1 / 18

FƏNN: ANATOMİYA M Ö VZU : DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI. FƏNN: ANATOMİYA M Ö VZU : DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ. MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A. GƏNCƏ-2009. Mövzunun Planı 1. Daxili üzvlər nədir? 2. Daxili üzvlərin quruluşu necədir?

overton
Download Presentation

FƏNN: ANATOMİYA M Ö VZU : DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİZOOBAYTALIQ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ ƏCZAÇILIQ VƏ MORFOLOGİYA KAFEDRASI FƏNN: ANATOMİYA MÖVZU: DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ. MÜHAZİRƏÇİ:DOS.RAMAZANOV.A GƏNCƏ-2009

  2. Mövzunun Planı 1. Daxili üzvlər nədir? 2. Daxili üzvlərin quruluşu necədir? 3. Boru şəkilli üzvlər nədir və onların hansı qişaları var? 4. Vəzilər, onların quruluşu – əhəmiyyəti. 5. Daxili üzvlərin quruluş qanuqauyğunluğu. 6. Daxili orqanların filo-ontogenezi. 7. Qidalanma və innervasiyası. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  3. ədəbiyyat • И.В.Хрустальева, Н.В.Михайлов и др. Анатомия домашних животных. Москва, «Колос» 1997. • I.Abbasov, R.Rüstəmov. Ev heyvanlarının anatomiyası. II cild. 1962-ci il. • Özümün mühazirə mətnlərim. (il boyu). DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  4. Daxili üzvlər və ya içalat ( splanchna s. viscera) əsasən: bədən boşluqlarında ( döş, qarın və çanaq yerləşir, lakin bunlardan bir qismi: məsələn həzm, tənəffüs, sidik və cinsiyyət üzvlərinin bir qismi bədən boşluqlarınının daxilində deyil, ondan xaricdə yerləşir. Əslində içalata bədənin elə üzvləri adi edilir ki, onların daxil olduğu sistem müəyyən deşik ( girəcək və ya çıxa-caq) vasitəsilə xarici mühitlə əlaqədə olsun. Buna əsaslanaraq daxili üzvlərə həm girəcək (ağız) və həm də çıxacaq (anus) deşikləri olan həzm üzvləri sistemi girəcək deşiyinə (burun deşikləri) malik olan tənəffüs üzvləri sistemi, və yalnız çıxacaq deşiyinə malik ( sidik-cinsiyyət kanalının sonu) aid edilir. Bəzən ürək dalaq və daxili sekresiya vəzilərini də buraya aid edirlər. halbuki, bu axırıncı üzvlər anatomiyanın müxtəlif şöbələrində (angiologiya və endokrinologiyada öyrənilir. Həzm, tənəffüs və sidik üzvləri sistemi maddələr mübadiləsinə, cinsiyyət üzvləri isə həyati bir nəsildən digərinə keçiməyə xidmət edir. Həzm üzvləri vasitəsilə qida qəbul edilir, həll edilib sorula bilən hala salınır və qan limfaya keçir, həll ola bilməyən hissələr isə bağırsaq vasitəsilə xaricə atılır. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  5. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  6. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  7. Tənəffüs üzvləri qazlar mübadiləsinə xidmət edir, yəni atmosfer havası tərkibində ağciyərlərə gəlmiş oksigen qana keçi bonu zənginləşdirir, qandakı artıq karbon qazı isə ağciyərə oradan da xaricə çıxır. Sidik üzvləri- toxuma və hüceyrələrdə gedən reaksiyalar nəticəsində əmələ gəlmiş lazımsız və zəhərli maddələri qandan alaraq (sidik şəklində) xaricə çıxarır. Daxili üzvlərin çoxu boru şəklində qurulduğu üçün onlara boruşəkilli üzvlər deyilir. boruşəkilli üzvlər isə: 1) selikli qişa, 2) selikaltı qişa, 3)əzələ qişası birdə 4) seroz qişadan qurulur. 