1 / 44

Ali Təhsildə Keyfiyyət və Onun Təminatı

Ali Təhsildə Keyfiyyət və Onun Təminatı. Natiq Yusifov -Tədris İşləri üzrə Prorektor Jalə Qəribova -Beynəlxalq Əlaqələr üzrə Prorektor Aytən Mirzəyeva - Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri. Keyfiyyət Nədir?.

urbano
Download Presentation

Ali Təhsildə Keyfiyyət və Onun Təminatı

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Ali Təhsildə Keyfiyyətvə Onun Təminatı Natiq Yusifov -Tədris İşləri üzrə Prorektor Jalə Qəribova -Beynəlxalq Əlaqələr üzrə Prorektor Aytən Mirzəyeva - Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri

  2. Keyfiyyət Nədir? • İcraçının iş fəaliyyətinin nəticələrinin və yekun məhsulunun maraqlı tərəflərin gözləntilərinə/tələblərinə/standartlarına cavab verməsi/verməməsi (dərəcəsi)

  3. Keyfiyyətin Ölçü Vahidi Maraqlı tərəflərin standartlarına/tələblərinə/gözləntilərinə cavab vermə dərəcəsini ölçməyə imkan verən kəmiyyət göstəriciləri

  4. Keyfiyyətin İndikatorları Maraqlı tərəflərin standartlarına, tələblərinə və gözləntilərinə cavab verilməsini təmin edən vasitələr, üsullar, metodlar, resurslar, infrastruktur və s. (və bunların qəbul olunmuş beynəlxalq standartara nə dərəcədə cavab verməsi)

  5. Keyfiyyətin Təmin Edilməsi Müəssisənin/qurumun/fərdin istehsal etdiyi məhsulların, göstərdiyi xidmətlərinin və s. müəyyən edilmiş keyfiyyət standartlarına cavab verməsini təmin etmək məqsədi ilə həmin müəssisənin/qurumun/fərdin fəaliyyətinin müxtəlif aspektlərinə sistemli şəkildə nəzarət, onların mütəmadi yoxlanılması və dəyərləndirilməsi üçün daimi fəaliyyətdə olan proqram

  6. Ali təhsildə Keyfiyyət Məfhumu Tarixi kontekst 1990-cı illərin sonu – ali təhsildə keyfiyyət və standartlar məfhumunun qloballaşması. Berlin Kommünikesi – 2003 - E4 Qrupu (ENQA, ESİB, EUA, EURASHE) – keyfiyyətin təminatı üzrə strukturların yaradılması • Bergen Toplantısı – 2005 - Təhsildə Keyfiyyət Təminatının Standartları • Lissabon prinsipləri – 2007 Vahid Avropa Ali Təhsil Məkanının yaradılması Keyfiyyət məfhumunun qlobgallaşmasını meydana gətirən faktorlar: Universitetlərin kəmiyyət və keyfiyyətcə dəyişikliyi Ali təhsil məkanında artım və müxtəliflik Universitetlərin beynəlmiləlləşməsi “Elit” sistemdən “kütləvi” sistemə keçid Resursların azalması Ali təhsilin maliyyələşdirilməsi metodologiyasında dəyişiklik Ali təhsil məkanına “bazar” prinsiplərinin daxil edilməsi (yeni teminlər: menecment, müştəri, maraqlı tərəflər, audit, akkreditasiya) Vroeijenstijn: “Keyfiyyət məfhumu ali təhsil ənənəsi üçün yeni deyil: o hər zaman bu ənənənin bir hissəsi olmuşdur. Dəyişən yalnız ali təhsillə cəmiyyət arasındakı bağlılığın məzmunudur*.” *Vroeijenstijn A. I., 1995, İmprovement and Accountability, Navigating betüeen Scylla and Charybdis, Guide for Quality Assessment in Higher Education. LondonŞ Jessica Kingsley Publishers.

