Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar universiteti
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 12

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI PowerPoint PPT Presentation


  • 74 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU :

Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


Az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar universiteti

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi

YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI

MÜHAZIRƏNIN MÖVZUSU:

Döllənmə (myalanma) prosesi və rüşeymin (transplantasiyası) köçürülməsi

Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu

Gəncə-2009


M hazir nin plani

MÜHAZIRƏNIN PLANI

  • 1.Döllənmə nədir.

  • 2.Neçə cür döllənmə vardır.

  • 3.Döllənmə hrada gedir.

  • 4.Yumurta hüceyrəsi döllənmə qabiliyyəti neçə saat saxlayır.

  • 5.Kənd təsərrüfatı heyvanlarında mayalanmadan neçə saat sonar spermatozoid yumurtalıq borusuna çatır.

  • 6.Donor heyvanın seçilməsi.

  • 7.Resipient heyvanın seçilməsi.

  • 8.Rüşeymin çıxarılması və yeridilməsi.


M hazir m tnin m vafiq d biyyatlar

Mühazirə mətninə müvafiq ədəbiyyatlar

  • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975.

  • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986.

  • 3. E.Bəşirov –Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1968.


D ll nm mayalanma prosesi

Döllənmə (mayalanma) prosesi

  • Yumurta hüceyrəsi ilə spermatozoidin görüşüb , bioloji qovuşması nəticəsində hir iki cinsi hüceyrədən yeni fərqli rüşeymin (ziqotanın) əmələ gəlməsi döllənmə prosesi adlanır. Döllənmə k/t heyvanlarında dişi heyvanın daxilində, yumurtalıq yollarında getdiyinə görə daxili döllənmə hesab edilir. Lakin k/t heyvanlarından fərqli olaraq balıqlar və qurbağalarda döllənmə orqanizmdən kənarda (suda) gedir. Odur ki, bu növ mayalanma xarici döllənmə hesab edilir.

  • Döllənmə olduqca mürəkkəb bir prosesdir. Bu proses yumurta hüceyrəsi və spermatozoidin tam yararlı olması ilə, spermatozoidin və yumurta hüceyrəsinin hərəkəti ilə, dişi cinsiyyət yolundakı şəraitlə sıx əlaqədardır. Bu şərtlərin təsirindən döllənmə faizi artıb və ya azala bilər. K/t heyvanlarında döllənmə prosesi üçün əlverişli şərait dişi cinsiyyət yolunda cərəaxıtma və hövrəgəlmə baş verdikdə olur. Odur ki, dişi heyvanlarda süni mayalanma və təbii cütləşmə bu dövürdə aparılmalıdır.


Zoobaytarl q v mt nasl q fak lt si yoluxmayan x st likl r kafedrasi

  • Bu dövrün sonunda ovulyasiya gedir, yumurta hüceyrəsi azad olaraq əksərən yumurtalıq yolunun qıfşəkilli hissəsinə düşür və yumurtalıq yolunun ampulvari genişliyinə qədər hərəkət edərək, orada spermatozoidlə görüşür. Yumurta hüceyrəsi yumurtalıq borusunda 12 saatadək mayalanma qabiliyyətini saxlaya bilir. Bu müddət keçdikdən sonra yumurta hüceyrəsi köhnəlir, onun döllənmə qabiliyyəti itir, döllənmə prosesi baş vermir və nəticədə belə dişi heyvanda bir cinsiyyət tsıkli nəticəsiz və səmərəsiz keçir.

  • Elmi-tədqiqatlara müəyyən edilmişdir ki, spermatozoidlər dişi cinsiyyət yolunda yumurtalıq borularına doğru irəliyə düz xətt üzrə hərəkət edirlər. Cinsiyyət yolunda spermatozoidlərin sürətlə fəal hərəkət etməsinə, balalıq əzələsinin yığılıb-açılması (təqəllüsü) yardım edir. Spermatozoidlərin dişi cinsiyyət yolunda cərəaxıtma dövürdə kənar olan mayanın əksinə doğru hərəkət etməsi xassəsi peotaksis adlanır.

  • Spermatozoidlərin yumurtalıq borusunun ampulşəkilli hissəsinə çatması, spermanın yeridilməsi və heyvan növü ilə sıx əlaqədardır. Madyanlarda mayalanmada 30-60 dəqiqə sonra spermatozoidldər yumurtalıq borusuna çatır, itlərdə 25 saniyə, buğanı spermatozoidi cinsi əlaqədən 3-14 saat, Qoyunlarda 30-60 dəqiqə sonra çatır. Orta hesabla spermatozoidlər bir dəqiqədə öz uzunluğundan 600-700 dəfə yol gedir. Yumurta hüceyrəsinin döllənməsi üçün cinsiyyət yoluna 100-minlərlə spermatozoid yeridilməsinə baxmayaraq, yumurtalıq yoluna onların hamısı yox, müəyyən hissəsi çatır, döllənmədə bir qismi iştirak edir.


