1 / 19

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0. Plan.

kert
Download Presentation

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə - 2 0 1 0

  2. Plan 1.Zəhərlənmələr barədə ümumi məlumat 2.Pestisidlər və kübrələrlə zəhərlənmələr 3.Qarabaşaqla zəhərlənmə 4.Tərkibində nitratlar olan yemlərlə zəhərlənmələr 5.Karbohidratla zəhərlənmə 6.Yem mikotoksikozları K/t heyvanlarının zəhərlənmələri

  3. İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-II-hissə, Bakı-Azərnəşr,1961-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Профилактика нарушения обмена веществ у крупного рогатого скота», Москва, «Колос»,1975 5.Шарабрин И.Г. «Внутренние незаразные болезни сельскохозяйственных животных».Москва, «Колос», 1976 K/t heyvanlarının zəhərlənmələri

  4. Kənd təsərrüfatı heyvanlarında zəhərlənmələrə çox tez-tez təsadüf olunur və indi heyvanlar arasında müşahidə olunan yoluxmayan daxili xəstəliklərin böyük bir hissəsini zəhərlənmələr təşkill edir. Zəhərlənmə mərhumu çox böyükdür. Burada kənd təsərrüfatında və tikintidə istifadə olunan zəhərlər, yeyinti və digər sənaye müəssisələrinin tullantıları, sənaye məişəli və zəhərli yemlər, nəhayət mitotoksokozlar daxildir. Hazırda kənd təsərrüfatında 100-dən çox kimyəvi maddə və preparat tətbiq olunur ki, bunların böyük əksəriyyəti kəskin hüceyrə zəhəridir. Zəhərlənmələr öz mənşəyinə görə çox müxtəlifdir. Onları aşağıdakı kimi qrupla.dırmaq olar: 1.Pestisidlər və kübrələr 2.Xörək duzu və karbamid 3.Sənaye yemləri və məhsulları 4.Zəhərli otlar 5.Mikotoksikozlar K/t heyvanlarının zəhərlənmələri

  5. Çəmən və otlarda bitən zəhərli bitkilər də heyvanlar arasında tez-tez zəhərlənmələr verir.Heyvanlar otlayarkən zəhərli bitkiləri seçməyi bacarır, lakin otlaqlarda zəhərli bitkilər çox olduqda heyvanlar onları yem otları ilə birlikdə yeyirlər.Azərbaycanın otlaq və çəmənlərində bitən zəhərli bitkilərdən daha çox diqqəti cəlb edən və heyvanlar arasında zəhərlənməyə səbəb olan kəhra, qara yonca, südlüyən, üskük otu, asırqan, novruzgülü, qarmaq otu və başqalarıdır. Alkaloidlər. Bütün bitkilərin tərkibində 10% alkaloid olur. Bunlar alma, limon, yantar və oksalat turşularının asan həll olan duzları halında bitkilərin tərkibində olur.Alkaloidlərin bir qismi qlikozidlərin tərkibinə aqlükon kimi daxil olub saloninlər (qlikoalkaloidlər) əmələ gətirir. Bəzən bir bitkinin tərkibində bir neçə alkoloid ola bilər. Potamenlər və toksinlər. Təsirlərinə görə alkaloidlərə çox yaxındır. Toksinləri bakteriyalar, göbələklər və bəzi bitkilər törədir. Bakteriyalar və göbələklər xüsusi mühitdə böyük bir qrup maddə yaradırlar ki, bunları potamenlər deyilir. Bunlardan kazaverin, nutressin, neytrin, tiromin, histamin və s. göstərmək olar. Heyvan orqanizminə toksin daxil olduqda ona qarşı xüsusi maddə antitoksin əmələ gəlir.Orqanizmin bu xüsusiyyətindən profilaktik məqsədilə istifadə olunur. K/t heyvanlarının zəhərlənmələri