  7. Ali Təhsildə Keyfiyyətin Fəlsəfəsi Ali təhsil müəssisəinin missiyası: • Cəmiyyətə xidmət (təhsilin və elmin dövlətin və cəmiyyətin maraqlarını təmin etməsi) • Ali təhsil müəssisəsinin öz maraqlı tərəflərinin tələblərini, standartlarını və gözləntilərini qarşılaması Ali Təhsil məkanında keyfiyyətin təmin edilməsinin ilkin və universal şərtləri: • Ali təhsil müəssisəinin qarşısına qoyduğu missiyası əsasında starteji inkişaf planının mövcudluğu • Ali təhsil müəssisəinin missiyası əsasında öz daxili standartlarını müəyyən etməsi • Ali təhsil müəssisəsinin muxtariyyəti • Ali təhsil müəssisəsinin hesabatlılığı (dövlət və maraqlı tərəflər qarşısında) • Aşkarlıq • Şəffaflıq • Maliyyə imkanlarının artırılması yollarının tapılması • Müasir idarəçilik prinsipi • Peşəkar inkişafa və resurs və infrastrukturun yaradılmasına maliyyə vasitələrinin yönəldilməsi • “Keyfiyyət mədəniyyətinin” mövcudluğu Ali Təhsil Müəssisəsinin keyfiyyətinin əsas göstəriciləri • Rəqabətədavamlı tədris proqramları • Yüksək standartlara cavab verən elmi fəaliyyət və onun tədrisə inteqrasiyası • Beynəlxalq mübadilələr və tələbə mobilliyi • Tələbələrə dəstək strukturlarının mövcudluğu • Mütəmadi peşəkar təlimlər, ixtisasartırma proqramları və s. • Lazımi resurslar və infrastrukturların mövcudluğu • Planlaşdırma, iş bölgüsü, icraya nəzarət (aşağıdan yuxarı və yuxarıdan aşağı hesabatlılıq; qiymətləndrimə) və motivasiya (qiymətləndirmənin nəticələrinin tətbiqi prinsipləri) mexanizmlərinin mövcudluğu • Universitetdaxili etik normaların mövcudluğu • Universitetin ictimai məsuliyyət funksiyasını yerinə yetirməsi

  8. Ali Təhsil Müəssisəinin Fəaliyyətində Maraqlı Tərəflər • 1. Dövlət (ali təhsil dövlətin starteji proqramının prioritet sahələrindən biri kimi) • 2. Əmək bazarı (işəgötürənlər lazımi bilik və vərdişlərə malik gənclərin fəaliyyətə cəlb edilməsində maraqlıdırlar) • 3. Tələbələr (universiteti bitirdikdən sonra öz arzularına/planlarına uyğun iş fəaliyyəti ilə təmin olunmaqda maarqlıdırlar • 4. Valideynlər • 5. İşçi Heyəti (əmək bazarının tələblərinə cavab verən, yəni davamlılığı təmin edilmiş bir müəssisədə işləməkdə maraqlıdırlar)

  9. Ali Təhsil müəssisəinin İşinin Qiymətləndirilməsi Qiymətləndirən Tərəflər A) Dövlət B) Əmək bazarı C) Tələbələr D) Valideynlər E) Əməkdaşlar F) Müstəqil (yerli və ya beynəlxalq) akkreditasiya qurumları G) Digər ali məktəblər (qarşılıqlı dəyərləndirmə) H) İctimaiyyət Qiymətləndirmənin mahiyyəti Tələbənin məqsəd olaraq qarşısına qoyduğu dərəcəni alması üçün müvafiq təlim şəraiti yaradılmışdırmı (keyfiyyətli tədris proqramları, uyğun kadrlar, müvafiq resurslar, infrastruktur, tələbəyə dəstək xidməti, müvafiq idarəetmə mexanizmi, uyğun qiymətləndirmə sistemi)? Keyfiyyətin Təminatı Şöbəsi bunların yerinə yetirilməsi üçün prosedurlar hazırlamalıdır (sorğu anketləri tərtib etməli, sorğunun dövriliyini müəyyən etməli, mütəmadi olaraq sorğunu keçirib təhbərliyə təqim etməlidir)