1) Selikli qişa- tunica mucosa- boru mənfəzini daxildən örtən qişaya deyilir. Selikli qişa öz növbəsində 2 təbəqədən ibarətdir: A)daxili epiteli qatı, b) Xarici xüsusi selikli qişa qatı. Normal selikli qişa cəhrayı rənglidir. O, yumşaq, elastiki, nəm, seliklə örtülü və adətən büküşlü olur. Onun birləşdirici toxuma hissəsində qan damarları, limfa damarları və sinirlər şaxələnir. selikli qişa vəzilərlə zəngindir. 2) Selikaltı qişa- tunica submucosa- selikli qişadan xaricdə yerləşməklə, baş birləşdirici toxumadan əmələ gəlir. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  8. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  9. Selikaltı qişanın olması sayəsində üzvün divarında asanlıqla büküşlər əmələ gəlir və həmdə genələ bilir ( məsələn, yem borusunda, bağırsaqda) bəzi üzvlərdə seliklatı qişa olmur. Selikaltı qişa, selikli qişanı əlavə əzələ qatı ilə birləşdirir. bu əzələ qatı selikli qişa ilə selikaltımqişa arasında yerləşməklə, selikli qişa əsasını əzələ təbəqəsi- tunica muscularis mucosae- adlanır. Məhz bu əzələ təbəqəsinin, və onun yığılması sayəsində də selikli qişada büküşlər əmələ gəlir. Əzələ təbəqəsi-tunica muscularis. Bu qişa, selikli qişadan xaricdə əgər selikaltı-qişa olarsa, ondan sonra yerləşir. Daxili üzvlərdə olan əzələ qişası, adətən saya əzələ liflərindən (bəzi daxili üzvlər, məsələn, dil, udlaq və yem borusunun çox hissəsi müstəsna olmaq şərti ilə) əmələ gəlmişdir. Boru divarındakı əzələ qişası iki təbəqədən ibarətdir. a) daxili dairəvi təbəqə- stratum circulare, b) xarici uzununa təbəqə –stratum longitudinale. Dairəvi təbəqənin əzələ lifləri bəzi üzvlərdə (məs, mədə çıxacağında- büzücü əzələlər m.m.sphincteres əmələ gətirirlər. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  10. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  11. Boru divarındakı dairəvi və uzununa əzələ liflərinin növbə ilə yığılması sayəsində boru mənfəzi genəlib, ya da daralır, ya uzanır və ya qısalır. Bu növ hərəkət sayəsində boru mənfəzindəki möhtəviyyat bir yerdən başqa yerə hərəkət edir. Bu hərəkətə soxulcanvari və ya peristaltik hərəkət deyilir. Bəzi üzvlərdə bir də çəp əzələ liflərinə (məsələn mədədə) rast gəlmək olar. 4) Seroz qişa –tunnica serosa-boruşəkilli üzvlərin xarici qişası olub, boş birləşdirici toxumanın incə təbəqəsi vasitəsilə əzələ qişası ilə birləşir. 2 təbəqədən ibarətdir: 1) daxili qatdan bu birləşdirici toxumadan ibarətdir. 2) xarici qişadır ki, bu da yastı epitelidən əmələ gəlməklə mezotelii adlanır. Seroz qişaya bədən boşluqlarının divarlarında rast gəlmək olar. Əgər boruşəkilli üzv həmin boşluqdan xaricdə yerləşərsə, onda belə seroz qişaya xarici birləşdirici toxuma qişası –tunica adventitia adlanacaq. Bəzən eyni üzvdə həm seroz, həm də adventisiya qişasına bir rast gələ bilərik. Məsələn, yem borusunda, balalıq yolunun kranial yolunda irəli tərəfdə. seroz qişa nazik, şəffaf və sığallı olmaqla seroz maye ifraz edir və boşluqların DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  12. divarını nəm saxlayır və bununla da üzvlərin bir-birinə sürtünməsinin qarşısını alır. seroz qişa iki vərəqlidir: 1) boşlu-ğun divarını örtən vərəq divar vərəqi (yaxud parietal) lamina parietalis, 2) boşluqdakı üzvün üstünü örtən vərəq, yaxud visse-ral –lamina visseralis adlanır. bu vərəqlərin arasında boşluq qalır ki, onun da arasında seroz maye olur. bu maye daxili üzvləri sür-tünmədən qoruyur. orqanizmdə seroz qişa seroz kisələr –sacci serosi əmələ gəti-rir. seroz kisələr 4 ədəddir. bunlardan: 3 ədədi döş boşluğunda, 1 ədədi isə qarın boşluğunda yerləşir. bunlardan: plavranı- pleura, perikardı –pericardium və peritonu–peritoneum-u göstərə bilərik. boruşəkilli üzvlərin divarı vəzilərlə zəngindir: bu vəzilər –glandulae adlanır. bunlar sekret və ya ekskret ifrazetməyə uyğunlaşmışlar. vəzilərin məhsulu 2 növdür a) sekret orqanizmə lazım olan məhsula deyilir (mədə şirəsi, süd, ağız suyu və s.) b) ekskret –orqanizmə lazım olmayan məhsula deyilir, məsələn, sidik, tər. vəzilər quruluşuna və formasına görə təkhüceyrəli və. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  13. çoxhüceyrəli olurlar. Təkhüceyrəli vəzilər həzm kanalının selikli qişasında tə-sadüf edilən qədəhəbənzər hüceyrələr aiddir. Qədəhəbənzər hüceyrələr selikli sekret ifraz edir. bunlar ən çox tənəffüs yolla-rında və bağırsaqlarda yerləşirlər. Çoxhüceyrəli vəzilər orqanizmdə çox yayılmış vəzilər-dəndir. Bu vəzilərin orqanizmdə bir qismi bilavasitə borunun divarında yerləşir. bunlardan: divar daxili intramural və divar-xarici ekstramural vəzilərə bölünür. vəzilər quruluş funksiyaları-na görə də fərqlənirlər. Məsələn, xarici sekresiya, yaxud ekzo-krin –glandulae excretoriae –ağız suyu vəziləri, qara ciyər və s. g.sine ductibus- göstərə bilərik. Bəziləri isə inkişaf zamanı epiteli təbəqəsi ilə əlaqələrini itirir-lər, belə vəzilərin xariclə əlaqəsi olmur və hazırladıqları məhsul bilavasitə qana və limfaya keçir, bunlara endokrin və ya-xud daxili sekresiya vəziləri deyirlər. məhsulu isə inkret və ya hormon adlanır –hormonio sözündən götürülməklə oyadıram deməkdir . bu vəzilərin bir qrupu isə qarışıq tiplidir: yəni həm DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  14. xarici və həm də daxili sekresiya rolunu oynayırlar. məsələn, mədəaltı vəzi, xayalar və yumurtalıqlar. vəzilər ifrazetmə me-xanizminə görə üç qrupa bölünürlər: 1) merokrin, 2)apokrin 3)holokrin. 1) Merokrin vəzilər: belə vəzlər sekret hazırlayarkən hüceyrənin sitoplazması pozulmur. məsələn, tər vəziləri, ağız suyu vəziləri. 2) Apokrin vəzilər. bu vəzilər sekret hazırlayarkən hü-ceyrənin bir hissəsi də şirə ilə bir yerdə qopur, yəni hüceyrə-lərin bir qismi parçalanır. məsələn, süd vəziləri və bəzi tər vəziləri. şübhəsiz, parçalanmış hüceyrələrin yerinə yeniləri əmələ gəlir. 3) Holokrin vəzilər belə vəzilərin sekreti parçalanmış, hücey-rələrin hesabına əmələ gəlir. Məsələn, piy vəziləri.vəzilər, sadə və mürəkkəb olurlar. bunlardan da hər ikisi borulu və alveollu vəzilərə bölünürlər. 1) Sadə borulu vəzilər: tər vəziləri və qulaq kiri ifraz edən vəzilər aiddir. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  15. 2) Sadə alveollu vəzilər. dərinin kiçik piy vəziləri aiddir. 3) Mürəkkəb borulu vəzilər:bura dil, tənəffüs yollarının və-ziləri və qara ciyər aiddir. 4) Mürəkkəb alveollu vəzilər. buraya mədəaltı və qulaqdibi vəziləri aiddir. Sistemin filogenezinə gəldikdə biz deməliyik ki bu sistem filogenez cəhətcə ən qədim sistemlərdəndir, çünki o baş-qa sistemlərə nisbətən birinci olaraq meydana çıxmışdır. çünki heyvan bu mütləq vacib şərtdir. Həzm prosesi iki növ olur. 1)hüceyrədaxili və bəzi aşağı sinif çoxhüceyrəlilərdə rast gəl-mək olar. süngərlərdə və bağırsaqboşluqlarda gedən həzm pro-sesini birinci dəfə 1877-ci ildə Y.Y.Meçnikov təsvir etmişdir. təkhüceyrəlilərdə (məsələn, əmöbdə) həzm prosesi hüceyrənin daxilində gedir. Çoxhüceyrəlilərdə isə həzm prosesi xaricində