1 / 23

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası Mühazirənin mövzusu: BAYTARLIQ IŞININ ƏSASLARI, RESPUBLIKADA BAYTARLIQ XIDMƏTININ VƏZIFƏLƏRI Mühazirəçi:

amena
Download Presentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası Mühazirənin mövzusu: BAYTARLIQ IŞININ ƏSASLARI, RESPUBLIKADA BAYTARLIQ XIDMƏTININ VƏZIFƏLƏRI Mühazirəçi: baytarlıq elmləri namizədi, dosent Əliyev Rəşid Müseyib oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • Baytarlıq işinin əsaslarının analizi və əhəmiyyəti. • Baytarlıq işi demokratik quruculuğuna xidmət edir. • baytarlıq xidmətinin təşkilində dövlət Prinsipi əməl edir. • Baytarlıq xidməti vahiddir. • Baytarlıq işinin əsası profilaktikadır. • Baytarlıq işi planlı olmalıdır. • Respublikada baytarlıq xidmətinin vəzifələri.

  3. Ədəbiyyatlar • Baytarlıq təbabəti haqqında. Azərbaycan Respublikasının qanunu. Bakı, 1995. • I.Səfərov, T.Məmmədov –Baytarlıq işinin təşkili və iqtisadiyyatı. Maarif, 1977.

  4. BAYTARLIQ IŞININ ƏSASLARI • Baytarlıq işinin əsasını müxtəlif növ heyvan, quş, arı və balıqların sağlam saxlanması onların sayının və məhsuldarlığının artırılması, nəhayət heyvan və insanların ümumi xəstəliklərindən qorunması qaydaları təşkil edir. Odur ki, baytarlıq xalq təsərrüfatının ayrıca bir sahəsi kimi ölkənin sosial-iqtisadi planlaşdırmasında öz əksini tapır. Bu baxımdan mütərəqqi baytarlıq texnologiyaların araşdırılması və səmərəliliyini tətbiq edilməsinə diqqət artırılmalıdır. Respublikada baytarlıq işinin əsasını və düzgün təşkili üçün baytarlıq təşkilat sistemi və müəssisələri işini düzgün təşkil edilməli, kadr düzgün yerləşdirilməlidir. • Respublikada demokratik idarəetmə üsulu mövcuddur ki, bu da baytar mütəxəssisləri və başqa aidiyyatı olan orqanlarda işləyən işçilərin qarşısında kəndli fermer və fərdi təsərrüfatlarda baytarlıq xidmətini baytarlıq qaydaları əsasında inkişaf etdirilməsi dürür. Bu da fərdi baytarlıq təbabəti xidməti sistemini inkişaf etdirməklə kəndli fermer və fərdi təsərrüfatlarda təşkilat və müəssisələrdə respublikanın ərazisindən və heyvandarlığın baytarlıq-sanitariya vəziyyətini öyrənir. Baytarlıq müalicə işini təşkil edir, yoluxucu və yoluxmayan xəstəliklərin qarşısını almaq, tədbirləri hazırlayır və həyata keçirir. Respublikada baytarlıq işinin əsasları və xüsusiyyətləri aydınlaşdırılmalıdır.

  5. 1.Baytarlıq işi • 1.Baytarlıq işi demokratik quruculuğuna xidmət edir. Bu isə istehsal qüvvələri və istehsal münasibətlərinin səviyyəsi ilə ölçülür. Baytarlıq əsasən sosialist kənd təsərrüfatında xüsusi heyvandarlığın mədəni inkişafına xidmət edir. • Baytarlıq işinin düzgün təşkili vaxtı-vaxtında tədbirlərin aparılması demokratik quruculuğunun maddi-texniki bazasını möhkəmləndirir. • Demokratik sistemdə baytarlıq xidmətinin əsasını xüsusi heyvandarlıq təşkil edir. • Baytarlıq xidməti aqrar komitəsinə daxil olmaqla aşağıdakı sahələrdə öz fəaliyyətini yerinə yetirir ki, xalq təsərrüfatının aşağıdakı sahələri var: • Heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, vəhşi və zonar heyvan və başqa sahələri əhatə edir; • Sənaye, hansı ki, heyvan məhsulları və xammal emalında (ət, süd məhsulları, yun emalı, dəri, utilizasiya və s.) məşğul olur; • Dəmir, su, hava, avtomaşınlar hansı ki, heyvan və heyvan məhsulları, xammal daşınmasında istifadə edilir; • Heyvan və heyvan məhsullarının ticarətilə məşğul olan müəssisələr.