  10. Ali Təhsil müəssisəsinin hansı komponentlərinin keyfiyyəti ölçülməlidir A. Ali Təhsil Müəssisəsinin özü (məqsəd və vəzifələri, missiyası, fəlsəfəsi, təklif etdiyi proqramları və onların rəqabətədavamlılığı, tələbələrə dəstək qurumları, resursları, infrastrukturu, fəaliyyətdə olan heyətinin akademik statusu, elmi fəaliyyəti, akademik heyətin beynəlxaql elmi arenada təmsil edilməsi səviyyəsi, ali məktəbin öz işçilərinə yönəltdiyi motivasiya sxemi, təhlükəsizlik tədbirləri və qurumları, ali məktəbin ictimaiyyətlə əlaqəsi və s.) Ölçü krieriyası (beynəlxalq standartlara uyğun özünüqiymətləndirmə, beynəlxalq akkreditasiya, dövlət akreditasiyası) B. Ali Təhsil Müəssisəsinin Qurumları (təklik etdiyi ixtisasların məqsəd və vəzifələri (ıearning outsomes), proqramın yerinə yetirilməsi üçün resurslar və infrastruktur (dərslik və dərs vəsaitləri, proqramda dərs deyəcək akademik heyət, proqramın yönəldiyi sahə üzrə elmi araşdırmalar, texniki dəstək və s., idarəçilik) Ölçü krieriyası (beynəlxalq standartlara uyğun özünüqiymətləndirmə, beynəlxalq akkreditasiya, dövlət akreditasiyası, qarşılıqlı qiymətləndirmə, əmək bazarı tərəfindən qiymətləndirmə) C. Akademik Heyət (tədris fəlsəfəsi, müasirlik, rəqabətədavamlılıq, bilik və bacarıqların ötürülməsinin effektivliyi) Ölçü kriteriyası (silabus, açıq dərslərin nəticəsi, özünüqiymətləndirmə, tələbə qiymətləndirilməsi, tələbə testlərinin və imtahanlarının nəticəsi, tələbələrin müvafiq fənn üzrə əldə etdikləri bilik və bacarıqların əmək bazarı nümayəndələrin tərəfindən qiymətləndirilməsi, beynəlxalq səviyyəli sertifikatlar və s.) D. Digər heyət (tutduğu vəzifəyə uyğunluq, işə münasibət, fəaliyyətin nəticələri) Ölçü kriteriyası (özünüqiymətləndirmə, qurum rəhbəri tərəfindən qiymətləndirilmə) E. İxtisaslar (ixtisasların rəqabətədavamlılığı və dövlət standartlarına cavab verməsi, tələbələrin işlə təmin olunmasını təmin etməsi səviyyəsi) • QEYD: KTŞ Yuxarıda göstərilənləri təmin edəcək prosedurlar hazırlamalıdır

  11. Qiymətləndirmə Mexanizmi (1)

  12. Qiymətləndirmə Mexanizmi (2)

  13. Qiymətləndirmə Mexanizmi (3)

  14. Qiymətləndirmə Mexanizmi (4)

  15. İlkin Mərhələdə Qiymətləndirmə:İşə Qəbul Professor-müəllim heyəti üçün • Vakansiya haqında elana əsasən sənədlərin təqdimatı (qanunvericilik üzrə nəzərdə tutulan sənədlər, lazımi bilik və vərdişləri təsdiq edən sənədlər, CV, namizəd tərəfindən yazılmaış motivasiya məktubu, fənn üzrə tərtib edilmiş silabus) • Sənədlərin qəbulu və ilkin təhlili • Sənədlərin qiymətləndirmə üçün müvafiq komissiyaya təqdim edilməsi (Peşəkar bilik və bacarıqlar müvafiq əsasnamənin tələblərinə uyğun yaradılacaq Komissiya tərəfindən həyata keçiriləcəkdir) Rəhbər vəzifələri tutmaq üçün (prorektor, dekan, kafedra müdiri, şöbə rəhbərləri) Müvafiq Əsasnaməyə uyğun olaraq Texniki-yardımçı heyət üçün • Vakant yerin doldurulması üçün elana əsasən və digər kanallar vasitəsilə cəlb edilmiş namizədin sənədlərin təqdimatı (qanunvericilik üzrə nəzərdə tutulan sənədlər, əmək kitabçasından çıxarış) • Sənədlərin qəbulu və ilkin təhlili • Sənədlərin qiymətləndirmə üçün müvafiq komissiyaya təqdim edilməsi (Peşəkar bacarıqlar qurum rəhbəri tərəfindən qiymətləndirilir)

