1 / 9

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI

etan
Download Presentation

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: İstehlak mallarının ekspertizasının əsas vasitələri Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010

  2. Mühazirənin planı • Mal haqqında informasiya vasitələri • Maddi-texniki vasitələr • İnformasiya mənbələri, sistemləri, normativ sənəd • Sanitar qayda və normalar • Tikinti norma və Qaydalar • Markalanma • Xüsusi və elmi ədəbiyyat • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002

  3. Mövzu 4: İstehlak mallarının ekspertizasının əsas vasitələri. • Əmtəə ekspertizası keçirərkən qiymətləndirmə fəaliyyətinin müxtəlif növləri üçün ümumi olan vasitələrdən istifadə olunur. Təyinatından asılı olaraq ekspertizanın aparılması üçün tətbiq olunan bütün vasitələr iki qrupa ayrılır.: mal haqqında informasiya vasitələri və maddi-texniki vasitələr. • Əmtəə ekspertizası vasitələrindən əsas yeri mal haqqında informasiya vasitələri qrupu tutur. Bu onunla izah olunur ki, ekspertin mal haqqında informasiyası olsa da, ekspertizadan əvvəl və ekspertizanın gedişində də lazımi informasiya olmalıdır. Əmtəə ekspertizası vasitəsinin seçilməsi malların xüsusiyyətləri, eləcə də ekspertin dərin biliyi ilə təyin edilir. Əmtəə ekspertizasının son nəticəsi çox vaxt əmtəə haqqında informasiya vasitəsinin nə qədər düzgün və səmərəli seçilməsindən asılıdır. • İnformasiya daşıyıcısı vasitəsindən asılı olaraq aşağıdakı növlərə bölünür: sənədlər, markalanma, ədəbiyyat.

  4. İstəniılən əmtəə ekspertizası, əmtəə haqqında ümumi və konkret informasiyası olan sənədlərin öyrənilməsindən və təhlilindən başlayı. Maddi - texniki vasitələr ekspert əməyinin daha səmərəli təşkili üçün yaradılmış şəraiti nəzərdə tutur və maddi-texniki bazaya, ölçü vasitələrinə və avadanlıqlara, texnikanın təşkilinə bölünürlər. Maddi-texniki baza: bina, avadanlıq, yükləmə və boşaltma vasitələri, qablaşdırma və s. ikinci dərəcəli rol oynayır. • Əmtəə ekspertizasının məlumat vasitələri. • İnformasiya - təqdim olunma formasından asılı olmayaraq şəxslər, faktlar, vasitələr və pöroseslər haqqında məlumatdır. • Sənədlər. Onlar ekspertiza apararkən mühüm vasitədir və normativ, texniki və texnoloji sənədlərə bölünürlər. • Sənəd (sənədləşdirilmiş informasiya) – maddi informasiya daşıyıcısı üzərində qeyd olunmuş rekvizitli informasiyadır ki, bu da eyniləşdirməyə imkan verir. Sənədin təsdiq olunduğu (qəbul olunduğu), qüvvəyə mindiyi tarix göstərilməlidir. • Əmtəə ekspertizası aparmaq üçün ekspertlər və ekspert təşkilatları informasiya mənbələri və sistemləri yaratmalı olurlar

  5. İnformasiya mənbələri – ayrı-ayrı sənədlərdir və ya informasiya sistemlərində sənəd toplusudur (kitabxana, arxivlər, banklar və s.). • İnformasiya sistemləri – sənədlərin informasiya texnologiyaların, həmçinin informasiya proseslərini realizə edən rabitə vasitələrinin qayda ilə nizama salınmış toplusudur. İnformasiya prosesləri informasiyanın yığılması, işlənməsi, toplanması, saxlanması, axtarışı və yayılması prosesidir. • İnformasiya istehlakçısı – informasiya sisteminə müraciət edən subyekt və ya ona lazım olan informasiyanı almaq və ondan istifadə etmək üçün ortaq olan şəxsdir. Bütün və lazım olan informasiyanin axtarışı, toplanması, işlənməsi və analizinin nəticəsi ekspertlər tərəfindən qərarın qəbul edilməsi və onun rəy kimi tərtib olunmasıdır. • Normativ sənəd müəyyən növ fəaliyyətlərə və ya onların nəticələrinə aid olan qaydaları, prinsipləri, xarakteristikaları özündə cəmləşdirən və istehlakçıların geniş dairəsi üçün daha aydın olan sənəddir. Normativ sənədi standartlaşdırma, metrologiya, sertifikasiya, ticarət, baytarlıq, sanitariya və gigiyena sahəsində ayırmaq qəbul olunmuşdur. Bu sənədlər ekspertlər tərəfindən əmtəə ekspertizası apararkən işlənməlidir. Əmtəə ekspertizası keçirərkən bütün standart növlərindən daha geniş yayılmış məhsul və xidmət standartlarıdır

  6. Sanitar qayda və normalar – normativ sənədlərdir ki, məhsula qoyulan sanitar-gigiyena tələblər, xidmətlər, istehsal faizi, nəqletmə, satışa hazırlıq və satışı müəyyənləşdirir. • Sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi yeyinti, eləcə də ümumiyeyinti müəssisələrində istehsal olunan kulinarius məhsulları üçün vacibdir, ona görə də onlar üçün bu qaydalar işlənib hazırlanmışdır. Bu sanitar qaydaları istehsalın ancaq sanitar-gigiyenik rejiminə, saxlanma, nəql və satışına deyil, həm də istehsalat , xidmət personalına, saxlanma müddətinə, xüsusən də tez xarab olan yeyinti məhsullarına tələblər öz yerini tapmışdır. • Tikinti Norma və Qaydaları binaların , qurğuların və onların ayrı-ayrı elementlərinin funksional təyinatına, erqonomik xassələrinə, etibarlılığına və təhlükəsizliyinə verilən tələbləri müəyyənləşdirən normativ sənəddir. • Ticarət sahəsində normativ sənədlər ticarət Qaydaları ilə əməyin mühafizəsi qaydaları, nəzarət- kassa maşınlarının istismarının şəraiti lə təqdim olunur.

