AZƏRBAYCAN  DÖVLƏT  AQR
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 100

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası PowerPoint PPT Presentation


  • 100 Views
  • Uploaded on
  • Presentation posted in: General

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Kartof bitkisinin morfoloji quruluşu və kartof sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. KÖKÜYUMRULU BİTKİLƏR Kartof ( solanum tuberosum L.)

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: Kartof bitkisinin morfoloji quruluşu və kartof sortları

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

KÖKÜYUMRULU BİTKİLƏR

Kartof (solanumtuberosum L.)

Topinambur(helinathustuberosus L.)

Batat (ipomoeabatatasLam.)

Maniok(manihotesculentaCrantz.)

Yams (dioscoreaalata L.)

Taro(colocasiaantiquorum L.)

Bunlardan Azərbaycanda ən çox əkilib becəriləni və xüsusi əhəmiyyət kəsb edəni kartofdur.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

KARTOF - SOLANUM TUBEROSUM

КАРТОФЕЛЬ

POTATO


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ

ALƏM – REGNUM

ŞÖBƏ - DİVİSİO

SİNİF – CLASSİS

SIRA - ORDO

FƏSİLƏ – FAMİLİA

CİNS – GENUS

NÖV – SPECİES

YARIMNÖV – SUBSPECİES

NÖVMÜXTƏLİFLİYİ – VARİETİS

SORT - CULTİVAR


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof ( Solanumtuberosum ) : 1 – yumruların intensiv inkişaf dövrü; 2 – toxumdan alınmış cücərti;

3 – çiçək qrupu; 4 – çiçəklər; 5 – yarpaqlar: a – zəif dilimlənmə, b – orta dərəcəli dilimlənmə, v – kəskin dilimlənmə; 6 – meyvəsi; 7 – toxumu.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun mühüm növləri

Kartof badımcançiçəklilər - (Solanaceae) fəsiləsinin ən geniş yayılmış solanumcinsinə daxildir. Mədəni və yabanı olmaqla 200-dən artıq növü müəyyən edilmişdir. Onlardan yalnız adi kartof – Solanumtuberosumnövü əsas əhəmiyyətə malik olmaqla bütün sortları əhatə edir. Digər mədəni növlərindən – solanumdemissum, solanumcurtilobum və s. şaxtaya, quraqlığa və göbələk xəstəliklərinə davamlı olduqlarına görə seleksiyada yeni sortalma işində istifadə edilir.

Kartof bitkisini toxumundan, yumrusundan və onun hissələrindən yetişdirmək mümkündür. Toxumun cücərməsi ləpələrini torpaq səthinə çıxaran digər ikiləpəlilərdə olduğu kimidir, ancaq gövdənin torpaqda qalan buğumlarındanstolon adlanan zoğlar çıxır. Vegetativ artırma üsulunda cücərti yumrunun gözcüklərində olan tumurcuqların inkişafı nəticəsində əmələ gəlir. Bu halda rüşeym kökü olmur. Bitkinin ümumi inkişafı və meyvə vermə xassəsi hər iki üsulda yetişdirilən bitkilərdə eynidir.

Kartofun kök sistemi saçaqlı olmaqla çox tez artmağa başlayır. Ən çox kök kütləsi yumrunun əmələ gəlmə dövründə olur.

Ancaq zəif inkişaf etdiyi üçün bitkinin ümumi kütləsinin 7-7,5%-ni təşkil edir. Əsas kök kütləsi (60%-dən çoxu) torpağın 25 sm dərinliyində yerləşir. Ayrı-ayrı kök telləri 100-150 sm dərinliyə gedə bilir. Torpaqda olan fosfor birləşmələrinin mənimsəmə qabiliyyətinə görə bir çox bitkilərdən üstündür.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Gövdəsi torpaqdan qrupla (3-6 və daha çox) çıxır, 50-80 sm və daha hündürboylu kol təşkil edir. Gövdəsinin sayı və hündürlüyü becərilmə şəraiti ilə bərabər, sortun xüsusiyyəti ilə də əlaqədardır. Sayca çox, nazik və zərif gövdə əmələ gətirən sortlarla bərabər, az miqdarda, ancaq qüvvəli və yoğun gövdəli sortlar da vardır.