  6. Bunlardan başqa baytarlıq tədbirləri heyvan, heyvan məhsulları; xammalın xarici dövlətlərə nəqli zamanı və eləcə də ərzaq məhsulları emalı, meşələrdə (vəhşi heyvanlar, quşlar) və çay hövzələrində, göllərdə aparılır. • Respublikamızda aparılan bütün profilaktika və müalicə tədbirlərində dövlət və özəl baytarlıq xidmətindən istifadə edilir ki, bu da əsasən vahid dövlət epizootiya tədbirləri planı tərtib edilir. Bu tədbir dövlət əhəmiyyətli tədbir olmaqla bütün təşkilatlar və kütlə tərəfindən baytarlıq nizamnaməsinə uyğun olaraq aparılmasına dövlət baytarlıq idarəsi (kənd təsərrüfat nazirliyi yanında baytarlıq idarəsi) tərəfindən nəzarət edilir. Buna görə baytar mütəxəssisləri dünyadakı epizootik durumu yaxşı bilməli, onları izləməli xəstəliklər baş verdikdə qarşısının alınmasına qarşı tədbirlər görülməlidir. • Öz inkişafında bazar iqtisadiyyatını, sahibkarlığı əsas istiqamət kimi götürən ölkəmizdə praktiki baytarlıq fəaliyyətinin bütünlüklə özəl müəssisələr və fərdi işləyən baytar həkimləri icra etməlidir. • Dövlət baytarlıq idarələri isə baytarlıqda dövlət siyasətini müəyyən etmək baytarlıq nizamnaməsi əsasında baytar-sanitariya tədbirlərinə rəhbərlik və nəzarəti etməkdir.

  7. Baytarlıq sənəti bir də, onunla şərəflidir ki, baytar həkimlər mal-qaranın, quşların, arıçıların, balıqların, vəhşi heyvanların qorxulu xəstəliklərinin qarşısını almaqla yanaşı, insanların da bir çox xəstəliklərdən qorunmasında, onları sağlam və keyfiyyətli məhsulları ilə təmin edilməsində müstəsna rol oynayır. • Yoluxucu xəstəliklərə qarşı görülən bütün baytarlıq tədbirləri, dövlət tədbirləri hesab olunur. • Ölkə miqyasında yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri vahid xarakter daşımaqla qabaqcadan tərtib edilmiş və hökümət tərəfindən təsdiq edilmiş xüsusi təlimata əsasən keçirilir.

  8. 2.Baytarlıq xidmətinin təşkili • 2.Baytarlıq xidmətinin təşkilində dövlət prinsipinə əsas götürülür. Baytarlıq işinə rəhbərlik dövlət baytarlıq şəbəkəsində qruplaşdırılmışdır. Ona görə də baytarlıq-Dövlət baytarlığı işi adlanır. Baytarlıq tədbirlərinin yerinə yetirilməsinə Kənd Təsərrüfat Nazirliyi şərait yaradır, onu təşkil edir, yoluxucu təhlükəli xəstəliklərə qarşı vəsait buraxır, elmi işlərin və baytar mütəxəssislərin hazırlanmasına rəhbərlik edir. • Müasir dövrdə ölkədə maldarlığın əsas hissəsi xüsusiləşdirilmiş, dövlət və özəl təsərrüfatlarda cəm olduğuna görə belə təsərrüfatlarda baytarlıq profilaktika tədbirlərinin həyata keçirilməsi üçün daha çox şərait var. • Ölkədə yoluxucu xəstəliklərə qarşı profilaktik və mübarizə tədbirləri aşağıdakı ümumi prinsiplərə əsasən aparılır:

  9. yoluxucu xəstəliklərə qarşı görülən bütün baytarlıq tədbirləri, hökümət tədbiri hesab olunur; • ölkə miqyasında yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri vahid xarakter daşımaqla qabaqcadan tərtib edilmiş və dövlət tərəfindən təsdiq edilmiş xüsusi təlimata əsasən keçirilir; • epizootiya əleyhinə aparılan profilaktiki və mübarizə tədbirləri kompleks xarakter daşıyır; • yoluxucu xəstəliklərə qarşı görülən baytarlıq profilaktika və mübarizə tədbirləri xüsusi xarakter daşıyır, belə ki, bu tədbirlərin həyata keçirilməsində bütün xalq kütləsi iştirak edir; • baytarlıq profilaktika tədbirləri və epizootiya əleyhinə mübarizə qabaqcıl elmin nailiyyətlərinə və kənd təsərrüfatı qabaqcıllarının əldə etdikləri təcrübəyə əsasən həyata keçirilir.

  10. Epizootiya əleyhinə görülən tədbirlərə və eləcə də təhlükəli xəstəliklərə sərf olunan xərclər hökümət hesabına olması, kəndlərdə və qulluqçuların mal-qarası yoluxucu xəstəlikdən tələf olan zaman onun dəyərinin bir hissəsinin sığorta (heyvan sığorta olunubsa) vasitəsi ilə ödənilməsi, bəzi xəstəliklərdə (vərəm, brüsellyoz, leykoz, paratuberkulyoz) isə xəstə heyvanın ət kəsiminə göndərilir ki, o da fərdi şəxslərin əlində olan heyvanların arasında da epizootik tədbirlərin mütəşəkkil sürətdə getməsinə səbəb olur. • Ümumiyyətlə, yoluxucu xəstəliklərlə mübarizədə istifadə edilən bir sıra baytarlıq tədbirlərini daha yaxşı mənimsəmək və onların öyrənilməsini hər tərəfli öyrənilməsini asanlışdarmıq üçün, bu xəstəliklərə qarşı görülən tədbirlər ümumi və xüsusi profilaktiki tədbirlərdir. • Xarici ölkələrdən ölkə daxilinə yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq məqsədilə əcnəbi ölkələrdən bizim ölkəyə gətirilən bütün mal-qara və heyvan məhsulları baytarlıq nəzarəti altına alınır. bu məqsədlə sərhəd boyu xüsusi sərhəd qoruyucu baytarlıq məntəqələri şəbəkəsi təşkil edilir. Həmin sərhəd qoruyucu baytarlıq məntəqələrinin əsas vəzifəsi, hansı vasitə ilə olursa-olsun qonşu ölkələrdən bizim ölkəyə keçən mal-qaranı xüsusi baytarlıq təlimatına əsasən baytarlıq nəzarəti altında saxlayıb, ətraflı baytarlıq müayinəsindən keçirməkdən ibarətdir.

  11. 3.Baytarlıq xidməti vahiddir • 3.Baytarlıq xidməti vahiddir. Bu da demokratik sistemdə xüsusi və fərdi baytarlıq xidməti nizamnamə və başqa hökumət tərəfindən təsdiq edilmiş qanunu sənədlərə söykənərək vahid formada fəaliyyət göstərir. Bütün şəbəkələrin işi, digər idarələrin nəzdində olan baytarlıq xidmtəi də vahid baytarlıq qanununa əsasən nizamlanır. • Baytarlıq təbabəti sahəsində ümumi dövlət idarəetməni Kənd təsərrüfat Nazirliyi yanında Dövlət baytarlıq xidməti həyata keçirir. Azərbaycan Respublikasında baytarlıq təbabəti xidməti dövlət təsisatlı və fərdi baytarlıq təbabəti xidmətlərindən ibarətdir. • Dövlət baytarlıq xidməti-Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət baytarlıq xidməti idərələri, müəssisə və təşkilatları, nəqliyyatlarda, dövlət sərhədlərində baytarlıq xidməti idarələri, baytarlıq laboratoriyalarında, dəstə və ekspedisiyalarında, elmi-tədqiqat, elmi-istehsalat və təchizat müəssisələri, bazarlarda baytar-sanitariya ekspertiza laboratoriyalarında və digər müəssisələrdə özfəaliyyətini təmin edir.