gedir (məsələn, hidrada). Qurdlarda həzm üzvləri hələ müəyyən dərəcədə bağır-saqboşluqlarda olduğu kimidir. Burda ön bağırsaq şöbəsi adlanır. Həm də orta bağırsaq şöbəsi vardır. arxa bağırsaq olmur. Ali quruluşlu qurdlarda isə bu şöbə 3, ön, orta və arxa bağırsaqlara bölünür DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  16. . xordalılarda məsələn neştərçədə həzm sistemi ağız deşiyi ilə başlanır və ağızın gerisində çoxlu miqdarda qəlsəmə yarığı var-dır. Qida udlağa, ordan orta bağırsağa və arxa bağırsağa keçir. Balıqlarda həm baş bağırsaq şöbəsi, bu tənəffüs funksiyasını ye-rinə yetirir. Ön bağırsaq, yem borusu və mədədən ibarətdir. qara ciyər və mədəaltı vəzisi vardır. Arxa bağırsaq yoğun bağırsaq adlanır. Amfibilərdə (suda-quruda yaşayanlarda) bu sistem çox dəyişikliyə uğrayır, Belə ki, bunlarda ağız boşluğu udlaqdan ay-rılmışdır, özü də havanı qoxu üzvündən xoana vasitəsilə traxe-yaya keçirməyə xidmət edir. Beləliklə, qoxu üzvü tənəffüs üz-vlərinin tərkibinə daxil olur. Ön bağırsağa yem borusu və mədə aiddir. Orta bağırsaq ayrı-ayrı şöbələrə bölünməmişdir. arxa ba-ğırsaq genişlənərək adi kloaka şəklini alır. Öd kisəsi və mədəaltı vəzisi də vardır. Peptililərdə (sürünənlərdə) amfibilərdə həzm kanalındakı şöbələrə bura da rast gəlinir. Lakin qəlsəmələr hələ rüşeym dövründə reduksiyaya uğrayır. Ağız-udlaq şöbəsində ikinci sərt damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğun-dan ayrılır. Orta bağırsaq şöbəsində ilgəklər çox olur. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  17. arxa bağırsaq şöbəsi amfibilərinki kimi qalır. Arxa bağırsaq kor bağırsağa və kloakaya diferensasiya edir. Quşlarda baş bağırsaq şöbəsinə aid olan və udlaq yumşaq damaq vasitəsilə bir-birindən ayrılmışdır. Yem borusu genişlənib çinədan əmələ gətirir –ingluvies əmələ gəlir. mədə iki kameradan ibarətdir. vəzili və əzələvi orta bağırsağa 12 barmaq acı və qalça bağırsaq aiddir. 2 ədəd kor bağırsaq var. çənbər bağırsaq olmur. orta bağırsaq klaokaya açılır. məməlilərdə 4 batırsaq şöbəsi: baş, ön, orta və arxavardır. Ontogenezinə nəzər salsaq həzm kanalının mayasını ilk bağırsaq borusu (archenteron) endoblastik qovuqcuğun rüşeymi daxilində soxulcan hissəsindən əmələ gəlir. Əvvəlcə o sadə boru şəklində olur. Bu boru inkişaf edərək gələcəkdə ilgəklər (məs. nazik bağırsaqda) əmələ gətirir. ğorunun digər hissəsi genişlənərək mədəni əmələ gətirir. Başqa bir yerində isə kor çıxıntı əmələ gətirir. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

  18. Rüşeym inkişaf etdikcə, ilk bağırsaq borusunun ön arxa uclarından baş və quyruq, bağırsaq diferensasiya edir. Sonra kloaka əmələ gəlir. Kloaka xaricdən nazik zarla örtülü olur, sonra həmin zar sorulur (dəlinir) və nəticədə anus əmələ gəlir. eləcə də bağırsaq şöbəsinin ön hissəsində udlaq zarı olur və sonralar udlaq zarı sorulur və yerində (deşilir), nəticədə ağız deşiyi əmələ gəlir. Orta bağırsaq şöbəsi –nazik bağırsaq şöbəsi –intestinum tenue şöbəsi də adlanır. Burda qida maddələri həzm prosesləri nəticəsində parçalanır və sorulur. Yoğun bağırsaq şöbəsi isə – intestinum krassum- şöbəsi adlanır, qida məhsulları burda mexaniki təsirlərə uğradılaraq parçalanıb sorulur, sorula bilməyən qida kütləsi isə kal, nəcis, fekalii şəklində xaricə atılır. Bu şöbədə həm də qıcqırma və çürümə prosesləri baş verir. DAXİLİ ÜZVLƏR HAQQINDA ANLAYIŞ

More Related