1.Quru sürtünmə; 2. sərhəd sürtünməsi; 3. yağlı sürtünmə. • Quru sürtünmə şəraitində sıxılan səthlərin kələ - kötürlüyü bir – biri ilə görüşür Sərhəd sürtünməsi şəraitində sürtünən səthlər arasında çox nazik (qalınlığı molekul ölçüsündən olan – mikrometrin yüzdə biri qədər) yağ pərdəsi əmələ gəlir (şəkil 2b). Yağlı sürtünmə şəraitində sürtünən səthlər arasında müəyyən yağ qatı əmələ gəlir. (2...70 MKM). Bu şəraitdə yağ özünü özlü maye kimi aparır və onun hərəkəti hidrodinamika qanunları ilə ifadə olunur. 1.Quru və sərhəd sürtünməsi şəraitində işləyən sürüş-mə yastıqlarının hesablanması.Radial sürtünmə yas-tıqlarının hesablanması sapfadan yastıq səthinə ötürü-lən təzyiqə görə aparılır. Yastığın daxili diametri əvvəlki qayda ilə təyin olunur. Daban yastıqlarında isə xüsusi Təzyiq belə tapılır. 4Fa q = –––––––– ≤ [q] П(d2 – d21) Yağlı sürtünmə şəraitində sürtünən səthlər arasında müəyyən yağ qatı əmələ gəlir .

  6. II. Yağlı sürtünmə şəraitində işləyən yastıqların hesablanması. Val hərəkətsiz olduqda öz ağırlığı ilə yağı sıxıb yastığın səthinə söykənir. Val ω bucaq sürəti ilə fırlandıqda yağ təbəqəsi sapfa ilə yastıq içliyi arasında bir növ pazlaşır və bu təsirdən sapfa bir qədər qalxaraq yağ içərisində fırlanır. Yağlı sürüşmə şəraitində yağ qatının min qalınlığı, sürtünmə əmsalının qiyməti aşağı-dakı ifadələr ilə təyin edilə bilər: μω d hmin = 5,25 · 10-3 ( ––– ) ––––––– ; q (1 + φ)ψ burada μ – yağın özlülüyü, Pa · san; ω – valın bucaq sürəti, 1 / san; F q - –– , MPa ; dl d – valın diametri, mm ; l φ = –– ; mm. d

More Related