  16. İşin İcrasının Qiymətləndirilməsi (Professor-Müəllim Heyəti üçün) (1) Qiymətləndirmə Mexanizmi A) Fərdi hesabat (silabus, təlim fəlsəfəsini əks etdirən sənəd/məlumat, professional bilik və bacarığı əks etdirən sənəd, sertifikat, elmi əsərlərinin siyahısı və s.) B) Özünüqiymətləndirmə C) Qarşılıqlı qiymətləndirmə (dərslərə qarşılıqlı davamiyyət, müşahidə, kafedra iclaslaında müzakirələr, açıq və nümunəvi dərslər) D) Tələbələr tərəfindən qiymətləndirmə F) Struktur Rəhbəri tərəfindən qiymətləndirmə G) Müsahibə (lazım olduqda) Qiymətləndiriləcək keyfiyyətlər Tələb edilən bilik və bacarıq Pedaqoji hazırlıq Elmi fəaliyyət Motivasiya Korporativ ruh

  17. İşin İcrasının Qiymətləndirilməsi (Professor-Müəllim Heyəti üçün) (2) Nəticənin təhlili və nəzərə alınması a) Nəticələrin fakültə və Univesitet elmi şuralarına təqdim edilməsi b) İşçinin müqaviləsinin uzadılması/uzadılmamsı, vəzifədə irəli çəkilməsi, həvəsləndirilməsi, lazım ilduğu halda əlavə təkmilləşdirmə tədrbirlərinə cəlb edilməsi və s. Qiymətləndirmədə dövrilik və qiymətləndirməni aparan qurumlar a) fərdi hesabat və özünüqiymətləndirmə – hər semstrin sonu b) qarşılıqlı qiymətləndirmə (kafedranıntərtib etdiyi qrafik əsasında) c) tələbə qiymətləndirilməsi (hər semestrdə) (KT şəbəsi tərəfindən aparılır) d) struktur rəhbəri tərəfindən qiymətləndirmə (hər semstrdə) Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatı və onların bu təsnifat üzrə tənzimlənməsi a) Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatının yaradılması (üzürlü səbəbdən dərs buraxma və bu haqda məlumat verilməsi,üzürlü səbəbdən dərs buraxma və bu haqda məlumat verilməməsi, üzürsüz səbəbdən dərs buraxma, dərsin buraxılması və unun əvvəlcədən və ya sonradan əvəz edilməsi, dərsin buraxılması və unun əvvəlcədən və ya sonradan əvəz edilməməsi və s.) b) belə hallarda müəllimin üzərinə düşən məsuliyyət (dərsin müəllim tərəfindən əvəz edilməsi, əlavə dərs və s.) c) bu cür hallarda kafedranın üzərinə düşən məsuliyyət (dərsin əvəz edilməsi və onun keyfiyyətinin təmin olunması və s.) d) bu cür hallar üzrə hesabat mexanizmi (müəllim və kafedra tərəfindən) e) Müstəsna hallarda vəzifənin yerinə yetirilməməsi situasiyalarının təsnifatı (üzürlü səbəbdən dərs buraxma və bu haqda məlumat verilməsi)

  18. Müəllimin Fəaliyyətinin Qiymətləndirilməsi zamanı nəzərə alınacaq əsas keyfiyyətlərin kriteriyaları və ölçü mexanizmi (1) Bu keyfiyyətlər həm işə qəbul zamanı, həm də fəaliyyətin icrası prosesində yoxlanılmalıdır • peşəkar bilik və bacarıqlar qiymətləndirmə üçün lazım olan indikatorlar (müvafiq sənəd, peşəkar testlər, müsahibə, silabus) b) pedaqoji-psixoloji hazırlıq: Dərsin təşkili və qrupu idarə etmə Tələblərin aydınlığı Tələbə biliyinin qiymətləndirilməsinin obyektivliyi Təlimin metodları Tələbələrə münasibət və ünsiyyət səviyyəsi İstifadə etdiyi ədəbiyyat Tələbələrə dəstək (məsləhət saatları, tələbələrlə mütəmadi ünsiyyət və s.) Dərsin keyfiyyətinin təminatı (tədris fəlsəfəsi, müasirlik, qloballıq, beyməlxalq standartlara cavab vermə, Bazara yönümlülük (praktiklik) Peşəkar etika qiymətləndirmə üçün lazım olan indikatorlar (silabus, silabusun yeniləşdirilməsinin tezliyi və yeniləşmənin məzmunu, tədrisdə istifadə etdiyi ədəbiyyat, tələbə soröusu, struktur rəhbərinin qiymətləndriməsi, açıq dərslərin nəticələri, tələbələrin imtahan və testlərinin nəticələri, əmək bazarı nümayəndələrinədn alınangeriyə məlumat)

