1 / 13

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI. Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ. P L A N :. 1. Torpaq bir istehsal vasitəsidir. 2. Azərbaycanda xanlıqlar dövründə torpağa münasibət.

erica
Download Presentation

AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı

  2. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ P L A N : 1. Torpaq bir istehsal vasitəsidir. 2. Azərbaycanda xanlıqlar dövründə torpağa münasibət. 3. Sosialist inqilabından sonra torpağa münasibət. 4. Hazırkı bazar iqtisadiyyatı şəraitində torpaq münasibətləri.

  3. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ • Torpaq təkrar istehsalın ayrılmaz amili olub bəşəriyyətin ən qiymətli xəzinəsidir. İstehsal prosesində torpaq qarşılıqlı əlaqədə olan üç formada çıxış edir. • Fəza (məkan) bazisi kimi (şəhər və yaşayış məntəqələrinin, zavod və fabriklərin tikilməsi, yol və körpülərin salınması üçün). • Əmək predmeti kimi (torpağın üst qatını kənd təsərrüfatı bitkilərini yetişdirilməsi üçün yararlı hala salmaqdan ötrü insan əməyi buraya yönəlir. • Əmək aləti kimi (torpağın və ətraf mühitin komponentlərinin təsiri ilə insan öz fəaliyyətinin nəticəsi olan məhsulu alır). Deməli, torpaq əmək prosesinin baş verməsi üçün əsas amil olub xalq təsərrüfatının bütün sahələrində istehsal vasitəsidir.

  4. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ • Torpağı başqa istehsal vasitələrindən fərqləndirən xüsusiyyətlərə nəzər salaq. • Torpqdan başqa bütün istehsal vasitələri insan əməyinin məhsuludur. Torpaq isə təbiətin məhsulu olub əməyi qabaqlayır. • Torpaqdan istifadə onun yerinin sabitliyi ilə xarakterizə edilir. Onu istehsal vasitəsi kimi bir yerdən başqa yerə köçürmək mümkün deyil. Başqa istehsal vasitələrini isə (traktorları,kombaynlrı,dəzgahları) istehsalat proseslərinin tələblərinə uyğun olaraq müxtəlif yerlərə köçürmək olar. • Torpaqdan başqa bütün istehsal vasitələri ondan istifadə edərkən köhnəlir, öz dəyərini itirir və nəhayət istehsal prosesindən çıxır. • İstehsal qüvvələrinin inkişafı ilə istehsal vasitələri kəmiyyətcə çoxalır, keyfiyyətcə dəyişir. Az təkmilləşmiş istehsal vasitələri ləğv olunur, texniki cəhətdən daha təkmilləşmiş və iqtisadi cəhətdən səmərəli olanlarla əvəz edilir. Torpağı isə başqa istehsal vasitələri ilə əvəz etmək mümkün deyil. Beləliklə, torpaq daimi olub, heç bir istehsal vasitələri ilə əvəz edilməzdir.

  5. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Torpaq üzərində mülkiyyətçilik ,onun icarəyə verilməsi, torpaq haqqının müəyyənləşdirilməsi və torpaq münasibətlərini şərtləndirən digər hallar müsəlman aləmində yüzilliklər boyu milli adət-ənənələrə istinadən müəyyənləşdirilib. Müsəlman qanunvericiliyi torpaq üzərində feodal mülkiyyətinin formalaşmasına rəvac vermiş, həm də torpaq üzərində ali dövlət mülkiyyətinin mövcudluğunu təsbid etmişdir. Hələ Məhəmməd peyğəmbərin vaxtında torpaqlar mənsubiyyətinə, keyfiyyətlərinə, yararlılıqlarına görə 4 növə bölünürdü: Müsəlmanların əkin üçün yararlı torpaqları; Torpaq üzərində sahibkarlığı əldə saxlamaq üçün islam dinini qəbul etmişlərin torpaqları; Döyüşlə “kafir”lərdən zəbt edilmiş torpaqlar; İstifadəsinə görə vergi alınan torpaqlar.