  7. Hal-hazırda ayrı-ayrı malların satışı üzrə yeni Qaydalar təsdiq olunmuşdur. Bu Qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun əsasında satıcı-alıcı münasibətlərini tənzimləyir. Ticarət qaydalarındakı əsas müddəalara görə satıcı aşağıdakılara əməl etməlidir: • vacib normativ sənədlərə malik olmalı və bu sənədlərdəki tələbləri gözləməli; • alıcının nəzərinə ticarət təşkilatı haqqında informasiyanın, əmtəə, təqdim olunan xidmətlər, istehlakçı tərəfindən malın qaytarılması və ya dəyişdirilməsi haqqında qaydalar izah edilməlidir. • Satıcı əmtəə haqqında məlumatları alıcıya ticarət təşkilatı sadə və əyani formada verilməlidir: • -Alkoqollu içkilərin satışı barədə ; • Qaydalarda qadağalar və məhdudiyyətlər göstərilir; • Lisenziya olmadıqda , qatılığı (tündlüyü) 28 %-dən yuxarı spirtli içkilərə xırda parakəndə satışa qadağa goyulur; • Alkoqollu içkilərin reklamında məhdudiyyətlər; • Alkoqollu içkilərin ekspertizasını oparan ekspert göstərilən normaları nəzərə almalıdır.

  8. Qaydalarda alkoqollu içkilərin pərakəndə satışına lisenziya verilməsi qaydası göstərilir. Onun normalarından biri - azad ekspertiza aparılmasıdır. • Texniki sənədlər , normativ sənədlərdən fərqli olaraq malların və ya mal partiyalarının konkret xarakteristikalarını göstərir və ya maragı olan subyektlərə çeşid, keyfiyyət və qiymət , bəzən isə istismar və ya istifadə qaydaları haqqında informasiya çatdırılır. • Texniki sənədlər malı müşayət edən işlək və ya layihə-konstruktur sənədlərinə bölünür.Kəmiyyət və keyfiyyətə görə mal partiyalarının ekspertizası zamanı əsas yeri işlək (istismar) sənədlər tutur ki, bu da istismar qaydalarına riayət edilməsini aşkarlamaq üçün vacibdir. • Yeni malların ekspertizası çox vaxt layihə-konstruktur sənədlərindən başlayır. • Ekspert əmtəə ekspertizası apararkən bütün malı müşayət edən sənədlərdə olan informasiyanı öyrənir və araşdırılır: kəmiyyət (göndərilən malların siyahısı (faktura), çəki, marşurut vərəqələrində ) keyfiyyət (uyğunluq sertifikatı, karantin, deklarasiya ərizələri, keyfiyyəti təsdiqləyən sənəd, sınaq protokolları, hesabdan silmə aktı). Texnoloji sənədlər normativ sənədləri dolğunlaşdırır və konkretləşdirir.

  9. Markalanma. O əmtəə-mal haqqında əsas informasiya vasitələrindən biridir, ona görə də əmtəə ekspertizası zamanı geniş tətbiq olunur. Markalavma –qablaşdırılmış mal üzərində çəkilmiş şərti işarə, malın ayrı-ayrı xassələrinin göstəriciləridir. Markalanmanın təhlili zamanı əsasən ekspert əsaslı informasiyaya diqqət yetirir. Bu informasiya da bütün kommersiya və ekspert fəaliyyətinə maraqlı subyektlər üçün nəzərdə tutulmuşdur. Sənaye markasının mənfi asanlıqla oxunmalıdır. • Tekstdən əlavə ekspert markalanmasının təhlili zamanı şərti işarələri və informasiya işarələrini açmağı bacarmalıdır. Xüsusən vacibdir ki, ekspert –istehlakçı ölkənin eyniləşdirici kodlarını, istehsal reqionunun və ya malların kodlaşdırılmasını, eləcə də sortlarını nəzərə alsın. • Xüsusi ədəbiyyat – Ekspertlərin peşəkar və xüsusi hazırlığında o, çox mühüm yer tutur. Xüsusi ədəbiyyat informasiyanın xarakterindən asılı olaraq növlərə bölünür: tədris (fənn), elmi və məlumat. Göstərilən hər bir növdən ekspert fəaliyyətində tam və qismən istifadə etmək olar. • Elmi ədəbiyyat - əsas məzmununda elmi və elmi praktik informasiya təqdim olunmuş nəşrdir. Elmi ədəbiyyatın 4 tipi ola bilər: elmi monoqrafiya, elmi praktik dərsliklər, vaxtaşırı nəşrlərdə çap olunan elmi nəşrlər, elmi hesabatlar. • Əmtəə ekapertizası üçün əmtəəşünaslıq, standartlaşdırma, metrologiya, sertifikasiya, ekspertiza, ticarətin təşkili sahəsində dərslik və elmi ədəbiyyatlar istifadə olunur. Nümunə şəklində “Əmtəəşünaslıq üçün ərzaq mallarının məlumat kitabı “ və “Əmtəəşünaslıq üçün qeyri-ərzaq mallarının sorqu kitabını”, həmçinin “Ayaqqabı”, “Paltar”, sorğu kitablarını göstərmək olar. • Lüğət müəyyən biliklər sahəsində terminlərin və xarakteristikaların məcmusu olan arayış nəşridir. • Ensiklopediya, kataloq, sorğu kitabları.

More Related