Kartofun gövdəsi budaqlanma qabiliyyətinə malikdir. Lakin sort xüsusiyyəti olaraq yalnız alt mərtəbədə (kökboğazına yaxın), yaxud bütün boyu bərabəri və yaxud da üst mərtəbəsində (təpəyə yaxın) şaxələnir.

Gövdənin içərisi aşağı hissədə boş, yuxarıda dolu, en kəsiyi əksər formalarında üç- dördüzlü, bəzilərində dairəvi, rəngi isə yaşıl, qırmızı, darçını və qonuru-qırmızıdır.

Gövdənin torpaqda qalan buğumlarının yarpaq qoltuqlarından10 -12 sm, bəzi sortlarda 40-50 sm uzunluğunda stolon adlanan zoğlar əmələ gəlir. Stolonlar torpaqda üfüqi vəziyyətdə yerləşir və şaxələnir, buğumlarından isə kök dəstələri çıxır. Cavan yumrular stolonların ucunda əmələ gəldiyi üçün onların çox uzun olması (normal uzunluğu 20-25 sm hesab edilir) yuvalarda yumruların xırda və dağınıq olmasına səbəb olur.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

YARPAQLARI

Kartofun yarpaqları mürəkkəbdir. Yarpağın əsas saplağının sonu tək dilimlə (kartofda yarpaqcıq dilim, yaxud yarpaq paycığı adlanır) qurtardığına görə təklələkşəkilli adlanır. Sort əlaməti olaraq əsas saplağın üzərində iri dilimlərin arasında birincilərə nisbətən xırda (ikinci dərəcəli), bunların da arasında daha xırda (üçüncü dərəcəli) dilimlər əmələ gəlir. Yarpağın dilimlənməsi üç qrupa bölünür:

1 – Zəif dilimlənmə – ikinci dərəcəli dilim bir cüt olur, üçüncü dərəcəli dilim əmələ gəlmir.

2 – Orta dərəcədə dilimlənmə - ikinci dərəcəli dilim iki cütə qədər, üçüncü dərəcəli dilim az olur.

3 – Kəskin dilimlənmə - ikinci dərəcəli dilim iki-üç cüt, üçüncü dərəcəli çox olur.

Formasına görə nisbətən tipik dilimli yarpaqlar birinci cüt hesab edilir. Bəzi sortlarda son dilimin əsası iki qonşu dilimlərə bitişir. Kartof yarpağının ayası zəif, yaxud kəskin tüklü olur, rəngi isə sarımtıl-yaşıldan tünd yaşıla qədər dəyişir.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisinin yarpaqları:

1 – təpə dilimi, 2 – yan dilimləri, 3 - yarpaqcıqlar


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun yarpaqları: 1 – zəif dilimlənmə,

2 – orta dərəcədə dilimlənmə, 3 – kəskin dilimlənmə


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Çiçək qrupu

Kartofun çiçək qrupu uzun saplaqlı dəstə təşkil edir. Dəstədə 2-4 çiçək olur. Bitkinin çiçəkləmə və meyvə vermə qüvvəsi sortun bioloji xüsusiyyəti ilə bərabər, onu əhatə edən mühitdən, xüsusilə iqlim şəraitindən asılıdır. Çox hallarda əmələ gələn meyvə orqanları tökülür. Çiçəkləmənin intensivliyinə bitkinin mexaniki zədələnməsi də təsir edir. Ultrabənövşəyi, qırmızı şüaların radiasiyası və nəmliyi lazımi qədər olan mötədil iqlimə malik dağ və dağətəyi rayonlarında kartofun çiçəkləmə və meyvə vermə prosesi normal gedir. Çiçəyin ləçək yarpaqları beş ədəd, ağ, qırmızı, bənövşəyi, göy-bənövşəyi, qırmızı-bənövşəyi rəngli olmaqla bir-birinə bitişmişdir. Hər çiçəkdə beş erkəkcik, bir dişicik vardır. Toz kisələri bir-birinə sıxılaraq konus əmələ gətirirlər. Konus sarı, narıncı, yaşılımtıl-sarı və bədrəng-sarı rəngli olur. Yaşılımtıl-sarı və bədrəng-sarı rəngli toz kisələri ya heç toz əmələ gətirmir, yaxud da tozcuqları çox az və qeyri-məhsuldar olur. Kartof öz-özünü tozlayan bitkidir.

