1 / 10

Sinoptik meteorologiya fənninin tarixi

MİLLİ AVİASİYA AKADEMİYASI. Sinoptik meteorologiya fənninin tarixi. Mühazirəçi: İsmayılova İ.E.

oria
Download Presentation

Sinoptik meteorologiya fənninin tarixi

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MİLLİ AVİASİYA AKADEMİYASI Sinoptik meteorologiya fənninin tarixi Mühazirəçi: İsmayılova İ.E.

  2. Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyətlərini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor - atmosfer hadisəsi, logiya - elm sözlərindən yaranmışdır. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti bu proseslər üzərində müşahidələrin aparılırması və alınmış nəticələrin sonradan təhlil olunmasından ibarətdir.

  3. Meteorologiya elmi bir neçə sahəyə bölünür və onlardan ən mühümləri aşağıdakılardır: • Aviasiya meteorologiyası - aviasiya uçuşlarının meteoroloji təminat məsələlərini öyrənir; • Atmosfer fizikası - atmosferin dinamik və termodinamik məsələlərini, optikasını və atmosfer cərəyanını öyrənir; • İqlimşünaslıq - Yer kürəsinin iqlim xüsusiyyətlərini və iqlim yaradan amillərin qarşılıqlı əlaqəsini öyrənir; • Sinoptik meteorologiya - proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişmə səbəblərini öyrənir; • Aqrometeorologiya - meteoroloji şəraitin, hava hadisələrinin kənd təsərrüfatı bitkilərinə təsirini öyrənir; • Aerologiya - radiozondlar vasitəsilə atmosferin təbəqələrində meteoroloji parametrləri və onların dəyişməsini öyrənir; • Aktinometriya – Günəş, Yer və atmosfer şüalanmasını öyrənir.

  4. Sinoptik meteorologiya fənninin predmeti havanın qabaqcadan xəbər verilməsi (proqnozu) məqsədi ilə atmosfer proseslərinin inkişaf qanunauyğunluqlarını öyrənməkdir. Müəyyən zaman anında Yer kürəsinin ixtiyari məntəqəsi və ya rayonu üzərində atmosferin vəziyyəti hava adlanır. Hava təzyiq, temperatur, rütubət, külək, buludluq, atmosfer yağıntıları kimi əsas meteoroloji kəmiyyətlərin qiymətləri, duman, tufan, çovğun, toz, (qum) fırtınası və s. kimi xüsusi hadisələr toplusu ilə səciyyələnir.

  5. Meteorologiya elminin tarixi qədim dövrlərə təsadüf etməklə, e.ə. II əsrdə Yunanıstanda Hipparx tərəfindən elmə gətirilmişdir. XVII əsrin ortalarında barometrin və termometrin ixtirasından sonra onların göstəricilərinə əsasən havanın proqnozuna cəhd göstərilirdi. Meteorologiyanın sinoptikaya qədərki dövrц sinoptik meteorologiyanın inkişafına şərait yaratdı. Bu dövrdə bir çox ölkələrdə havanın müşahidəsi üçün sistemli müşahidə məntəqələri yerləşdirildi. Küləyin istiqamətinin paylanma qanunauyğunluqları (passatlar) kəşf olundu, ilk külək xəritələri və daha sonra atmosferin ümumi sirkulyasiya sxemləri tərtib olundu. Sinoptik meteorologiyanın inkişafı XIX əsrdə başladı. Hava şəraitinin təhlil vasitələrinin, və ya, proqnoz metodlarının inkişasfını səciyyələndirən bir neçə mərhələni ayırmaq olar.

  6. Hazırlıq dövrü (1826-1860) - ilk sinoptik xəritələrin tərtib olunmasından müntəzəm hava xidmətinin təşkilinə qədər. 1826-cı ildə Almaniyada Brandes tərəfindən bir neçə məntəqənin 24-25 dekabr 1821-ci il və 2-3 fevral 1823-cu il tarixlərinə aid müşahidə məlumatları əsasında tərtib olunmuş hava xəritələri nəşr olundu. Xəritələrdə təzyiqin normadan sapmaları qeyd olunmuş, lakin, materiklərin konturları və hər-hansı izoxətlər qeyd olunmamışdı. 1846-cı ildə ABŞ-da Lumis tərəfindən 1842-ci ilin bir neçə gününə aid müşahidə materiallarına əsasən tərtib olunmuş xəritələr nəşr olundu. Bu xəritələrdə havanın daha dəqiq xüsusiyyətləri göstərilmiş və bir neçə meteoroloji kəmiyyətin izoxətləri qeyd olunmuşdu. 1843-cu ildə K. Kreyl Praqada ilk dəfə olaraq meteoroloji məlumatın teleqraf vasitəsilə toplanması ideyasını irəli sürmüşdü.