  19. Müəllimin Fəaliyyətinin Qiymətləndirilməsi zamanı nəzərə alınacaq əsas keyfiyyətlərin kriteriyaları və ölçü mexanizmi (2) • motivasiya dərəcəsi kritik situasiyalarda qərarvermə bacarığı və istəyi, təşəbbüskarlıq, həmkarlarına və iş yerinə münasibət, lazım olduqda iş saatlarından əlavə işləmək bacarığı və istəyi, intizamlılıq, dərslərin keyfiyyətini və öz peşəkar səviyyəsini artırmaq üçün gördüyü əlavə işlər, intizamlılıq, tələbələrlə lazım olduqda iş saatında əlavə işləmək istəyi qiymətləndirmə üçün lazım olan indikatorlar (motivasiya məktubu, özünüqiymətləndirmə, müsahibə, açıq dərslər, struktur rəhbərinin qiymətləndirməsi, qarşılıqlı qiymətləndirmə, tələbə sorğusu) d) elmi fəaliyyət qiymətləndirmə üçün lazım olan indikatorlar (elmi nəşrlər və onların kəmiyyət və keyfiyyət təhlili, elmi konfranslarda iştrak, elmi-metodik fəaliyyət, dərsliklər, tədris vəsaitləri və s.) e) korporativ ruh əməkdaşlarla qarşılıqlı ünsiyyət, lazım gəldikdə və ya kritik situasiyalarda məsuliyyəti üzərinə götürmə və şəxsi təşəbbüskarlıq, universitetin resurslarına, onların qorunmasına və s. qarşı qayğı və təəssübkeşlik, işin icra edilməsi üçün yalnız yuxarı instansiyanın göstərişini gözləməmə, lazım gəldikdə qərarvermə bacarığı, universitetin ictimai işlərində iştirak, yeni işçiləri işə həvəsləndirmə və onlarla işləmə, universitetə yeni və keyfiyyətli insan reurslarının cəlb edilməsində maraqlılıq, dürüstlük və rəhbərliyə düzgün, ədalətli məlumatın verilməsi. Intizamlılıq, pozitiv mövqe, tənqidə açıqlılıq, digərlərinin və xüsusilə gənclərin müsbət təşəbbüslərini dəstəkləmə qiymətləndirmə üçün lazım olan indikatorlar (tələbə qiymətləndirməsi, aşağıdan yuxarı qiymətləndirmə, struktur rəhbəri tərəfindən qiymətləndirmə)

  20. İşin İcrasının Qiymətləndirilməsi (Dİgər Heyət Üçün) Rəhbər İşçilər Rəhbər işçinin özünüqiymətləndirməsi Strukturun işçiləri tərəfindən (aşağıdan yuxarıya) anonim qiymətləndirmə Müvafiq yuxarı instansiya tərəfindən qiymətləndirmə Texniki və yardımçı heyətin qiymətləndirilməsi Özünüqiymətləndirmə Qurum rəhbəri tərəfindən qiymətləndirmə (bu qiymətləndirməyə işçinin fəaliyyəti və bu fəaliyyətin yerinə yetirildiyi iş yeri qiymətləndirilir) Qiymətləndirmənin nəticəsinin tətbiq edilməsi

  21. Fəlsəfəsi: İnstitusional qiymətləndirmə müəyyən nəticələrə gətirib çıxarılmalıdır. Lakin qiymətləndirmə nəzarət mexanizmi və ya cəza tədbiri yox, inkişafı stimullaşdıran vasitə rolunu oynamalıdır. İnstitusional qiymətləndirmənin komponentləri Proqramların (ixtisas proqramları) qiymətləndirilməsi Struktur vahidlərinin (fakültələrin, kafedraların və s.) qiymətləndirilməsi İnstitusional qiymətləndirmə

  22. Struktur vahidinin qiymətləndirilməsi • struktur vahidinin (fakültənin və ya kafedranın) • strategiya və planlarını • idarəetmə sistemini • digər struktur vahidləri ilə və xarici strukturlarla əlaqəsi, nüfuzu və s. • təklif etdiyi ixtisasların məqsəd və vəzifələri, onların rəqabətədavamlılığı • ixtisaslar üzrə müəyyən edilmiş məqsəd və vəzifələri yerinə yetirmək üçün mövcud resurs və infrastrukturu • tələbələrə dəstək vermə dərəcəsi • elmi fəaliyyətin səviyyəsi • strateji kommunikasiya və məlumat təminatı səviyyəsi (kurs kataloqları, reklam materialları, internet • səhifəsi, məlumat kitabçaları və s.) • qiymətləndirilir