  6. Qlikozidlər. Efirəbənzər birləşmələr olub, yemlərin dadı və rəngi bunlardan asılıdır. Kimyəvi tərkibi etibarilə qlikozidlər karbohidratlar (qlükoza, qalaktoza, ramnoza) və şəkərsiz birləşmələrdən -aqlükonlardan (xardal yağı, sinil turşusu, alkaloidlər, purin əsasları ) ibarətdir. Bunlara toksik xassə verən şəkərli birləşmələrdir. Üzvü turşular. Bitkilərin tərkibində duz formasında olur, lakin bəzi göbələklərdə isə sərbəst halda da müşahidə edilir. Heyvanlar üçün quzuqulağı, yağ, akanit, xolidon, sinezin, sinil turşuları və ortamükar turşusunun anhidridi olan kujkorin zəhəridir. Turşuların təsiri nəticəsində toxumalarda dərin pozğunluqlar gedərək hətta nekroz belə əmələ gəlir. Efir yağları. Uçucu maddə olub bitkilərə xüsusi iy verir. Kimyəvi tərkiblərinə görə onları oksigensiz, oksigenin və kükürdlü efir yağlarına bölürlər. Belə tərkibin bitkilərin bir hissəsi quruyandan sonra öz zəhərləyici xassəsini itirir, lakin heyvan onları göy halda yedikdə zəhərlənərək mərkəzi sinir sistemində oyanmalar müşahidə olunur. Tərkibində sinil turşusu olan otlar bütün növ heyvanlarda zəhərlənmə verir. K/t heyvanlarının zəhərlənmələri

  7. Məlum olduğu kimi itlərin və donuzların qusma mərkəzinin xüsusiyyəti ilə əlaqədar olaraq bir sıra səbəblər onlarda çox asanlıqla qusma yaradır, lakin buna baxmayaraq onlar qıcıqlandırıcı təsirə malik olan bir çox zəhərli maddələri yedikdə qusmur. Sağmal heyvanların qəbul etdikləri zəhərin xeyli hissəsi südlə ifraz olunur. Bir sıra zəhərlər boğaz heyvanlarda balalığın təqəllüsünü gücləndirərək, vaxtından qabaq balasalmaya səbəb olur. Pestisidlər və kübrələrlə zəhərlənmələr Heyvanlar üçün aşağıdakı pestsidlər zəhərlidir: milçəklər və gənələri məhv edən maddələr – insektisidlər (mərgümüş preparatları, ftor və fosfor preparatları və s.) heyvan və bitkilərdə olan göbələk, bakteriya və virus xəstəlikləri ilə mübarizə vasitələri – fungisidlər (mis-sulfat, mis-xlorid oksidi, AB preparatı, nitrofen, qranozan, merkuran və b.); gəmiricilərə qarşı olan maddələr –rozentisidlər (mərgümüş natr, kalsium-arsenat,sink fosfid və s.); alaq otlarını məhv edən maddələr- herbisidlər (fenol, krezol və sirkə turşusunun preparatları və b.); məhsul yığımı zamanı yarpaqları tökən və bitkiləri qurudan maddələr – defoliant və desikantlar. K/t heyvanlarının zəhərlənmələri