  6. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Hələ qədimlərdən müsəlman dünyasında torpaqlar şəriət müqaviləsinə görə sahibkar tərəfindən özünün nicatını, həyatını torpaqla bağlayan əkinçiyə becərmək üçün verilirdi. Azərbaycanda xanlıqlar dövründə formalaşan torpaq münasibətlərinə nəzər salaq. Nadir şahın ölümündən sonra (1747-ci il) Azərbaycan ərazisində xanlıqlar (Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Sərab, Ərdəbil, Xoy, Urmiya, Qaradağ, Talış, Mağara, Maku, Cavad) yarandı. Ərazicə kiçik olan yerlərdə (Qutqaşendə, Qəbələdə, Ərəşdə, Qazaxda, Şəlaşədildə, İlisuda, Salyanda) sultanlıqlar meydana gəldi. Qarabağın Dağlıq hissəsində Qarabağ xanlıqlarının tərkibində 5 məliklik mövcud idi. Məliklərin hakimiyyəti əsasən onların yaşadığı qalaların hüdudlarında ona yaxın bir neçə kəndlərdə məhdudlaşırdı.

  7. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Bu dövrdə feodal təsərrüfat münasibətləri hakim rol oynayırdı. Yerli feodallar, xanlar, sultanlar, məliklər, bəylər öz ərazilərində hökmranlığı əldən verməmək üçün feodal pərakəndəliyinin saxlanmasının tərəfdarı idilər. Ona görə də onlar bir yerdən idarə edilən vahid iqtisadi mərkəzin əleyhinə idilər. Feodal ictimai quruluşun əsas sinifləri feodallar və kəndlilər olduğundan, torpaq münasibətləri məhz onlar arasındakı istehsal münasibətləri ilə müəyyənləşdirilmişdi. İcarə haqqının 3 formasına – mülk, pul və qarışıq formasına təsadüf edilirdi. İyirminci əsrin əvvəllərində Azərbaycan kəndlilərinin başlıca məşğuliyyəti yenə də əkinçilikdən, bağçılıqdan və maldarlıqdan ibarət idi. Bu dövrdə pambıqçılıq əkinçiliyin əsas istiqamətlərindən idi.

  8. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Sosialist inqilabı yeni torpaq münasibətlərini müəyyənləşdirirdi. Belə ki, 1922-ci ildə qəbul edilmiş “Torpaq qanunları məcəlləsi” torpaq üzərində dövlətin müstəqil mülkiyyət hüququnu təsbit edirdi. Ona görə də, Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olduğu ilk illərdə bütün xüsusi torpaqlar zorla əhalidən alınmağa başlandı. Torpaqların, digər xüsusi əmlakın “kollektivləşmə” adı altında əhalidən alınması ilə xalqı güc hesabına kollektiv təsərrüfatlara cəlb edirdilər. İnsanlar “könüllü” surətdə halal zəhmətlə qazandığı var-dövlətdən, illərlə ünsiyyətdə olduqları torpaqlardan imtina edirdilər. Əks halda onlara “qolçomaq” damğası vurulur, ağır cəzalar verilirdi. İlk baxışdan hamının olan, əslində isə heç kimin olmayan kolxoz quruluşu getdikcə öz perspektivsizliyini göstərirdi.

  9. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Mülkiyyətçini torpaqsızlaşdırmaq, öz zəhməti hesabına bir az güzəranı yaxşı olanları müflisləşdirmək 30-cu illərin repressiya qanunlarının əsas məğ­zi idi. Humanizmdən uzaq olan bu qanunların tətbiqi bir vaxtlar əkilən bol məhsulu ilə eli, obanı sevindirən torpaqları baxımsız edir, təbiətə can verən, həyatı başdan-başa dəyişdirən işgüzar adamların əllərini torpaqdan soyudurdu. Bütün bu münasibətlərə baxmayaraq, torpaq elə öz gücündə, səxavətində və müqəddəsliyində qalırdı. Yuxarıdakı münasibətlər o dövrə təsadüf edirdi ki, həmin vaxtlar sosializmin tam qələbəsi adlı guya misilsiz qələbədən danışılır, iqtisadi təminatı, ümumbəşəri əsası olmayan cəmiyyət təriflənirdi və bu “sosialist inqilabı” keçmiş SSRİ məkanından uzaqlara ayaq açırdı... Bəs, Sovet İttifaqının tənəzzülünün son mərhələsində, 70-80-ci illərdə torpaq münasibətlərinin məzmunu necə olub, bu qarşılıqlı əlaqədə daha çox nəyə üstünlük verilib?