  23. Şöbələrin özünüqiymətləndirməsinin təsviri • Məqsəd və strategiyaların təsviri • Heyət üzvlərinin siyahısı • Təlim vasitələri • Tələbə məsələləri • Tədqiqat fəaliyyətləri • Tədris idarəçiliyi məsələləri • Universitetdaxili, universitetlərarasıvə beynəlxalq əməkdaşlıq • Ən mühüm nəaliyyətlər • Problemlərin ən zəif tərəfləri (real və ya gözlənilən) • Yaxın gələcək üçün planlar • Məzunların profillərivətəyin edilmış təlim nəticələri

  24. İxtisasların Qiymətləndirilməsi Məqsəd: proqramıarın tələblərə cavab-verib-verməməsini aşkar etmək, onlarla bağlı nöqsanları vaxtında aradan qaldırmaq Qiymətləndirmə obyekti: ixtisasın aktuallığı, proqramın ixtisasın məqsədlərinə xidmət edib-etməməsi, təlim metodları, resurslar və s.

  25. İxtisasın qiymətləndirilməsi kriteriyaları • İxtisasın dövlət və beynəlxalq standartlara cavab verməsi • İxtisas daxilində tədris olunan fənlərin ixtisas profilinə uyğunluğu • İxtisasın məzunları işlə təmin etmə potensialı • Avropa kredit sisteminə (ECTS) uyğunluğu • Təlimin məqsədləri üzrə müəyyən edilmiş deskriporlara(learning outcomes descriptors) uyğunluq dərəcəsi • Tələbə biliyini qiymətləndirmə kriteriyaları • Cəlb edilmiş resurslar • Beynəlxalq səviyyədə rəqabətədavamlılıq • Davamlılıq

  26. Tədris proqramlarının müasirləşdirilməsi Tələbələr- Mərkəzləşdirilmiş yanaşma İnteraktiv təlim Təlimnəticələrinin müəyyənləşdirilməsi Təlim porsesində çeviklik Tənqidi təlim Heyət işi Təlim Qiymətləndirmə və attestasiya Tələbə seçimi (seçkilər) Şəffaflıq Tələbələrin dərs yükü Boloniya prosesinin sürətləndirilməsi

  27. Təlimin məqsədləri üzrə müəyyən edilmiş deskriporlar(learning outcomes descriptors) • Bilik və anlama • Bilik almavə anlama • Mühakimə yürütmək • Ünsiyyət • Öyrənmə vərdişləri

  28. Qiymətləndirmə

  29. Özünüqiymətləndirmə

  30. Keyfiyyətin Təminatı Mərkəzi Mərkəzin əsas vəzifəsi Universitetdə təhsilin keyfiyyətini qiymətləndirməkdən ibarətdir

  31. Qiymətləndirmə alətlərindən biri: Sorğu • Əcnəbi tələbələr arasında sorğu-May,iyun-2005 • İmtahanların qiymətləndirilməsinə dair sorğu-Yay-2005 • Əcnəbi müəllimlərin qiymətləndirməsinə dair sorğu-2006 • Təhsilə dair müəllimlər arasında sorğu-2006 • Gözləntilər və gələcək planlara dair II kurs tələbələri arasında sorğu-Oktyabr-2006 • Təhsil və sosial problemlərə dair əcnəbi tələbələr arasında sorğu-2007 • Müəllimlərin qiymətləndirilməsinə dair illik tələbə sorğuları-2006, 2007, 2009

  32. Qiymətəlndirmə prosesində fəal tərəflər: • Tələbələr • Müəllimlər • Professorlar • Digər mütəxəssislər

  33. Təhsilə dair müəllimlər arasında sorğu-2006 Respondentlərin istifadə etdikləri metodlar

  34. Kadrların idarə edilməsi istiqamətində tərtib olunan standart formalar • İşə qəbul prosesində istifadə olunan formalar (İş üçün müraciət forması, Cv forması, motivasiya məktubu, Sorğu anketləri) • Vakansiyalar üçün (ləğvi, məhdudlaşdırılması,əvəzlənməsi,artırılması) • Özünüqiymətləndirmə (struktur rəhbəri,işçilər, şöbənin fünksiyaları) • Vəzifə təlimatları