  12. Ölkənin ərazisində və heyvandarlığın baytarlıq-sanitariya vəziyyətini öyrənir, baytarlıq müalicə işini təşkil edir, yoluxucu və yoluxmayan xəstəliklərin qarşısını almaq, yoluxucu təhlükəli xəstəliklərin qarşısını almaqla ləğv etmək, heyvanlarda qısırlığa qarşı mübarizə üzrə lazımi tədbirlər görmək. • Insan və heyvan üçün ümumi olan xəstəliklərdən mühafizə üzrə, Səhiyyə Nazirliyi və başqa nazirliklərlə birlikdə tədbirlər hazırlayır və həyata keçirir. • Dövlət baytarlıq təbabəti xidməti sistemi, xarici ölkələrdən daxil ola biləcək heyvan xəstəliklərindən, dövlətimizin ərazisini mühafizə etmək üzrə tədbirlər hazırlayıb həyata keçirmək. Heyvan yemləri, heyvan mənşəli xammal və başqa məhsullar, ət, heyvanların idxalat və ixracatı zamanı aidiyyatı təşkilatlarla birlikdə baytarlıq sanitariya tədbirlərini yerinə yetirir (qış, xəzdərili heyvan, zoopark heyvanları, balıq və arı daxil olmaqla), həmçinin öz səlahiyyəti daxilində baytarlıq üzrə xarici ölkələrlə bağlanmış müqavilə və sazişlərdəki tədbirlərin ölkənin təşkilatları, idarə və müəssisələri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. • Müasir dövrdə ölkəmizdə xüsusi heyvandarlıq təsərrüfatlarında, eləcə də fərdi təsərrüfatlarda heyvanların saxlanılmasına, qorunmasına, profilaktika və baytarlıq-sanitariya-qaydalarına əməl olunmasına, heyvandarlıqda istifadə olunan su və yemlərin keyfiyyətinə baytar nəzarət edir.

  13. Balıq xəstəlikləri ilə mübarizə işlərinə həmçinin ölkədə balıq təsərrüfatı hovuzlarında epizootiya əleyhinə və baytarlıq-sanitariya tədbirlərinin görülməsi qaydalarına riayət olunmasına nəzarət edir. • Meşə və kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələrin zərərli təsirindən heyvanları mühafizə etmək, həmin maddələrlə heyvan mənşəli məhsulların çirklənməsinin qarşısını almaq və heyvanların şüa və bakterioloji təhlükəsizliyini təmin etmək üzrə tədbirlər hazırlanmasına nəzarət etmək. • Baytarlıq məsələləri üzrə elmi-tədqiqat işlərini planlaşdırır və əlaqələndirir, nazirlik və idarələrin elmi-tədqiqat baytarlıq müəssisələrinin fəaliyyətinə nəzarət edir (Müdafiə Nazirliyi, ictimai asayişi mühafizə Nazirliyi və Dövlət təhlükəsizliyi Nazirliyindən başqa). • Təsisatlı baytarlıq təbabəti xidməti nazirliklərin, dövlət komitələrinin, şirkətlərinin və idarələrinin, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarına baytarlıq təbabəti xidməti göstərir.