  7. Birinci mərhələ (1860-1920) - Hava xidmətinin təşkil olunmasından atmosfer cəbhələrinin təhlilinin operativ işə daxil edilməsinə qədər. Meteoroloji məlumatın beynəlxalq mübadiləsi 1856-cı ildə Fransa və Rusiya arasında sülh imzalandıqdan sonra mümkün oldu. İlk mərhələdə siklon və antisiklonların ümumi yerdəyişmə qanunauyğunluqları aşkarlanmış və hava proqnozunun ilk üsulları işlənib hazırlanmışdır. Daha böyük diqqət barik sistemlərinin təhlilinə ayrılırdı. Siklonların konvektiv (Espi, Ferrel, Moi) və termik (P.İ. Brounov) nəzəriyyələri geniş vüsət aldı. 1878-ci ildə Li və Keppen "qasırğa xətti" adlandırdıqları simoptik obyekti kəşf etdilər ki, bu sinoptik obyekt Düran və Qrevilin sonrakı (1892) tədqiqatları nəticəsində soyuq cəbhə adını aldı. Bu dövrdə sinoptik meteorologiyanın növbəti mərhələlərinin inkişafı üçün bünövrə qoyulmağa başladı. Frontal səthin meylliyini ifadə edən düsturlar əldə olunmuş (Qelmqols, 1889; Marqules 1906) və barik topoqrafiya metodunun prinsipləri işlənib hazırlanmışdı (V. Byerknes, 1910-1912.).

  8. İkinci mərhələ (1920-1940) - operativ işə atmosfer cəbhələrinin təhlili və atmosferin radiozond məlumatlarının daxil edilməsi. Bu dövrdə atmosfer cəbhələri və siklonlar haqqında nəzəriyyə daha da inkişaf etdirildi, hava kütlələrinin transformasiyası haqda dərslik işlənib hazırlandı. P.A. Molçanov tərəfindən 1930-cu ildə radiozondun icadı sinoptik meteorologiyanın inkişafında yeni səhifə açdı. Atmosferin şaquli quruluşunun öyrənilməsi dolayı metodlarla (yerüstü müşahidə məlumatlarına əsasən) deyil, atmosferin radiozondlama məlumatlarına əsasən mümkün oldu. Aeroloji müşahidə məntəqələri şəbəkəsi yaradıldı və ilk barik topoqrafiya xəritələri tərtib olunmağa başladı.

  9. Üçüncü mərhələ (1940-1960) - yüksəklik hava xəritələrinin və ədədi proqnoz metodlarının geniş tətbiqi. Məhz bu mərhələdə barik topoqrafiya xəritələrinin tətbiqi sayəsində atmosfer proseslərinin sinoptik təhlili üçölçülü şəkil aldı. Bu mərhələdə barik sistemlərin yerdəyişməsi və evolyusiyası ilə hava axınları sahəsinin xüsusiyyətləri arasında əlaqə müəyyən olundu. 1943-cü ildə E.N. Blinova tərəfindən ədədi uzunmüdətli proqnozlar sahəsində təcrübələr həyata keçirilməyə başlandı. XIX əsrin 70-ci illərində (1872-1873) Beynəlxalq Meteorologiya təşkilatı yaradılmışdır ki, İkinci Dünya müharibəsindən sonra (26 iyun 1945-ci il) o, Ümumdünya Meteorologiya (WMO) təşkilatı adını aldı. 23 mart 1950-ci il tarixində Ümumdünya Meteorologiya Təşkilatının Konveksiyası qüvvəyə mindi.

  10. Dördüncü mərhələ (1960-cı ildən müasir dövrə qədər - Peyk meteoroloji məlumatların istifadəsi və hidrodinamik proqnoz metodlarının operativ işdə geniş tətbiqi. Ötən əsrin 60-cı illərinin sonunda Sovet Höküməti və ABŞ-da meteoroloji kosmik sistemlər quraşdırıldı. Müntəzəm peyk şəkillərinə əsasən bu və ya digər sinoptik obyektlərlə əlaqəli olan müxtəlif miqyaslı bulud sistemləri aşkarlandı. Son 20 il ərzində atmosfer prosesləri, barik obyektlər, onların enerjisi, dinamikası və yaranma xüsusiyyətləri, hava şəraitinin proqnoz metodları haqqında geniş elmi praktiki əhəmiyyət daşıyan biliklər əldə olunmuşdur. Yüksək texnologiyaların inkişafı ilə əlaqədar olaraq yeni kommunikasiya və rabitə sistemləri yaradılmışdır. İnternet, GPS və GPRS, GSM mobil rabitə sistemləri, Meteoroloji süni peyklər (MSP) və doppler radiolokatorları sinoptik meteorologiyanın inkişafını xeyli gücləndirmişdir.

More Related