Meyvəsi mədəni formalarında yuvarlaq, az hallarda azacıq uzunsov, ikiyuvalı, çoxtoxumlu gilədir. Toxumları xırda, yastı, boz rənglidir. 1000 ədəd toxumun kütləsi 0,5 qramdır.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun çiçəyi və meyvəsi

Kartofun çiçək qrupu


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisinin ümumi görünüşü

Çiçək qrupu

Yarpaq

Gövdə

Yumrular

Kök sistemi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrusunun quruluşu

Stolonmüəyyən qədər böyüdükdən sonra nəhayəti şişkinləşərək cavan yumru əmələ gətirir. Kartofun yumrusu buğumaraları qısalmış gövdə budağından ibarətdir. Yumrunun üzərində reduksiya olunaraq xırda pulcuq, yaxud enli qaş formasını almış yarpaqlar müşahidə olunur. Əsas formasını və quruluşunu itirmiş belə yarpaqların qoltuğunda 2-3, az hallarda 4-5 gözcük yerləşir. Yumrunun stolona birləşən hissəsi göbək, buna əks olan nəhayəti təpə, vəziyyətinə görə torpağa dayanan tərəfi aşağı, qabarıq tərəfi üst hissəsi adlanır. Yumrunun təpə hissəsində gözcüklər sayca çox olur. Bu onunla izah edilir ki, nisbətən yaşlı hissədə ət qatının çox artması nəticəsində gözcüklər arasında qalan məsafə uzanır.

Yumrunun forması və rəngi – Kartofun yumruları əksər sortlarda yuvarlaq, oval və uzunsov olur. Lakin xarici şəraitin təsirindən hər hansı bir sorta xas olan tipik forma dəyişə bilər. Yuvarlaq yumrunun diametri onun hər tərəfində bərabərdir. Uzunsov formalı yumrunun uzunluğu enindən 2-2,5 dəfə çox olur. Oval formalı yumruların isə orta hissəsi nisbətən enlidir.

Yumrunun ətli hissəsi ağ, sarı, sarımtıl-qırmızı və göy rəngli ola bilər. Müəyyən edilmişdir ki, ətli hissəsi sarı olan yumruların tərkibində azotlu maddələrin miqdarı digərlərinə nisbətən çox olur. Qabığın rəngi mantar qatının qalınlığından və hüceyrə şirəsinin piqmentlərindən asılıdır. Mantar qatı nazik olduqda ətli hissənin rəngi xaricdən seçilir. Məsələn, ətli hissənin rəngi sarı olduqda qabıq da sarı kimi görünür. Mantar qatı qalınlaşdıqca yumrunun rəngi açıq-sarıdan darçınıya qədər dəyişir. Hüceyrə şirəsində olan rəngləyici piqmentlərin təsirindən qabıq çəhrayı, qırmızı, göy, bənövşəyi rəngə çevrilir. Yumrunun səthində mərciməkcik adlanan açıq rəngli xırda nöqtələr vardır ki, tənəffüs və nəmliyin buxarlanması bunların vasitəsilə gedir.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

2

1

Kartof yumrularının forması: 1 – yuvarlaq, 2 - oval


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof sortlarınınyumruları və çiçək qrupu: 1 – Lorx; 2 –faraş yetişən Priekulsk; 3 – Ərzaqlıq; 4 – Falensk; 5 – Qatçinsk; 6 – yetişmiş yumrunun eninə kəsiyi: a – təpə tumurcuğu, b – yan tumurcuq, v – göbəkcik, q – epidermis, d – qabıq, e – damarlı yaxud borulu dəstə, j – özəyi.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrularının formaları


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Bənövşəyi kartof


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof Embrion


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrusunun uzununa kəsiyi: K – qabıq, A – qabığın nişasta dənələri ilə dolu parenxim hüceyrələri,

C – kambi, sağ tərəfdə damar dəstələri, M – özək


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisinin inkişaf fazaları

Fenoloji müşahidələr bitkinin aşağıdakı qeyd edilən əsas inkişaf fazaları üzərində aparılır: 1- cücərmə; 2 - qönçələmə; 3 - çiçəkləmə; 4 -yumrunun əmələ gəlməsi; 5 - yumrunun yetişməsi, yaxud bitkinin yerüstü kütləsinin soluxması.