  14. Nazirlər Kabinetinin qərar və sərəncamları, baytarlıq nizamnaməsi, həmçinin qüvvədə olan qanunlara əsasən, onların icrası üçün Kənd təsərrüfatı Nazirliyi öz səlahiyyəti daxilində əmrlər, təlimatlar, metodiki göstərişlər və baytarlıq müəssisələri üzrə göstərişlər verir ki, bu da bütün nazirliklər, idarələr, təşkilatlar, müəssisələr, həmçinin vətəndaşlar tərəfindən icbari yerinə yetirilməlidir. • Kənd Təsərrüfatı Nazirliyinin yanında baş baytarlıq idarəsinə ixtiyar verilir ki, Baytarlıq nizamnaməsi, qüvvədə olan qanunlar, Nazirlər kabinetinin qərar və sərəncamları əsasında baytarlıq idarələri üzrə nazirliklər, idarələr və başqa təşkilat və vətəndaşlar üçün yerinə yetirilməsi icbari olan göstərişlər versin. • Müdafiə Nazirliyinin hərbi hissələrində və bölmələrində, ictimai asayişi mühafizə nazirliyi və Dövlət təhlükəsizliyi Nazirliyində baytarlıq xidmətinin təşkili və həmin xidməti rəhbərlik göstərilən müvafiq nazirliklərə, idarələrə təşkilatlara həvalə olunur. • Fərdi baytarlıq təbabəti xidməti- xüsusi icazəsi olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan baytarlıq təbabəti mütəxəssisləri daxildir. • Lisenziyası olan baytar mütəxəssisləri, işlədiyi müəssisə, fermer və fərdi təsərrüfatlarda məlumatlara əsasən heyvanların vəziyyətinə cavabdeh olan şəxslər, yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısını almaq, həmçinin xəstəlik baş verdikdə onu ləğv etmək üzrə tədbirlərin vaxtında keçirilməsini təmin etməyə borcludur.

  15. Heyvandarlıq fermalarının yoluxucu heyvan xəstəliklərindən mühafizə olunmasını təmin etmək üçün bu məqsədlə müvafiq baytarlıq-sanitariya obyektləri tikmək (baytarlıq-sanitariya buraxılış yerləri, təcridxanalar, ətlik kəsilmə məntəqələri, kəsimdən sonra tullantıları təlimat əsasında zərərsizləşdirmək). • Təsərrüfata, kəndə başqa yerlərdən heyvan gətirilməsinə (daxil olması), təsərrüfat daxilində baytar mütəxəssislərinin icazəsi olmadan onların yerlərinin dəyişdirilməsinə, baytarlıq-sanitariya cəhətdən yoxlanılmış yemlərin fermalara, sexlərə gətirilməsinə və istifadə olunmasına yol verməmək, kənar şəxslərin sex və fermalara daxil olmasını məhdudlaşdırmaq lazımdır. • Kəndə və fermer təsərrüfatlarına yeni daxil olan heyvanları 30 gün müddətində ayrı saxlamaq və göstərilən müddət rzində onlardan ayrıca istifadə etmək, heyvanların (qüşların) təsərrüfata gətirilməsi barədə təcili olaraq rayonun (şəhərin) baş baytar həkiminə sahə (məntəqə, təsərrüfat) baytar feldşerinə xəbər vermək, yaşayış məntəqələri və ferma ərazisində heyvanların (quşların) nəzarətsiz saxlanmasına yol verməmək.

  16. 4.Baytarlıq işinin əsası profilaktikadır. • Mal-qaranı və digər heyvanları (quşları, xəzdərililəri, balıqları, arıları, vəhşi heyvanları, laborator və zoopark heyvanları və s.) profilaktiki, epizootiya əleyhinə sanitariya və digər baytarlıq tədbirlərinin aparılması ilə xəstəliklərdən qorumaq, məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirməlidir. Bu da yüksək baytarlıq mədəniyyəti, zoogigiyenik normaların və baytar-sanitar tədbirlərinin istehsalata tətbiqi, spesifik profilaktika və diaqnostkanın düzgün və vaxtında aparılması təşkil edir. • Ölkədə heyvandarlığın əsas hissəsi xüsusi və fərdi təsərrüfatlarda eləcə də dövlət təsərrüfatlarında cəm olduğuna görə belə təsərrüfatlarda baytarlıq profilaktika tədbirlərinin keçirilməsi üçün daha çox imkan vardır. Profilaktiki tədbirlər təsərrüfatlarda planlı və plansız şəraitdə həyata keçirilir. O təsərrüfatda və ya ərazidə yoluxucu xəstəliklərə qarşı epizootiya əleyhinə tədbirlərin planından kənar hər hansı infeksion xəstəlik müşahidə edildiyi zaman profilaktiki, baytarlıq-sanitariya tədbirlərinin aparılması nəzərdə tutulur ki, bu da plandan kənar tədbirlərdir. azaltmaq onların məhsuldarlığına və təsərrüfatın rentabelliyini artırmaq deməkdir.