  8. Mineral kübrələrdən heyvanlar üçün zəhərli olanları : azot kübrəsi- ammonium və kalium sitratları, ammonium sulfat və karbamid, fosfor kübrələri – adi və ikiqat superfosfat; kalium kübrələri – kalium-xlorid və kalium-sulfat; mürəkkəb kübrələr – ammonyak, introfos, bunlar tərkibində fosfor turşusu, azot, kalium oksidi saxlayan kübrələrdir; mikrokübrələr – tərkibində bor, mis, molibden, sink, selen, manqan və s. mikroelementlər olan kübrələrdir. Pestisid və kübrələrlə zəhərlənmələrin klinik əlamətləri, diaqnostikası, müalicə və profilaktikası onların tərkibindəki təsiredici maddə ilə əlaqədar olduğundan heyvanlarda yaratdıqları zəhərlənmələri də bir neçə qrupa bölmək olar. Qarabaşaqla zəhərlənmə Qarabaşaq otundan zəhərlənmə - faqoprizm və ya qarabaşaq xəstəliyi adlanır. Qarabaşaq bitkisinin bütün hissələri, xüsusən onun çiçəkləri zəhərlidir. Bu bitki qurudulduqdan sonra da öz zəhərlilik xassəsini saxlayır. Yalnız bişirildikdən sonra o zəhərsizləşir. Bu zaman onun tərkibində rəngverici maddə filloeritrin (xlorofillinin törəməsidir) öz zəhərlilik xassəsini itirir. K/t heyvanlarının zəhərlənmələri

  9. Qarabaşaq K/t heyvanlarının zəhərlənmələri

  10. Faqoprizm adətən heyvanlar günün altında qarabaşaq olan sahədə otarıldıqda, habelə onun küləşi və ya otu ilə heyvanları yemlədikdə əmələ gəlir.Bu zəhərin daha bir sıra xüsusiyyətləri vardır. Dərisi piqmentli heyvanlar və eləcə də heyvanı kölgədə saxlayıb qarabaşaqla yemlədikdə zəhərlənmir. Patogenezi.Qarabaşaq mədə-bağırsaq sisteminə düşdükdən sonra onun zəhəri qana sorulur və qaraciyərə aparılır.Qaraciyər bunun öhtəsindən gəlib zərərsizləşdirə bilmədikdə böyük qan dövranına keçərək dəriyə çatır, filloerit- rinin zəhəri günəş şuaları təsirindən aktivləşərək dəridəki reseptorları qıcıqlandırır.Dəri əvvəlcə qıcıqlanır, şişir, suluqlayır və belə sahələr yanmanı xatırladır. Patanatomiyası.Mədə-bağırsaq sistemində kataral iltihab əmələ gəlir. Qaraciyər və böyrəklər hiperemiyalaşır, parenximası yumşalır, rəngi dəyişir. Əlamətləri. Zəhərlənmənin yüngül formasında heyvanın başında, qulaqlarında, boynunda və bədənində eritematoz, dermatit əmələ gəlir.Dəridə əmələ gəlmiş iltihab ağrılara, şişlərə qaşınmaya səbəb olur, buna görə də heyvan bədənini müxtəlif cisimlərə (divara, ağaca və s.)sürtür. Bu isə prosesi bir qədər də dərinləşdirir. Kəllə nahiyyəsində dermatit olduqda heyvanın gözündən, burnundan və ağzından axıntı gəlir. K/t heyvanlarının zəhərlənmələri

  11. Heyvanın temperaturu yüksəlir, keratit və sarılıq əmələ gəlir,6-8-ci günlər sulu şişlər (ödem) azalaraq dəridəki zədəli sahələr bərkiməyə başlayır. Faqoprizm keçirmiş qoyunların yunu tökülür, baş böyüyür, göz qapaqları şişir. Gedişi. Əksər hallarda kəskin gedişli olur. Heyvan tez sağala bilir. Ağır formada ölüm də baş verir. Diaqnozu. Klinik əlamətlərinə və anamnez məlumatlarına əsasən qoyulur. Çiçəkdən təfriq etmək lazımdır. Müalicəsi. Yemi dərhal dəyuşmək, qarabaşağı yem payından çıxartmaq, xəstəni qaranlq binaya keçirmək və işlətmələr vermək lazımdır. Burada duz işlətmələrindən istifadə etmək olmaz. Ürək dərmanları təyin edilir, dərini yuyub 10%-li ixtiol və ya karbol mazı, Lessarın salisil pastasıistifadə edilir. Profilaktikası. Dərisi piqmentsiz və ya az piqmentli heyvanları qarabaşaq otu və ya unu ilə yemləmək olmaz. Qarabaşaq küləşini qaynatdıqdan sonra başqa yemlərlə qarışdırıb heyvanlara verməli. Qarabaşaq sahələrində heyvanları gündüz otarmaq olmaz. Belə sahələrdə heyvanları axşam, səhər gün çıxmamış və ya gecə otarılması təşkil edilməlidir. K/t heyvanlarının zəhərlənmələri

