1 / 14

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI. FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

tiana
Download Presentation

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU: MÜQAVİLƏDƏN ƏVVƏLKİ EKSPERTİZA PROSESLƏRİ Mühazirəçi: baş müəllim ƏLİYEV OKTAY VƏLİ OĞLU Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Tipik nümunələrin hazırlanması və ekspertizası • 2.Göndərilən malların kəmiyyət və keyfiyyətin ekspertizası • 3.İnspeksiyanın nəticələrinin tərtibi

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.M.M.Əliyev, O.V.Əliyev- Ərzaq mallarının kəmiyyət və keyfiyyət ekspertizasının aparılmasının ümumi qaydaları. • 2.M.M.Əliyev- Ekspertizanın nəzəri əsasları. • 3.П.А.Красовский, А.И.Ковалев, С.Г.Стрижов –Товар и его экспертиза.

  4. TƏCHIZATDAN VƏ (VƏ YA) MÜQAVILƏ BAĞLANMAMIŞDAN ƏVVƏL MAL NÜMUNƏLƏRININ KEYFIYYƏT EKSPERTTZASI • Mal nümunələrinin keyfiyyət ekspertizasi "a" və "b" sxemləri üzrə ərizə verərkən keçirilir. Ekspertizanin məqsədi təklif olunan malın keyfiyyət xüsusiyyətlərinin bağlanilan müqavilənin tələblərinə və o cümlədən respublikanin və idxalçi ölkənin qanunvericilik və normativ aktlarına uyğunluğunu aşkarlamaqdir. Belə yoxlamaların nəticələrindən mala müvafiq sertifikatlar verərkən də istifadə edilir. Müqavilə bağlanarkən və yerinə yetirilənəcən ekspertizanın yekunlari ilə hökmən hesablaşirlar. • Mal nümunələrinin keyfiyyət ekspertizasi aşağidakilari özündə birləşdirir: • -malin keyfiyyətinin uyğunluğu göstərilən normativ sənədlərin (normalar, standartlar və s.) seçilməsi; • -ekspertiza zamani yoxlanilan malin (məhsulun) xüsusiyyətlərinin seçilməsi; • -ekspertizanin keçirilməsi üçün laboratoriyanin seçilməsi; • -tədqiqat üçün ərizələrin hazirlanmasi; • -nümunələrin seçilməsi; • -tədqiqatlarin keçirilməsi; • -tədqiqatin nəticələrinin təhlili; • -aktlarin tərlibi.

  5. Ekspertiza zamani yoxlanilan məhsulların xüsusiyyətləri və normativ sənədlər müqavilənin qaydalarina, ərizəçinin arzusuna, mal təchizatçisının və istehsalçisinin reklam məlumatlarına və respublikada və ya idxalçi ökədə fəaliyyət göstərən normalara uyğun olaraq seçilir. Seçilən xüsusiyyətlər və normativ sənədlər sinaq ərizəsində göstərilir. • Ekspertiza üçün tipik nümunələr aşağidakilar ola bilər: • -ərizəçi tərəfindən təqdim edilir və bu halda ekspertiza aktinda müvafiq qeyd aparilir; • -kompaniyanin eksperti tərəfindən seçilmişdir və bu seçilmə 3-cü bölməyə uyğun olaraq aparılir. • Tipik nümunələr bir qayda olaraq, 2 nüsxədən az olmayaraq təqdim edilir və ya götürülür. Bu nümunələrin biri yoxlama üçün götürülür. Bu zaman malin yararliliq müddəti nəzərə alınir. Tədqiqatin şərtlərindən asili olaraq nümunələr 2-dən çox da ola bilərlər.