  17. Belə ki, buna aid yoluxucu və yoluxmayan xəstəliklər tez-tez müşahidə edilir ki, bu da müxtəlif baytarlıq tədbirlərinin aparılması sayəsində alınan məhsulların maya dəyəri artır. Heyvandarlıqda ümumi baytar-profilaktika tədbirlərinin düzgün təşkili, onların xəstələnmə və ölüm faizini azaldır. Bu məqsədlə kompleks tədbirlərdən: təsərrüfat-təşkilatı, profilaktik və baytar-sanitar tədbirlərindən istifadə edilir. Heyvanlar arasında xəstəlikləri və ölümü azaltmaq onların məhsuldarlığına və təsərrüfatın rentabelliyini artırmaq deməkdir. • Profilaktiki tədbirlərinin plan əsasında aparılması heyvandarlığın baytar-sanitar vəziyyətini öyrənmək lazımdır. Baytar mütəxəssisləri birinci növbədə təsərrüfatda heyvandarlığın ümumi vəziyyəti ilə tanış olmalıdır. Onların ümumi göstəriciləri növlər üzrə sayı, inkişafı və məhsuldarlığı öyrənilməlidir. Heyvanların növlər üzrə sayını bilmədən baytarlıq tədbirlərini tam aparmaq və lazımi nəticə almaq çətindir. Belə ki, bütün heyvanlar yaşından, cinsindən, quruluşundan, növündən (xüsusi və fərdi) asılı olmayaraq baytarlıq tədbirlərindən keçməlidir. Baytarlıq işçiləri heyvanlarlıq binaları, otlaqlar, yem bazası və suvadlar ilə tanış olmalı, nə dərəcədə nəqliyyat vasitələri il əvə eləcə də mexanikləşdirilməsini müəyyənləşdirilməlidir. Fermer, fərdi təsərrüfat-larda baytar-sanitar işinin vəziyyətinə, heyvanlar arasında ölüm və xəstəliklə-rin olub-olmamasına xüsusi fikir verilməlidir. Məhsuldar və cins heyvanları olan təsərrüfatlarda baytar-sanitar qaydalarının vəziyyəti onların məhsuldarlığına və cins xüsusiyyətinə uyğun olmalıdır.

  18. Baytar-zootexniki qaydalar dedikdə, birinci növbədə heyvanların yaşından və cinsindən, yerləşmə şəraitindən asılı olaraq, onların tələb olunan qaydada yemlənilməsi, saxlanması və qulluğu nəzərə alınır. yem payında qaba, şirəli və qüvvəli yemlərin, onun tərkibində olan zülalların karbohidratlara olan nisbəti nəzərə alınmalıdır. Heyvanların yemlənməsində yemin və suyun təmizliyinə kimyəvi zəhərlərin və zəhərli bitkilərin olmamasına, yemin vaxtında verilməsinə, onun yemlənmə üçün hazırlanmasına, hazırlanmış yemin heyvanın növünə görə verilməsinə fikir verilir.

  19. 5. Baytarlıq işi planlı olmalıdır • Yoluxucu xəstəliklər təsərrüfatda böyük iqtisadi zərərə səbəb olduğuna və dövlət əhəmiyyəti daşıdığına görə onlara qarşı aparılan profilaktik tədbirlər əvvəlcədən və elmi əsasda planlaşdırılmalıdır. Xüsusilə, qeyri-sağlam təsərrüfatlarda aparılan epizootiya əleyhinə tədbirlər ətraflı müzakirə edilməsi və təsdiq olunmuş plan əsasında yerinə yetirilməlidir. • Yoluxucu xəstəliklərin ləğv edilməsi və gələcəkdə məntəqələr və təsərrüfatların bu xəstəliklərdən sağlamlaşdırılması üçün görülən tədbirlərin planlaşdırılması ən mühüm şərtlərdən biridir. Tərtib olunmuş epizootik plan kompleksinə diaqnostiki tədqiqatların, profilaktik peyvəndlərin, müalicəvi işlərin və ümumi profilaktika tədbirlərinin səmərəli olmasını və nəticədə yoluxucu xəstəliklərin daha tez ləğv edilməsini təmin edir. Epizootiya əleyhinə profilaktiki tədbirlər əsasən üç istiqamətdə aparılır; yoluxucu xəstəliklərə qarşı aparılan ümumi profilaktik tədbirlər, spesifik profilaktika tədbirləri və xəstəliklərin ləğv edilməsi üçün aparılan tədbirlər.