  10. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ H.Ə.Əliyev cənabları 1969-cu ildə respublikaya rəhbər təyin edildiyi ilk vaxtlardan sosialist iqtisadi münasibətlər çərçivəsində Azərbaycan SSR-nin aqrar-sənaye kompleksinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bu istiqamətlərdə torpaqların münbitliyini artırmaq, qabaqcıl istehsal texnologiyasını tətbiq etmək, mineral və üzvi gübrələrdən səmərəli istifadə etmək, torpaqların geniş meliorasiyasını həyata keçirmək, eroziyaya qarşı tədbirlər görmək, bitkilərin xəstəliklərdən, ziyanvericilərdən qorunması sahəsində tədbirlər sistemini həyata keçirmək, məhsul itkisini aradan qaldırmaq, əkin sahələrinin quruluşunu təkmilləşdirmək, torpaq ehtiyatlarına qayğı ilə yanaşmaq, qeyri kənd təsərrüfatı ehtiyacları üçün torpaq ayrılarkən israfçılığa yol verməmək və sair məsələlər nəzərdə tutulurdu.

  11. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Sosialast torpaq münasibətləri çərçivəsində, yuxarıda qeyd edildiyi kimi, torpaq dövlətin müstəsna mülkiyyəti olduğundan, dilini bilənlərə, qəlbini oxşayanlara yalnız istifadəyə (müddətli və müddətsiz) verilirdi. Belə hüquqi rejim kəndçinin sahibkarlıq, mülkiyyətçilik hüququnu onun əlindən alırdı. Çox vaxt “hər şeyin biliciləri” olan yerli partiya funksionerlərinin “səpini 3 günə qurtar”, “yığımı 5 günə başa çatdır” göstərişlərinin yerinə yetirilməsi bu baxımdan labüd olurdu. Bu isə “yetişməmiş” sahələrin səpilməsinə, “dəyməmiş” məhsulun toplanmasına səbəb olurdu. Bütün bunlar nəticədə, ya ilk başlanğıcdan, ya da sonra min bir zəhmət hesabına əldə ediləcək və ya edilmiş məhsulun itkisinə gətirib çıxarırdı.

  12. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Bu rejim daxilində torpaqların tam gücündən əksər hallarda istifadə edilmirdi. Buna səbəb elmi cəhətdən əsaslandırılmamış plan tapşırıqlarının müəyyənləşdirilməsi idi. Belə ki, azaldılmış plan əmək adamını arxayın saldığından, torpağın potensial gücündən tam istifadə edilmirdi. İstehsal qüvvələrinin inkişaf səviyyəsinə uyğun olmayan, yerinə yetirilməsi reallıqdan uzaq olan plan tapşırıqlarının raportu üçün ən müxtəlif üsullar seçilirdi. Bütün bunların nəticəsində insan öz zəhməti müqabilində xoşbəxtçilikdən çox, narahatçılıq tapırdı. Tarix göstərdi ki, yalnız dövlət inhisarına əsaslanan torpaq münasibətləri şəraitində torpaqlardan tam, dolğun və səmərəli istifadə mümkün deyildir. Bazar iqtisadiyyatına keçid dövründə formalaşan torpaq münasibətləri və yeni təsərrüfatçılıq formaları şəraitində təşəkkül tapan kəndli (fermer) təsərrüfatlarının özəl qurumlarının qısa zaman kəsiyində əldə etdikləri nailiyyətlər bunu əyani sübut etdi. Bəli, torpaqlardan səmərəli istifadə yalnız çoxmülkiyyətli təsərrüfatçılıq şəraitində mövcuddur.

  13. AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF TARİXİ Ə D Ə B İ Y Y A T • M.İ.Cəfərov, R.M.Quliyev – Torpaq fondu və ondan səmərəli istifadə. Bakı – “Elm” – 1997 • A.H.Babayev – Azərbaycan torpaqlarının münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması. Bakı – 2005 • Q.Ş.Məmmədov – Azərbaycanın torpaq ehtiyatları. Bakı – “Elm” – 2002

More Related