  6. Yoxlanilan nümunə ekspert kompaniyasinda müqavilənin vaxti keçənə kimi saxlanilir və sonra təchizatçiya qaytarilir. Tədqiqat üçün istifadə olunan nümunələr tədqiqat zamani yararsiz hala düşürsə və ya sərf olunursa, formasi laboratoriya tərəfindən müəyyən olunmuş aktla silinir. Əgər nümunələr öz istehlak xüsusiyyətlərini tədqiqat zamani itirməmişlərsə, belə halda onlar təchizatçiya qaytarilir. Ekspertiza zamani təchizatçidan (istehsalçidan) nümunələr ilə birlikdə ekspertiza üçün lazim gələn bütün istehsal sənədləri o cümlədən əvvəl keçirilən tədqiqatlarin, müayinələrin və sertifikatlaşma sənədlərinin (protokollar, aktlar) əsli tələb olunur. • Tipik nümunələrin ekspertizasi zamanı imkan daxilində və ərizəçinin arzusu və istehsalçinin razilıği ilə malin keyfiyyətini təmin edən istehsal şəraiti ilə, xüsusilə keyfiyyət sisteminin mövcudluğu ilə taniş olmaq tövsiyyə edilir. Belə tanişlığin nəticəsi ekspertiza aktinda öz əksini tapir. Ekspertizanin nəticələri haqda ekspertiza akti tərtib edilir. (əlavə 6) ekspertiza aktinın doldurulmasi haqda göstərişlər 7-ci əlavədə göstərilmişdir.

  7. GÖNDƏRMƏDƏN ƏVVƏL MALLARIN KEYFTYYƏT VƏ KƏMIYYƏT INSPEKSIYASI • Göndərilən mallarin keyfiyyət və kəmiyyət inpeksiyasi yüklənmədən əvvəl və ya yüklənmə zamani göndərmə yerində (liman, dəmir yolu stansiyasi, avtomobil tutarlari, satiş anbarlarinda və s.) yerinə yetirilir. Inspeksiya zamani müqavilənin və mal müşayiətedici sənədlərin tələblərinə uyğunluğuna görə mallar bütövlükdə və ya seçmə yolu ilə yoxlanilir. Ərizəçinin arzusu ilə malin yalniz miqdari, onun qablaşdirilmasi, markalanmasi (nişanlanmasi), nəqliyyat vasitələrinin vəziyyəti və hazirliği, o cümlədən daşinma zamani malin saxlanma şartlərinə riayət olunmağina görə yoxlanma aparila bilər. Inspeksiyanin başlanmağindan əvvəl ərizəçi inspeksiyanin məqsədindən asili olaraq aşağidaki sənədləri (və ya onlarin surətini) təqdim edir: • -alici ilə təchizati arasinda malların təchizi haqda müqavilə; • -mallarin təsviri haqda sənəd (pasport), texniki şərtlər; • -mal-nəqliyyat qaimələri: • -hesab-qaimə; • -qablaşdirma vərəqləri; • -keyfiyyət sertifikati (vəsiqəsi) və ya keyfiyyəti təsdiq edən digər sənəd; • -əgər mövcud olarsa, kömrük deklarasiyasi (d.k.d)

  8. Ərizəçi tərəfindən təqdim olunan sənədlərin həqiqiliyi ekspert tərəfindən təsdiq edilə bilər. Ekspertin qərari ilə ayrı-ayrı sənədlər işin gedişi vaxti təqdim edilə bilər. Bu sənədləri alandan sonra mallara baxiş keçirərək, onlarin saxlanma şəraitinə və yiğilma ardicilliğina, qablarin vəziyyətinə, markalanmanin düzgünlüyünə, qablarin üzərindəki xəbərdarliqedici işarələrin mövcudluğuna xüsusi diqqət yetirilir. Mallara baxiş zamani bütün çatişmamazliqlar aktda hökmən qeyd edilir. Inspeksiya zamani yalniz ərizədə göstərilən mallara baxiş keçirilir. Ərizəçi tərəfindən mallara baxiş keçirmək üçün lazimi şarait yaradilmadiqda eksport inspeksiya keçirməkdən imtina eda bilər. Inspeksiyanin aparilmağindan imtina etdiyini ekspert kompaniyanin rəhbərliyinə bildirir. Malin keyfiyyəti ekspert tərəfindən həm orqanoleptik həm də laborator müayinələr vasitasi ilə, malin miqdari isə ucdantutma və seçmə yolu ilə sayilmaqla, ölçülmaklə və çəkilməklə təyin edilir. Mallarin miqdarinin seçmə yolu ilə yoxlanmasi müqavilədə əvvəlcədən razilaşdirəldəğə halda və ya ərizəçinin arzusu ilə həyata keçirilir. Çəkisi nəmişlikdən asili olan mallarin miqdarini onlarin faktiki nəmişliyini ölçmədən təyin etmək yolverilməzdir. • Ədədi malların miqdarinin ekspert tərəfindən yoxlanmasi, malin yalniz öz orijinal qabinda təqdim edilməsi zamani hayata keçirilir. Açilmiş şəkildə təqdim edilən malların miqdarinin yoxlanmasi qadağan edilir.