  20. Təsərrüfatlarda yoluxucu -infeksion və invazion xəstəliklərə qarşı orqanizmin ümumi müqavimətinin yüksəldilməsi üçün aparılan tədbirlər. Infeksiyanın qeyri-sağlam təsərrüfatlardan sağlam təsərrüfatlara keçirilməsinin qarşısını almaq tədbirləri; təsərrüfatın epizootoloji vəziyyətinin öyrənilməsi və epizootiya əleyhinə baytarlıq təbliğatının aparılmasından ibarətdir. Epizootiya əleyhinə tədbirlər bütün heyvandarlıq xüsusi və fərdi təsərrüfatlarda və baytarlıq müəssisələri üzrə planlaşdırılır. Plan əsasən heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaqdan, insanları heyvan və insan üçün ümumi olan xəstəliklərdən qorumaqdan ibarətdir. Epizootiya əleyhinə plan əsasən 1 illiyə tutulur və ilin kvartallar üzrə bölünür. Epizootiya əleyhinə plan tutarkən xəstəliyin xüsusiyyəti, ona qarşı aparılan tədbirlərin yararlılığı və təsərrüfatın ümumi epizootik vəziyyəti nəzərə alınmalıdır. Epizootiya əleyhinə tədbirlərin planlaşdırılması baytarlıq məntəqələrində fərdi və xüsusi təsərrüfatlardan başlayır, sonra isə həmin tədbirlər üzrə plan tutularkən bütün fərdi və xüsusi təsərrüfatlar nəzərə alınır, epizootiya əleyhinə tədbirlərin planlı rayonun baş baytar həkiminin razılığı ilə tərtib edilməlidir. Planın ikinci, yəni xüsusi hissəsində təsərrüfatda hər hansı xəstəliyə qarşı aparılan tədbirlər göstərilir. Burada heyvanın növü, sayı, kvartallar üzrə diaqnostiki müayinələr, profilaktiki peyvəndlər, parazitar xəstəliklərə qarşı tədbirlər və s. göstərilir. Bəzən epizootiya əleyhinə plandan əlavə tədbirlər planı da tərtib edilir. Xüsusilə, təsərrüfatlar vərəm, brüsellyoz və bəzən başqa xəstəliklərdən sağlamlaşdırmaq üçün tərtib edilir.

  21. Rayon üzrə epizootiya əleyhinə tədbirlər planı baş baytar həkiminin təklifinə əsasən rayon və şəhər Icrayyə Hakimiyyəti tərəfindən təsdiq edilir. Rayon və şəhər üzrə epizootiya əleyhinə tədbirlər planının yerinə yetirilməsinə rayonun baş baytar həkimi rəhbərlik edir və bu işdə o, şəxsən məsuliyyət daşıyır. • Bütün təsərrüfatlarda və məntəqələrdə aparılan epizootiya əleyhinə tədbirlər sənədləşdirilir və hər ayın sonunda Respublika Baş Baytarlıq Idarəsinə hesabat verilir. Yoluxucu xəstəliklər baş verdikdə tezliklə epizootiya əleyhinə kompleks mübarizə tədbirləri təşkil və tətbiq edilir. Yoluxucu xəstəlik baş verdikdə onun diaqnozu düzgün təyin edilməklə, infeksiyanın mənbəyi aydınlaşdırılır və onun yayılmasına qarşı təsirli tədbirlər görülür. Kompleks tədbirlərdən istifadə edilir ki, bu məqsədlə ən çox karantin tədbirləri, infeksion və parazitar xəstəliklərin ləğv edilməsi üçün aparılan spesifik tədbirlər və təsərrüfatın sağlamlaşdırılması tədbirləri aparılır. • Təsərrüfatı vərəm və brüsellyozdan sağlamlaşdırma planı tutulur, Icrayyə Hakimiyyəti tərəfindən təsdiq edilir.