  35. Prosedurların tətbiq olunduğu şöbələr: • Beynəlxalq Əlaqələr üzrə Prorektorluq • Tədris hissəsi • Problemlər • Perspektivlər

  36. Kadrların idarə edilməsinin daxili auditi Yoxlanılır: • Struktur təlimatları • Strukturun fəaliyyət istiqamətləri • Strukturun məqsədləri • İllik fəaliyyət planı • Universitetin məqsədlərinə uyğun mövsumi planlaşdırma • İllik fəaliyyət planının icrası • İllik iş planının icrası üçün kifayət qədər işçinin olması • Struktur fəaliyyətinin illik qiymətləndirilməsi:özünüqiymətləndirmə və kənar qiymətləndirmə (işin planlaşdırılması və icrası) İşçi heyət 1. İşə qəbul və seçim proseduru 2. Vəzifələrin təsnifatı 3. İşçi heyətinin inkişafı 4. Işin icrasına nəzarət 5. İşçi münasibətləri 6. Mükafatlandırma 7.Təhlükəsizlik və sağlamlıq

  37. Ali Təhsil Müəssisəsinin Akkreditasiyası Ali təhsil müəssisəsinin (proqramın) attestasiyası 2.1. Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət-ictimai nəzarətin əsas forması olaraq mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən prosedurdur. Ali təhsil müəssisəsinin (proqramın) akkreditasiyası 1.2. Attestasiyanın və Akkreditasiyanın əsas məqsədi və vətəndaşların təhsil sahəsində konstitusiya ilə müəyyən edilmiş hüquqlarını və təhsil müəssisələrinin fəaliyyətinin təhsil qanunvericiliyi və dövlət təhsil standartlarının tələbləri səviyyəsində qurulmasını təmin etməkdən ibarətdir. 3.1. Akkreditasiya təhsil müəssisəsinin statusunun (tipinin və növünün) və onun təhsil haqqında dövlət nümunəli sənəd vermək hüququ olan təhsil proqramları siyahısının müəyyənləşdirilməsi prosedurudur. Wikipedia təhsilin akkreditasiyası-təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur;

  38. Keyfiyyətin Təmin Edilməsi qarşısında duran obyektiv və subyektiv çətinliklər İqtisadi durum - motivasiya Qanunvericilik çərçivəsi Daxili ünsiyyət (tələbə-müəllim münasibəti; tabeçilik formatı) Strateji ünsiyyət (reklam, məlutmatlılıq) İdarəçilik sistemi İdarəçilik vərdişləri (soft skills) Yaradıcı fəaliyyət üçün lazım olan muxtariyyət dərəcəsi – qərar qəbuletmə məhdudiyyəti İnfrastruktur İnteraktiv metodlar İxtisasların aktuallığı İnkişaf planı və strateji planlaşdırma

  39. Ali Təhsildə Keyfiyyət: Ali Təhsildə İdarəçilik (1) • Hesabatlılıq və məsuliyyətlilik çərçivəsində müstəqillik • Vertikal və horizontal idarəetmə • Vəzifələrin və funksiyaların konkretliyi • Vəzifə və funksiyaların zəncirvari bağlılığı • Struktur sabitliyi çərçivəsində fəaliyyətin dinamikliyi • Müntəzəmlik • İnzibati tədbirlərə deyil, inkişafa yönümlülük • Qiymətləndirmədə formal deyil, keyfiyyət göstəricilərinə əsaslanma • Aşağıdan yuxarıya təşəbbüslər və bu təşəbbüslərin əngəllənməməsi • Rəhbərliyə məlumat • Strateji ünsiyyət