Cücərmə – toxum vasitəsi ilə yetişdirilən zaman ləpələrin, yumruları ilə artırıldıqda zoğların torpaq səthinə çıxması cücərmə fazası hesab edilir.

Qönçələmə – cücərti torpaq səthinə çıxdıqdan təxminən 30 gün sonra çiçək qrupunda ilk qönçələr görünür. Bu dövr bitkinin qönçələmə fazası adlanır.

Çiçəkləmə – normal şəraitdə qönçələmədən bir neçə gün sonra çiçəkləmə fazası başlanır.

Yumrunun əmələ gəlməsi - çiçəkləmədən bir neçə gün sonra da stolonların nəhayətinin şişkinləşmə prosesi gedir. Bu dövr yumrunun əmələ gəlməsinin başlanğıcı hesab edilir. Bu fazanın başlanğıcını təyin etmək çətin olduğu üçün diqqətli müşahidə tələb olunur.

Yumrunun yetişməsi – vegetasiyanın sonunda bitkinin yerüstü hissəsinin soluxması və quruması yumruların yetişkənliyini göstərir. Yetişmə dövründə eyni zamanda yumrunun qabığı bərkiyir, ana bitkidən, yəni stolondan asan ayrılır.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrusunun anatomik quruluşu

Kartofun yumrusu forması dəyişilmiş gövdədən ibarət olmaqla, daxili quruluşu ilə də ona çox yaxındır.

Cavan yumrunun kəsiyində aşağıdakı hissələri seçmək olur. Yumrunun mərkəzində ötürücü (ana qat) həlqələrlə əhatə olunmuş özək yerləşir. Ana qatın xaricinə doğru parenxim təbəqəsi yerləşir. Ana qatın fəaliyyəti nəticəsində yumru inkişaf edərək ehtiyat qida maddələri, o cümlədən nişasta toplanır.

Tam yetişmiş yumrunun uzununa kəsiyində səthə yaxın, gözcüklərə doğru sıxlaşan damar dəstəsi həlqələri görünür. Bəzi sortlarda damar dəstələri yumrunun qabığı ilə eyni rəngə boyanır. Mərkəzə doğru özək, ən mərkəzdə isə nisbətən sulu hüceyrələr toplanır. Buna görə də yumrunun mərkəzində formasız tünd ləkələr nəzərə çarpır.

Yumrunun kəsiyinə mikroskopda baxdıqda aşağıdakı hissələr müşahidə edilir.

Yumrunun xarici qatı bir neçə cərgə mantar hüceyrələrindən-perisikildən təşkil olunur. Mantarlaşmış təbəqə yumrunu xarici şəraitin təsirindən qoruyur və suyun itməsinin qarşısını alır. Yumrunun daxilinə doğru getdikcə periderma qatı qabığa çevrilir. Arada aralıq hüceyrələri olduqda bu keçid tədrici olur. Rəngli yumrularda aralıq təbəqə hüceyrələrində və peridermada rəngləyici piqmentlər toplanır. Qabıq nişasta dənələri və süzgəc kimi ötürücü borularla dolu parenxim hüceyrələrdən ibarətdir.

İçəriyə doğru təbəqə əmələ gətirən toxuma, yaxud ana qat (kambi), bundan sonra damar dəstələri həlqəsi yerləşir. Ana qatın fəaliyyəti nəticəsində yumru inkişaf edərək damar telləri və oduncaq hissəsi əmələ gətirir. Mərkəzdə özək yerləşir və tumurcuqlara doğru şüa kimi dağılır.

Parenxim nazik divarlı iri hüceyrələrdən təşkil olunur yuxarıda qeyd edildiyi kimi nişasta dənələri ilə dolu olur. Özəyin xarici, qabığın isə daxili nişasta ilə zəngin olur.