  9. Inspeksiya bir qayda olaraq 2 məsul şəxsin (təchizatçi və mal dəşiyən) iştiraki ilə aparılir və həmin şəxslər aktin izah edici hissəsində imza atırlar. • Əgər ərizəçinin nümayəndələri aktin mətni ilə razilaşmirlarsa, onlar akta əlavə olunan xüsusi rəylə birlikdə imza atirlar. Laboratoriya müayinələri üçün nümunə-lərin götürülməsi ekspert tərəfindən 3-ğübölmədə göstərildiyi qaydada aparilir. • Inspeksiyanin nəticələri üzrə ekspertiza akti tərtibedilir (6-ci əlavə). Ekspertiza aktinin tərtib edilməsi haqda göstərişlər 7-ci əlavadə verilmişdir. Hər bölük mala bir mal-nəqliyyat qaiməsi üzrə ekspertiza akti tərtib edilir. Müxtəlif müqavilələr üzrə və müxtəlif təchizatçi-firmalar tərəfindən təklif olunan mallara bir ekspertiza akti tərtib etmək yolverilməzdir.

  10. Əlavə 8 Ekspertiza aktının tərtib edilməsinə aid göstərişlər • Ekspertiza aktının tərtibi aşağıdaki qaydada aparılır: • a/1- ci-«Tərtibetmə tarixi» bəndində aktin tərtibatınin qurtardiği tarix göstərilir. Bir qayda olaraq, bu tarix ekspertizanin qurtardiği və ya sonraki günə uyğun olmalidir: • b/2-ci-«Tərtibedildiyi yer» bəndində ekspertiza keçirilən şəhər göstərilir. Məs. Gəncə şəhəri: • v/3-cü-«Akt ekspert tərəfindən tərtib edilmişdir» bəndində ekspertiza keçirən ekspertin soyadi, adi və atasinin adi və həmçinin ekspertizanin keçirilməsi üçün öz nümayəndələrini göndərən təşkilatin adi, nümayəndələrin adi, soyadi və atasinin adi, onlarin vəzifələri göstərilir: • q/4-cii-«ərizə №» bəndində kompaniyaya verilən ərizənin №-si və ərizənin verilmə tarixi göstərilir: • d/5-ci-«malların adi» bəndində ekspertizaya təqdim edilən malların adının tara siyahısı verilir. Bu malların adları təchizatçının yük - nəqliyyat sənədlərindəki adları ilə tamamilə eyni olmalıdır. «Miqdari» və «sənəd üzrə miqdari» sətirində mallarin sənəd üzrə və faktiki miqdarı göstərilir:

  11. e/6-ci- «ekspertizanin vəzifələri» bəndində ekspertin aldiği konkret tapşırıq: mallarin ölçü vahidləri ilə miqdari (ədəd, ton, kq və s.) orqanoleptik göstəricilərə görə, laborator müayinələr zamani hər hansi bir keyfiyyət göstəricilərinin, məsələn, nəmliyin, rəngin davamliliğinin, markalanmanin (nişanlanmanin) düzgünlüyünün qiymətləndirilməsi kimi məlumatlar göslərilir, • j/7-ci- «Təchizatçı (ölkə, firma)»- bəndində mallarin təchizati üçün müqavilə bağlanan ölkənin və ya firmanin adi göstərilir: • z/8-ci-«yük qəbul edən» bəndində yük nəqliyyat sənədlərində (məsələn dəmir yolu qaimələrində) göstarilən təşkilatin adi yazilir: • i/9-cu-«Malların istehsalçisi» bəndində malin istehsalçisi olan firma (zavod, fabrik) va istehsalçi ölkə göstərilir: • k/10-cu-«---№-li müqavilə» bəndində təchizat üçün bağlanmiş müqavilənin №-si və onun bağlanmasi tarixi göstərilir: • l/11 -ci-«Mal-nəqliyyat sənədləri» bəndində ekspertizaya təqdim edilmiş bütün sənədlər, təchizatda iştirak edən nəqliyyatin növü, məs. dəmir yolu, avtomobil və s. o cümlədən təchizat vaxti göstərilir: • m\12-ci-«Saxlanma şəraiti» bəndində anbar binalarınin növü və vəziyyəti (məsələn, «bina daşdandi, çiy kərpicdəndir» və ya «ağacdan, quru materiallardan və s.) havanin temperaturu, nəmliyi və başqa saxlanma şəraiti» o cümlədən mallarin yiğilmasi (yerdən yiğilma, rəflərə yiğilma, qutularda yiğilma və s.) göstərilir. Islanma və korroziya hallarina rast gəlinirsə, bu ətraflı qeyd edilməlidir.

