1 / 27

Mövzu 10. Elektrik maşınlarının təmiri

Mövzu 10. Elektrik maşınlarının təmiri. Plan 1.Dolaqların təmiri üzrə əsas qaydalar 2.Dolaqların elementlərinin izolyasiya edilməsi və lehimlənmə texnologiyası Ədəbiyyat 1. Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

onaona
Download Presentation

Mövzu 10. Elektrik maşınlarının təmiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 10. Elektrik maşınlarının təmiri Plan 1.Dolaqların təmiri üzrə əsas qaydalar 2.Dolaqların elementlərinin izolyasiya edilməsi və lehimlənmə texnologiyası Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 3.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.

  2. Statorun və ya rotorun (lövbərin) zədələnmiş makaralarını (seksiyalarını) aşağıdakı kimi çıxarırlar: ►zədələnmiş makaraların uclarının lehimini əridirlər, lövbərlər üçün ucları kollektor lövhələrindən aralayırlar (lehimini əridirlər); ► çıxarıcının köməyi ilə yuvaların çivlərini çıxarırlar; ► dolağın çıxarılmalı olan hissəsini böyük qiymətli elektrik cərəyanının köməyi ilə yaxşı qızdırırlar, nəticədə hopdurma lakları yanır; bu məqsədlə çox tez-tez qaynaq transformatorundan istifadə edirlər; ► statorun dolağının zədələnmiş hissəsini ehtiyatla çıxarırlar.

  3. Əgər zədələnmiş dolağı yenisi ilə dəyişirlər və onu tamamilə çıxarmaq lazımdır ki, bu da böyük olmayan mühərriklərin statorlarında tez-tez baş verir, onda aşağıdakı şəkildə hərəkət edirlər:► dolağın alın hissələrindən birini dəmir yonan qələmlə səliqəli kəsirlər, bu zaman aktiv poladın kənar vərəqlərinin zədələnməsi yol verilməzdir;► dolağın qalan hissələri ilə birlikdə statoru xüsusi qızdırıcı sobaya qoyurlar, orada onu 250...3000S-ə qədər qızdırırlar, belə temperatur zamanı hopdurucu laklar, yuva izolyasiyası (müəyyən qismi) və ağac çivlər yanır; ► qızdırılmış statoru xüsusi qurğuya yerləşdirirlər, hansında ki, dolaq dəstlərini ağac çivlərlə birlikdə yuvalardan dartıb çıxarırlar;► yuva izolyasiyasının qalıqlarını kənarlaşdırırlar, statoru sıxılmış hava şırnağı ilə təmizləyirlər və çirki, yağları və lakın qalıqlarını kənarlaşdırmaq üçün qələvi məhlulu ilə yuyurlar.

  4. Dolaqların yerinə yetirilmə üsuluna görə onlar şablonlulara və dartılmışlara bölünürlər. Şablon dolağını açıq və ya yarımaçıq yuvalar zamanı tətbiq edirlər. Dolaqların seksiyalarını xüsusi şablonların köməyi ilə sarıyıcı dəzgahlarda hazırlayırlar

  5. Şablon dolaqların sarınması kiçik diametrli naqillərdən yerinə yetirilmiş -yumşaq seksiyalılara və sarınması böyük en kəsikli düzbucaqlı formalı çubuqlardan (şindən) yerinə yetirilmiş -sərt formalanmış seksiyalı dolaqlara bölürlər. Yumşaq seksiyaları yarımqapalı yuvalara doldururlar, necə ki, yuvaya tökülən kimi, ona görə belə dolaqları tökülən adlandırırlar.

  6. Yuvaların formaları : • 1-bağlı; 2-yarımbağlı; 3-açıq.

  7. Sərt seksiyaları tamamilə hazır şəkildə açıq yuvalara yerləşdirirlər. Sabit cərəyan maşınlarının dolaqlarının seksiyaları şəkildə göstərilmişdir. Sabit cərəyan maşınlarının dolaqları : a-qütb makarası; b-dairəvi en kəsikli naqildən lövbərin dalğavari dolağının seksiyası; c-düzbucaqlı formalı naqildən lövbərin dalğavari dolağının seksiyası. a b c

  8. Dartılmış dolaqları yalnız qapalı (və ya yarım qapalı) yuvalı maşınlarda tətbiq edirlər və makaranın (seksiyanın) naqillərinin hər birini dartmaqla əllə yerinə yetirirlər. İşi iki sarıyıcı yerinə yetirir;

  9. Dolaqların elementlərinin izolyasiya edilməsi və lehimlənmə texnologiyasi Dolağın elementlərinin izolyasiyasının və lehimlənməsinin yerinə yetirilmə üsullarına və əsas təlabatlara baxaq. İzolyasiya işləri.Seksiyaların və dolağın naqillərinin izolyasiya lenti ilə izolyasiya edilməsinin aşağıdakı üsullarını fərqləndirirlər: 1)həmişəlik izolyasiyanın qoyulmasından əvvəl və müvəqqəti bandajlamaq üçün tətbiq edilən addımlı izolyasiya.