  12. Tərkibində nitratlar olan yemlərlə zəhərlənmələr Bir sıra bitkilər vardır ki, onlar, xüsusən quraqlıq keçən illərdə torpağa çoxlu azot kübrəsi verildikdə onların kütləsində çoxlu miqdarda nitratlar toplanır. Xüsusən buğda, vələmir, yonca, üç yarpaq, kamış, qarğıdalı, günəbaxan və s. kimi bitkilərin yaşıl kütləsi azot kübrələrindəki nitratları özünə toplayır, gicitkən, çuğundur yarpağı kimi bitkilər nitratlarla çox zəngindir. Yem çuğunduru ilə zəhərlənmə - yem çuğundurunun heyvanlara verilməsi qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə əmələ gətirir. Donuzlara verilən çuğunduru bişirib isti binada tədricən soyutduqda onun tərkibindəki denitrifikasiya edici bakteriyalarının fəaliyyəti nəticəsində nitratlardan zəhərli nitritlər əmələ gəlir. Belə hallarda nitritlər 500 dəfədən artıb çoxalır. Patogenezi. Nitritlər sinir sistemi və qana təsir edən zəhərlər qrupuna aiddir. Bunlar damarların tonusunu və qan təzyiqini aşağı salır. Bu zəhərlər qanda oksihemoqlobini methemoqlobinə çevirir. Nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Patanatomiyası. Mədə möhtəviyyatından azot turşusi iyi gəlir və nitritlərə müsbət reaksiya verir. Mədənin selikli qişası asan soyulur və nişasta həlməşiyinə oxşayır. Bağırsaqlarda hemorroji iltihab əmələ gəlir. Parenximatoz K/t heyvanlarının zəhərlənmələri

  13. orqanlarda hemorragiyalar tapılır,qaraciyər palçıq rəngində olub qan sızmaları ilə əhatə olunur. Əlamətləri. Xəstə donuzlar narahat olur, qusur, ağzından tüpürcək axır, dəri solğunlaşır və soyuyur. Kəskin təngənəfəslik və qıcolma başlayır, temperatur aşağı düşür, cəmi 1-2 saat ərzində heyvan ölür. Diaqnozu. Anamnez məlumatlarına, klinik əlamətlərinə, patanatomik dəyişikliklərinə, yem qalığı və mədə möhtəviyyatının kimyəvi müayinəsindən alınan nəticələrə əsasən diaqnoz qoyulur. Müalicəsi.Methemoqlobinemiyanın aradan qaldırılmasına yönəldilən tədbirlər görülməlidir.Bu məqsədlə donuzun qulağının dibindən dəri altına və ya qulaq venasına hər kq kütləyə 0,02 q metil abısı götürüb 20%-li məhlul halında vurmaq lazımdır. Bununla heyvanın vəziyyəti dərhal yaxşılaşmağa başlayır, 1,5 saatdan sonra methemoqlobinemiya tamamilə itir. Profilaktikası. Çuğunduru əvvəl torpaqdan təmizləyib, yuyub, sonra yaxşı bişirib soyutmaq və suyunu süzən kimi heyvana yedirtmək lazımdır. K/t heyvanlarının zəhərlənmələri