  12. n/13-cü-«Malların yiğildiği qablarin vəziyyəti» bəndində malların hansi şəkildə, (bağlamadan açilmiş və ya bağlama halinda) təqdim edildiyi, qabın növü və vəziyyəti haqda məlumat göstərilir, məsələn, «mal karton qablarda təqdim edilmişdir, qablarda zədələr, əziklər nəzərə çarpmir». Əgər mal açiq şəkildə təqdim olunubsa bu haqda aktda müvafiq qeyd aparilir. • o/14-cü-«Mallarin və qablarin üzərindəki markalanma (nişanlanma)» bəndində qabların üzərindəki nişanlanma (markalanma) yazilari: yük göndərən, yük alan, qabla birlikdə çəkisi (brutto), qabsiz çəkisi (netto), müqavilənin (kontraktin) №-si, xabədarliq edici işarələr, saxlanma şəraitinə aid olan işarələr, qutularin və qablarin üzərindəki yazilar və s. göstərilir. Məsələn, konservləri ekspertizadan fabrik və ya zavod yazilarında olan əsas məlumatlar sadalanir. • p/15-ci-«Təhlil vənümunə üçün götürülmüş malların miqdarı» bəndində təhlil və nümunə üçün götürülmüş malin miqdari yazilir,

  13. r/i6-ci-«Ekspertiza naticəsində təyin edilmiş» bəndində ekspertizaya cəlb edilmiş malların ümumi miqdarı, malin vəziyyəti, müqavilənin şərtlərinə cavab verən, mallarin miqdarı, müqavilə şərtlərinə qismən və ya tam cavab verməyən mallarin miqdarı yazilir. Əgər ixraca (eksporta) gedən mallarin bir hissəsi və ya qismən öz istehlak xüsusiyyətlərini itirmişlərsə və bu hali aradan qaldirmaq mümkün deyilsə, başqa sözlə mal çixdaş edilibsə, təbii ki, bu malın ilkin qiymətinə öz təsirini göstərəcək və bu haqda ekspert şərh verməli, mümkün olan vaxti malin zay olma səbəbini göstərməlidir, kəmiyyət ekspertizasi zamani ekspert malın yoxlama zamani təyin edilmiş ümumi miqdarini, mümkün olarsa mal çatişmaz-liğini və ya artiqliğinin səbəbini, mexaniki zədələnmələri və s. göstərməlidir. • s/l7-ci-«Ekspertin qərarı» bəndi ekspertin çixardiği nəticələr, imkan daxilində qisa olmaqla, həmdə obyektiv və şübhə doğurmayan faktlara, dəqiq məlumatlara əsaslanaraq tərtib edilir ki, sonradan ekspert tərəfindən əlavə izahata ehtiyac qalmasin. • inspcksiya olunan malların seçmə- yoxlama üsulu ilə yoxlanmasindan alinan nəticələr ekspert tərəfindən o vaxt verilə bilər ki, bu yoxlama texniki şərtlərlə, müqavilə ilə və tərəflər üçün vacib olan başqa sənədlərlə də əvvəlcədan nəzərdə tutulsun. • Ekspertiza aktinin ekspert və ekspertizada iştirak edən taşkilatlarin nümayandələri imzalayirlar. • Ekspert kompaniyasinin müvafiq şöbəsinin rəisi ekpertiza aktina dərkənar qoyur. Aktı alarkən ərizəçi təşkilatin nümayəndəsi də qol çəkir. • Ekspert kompaniyasinda qeydiyyatdan keçmədən və möhürü olmadan ekspertiza akti etibarsiz sayilir. • Aktin surətini iş üzrə başqa sənədlər toplusu ifə birlikdə ekspert mühasibatlığa təhvil verir.

More Related