  10. 2) İzolyasiyanın mexaniki mühafizəsi üçün tətbiq edilən yan-yana izolyasiya; lenti naqilin əsas izolyasiyanın üstündən yerləşdirirlər; 3) Əsas izolyasiyaqatı kimitətbiq edilən atmaizolyasiya

  11. Dolaqların seksiyalarının və ya çubuqların (şinlərin) izolyasiya materialları ilə izolə edilməsi birqat və ya ikiqat izolyasiya şəklində yerinə yetirilə bilər. Dolağın seksiyalarının və ya çubuqlarının izolyasiyası : a-birqat; b-ikiqat; 1-izolyasiya; 2-naqillər. a b

  12. Yuva izolyasiyasının konstruksiyalarının nümunələri:a-çubuq dolağın; b-tökülmə; c-dartılma; 1-mis çubuq; 2-izolə edilmiş naqil; 3-elektrokarton 0,2mm; 4-lakotkan 0,2mm; 5-elektrokarton 0,3mm; 6-mikalent; 7-çiv. a b c

  13. İzolyasiya gilzinin ümumi görünüşü:1-çəpinə kəsilmiş iki hissədən ibarət olan düzəldici; 2-giliz.

  14. Yuvalara yerləşdirilmiş naqillərin düşməsinin qarşısını almaq üçün onları ağac, tekstolit, getinaks və s. çivlərlə çivləyirlər. Çivlərin formaları : a-yarımqapalı yuva üçün; b-açıq yuva üçün; 1-çiv; 2-keçirici (naqil); 3-izolyasiya.

  15. Makaranın möhkəm olması və lazım olan formanı saxlaması üçün onu şablondan çıxardıqdan sonra, sarınma prosesində onu pambıq parça lentlə bağlamaq vacibdir. Dolağın qatları doldurulduqca lent onları müəyyən ardıcıllıqla bərkidir. Makaranın sarğılarının lentlə bərkidilməsi : 1-lent; 2-naqil; 3-şablonun gövdəsi.

  16. Birləşmələrin lehimlənməsi Mis naqilləri öz aralarında və naqilləri kollektor lövhələrinə lehimləməni ПОС-30, ПОС-40, ПОС-61 lehimləri ilə yerinə yetirirlər. Lehimlər– xüsusi ərintilərdir. Onlar müxtəlif metalların lehimlənməsi zamanı tətbiq edilirlər. Lehimlər yumşaq və bərklərə bölünürlər. Yumşaq lehimlərin ərimə temperaturu 4000C-ə qədərdir, bərklərin ərimə temperaturu isə 5000C-dən yuxarıdır. Yumşaq lehimlərin möhkəmliyi bərklərə nisbətən 7...10 dəfə azdır. • Yumşaq lehimlər ПОС-30, ПОС-40, ПОС-61, ПОС-90. Burada 30, 40, 61 və 90 onun tərkibindəki qalayın miqdarını %-lə göstərir, qalanı isə qurğuşundur. Bərk lehimlər ПМЦ – mis-sink, ПСp – gümüşlü.

  17. Lehimləmə üçün qurğu kimi çox tez-tez adi məftil qızdırıcılı elektrik lehimləyicilərini və ya lehimləmə yerini elektrik qövsü ilə qızdıran qövs lehimləyicilərini istifadə edirlər. Bu lehimləyicilər gücü 500Vt olan alçaldıcı transformatorlardan alınan 24...36V gərginlik zamanı işləyirlər. Qövs lehimləyicisi : 1-mis; 2-kömür; 3-naqillər; 4-dəstək; 5-izolyasiya.

  18. Diametri 1mm olan naqilləri birləşdirmək üçün ПОС lehimi ilə lehimləmə əvəzinə, çox zaman, daha məhsuldar və lehim tələb etməyən elektrik qaynağını tətbiq edirlər. Naqillərin qaynaq sxemi şəkildə təqdim edilmişdir. Naqillərin qaynaq yerinə kömür elektrodla toxunacaq, elektrik qövsü yaradırlar, hansı ki, naqilləri əridir və qaynaq edir. Transformatorun gücü 500...600Vt və ikinci tərəf gərginliyi isə 6...24V-dur. Naqillərin qaynağının sxemi : 1-transformator 220/24V, 500...600Vt; 2-kömür elektrod; 3-burulmuş naqil.