Zoobaytarl q v mt nasl q fak lt si yoluxmayan x st likl r kafedrasi

  • Spematozoidlər dişi cinsiyyət yolunda döllənmə qibiliyyətini orta hesabla 36-48 saat saxalya bilir. Bu müddətdən sonra onlar döllənmə qabiliyyətini itirir. Spermatozoidlər üçün ən əlverişli şərait balalıq boynunda (30 saatadək) ən az isə balalıq yolunda (3-6 saat). Balalıq yolunda iltihabı proses olanda (45-dəqiqə) döllənmə qabiliyyətini itirir. Yüzlərlə spermatozolidlər hərəkət edərək yumurtalıq borusunda yumurta hüceyrəsinin xarici təbəqəsinin deşirlər və özlərindən trepsin termenti ifraz edilir. Bu fermentin təsiri nəticəsində yumurta hüceyrəsinin divarını deşib oraya daxil olurlar. Spermatozoidlərin yumurta hüceyrəsinin divarının deşməsi xassəsinə tiqmotaksis deyilir. Akad. V.K. Milovanova görə yumurta hüceyrəsi protoplazması, orada isə nüvənin yaxınlığına onlarla spermatozoid daxil olur, ancaq yumurta hüceyrəsinin nüvəsi ilə spermatozoidlərin biri qarışır, qalanları isə həll olur və qida maddələrə kimi istifadə olunur.

  • Prof. I.I. Sokolovskaya və başqaları döllənmə prosesini 3-əsas mərhələdən ibarət olmasını göstərirlər.

  • Spermatozoidlərin yumurta hüceyrələrinin divarlarındakı follikulyar hüceyrələr qatını pozaraq yumurta hüceyrəsinin şəffaf təbəqəsinə çatması.

  • Spermatozoidlərin yumurta hüceyrəsinin şəffaf təbəqəsinin tamlığını pozaraq nisbətən daxilə hərəkət etməsi.

  • Spermatozoidlərin yumurta hüceyrəsi protoplazmasına daxil olaraq nüvəyə yaxınlaşıb onunla tam qarışması. Sonuncu mərhələdən sonra yeni orqanizmin başlanğıcı qoyulur və döllənmə prosesi bitmiş hesab edilir.


Zoobaytarl q v mt nasl q fak lt si yoluxmayan x st likl r kafedrasi

  • Akademik V.K.Milovonov isə döllənmə prosesini 4 mərhələdən ibarət olmasını qeyd edir. Onun fikrincə 3-mərhələ sərbəst olaraq 2-mərhələdən, yəni spermatozoidin yumurta hüceyrəsi cisminə daxil olmasından (3-mərhələdə) və hər iki hüceyrənin bir-birinə qarışaraq, nüvələrinin birləşməsindən ibarətdir.

  • Bəzən yumurta hüceyrəsinin protoplazmasında nüvəyə yaxın 2 və çox spermatozoid daxil olur, belə hadisə polispermiya adlanır. Belə hal heyvanlarda normal fizioloji hadisədir, çünki hər iki cinsi hüceyrələrin nüvələri bir-birinə qarışır. Nadir hallarda yumurta hüceyrəsinin nüvəsi, bir neçə spermatozoidin nüvəsinə qarışır. Belə hallar patoloji polispermiya adlanır. Patoloji polispermiya baş verdikdə rüşeymin inkişafı pozularaq müxtəlif eybəcərliklərə səbəb olur.

  • Cərəaxıtma və hövrəgəlmə dövrü nisbətən uzun müddət davam edən heyvanlarda ovulyasiya zamanı azad olmuş bir neçə yumurta hüceyrəsi müxtəlif erkəklərin spermatozoidləri ilə görüşə bilirlər. Belə hadisə supertekundasiya adlanır. Donuzlarda, itlərdə, pişiklərdə boş ona görə müxtəlif balalar (rəngli) olur.


R eymin transplantasiyas k r lm si

Rüşeymin (transplantasiyası) köçürülməsi.

  • Rüşeymin transplantasiyası dedikdə donar-heyvanların cinsiyyət üzvlərində rüşeymin resipient-heyvanların cinsiyyət üzvlərinə köçürülməsi deməkdir. Bu zaman resipiyentlərin orqanizmində rüşeymin və daha sonra dölün inkişafı müşayət olunan normal boğazlıq baş verir.

  • Rüşeymin transplantasiyası üzrə tədqiqnatların aparılmasına XIX-əsrin sonlarında başlanmışdır. Xipp (1891) o da dovşanlarında rüşeymin inkişafının xüsusiyyətlərini və ona oraqnizminin onun inkişafına təsirini öyrənməklə rüşeymin transplantasiyası üsulundan istifadə etmişdir. 1949-1939-cu illərdə A.V. Kvasnitski dünyada ilk dəfə olaraq donuzlarda yumurta hüceyrələrinin və ziqotaların transplantasiyası üsulu ilə heyvanlardan bala almağa müvəffəq olmuşdur. A.I. Lapirin isə qoyunlarda rüşeymin köçürülməsinə nail olmuşdur. Sonralar rüşeymin transplantasiyası atlarda, keçilərdə, inəklərdə həyata keçirilmişdir.