  22. Baytar mütəxəssisləri tərəfindən ildən-ilə heyvanlar arasında baxışın keçirilməsi, profilaktiki peyvəndin, parazitar xəstəliklərə qarşı işləmələrin, müalicə və profilaktiki, baytar-sanitar tədbirlərin və eləcə də aparılan baytarlıq tədbirlərinin səmərəliliyini artırmaqla məhsulların keyfiyyətinin yüksəltmək baytarlıq işinin düzgün təşkilində rolu böyükdür. • Təşkilat və müəssisələrdə baytarlıq xidmətinin quruluşunu düzgün təşkil etmək, baytar mütəxəssislərinin yerləşdirilməyinə və aparıcı sahələrinin biri-biri ilə əlaqəsinə fikir verilməlidir. • Elmin, praktikanın yeni nailiyyətlərindən istifadə etməklə aparılan baytarlıq tədbirlərinin effektivliyini və düzgün təşkili təsərrüfatlarda mühüm rol oynayır. Intensiv texnologiya, əməyin mexanikləşdirilməsi, cins heyvan-ların yaradılması, yem bazasının və yemin kyefiyyətinin yaxşılaşdırılması lazımi səviyyəyə çatdırılmalı. Beləliklə, təsərrüfatda xüsusi baytarlıq xidmətlərinin maddi-texniki bazasını inkişaf etdirmək, bioloji preparatlar, dərman, dezinfeksiya maddələri, alət, əşyaları xüsusi nəqliyyat vasitələrini, təminatını lazımi səviyyəyə çatdırmaq. Baytarlıq müəssisə və təşkilatlarını, müalicəxanaları, ambulatoriyaları, laboratoriyaları, yeni quruluşda müasir tələblərə cavab verən formada inşasının təşkilinə fikir vermək. Effektli müalicə, profilaktiki tədbirlərin aparılmasını təmin etmək hər bir baytar mütəxəssisinin vəzifə borcudur. Fərdi təsərrüfatlarda baytarlıq xidmətini gücləndirmək yoluxucu və yoluxmayan xəstəliklərə qarşı planlı sürətdə baytarlıq tədbirlərini nizamnamə əsasənda aparılmasını təmin etmək.

  23. Baytarlıq tədbirlərinin yerinə yetirilməsində dövlət orqanları və təsərrüfat rəhbərləri və işçiləri yaxından iştirak etməlidir. • Təsərrüfatlarda heyvana qulluq edən və şəxsi heyvan sahibləri baytarlıq tədbirlərinin vaxtında yerinə yetirilməsinə şərait yaradırlar. Yerli kənd bələdiyyəsi də baytarlıq işinin təşkilinə böyük köməklik göstərirlər. Baytarlıq işinin ümumi fəaliyyəti zootexniya, tibb və aqronomluq mütəxəssislərinin fəaliyyəti ilə sıx əlaqədədir. Baytarlıq işinin nailiyyətləri zootexniya tədbirlərinin düzgün təşkil edilməsi ilə bağlıdır. • Heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərlə mübarizə tədbirləri tibbi və baytarlığı bir-biri ilə sıx sürətdə birləşdirir. • Aqronomluq və baytarlıq işinin əlaqəsi heyvandarlığın inkişafı üçün bol yem bazasının yaradılması və meliorasiya tədbirlərinin düzgün aparılmasından ibarətdir. • Baytarlıq tədbirləri bir neçə sahəyə bölünür: baytarlığın ümumi təşkilati məsələləri; ümumi profilaktika və diaqnostik tədbirlər; spesifik profilaktika; baytarlıqda müalicə; epizootiya əleyhinə tədbirlər; baytar-sanitar işi; baytarlıqda maddi-texniki təminat; üçot və hesabat işləri; elmi –tədqiqat işi; kadrların hazırlanması və s. Baytarlığın göstərilən sahələrinin işi bir-birilə sıx əlaqədardır və bir-birini tamamlayır.

More Related