  19. ПОС lehimi ilə lehimləməni aşağıdakı texnoloji ardıcıllıqla həyata keçirməyi tövsiyyə edirlər : • lehimləmə yerini yonucu sumbata və ya bıçağın iti yeri ilə təmizləyirlər; • lehimləmə yerini o temperatura qədər qızdırırlar, hansında ki, lehimləmə yerinə toxunan zaman lehim əriməyə başlayır; • qızmış lehimləmə yerini kanifolla yağlayırlar və lehimlənəcək səthləri qalaylayırlar; • birləşmə yerinə (yarığa) lehim çubuğunu yaxınlaşdırırlar, onu lehimləyici ilə sıxırlar və lehimləmə yerini ərinti ilə doldururlar; • təmiz cında ilə, o hələ soyumamış, lehimin artığını kənarlaşdırırlar; • kanifol qalıqlarını təmizləyirlər və onları spirtlə yuyurlar.

  20. Bərk lehimlərlə lehimləməni aşağıdakı texnoloji ardıcıllıqla həyata keçirirlər : • lehimlənəcək səthləri təmizləyirlər; • lehimləmə yerini elektrik kəlbətinləri (və ya başqa nəyləsə) ilə tünd qırmızı-narıncı rəngə çalana qədər qızdırırlar; • lehimləmə yerinə burayaxırlar; • lehimi lehimlənəcək səthlər arasına yerləşdirirlər və lehim əriyənə qədər qızdırmanı davam etdirirlər; bununla lehimləmə başa çatır; • lehimləmə yerini nəzərdən keçirirlər, təmizləyirlər və möhkəmliyə yoxlayırlar.

  21. Düzbucaqlı en kəsikli naqillərin lehimlənməsini sxem üzrə aparırlar 20 mm 1-lehimlənəcək uclar; 2-sıxaclar.

  22. Kollektorun lehimlənməsi Lehimlənmə zamanı aşağıdakı əməliyyatlar yerinə yerinə yetrilir: • dolağın çubuqlarının, xoruzcuqlardan kənara çıxan, uclarını kəsirlər (yonurlar); • kollektoru maili quraşdırırlar, dolağı asbestlə örtürlər, xoruzcuqlar arasına çiv (paz) şəkilli araqatları yerləşdirirlər; • dolağı zədələməmək üçün, ehtiyatla kollektor lövhələrini və xoruzcuqları lehimləmə lampası ilə qızdırırlar (xırda kollektorlar üçün lampa ilə belə qızdırma tələb olunmur, onu yalnız lehimləyici ilə həyata keçirirlər); • xüsusi formalı lehimləyicilərlə lehimləmə yerini qızdırmaqda davam edirlər, onu kanifolla yağlayırlar və lehimlənəcək səthlərin arasındakı yarığa əridilmiş lehim yeridirlər.

  23. Lehimləmə zamanı lehimləyicinin vəziyyəti şəkildə göstərilmişdir 1-kollektor; 2-payalnik; 3-şlis; 4-naqillər.

  24. Naqillərin uc-uca lehimlənmə sxemi Naqillərin daha iki qaynaq və lehimləmə üsuluna baxaq. 1-kömür elektrodların sıxacları; 2-kömür elektrodlar; 3-naqillər; 4-naqillərin sıxacları; 5-transformator 220/12V, 500Vt.

  25. Naqillərin uc-uca qaynağını АСМП-1, АСП-3 və АСИФ-5 qaynaq aparatlarında aparırlar. Naqillərin uclarını əriyənə qədər qızdırırlar, ondan sonra mexaniki olaraq bir-birinə sıxırlar. Metalların və flüslərin oturdulması tələb olunmur. Bu metod diametri 1mm və çox olan naqillər üçün tətbiq oluna biləndir. Naqillərin uc-uca qaynaq sxemi (oxlarla naqillərə təzyiqin istiqaməti göstərilmişdir) : 1-transformator; 2-sıxac; 3-naqil; 4-qaynaq olunan kontaktlar.

  26. Naqillərin elektrik cərəyanı ilə lehimlənməsini və qaynağını yalnız o personal yerinə yetirə bilər ki, o gərginlik altında işləyən zaman təhlükəsizlik qaydalarını bilir.

More Related