  14. Karbohidratla zəhərlənmə Heyvandarlıqda geniş istifadə olunan qarğıdalı və şəkər çuğunduru karbohidratlarla çox zəngin olan yemlərdir. Bunları mavafiq qaydalarda heyvanlara vermədikdə zəhərlənmə əmələ gəlir. Qarğıdalı ilə zəhərlənmə. Qarğıdalı kənd təsərrüfatında geniş yayılmış bitkidir. Heyvandarlıqda bundan şirəli yem kimi müxtəlif formalarda istifadə olunur. Qarğıdalının sütül dövründə heyvana yedirtdikdə zəhərlənmə əmələ gətirir, lakin qarğıdalı sütül dövründən qabaq və sonra heyvana yedizdirildikdə zəhərlənmə vermir. Heyvanların qarğıdalıdan zəhərlənməsinin etioloji mahiyyəti hələ lazımınca öyrənilməmişdir. Lakin, belə mülahizə edirlər ki, qarğıdalının miqdarı yem payında həddindən artıq olduqda orqanizm külli miqdarda həzmə gedən şəkər alır ki, müvafiq orqanlar bunun öhdəsindən gələ bilmir. Digər tərəfdən qarğıdalı başcığında olan nitrat və nitritlər burada mühüm rol oynayır. Patogenezi. Gövşəyənlərin işkənbəsində mikrofloranın təsirindən karbohidratlar qıcqıraraq çoxlu miqdarda süd turşusu əmələ gəlir. Bu isə asidoz yaradıb, mərkəzi sinir sisteminin və digər orqanların funksiyasını pozur.Boğaz heyvanlar hətta bala sala bilirlər. K/t heyvanlarının zəhərlənmələri

  15. Patanatomiyası. Ağızın selikli qişası qızarır, dil şişib kənara çıxır, işkənbə qarğıdalı qarışıq möhtəviyyatla dolmuş və böyümüş olur. Onun selikli qişası qopur, şirdanda hemorroji iltihab tapılır, nazik bağırsağın selikli qişasında hiperemiya əmələ gəlir, lakin yoğun bağırsaq şöbəsində elə bir dəyişiklik olmur. Plevra, perikard və periton boşluqlarında az miqdarda qırmızıya çalan maye toplanır. Böyrəklərin qabıq altında və böyrək ləyənində, epikardda qan sızmaları əmələ gəlir. Əlamətləri. Zəhərlənmnənin yüngül formasında heyvan sürüdən geri qalır, yeriyəndə arxa ətrafları büdrəyir, oynaqları şaqqıldayır. Xəstə çox yatır, çətinliklə ayağa qalxır. Yem və sudan imtina edir. Ağzından çoxlu tüpürcək axır, selikli qişası bir az göyərir. Gövşəmə dayanır, mədə önlüklərində hipotoniya əmələ gəlir, bağırsaqların peristaltikası dayanır. İşkənbə bərkimiş möhtəviyyatla dolur. İnəyin südü azalır, ürək vurğusu, nəbz və tənəffüs tezləşir. Boğaz heyvan bala salır. Zəhərlənmənin ağır formasında mərkəzi sinir sistemində pozğunluq gedərək əvvəlcə oyanmalar, sonra isə ifliclər müşahidə olunur. Qıcolmlar zamanı heyvan ətraflarını aralı qoyur, qulaqlarını və quyruğunu oynadır. K/t heyvanlarının zəhərlənmələri