  40. Ali Təhsildə Keyfiyyət: Ali Təhsildə İdarəçilik (2) • Ali təhsil müəssisəsində çalışan və təhsil alan bütün insanların iştirakı ilə təmin edilən bir sistemdir (hər bir səviyyədə özünüqiymətləndirmə, hesabatlılıq, yuxarıdan aşağıya və aşağıdan yuxarıya qiymətləndirmə, paralel strukturların bir-birini qiymətləndirməsi) • Hər bir vəzifə tələbinin müfəssəl şərh edilməsini və bu tələbləri yerinə yetirmə prosedurlarının aydın olmasını tələb edir (ali təhsil müəssisəsində çalışan hər bir şəxsə (akademi, inzibati və s.) onun vəzifəsi aydın şərh edilməlidir, belə ki, qiymətləndirmə qoyulan konkret tələblər əsasında aparılır)  • Ümumi müəyyən edilmiş standartlara (məs., hər hər hansı bir ixtisasın hazırlanması üçün dövlətin qoyduğu minimum standartlara əməl edilməsi, ali təhsilin müəyyən edilmiş missiyası və dəyərləri çərçivəsində fəaliyyət göstərilməsi tələbi və s.) riayət olunmasını tələb etməklə yanaşı hər bir strukturun və hər bir vahidin muxtariyyətini tələb edir.  • Fərdi subyektivliyə imkan yaratmır (həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya yönəlmiş və eyni zamanda hər bir strukturun və hər bir vahidin bərabər iştirakını tələb edən bir sistem olduğu üçün).   • Qymətləndirmənin nəticəsi inzibati tədbirlərin görülməsinə deyil, inkişafa, nöqsanların aradan qaldırılmasına yönəldirmişdir. • Müntəzəm olaraq təkrarlanan prosedurların mövcudluğunu tələb edir, lakin bu prosedurlar mütəmadi olaraq təkmilləşdirilməlidir.   • Ali təhsil müəssisəinin fəaliyyətinin nəticələri, tədris proqramları, resurslar haqqında məlumat və s. həm rəhbərliyə, həm də ictimaiyyətə müntəzəm olaraq çatdırılmalıdır.

  41. KŞ fəaliyyətinin yenidən qurulması 1. Hər bir vəzifə üçün mövcud normativ-hüquqi baza əsasında və müvafiq qurum rəhbərinin tövsiyələri nəzərə alınmaqla daxili tələb və standartların (job descriptions) hazırlanması 2. İşə iddialı olan şəxslərin həmin tələb və standartlarla dərhal təmin olunması 3. İşə iddialı olan şəxsin sənədlərinin qəbulu və təhlili 4. İşə iddialı olan şəxslərlə ilkin müsahibənin keçirilməsi 5. Universitetin əməkdaşları üçün motivasiya və həvəsləndirmə mexanizminin işlənməsi 6. Müəssisədaxili münaqişələrin həll edilməsi mexanizmi 7. Vakant yerlər üçün elanların hazırlanmasında yeni prinsiplər (yeni vəzifə tələblərinə uyğun və s. elanlar hazırlanmalıdır; elanda vəzifənin qısa xarakteristikası və namizədin vəzifəni yerinə yetirməsi üçün tələb edilən minimum keyfiyyətlər öz əksini tapmalıdır)

  42. GÖRÜNƏN TƏRƏFLƏR Uyğun insan resursları Adekvat ödəniş Qanunun aliliyi və daxili qaydalara riayət Şəffaflıq və aşkarlıq prinsipləri Aşağıdan yuxarıya qiymətləndirmə, həm üfqi həm də horizontal idarəçilik, hesabatlılıq və özünənəzarət mexanizminin mövcudluğu Elmi aktuallıq İnfrastruktur Daxili qaydalar və professional davranış, professional etika, ünsiyyət normaları Daxili və xarici əlaqələrin inkişafı Akkreditasiya GÖRÜNMƏYƏN TƏRƏFLƏR Korporativ ruh Motivasiya, professional inkişaf, maraq Məsuliyyətin dərk edilməsi Tədris və elmi fəaliyyətin keyfiyyəti, rəqabətədavamlılığı, yeni düçüncə tərzinə malik müəllim və tələbə resursları, maliyyə imkanlarının artırılması Yeni İdarəçilik fəlsəfəsi, yeniləşmə meyli və müstəqil düşünmə tərzi Maliyə vəasaitlərinin axını, rifah, nüfuz Professional inkişaf Ziyalı “etiketi”, mənəvi inkişaf, yüksək nüfuz Rəqabətə davamlılıq, beynəlxalq nüfuz Müstəqil fəaliyyət Təhsildə Keyfiyyət: Əsas Faktorlar

More Related