Zoobaytarl q v mt nasl q fak lt si yoluxmayan x st likl r kafedrasi

  • Bu sahədə elmi nailiyyətlər tədricən təsərrüfat şəraitində də öz tətbiqini tapmağa başlanmışdır. Belə ki, əgər 1974-cü ildə bir donor heyvandan rüşeymin köçürülməsi nəticəsində resipiyentlərdə boğazlıq 1,6 təşkil edirsə, bundan 6-7 il sonra hər donora artıq dörd boğazlıq düşürdü. Daha sonra dünyanın bir çox ölkələrində rüşeymin köçürülməsi uğurla istehsalata tədbiq olunmağa başlandı. ABŞ və Kanadada yalnız 1979-cu ildə rüşeymin transplantasiyası yolu ilə 30.000 baş buzov alınmışdır.

  • Hazırda rüşeymin köçürülməsi üzrə elmi nailiyyətlər uğurla istehsalata tətbiq edilir, qaramalda bu sahədə əldə edilmiş təcrübə digər kənd təsərrüfatı heyvanları ilə damazlıq işində də istifadə olunur.

  • Rüşeymin transplantasiyası kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsul bir rekordçu inəkdən ildə 30-50 baş bala almağa və bunlar da qiymətli heyvanlardan alınan yeni nəslin baş sayının artırılmasına imkan yaradır.

  • Inəyin balalığının hər bir balalıq buynuzuna bir rüşeym köçürmək yolu ilə heyvanlarda iki buzovun alınmasına nail olmaq mümkündür və yaxud, inəkdə mayalanma yalnız bir balalıq buynuzunda gedibsə, boğaz olmamış ikinci buynuzuna əlavə olaraq rüşeym köçürməklə heyvandan iki bala almaq olar.


Zoobaytarl q v mt nasl q fak lt si yoluxmayan x st likl r kafedrasi

  • Digər tərəfdən, rüşeymin transplantasiyası yolu ilə müxtəlif xəstəliklərə qarşı immuniteti olan yerli cinsli inəklərdən damazlıq baxımından dəyərli heyvanları almaq mümkündür. Heyvandarlıqda növlərarası hibridləşdirmə sahəsində də rüşeymin transplantasiyası üsulundan istifadə etmək olar. Məsələn bu üsuldan istifadə etməklə, keçi rüşeymini qoyuna köçürdükdə tam normal keçi balası almaq mümkün olmuşdur və əksinə, keçilərə qoyun rüşeymini transplantasiya etməklə, sağlam, normal quzular alınmışdır.

  • Lakin nəzərə almaq lazımdır ki, təsərrüfat şəraitində rüşeymin transplantasiyasının üstünlüklərinə nail olmaq üçün təsərrüfatda gündəlik olaraq aqrozoobaytarlıq və təşkilatı tədbirlərin həyata keçirilməsində dəqiq və ciddi riayət olunmalıdır.

  • Rüşeymin transplantasiyası üzrə iş aşağıdakı qayda üzrə həyata keçirilir:

  • donor və resipient heyvanın seçilməsi;

  • donor heyvanlarda superovulyasiyanın törədilməsi və onların mayalandırılması.

  • donor heyvandan rüşeymin alınması.

  • rüşeymlərin qiymətləndirilməsi, yetişdirilməsi və saxlanılması.

  • resipintlərin cinsiyyət tsıklının donorun cinsiyyət tsıklı ilə sinxronlaşdırılması.

  • rüşeymin morula və ya blastula mərhələsində olduğu zaman onun resipientə köçürülməsi.


Donorun se ilm si

Donorun seçilməsi

  • Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik heyvan olmalıdır. Bu heyvanda hormonol yolla poliovulayasiya törətdikdən sonra onu yüksək məhsuldar törədicinin sperması ilə mayalandırılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə heyvanlar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yaralı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşmiş 4-5 yaşında olan sağlam süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər.


R eymin xar lmas

Rüşeymin çıxarılması.

  • Rüşeymlərin qeyri-cərrahi üsulla çıxarılması zamanı heyvanlar dəzgahda təslit edib, düz bağırsağı möhtəviyyatdan azad edilir və diqqətlə rektal müayinə aparılır. Sonra isə balalıq boyuncuğu boşluğuna 50-60 ml həcmli 500 ml. düllikko fosfat-bufer duz məhlulu yeridilir və balalıq düz bağırsaqdan nəzarət olunur və sonra balalıq buynuzları yuyulduqdan sonra balalıqdan rüşeym çıxarılır. Resipent heyvana yeridilir resipent heyvanlar seçilir bu məqsədlə canlı kütləsi 350-380 kq arasında olan 16-18 aylıq düyələrdən və yaşı 7-ildən yuxarı olmayan inəklər istifadə edilir.

  • Seçilmiş resipiyentlər sağlam, maddələr mübadiləsində qüsurları olmayan heyvanlar olmalıdır. Hər donor heyvana 6-8 baş resipiyent tutulur, resipiyent heyvanlarda əvvəlcədən hormonal preperatların təsiri ilə hövürə gətirilir. Sonra rüşeym ilə mayalandırılır 1-2 aydan sonra rektal yolla boğazlığı təyin olunur.


  • Login