Yumrunun ən mərkəzi yarımşəffaf sulu hüceyrələrdən ibarətdir. Qabığın mantar qatının altında azot birləşmələri toplanır kartofun nişasta dənələri ekssentrik təbəqəli və sort xüsusiyyəti olaraq müxtəlif irilikdə olur.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun Azərbaycanda rayonlaşdırılmış sortları

2010 - cuilin məlumatına görə kartofun Azərbaycanda aşağıdakı sortlarırayonlaşdırılmışdır:

1. Oqonyok- Belorus ET Kartofçuluq və meyvə - tərəvəz institutunda yaradılmışdır.1982 - ci ildə Dövlət Reyestrinə daxil edilmişdir.

2. Rodomişiski- Ukrayna ET Polessiya təcrübə stansiyasında 1989 - cuildə Dövlət Reyestrinə daxil edilmişdir.

3. Nevski-Şimal - Qərb ET kənd təsərrüfatı institutunda 1990-cı ildə Dövlət Reyestrinə daxil edilmişdir.

4. Sevinc - Az ET Tərəvəzçilik institutunda 1990-cı ildə Dövlət Reyestrinə daxil edilmişdir.

5. Lyamdota- Latviya Priek. təcrübə seleksiya stansiyasında 1991-ci ildə Dövlət Reyestrinə daxil edilmişdir.

6.Ukrainskiy rozoviy- Kiyev tərəvəz təcrübə stansiyasında 1993-cü ildə Dövlət Reyestrinə daxil edilmişdir.

7. Əmiri 600 - Az ET Tərəvəzçilik institutunda 1997-ci ildə Dövlət Reyestrinə daxil edilmişdir.


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof kolu yumruları ilə birlikdə


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Cavan kartof bitkisinin yeraltı hissəsinin sxematik şəkili


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisinin quruluş sxemi: 1 – yarpaq, 2 - yarpaq payları, 3 – kök boğazı,

4 - inkişafa başlamış yumru, 5 – stolon, 6 – gözcük, 7 – məsaməli borular sistemi,

8 - yeni əmələ gəlmiş yumru, 9 – ana yumru, 10 - yumrunun damarlı həlqələri


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun kök sistemi: 1 – stolonlar, 2 - yumrular


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof bitkisinin yumrulardan inkişaf etməsi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Toxumdan əmələ gələn kartof bitkisinin inkişafı


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrularının qeyri normal inkişafı


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrularının

işıqda cücərdilməsi

Kartof yumrularının qaranlıqda cücərdilməsi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof yumrularının nəm mühitdə (taxta kəpəyində) cücərdilməsi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Yarovizasiya edilmiş kartof kəsikləri


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Torpaqda kaliumun çatışmaması əlaməti


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Torpaqda manqan çatışmazlığı əlaməti


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

  • Torpaqda maqneziumun çatışmaması əlaməti


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

  • Torpaqda kalsium aclığının əlaməti


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Havanın çirklənməsindən baş verən xəstəliklər


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Yüksək temperaturun təsirindən zədələnmiş kartof bitkisi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun hidroaeroponik üsulla yetişdirilməsi


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun mikroklonal üsulla çoxaldılması


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Azərbaycanda 2010 - cu il üçün rayonlaşdırılmış kartof sortları


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartof saxlanan burt: 1 –sonuncu torpaq örtüyü, 2 – birinci torpaq örtüyü, 3 - termometr,

4 – saman, 5 – kartof, 6 – şəbəkəli havalandırma kanalı, 7 – suyu axıtmaq üçün kanal


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofun müxtəlif sortları


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofqazan


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

11 kq-lıq kartof


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Genetik modifikasiya olunmuş kartof


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Əqrəb geni köçürülmüş kartof

Begemotgeni köçürülmüş kartof


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kolarada böcəyinin kartof yarpağının alt hissəsinə qoyulmuş yumurtaları


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Şirin kartof (batat)


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

Kartofdan hazırlanmış qarnir (xuruş)


Az rbaycan d vl t aqr a r un vers tet bitki ilik v bitki m hafiz si kafedras

DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN!


  • Login