1 / 9

M övzu: Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri

M övzu: Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri. İcraçı : ADNA-nın “Fizika” kafedrası.

odeda
Download Presentation

M övzu: Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu: Maddələrin fiziki xassələrinə kənar amillərin təsiri İcraçı: ADNA-nın “Fizika” kafedrası

  2. Mövzunun aktuallığı: Texnoloji proseslərin səmərəliliyini artırmaq üçün ekoloji cəhətdən təmiz, iqtisadi cəhətcə sərfəli olan fiziki sahələrin təsirindən istifadə etmək effektlidir. Mayenin hərəkəti ilə əlaqədər olan texnoloji proseslərdə fiziki sahələrin təsiri ilə mayenin fiziki parametrlərini və deməli onun hərəkət rejimini tənzimləmək olar.Müxtəlif fiziki sahələrin (elektrik, maqnit, elektromaqnit sahələri, ultrasəs dalğaları) təsiri ilə maye daxilində struktur dəyişikliyi etməklə, texnoloji prosesi tənzimləmək mümkündür. Bu yolla texnoloji proseslərin səmərəliliyini artırmaq olar.

  3. Tətbiq obyekti: Neftin çıxarılması və boru kəmərləri ilə nəqli prosesində temperatur və təzyiqin dəyişməsi ilə əlaqədar olaraq neftin tərkibindəki bəzi maddələr, duz, parafin neftdən çöküb borunun buraxma qabiliyyətini azaldır və nəhayətdə tıxac əmələ gətirir. Duz və parafinin neftdən çökməsinə qarşı müxtəlif üsullarla mübarizə aparırlar. Bu işdə fikirimizcə ən effektli və iqtisadi cəhətdən səmərəli üsul fiziki sahələrin təsirindən istifadə etməkdir. Onu qeyd etmək kifayətdir ki, lazer şüalarının təsiri ilə mayenin rejiminin dəyişməsini bir tərtib aşağı salmaq və mayedə strukturdəyişikliyi etmək mümkündür.Lazer şüalarının təsiri ilə neft daxilindəki olan duz və parafin struktur dəyişməsinə (molekulyar səviyyədə) məruz qalır.

  4. Həlli metodu və alınan nəticələr:Enerjinin və impulsun saxlanma qanunlarını tətbiq edərək istilikkeçirmə və mayenin hərəkət tənliyi üçün tərs məsələ həll edilir. Tərs məsələni həll edərkən heç bir laborator qurğusundan istifadə olunmur. Bu məqsədlə real şəraitdə mayenin hərəkət etdiyi sistemin iki nöqtəsində təzyiq və temperaturun zamandan asılı olaraq dəyişməsini bilmək kifayətdir. Təzyiq və temperaturun zamandan asılı olaraq dəyişməsi məlumatına əsasən mayenin istilikfiziki parametrlərini təyin etmək üçün yeni qeyri stasionar üsul təklif olunur. Təklif olunan alqoritm mayenin istilikfiziki parametrlərinin zamandan asılı olaraq dəyişməsini nəzərə almaqla real şəraiti xarakterizə edir və avtomatlaşdırılmış mütəmadi ölçmə sistemi yaratmağa imkan verir.

  5. Fiziki sahələrlə qarşılıqlı təsir zamanı sahənin enerjisi udularaq mayenin daxili enerjisinə çevrilir və mayenin istilikfiziki parametrləri temperaturdan asılı olaraq dəyişir. Qəbul olunur ki, dəyişmə aşağıdakı şəkildədir. Bir ölçülü temperatur sahəsi üçün istilikkeçirmə tənliyi aşağıdakı kimidir

  6. Sabit elektrik və maqnit sahəsi üçün udulan dalğanın enerji sıxlığı: Ultrasəs dalğaları üçün Lazer şüaları üçün udulan enerjisinin sıxlığı Müəyyənlik üçün qəbul olunur ki, udulan dalğanın enerji sıxlığı aşağıdakı düsturla təyin olunur Tərs məsələ həll edilərək istilik fiziki parametrlərin qeyri xəttilik əmsalları təyin olunur.

  7. Bundan əlavə GaSe kristalında fotokeçiriciliyin anizotropluğu təcrübi öyrənilmişdir. GaSe kristalı impulslu maye lazerlə şüalandırılmışdır. Şüalanmanın dalğa uzunluğu 594 643 nm, impulsun müddəti şüalanmanın gücü 120 kVt. Təcrübələr göstərmişdir ki, elektrik sahəsi kristalın optik oxuna paralel və perpendikulyar olanda fotokeçiriciliyin maksimal qiyməti fərqli olur. Fotokeçiriciliyin lyuks-amper xarakteristikasının xüsusiyyəti kristalın anizotropluğu ilə izah olunur.

  8. GaSe kristallarının fotokeçiriciliyinin spektral xarakteristikaları: 1 - Ec; 2 - E||c.

  9. GaSe kristallarınınfotokeçiriciliyinin lyüks-amper xarakteristikaları: (a)- E||c; (b) - Ec.

More Related