1 / 17

Azərbaycanın bələdiyyə sistemi: ilk onillikdə əldə etdiklər i miz gələcək üçün nə vəd edir?

Azərbaycanın bələdiyyə sistemi: ilk onillikdə əldə etdiklər i miz gələcək üçün nə vəd edir?. Təqdimatçı: Abil Bayramov. Yerli özünüidarə ilə bağlı qısa tarixçə. 1995 - Konstitusiyasının dördüncü bölməsi (maddə 142-146) bütövlükdə yerli özünüidarəetməyə həsr olunur

aderyn
Download Presentation

Azərbaycanın bələdiyyə sistemi: ilk onillikdə əldə etdiklər i miz gələcək üçün nə vəd edir?

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycanın bələdiyyə sistemi:ilkonillikdə əldə etdiklərimiz gələcək üçün nə vəd edir? Təqdimatçı: Abil Bayramov

  2. Yerli özünüidarə ilə bağlı qısa tarixçə • 1995 - Konstitusiyasının dördüncü bölməsi (maddə 142-146) bütövlükdə yerli özünüidarəetməyə həsr olunur • 1999 - Bələdiyyələrin fəaliyyəti ilə bağlı bir neçə qanun qəbul edilir və bələdiyə seçkiləri keçirilir • 2001- Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv qəbul edilir və Azərbaycan Yerli özünüidarə haqqında Avropa Xartiyasını təsdiq etməklə öz üzərinə öhdəliklər götürür • 2003 - AŞ YRHK monitorin aparır və “Azərbaycanda yerli və regional demokratiyaya dair” 126 saylı Tövsiyəqəbul edir • 2004 - yerli özünüidarə anlayışı Yerli özünüidarə haqqında Avropa Xartiyasının 3-cü maddəsinə uyğunlaşdırılır • 2006 - Bələdiyyələrin milli assosiasiyaları yaradılır • 2009- Konstitusiyaya dəyişikliklərində bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığı məsələsi də öz əksini tapır • 2009 - Bələdiyyələr birləşdirilir

  3. Mövcud reallıq 10 il fəaliyyət göstərmələrinə baxmayaraq bələdiyyələr hələ də real səlahiyyətlərə malik ictimai idarəetmə institutlarına çevrilə bilməyiblər

  4. Səbəb 1 Yerli özünüidarə orqanlarının səlahiyyətləri məhduddur və bələdiyyələr Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələb etdiyi kimi tam və müstəsna səlahiyyətlərə malik deyillər

  5. Səbəb 2 Yerli idarəetmədə paralellik mövcuddur. Yerli idarəetmə həm yerli icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb.

  6. Səbəb 3 Bələdiyyələrin maliyyə potensialı zəifdir. Bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə malik deyillər.

  7. Səbəb 4 Bələdiyyələrin kadr potensialı zəifdir. Bələdiyyələrin yerli əhəmiyyətli məsələlər üzrə effektiv və çevik qərarların qəbulu və icrasını təmin edə biləcək hazırlıqlı kadrları azdır.

  8. Səbəb 5 Bələdiyyələrarası əməkdaşlıq zəifdir. Bələdiyyələrin 3 milli assosiasiyasının (şəhər, kənd, qəsəbə) yaradılmasına baxmayaraq onlar bələdiyyələrin maraqlarının müdafiəsi, yerli özünüidarə ilə bağlı təkmil konsepsiya və strategiyaların irəli sürülməsi sahəsində nəzərəçarpacaq fəaliyyət göstərmirlər

  9. Səbəb 6 Bakı və Gəncə kimi böyük şəhərlərdə vahid bələdiyyənin olmaması yerli özünüidarənin səmərəliliyini aşağı salır. Xüsusilə Bakının paytaxt statusunun tanınmaması və ona özünüidarə hüququnun verilməməsi şəhər idarəçiliyində çoxsaylı problemlərə gətirib çıxarır

  10. Tövsiyələr Bələdiyyələrin səlahiyyətləri ilə bağlı • Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. • Bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır.

  11. Tövsiyələr Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi ilə bağlı • Bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir; • Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir; • Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir

  12. Tövsiyələr Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi ilə bağlı • Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır; • Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır.

  13. Tövsiyələr Bələdiyyə orqanlarının təşkili və onlar arasında səlahiyyət bölgüsü ilə bağlı • Bələdiyyə sədrinin birbaşa əhali tərəfindən seçilməsi mexanizmi işlənib hazırlanmalı və bələdiyyə üzvlüyünə seçkilərlə yanaşı bələdiyyə sədrliyinə də seçkilər keçirilməlidir; • Bələdiyyə orqanlarının səlahiyyət və öhdəliklərinin konkret dairəsi müəyyənləşdirilməli və qanunvericilikdə təsbit edilməlidir.

  14. Tövsiyələr Bələdiyyələrarası əməkdaşlığın gücləndirilməsi ilə bağlı • Azərbaycan bələdiyyələri arasında əməkdaşlığın gücləndirilməsi üçün ilk növbədə bələdiyyələrin milli assosiasiyalarının müstəqil fəaliyyəti üçün real təminatlar yaradılmalıdır. • Assosiasiyalar qısa müddətdə öz internet səhifələrini yaratmalı və öz fəaliyyətlərini yaranma məqsədlərinə uyğun qurmalıdırlar.

  15. Tövsiyələr Bakının statusu ilə bağlı • Bakı şəhərinin statusu ilə bağlı kompleks münasibətləri tənzim edən “Bakı şəhərinin statusu haqqında” xüsusi qanun qəbul edilməlidir; • Zəruri qanunvericilik bazası formalaşdırıldıqdan sonra Bakı bələdiyyəsinə birbaşa seçkilər keçirilməlidir; • Formalaşdırılacaq Bakı bələdiyyəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında səlahiyyətlər bölgüsü, dövlət hakimiyyəti orqanları ilə münasibətlər və fəaliyyətlərin əlaqələndirilməsi məsələləri qanunla dəqiq tənzimlənməlidir; • Fəaliyyətinin səmərəliliyini və üzərinə düşən vəzifələrin icrasını təmin etmək üçün Bakı bələdiyyəsinin zəruri maliyyə resurslarına malik olması təmin edilməlidir.

  16. Tövsiyələr Bələdiyyələrin kadr potensialı ilə bağlı • Bələdiyyə kadrlarının hazırlığı sistemi yaradılmalı, tədris proqramları təkmilləşdirilməli, təlim-tədris proqramlarının rəsmi akkreditasiyası həyata keçirilməlidir; • İxtisasartırma kursları ehtiyaclılığa əsaslanmalıdır; • Bələdiyyə kadrlarının yenidən hazırlığı və ixtisaslarının artırılması sahəsində milli strategiya işlənib hazırlanmalı, bələdiyyə kadrlarının daha geniş hissəsini əhatə etmək üçün regional təlim-tədris mərkəzləri yaradılmalıdır.

  17. Diqqətinizə görə təşəkkür edirik!

More Related