  16. Gedişi. Heyvan qarğıdalı sahəsində otarıldıqdan bir neçə saat sonra xəstələnir. Xəstəlik əksər hallarda ildırımvari və ya kəskin gedir, 2-5 gün ərzində heyvan ölür. Diaqnozu. Anamnez məlumatlarına, xəstəliyin kliniki əlamətlərinə və patanatomik dəyişikliklərinə əsasən diaqnoz qoyulur. Müalicəsi. Heyvana qarğıdalı verilməsini dərhal dayandırmalı, işkənbəni su ilə yuyub boşaltmalı, daxilə 10-15 q veratirin xülasəsi, 100-150 ml naftalan nefti verilməli. Bitki zəhərlənmələrinə qarşı kalium-permanqanat məhlulunun verilməsi adətən yaxşı nəticə verir. Bu məqsədlə kalium-permanqanat məhlulu ilə (1:3000) yumağı və bunun 1:1000 məhlulundan (5 l-ə qədər) zondla daxilə vermək məsləhət görülür. Daxilə qlauber duzu və ya gənəgərcək yağını ixtiolla qarışdırıb verməkdə yaxşıdır. Gündə 2 dəfə hər dəfədə 3 litr su içirtmək, ürək fəaliyyətini nizamlamaq üçün venaya 20 %-li kofeindən 20 ml götürüb 130-200 ml 30 %-li qlükoza ilə qarışıq vurmaq lazımdır. Profilaktikası. Qarğıdalını müm yetişmə dövründə heyvanları sahələrdə otarmaq qadağan edilməlidir. Belə qarğıdalının yalnız biçib qurutduqdan sonra heyvana vermək olar. K/t heyvanlarının zəhərlənmələri

  17. Yem mikotoksikozları Bir sıra göbələklərlə yoluxmuş bitkilər kənd təsərrüfatı heyvanlarında zəhərlənmələrə və bəzən kütləvi tələfata səbəb ola bilər. Belə zəhərlənmələr ən çox yemlərin kif, pas, sürmə və klaviseps göbələkləri ilə yoluxmaları nəticəsində baş verir. Erqotizm ( Erqotismus) Erqotizm – covdar mahmızı (Secale cornutum) ilə zəhərlənməyə deyilir. Covdar mahmızı göbələyi dənli bitkilərə yoluxur. Bu göbələklər taxılın sünbüllərində inkişaf edərək taxıla, onun kəpəyinə və ununa qarışaraq zəhərləyici xassə almasına səbəb olur. Covdar mahmızının tərkibində olan kornutin, sfaselin, erqotin turşusu, erqotoksin alkaloidi və bir sıra aminlər zəhərləyici xassə verir. Əlamətləri. Zəhərlənmə kəskin və xronik gedişli ola bilir. Zəhərlənmənin kəskin formasında əsasən sinir sistemi pozğunluqlarına təsadüf olunur. Bu zaman heyvanda əvvəlcə oyanma və narahatlıq əlamətləri, sonralar isə ölgünlük, hissiyatın zəifləməsi və itirilməsi, epilepsiya formalı titrəmələr və toksik qastroenterit simptomları baş verir. K/t heyvanlarının zəhərlənmələri

  18. Bundan başqa salivasiya, yaralı stomatit, qusma aktı, sancı əlamətləri, ishal və boğaz heyvanlarda balasalma bu zəhərlənməyə xas olan simptomlardandır. Xronik formalı zəhərlənmə balasalmaya və qısırlığa səbəb olur. Eyni zamanda xronik erqotizm zamanı bədənin periferik hissələrində ( qulaqlar, quyruq və məmələrdə) quru qanqrena inkişaf edir. Diaqnozu. Diaqnoz anamnez məlumatlarına, zəhərlənmələrin klinik əlamətləri- nə və yemlərin müayinəsinə əsaslanır. Müalicəsi. Zəhərli yemlər dərhal yem payından çıxarılmalı, mədə-bağırsaq sistemini yumaq, dərin imalələr və zəif təsirə malik olan işlətmələr ( yağlar və duzlar) vasitəsi ilə təmizlənməlidir. Heyvana çoxlu su verilməli və suya tannin və ya həlimlər əlavə edilməlidir. Zəhərlənmə zamanı oyanma və coşqunluq əlamətlərini aradan qaldırmaq üçün xloralhidratdan və ya brom preparatlarından istifadə olunur. Komatoz vəziyyətdə kofein preparatları məsləhət ğörülür. K/t heyvanlarının zəhərlənmələri

  19. Covdar mahmızı və onunla yoluxmuş sünbül K/t heyvanlarının zəhərlənmələri

More Related