1 / 19

Fənn: Zoogigiyena M övzü: T o rpağa qoyulan sanitar-gigiyenik və ekoloj i tələblər

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: T o rpağa qoyulan sanitar-gigiyenik və ekoloj i tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

lamond
Download Presentation

Fənn: Zoogigiyena M övzü: T o rpağa qoyulan sanitar-gigiyenik və ekoloj i tələblər

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Torpağa qoyulan sanitar-gigiyenik və ekoloji tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.Torpaq və onun əhəmiyyəti 2.Torpağın kənd təsərrüfatı heyvanlarının sağlamlığına təsiri 3.Torpağın mexaniki tərkibi və fiziki xassələrinin sanitar-gigiyenik əhəmiyyəti 4.Torpağın kimyəvi tərkibi, onun yemlərin qidalılığına və heyvanların sağlamlığına təsiri 5.Makro və Mikroelementlərin çatışmamazlığından əmələ gələn xəstəliklər və onlara qarşı profilaktik tədbirlər 6.Torpağın bioloji xassələri, mikroflorası və torpaq infeksiyası 7.Torpağın öz-özünə təmizlənməsi və sanitar cəhətdən giymətləndirilməsi 8.Torpağın sağlamlaşdırma metodları və onun çirklənmədən qorunması 9.Heyvan cəmdəklərinin yığılması və onların məhv edilməsi Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  3. Ədəbiyyat siyahısı 1.Ə.A.Əsgərov, O.M.Məmmədova.K/t hayvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 2.Ə.A.Əsgərov və başqaları.Müasir ekologiya, Bakı – 2007. 3.Ə.A.Əsgərov,M.M.Əliyev, O.M.Məmmədova. Sanitariya və zoogigiyena fənnindən metodik göstəriş. Gəncə-2005. 4. Ə.A.Əsgərov. Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə, Bakı – 1989. 5. Ə.A.Əsgərov, E.M.Hüseynov. Müasir ekologiya, Gəncə - 2004. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  4. Torpaq ilk misalı müqəddəsliyin, Ulu babalardan bizə mirasdır. O, ilk kəlməsidir hər bir dərsliyin Bütün sərvətlərdən öndür, əsasdır. Rubail Toqpaqdan yaratdın mayamı mənim Torpaqdan yem aldı bütün bədənim Nizami Gəncəvi Bax, gördüyün o qara torpaq Nə qədər ki, var, çörək olacaq Torpaqda yetişir hər çiçək, hər gül Torpaqdan süd əmir hər sarı sünbül Səməd Vurğun Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  5. Torpaq və onun əhəmiyyəti Planetimizin 510 mln2 km sahəsi vardır. Bunun 149 mln2 km quru torpaqdır. Torpaq xarici mühitin mühüm amillərindən biri olamqla, böyük gigiyenik əhəmiyyətə malikdir, çünki bütün canlıların həyatı torpaq üzərində keçir. Yerin üst qatı, yer qabığı və litosfer adlanır. Bu qatın qalınlığı orta hesabla 30-35 km. Yerin üst qatı biosferdir, canlıların həyatıda burada inkişaf edir. Torpağın əmələ gəlməsi və bitkilərin inkişafı bir-birilə sıx bağlıdır və biri-birinə daim təsir göstərir. Torpağın münbitliyi kənd təsərrüfatı istehsalı üçün əsas şərtlərdən biridir.Torpağın sanitar-gigiyenik əhəmiyyətini nəzərə alaraq heyvandarlıq təsərrüfatları yaradıldıqda, bina tikildikdə, düşərgə və otlaq yerləri seçildikdə, kanalizasiya çəkildikdə, qəbiristanlıqlar təşkil edildikdə və s. ərazinin torpağına diqqət yetirilməlidir. Torpağın kənd təsərrüfatı heyvanlarının sağlamlığına təsiri Torpağın üzvi maddələrlə çirklənməsi, müxtəlif mikroorqanizmlər, helmint sürfələri və s. canlıların inkişafı üçün əlverişli şərait sayılır. Canlıların həyatı torpaq üzərində keçdiyi üçün, o orqanizmə bilavasitə və ya dolayı yolla təsir edir. Heyvanların yoluxan və parazitar xəstəliklər, xüsusilə torpaq infeksiyaları ilə yoluxması( qarayara, tetanus, xışıldayan karbunkul ) torpaqla əlaqədardır. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  6. Torpağın mexaniki tərkibi və fiziki xassələrinin sanitar-gigiyenik əhəmiyyəti Torpaq müxtəlif ölçülü yarımdispers hissəciklərdən ibarətdir. Mexaniki tərkibinə görə torpağları aşağıdaki növlərə bölürlər: daşlı, yastı-çınqıllı, qumsal (tərkiblərində 80%-dən çox qum və 10%-ə qədər 0,01 mm –dın kiçik hissəciklər olur), qumluca (tərkibində 10-dan 20%-ə qədər 0,01 mm-dən kiçik hissəciklər olur), yüngül gillicə (20-30%-ə qədər 0,01 mm-dən kiçik hissəciklər), ağır gillicə (40-60%-ə qədər 0,01 mm-dən kiçik hissəciklər), ağır gilli (80%-dən artıq 0,001 mm-dən kiçik hissəciklər), əhəngli (tərkibində 20%-dən artıq əhəng olur), qaratorpaq (tərkibində 20%-dən artıq humus olur), torflu və s. Torpağın fiziki xassələri bilavasitə onun mexaniki tərkibi və strukturu ilə əlaqədardır. Buraya torpağın məsaməliliyi, su, hava və istilik rejimi aiddir. Bu xassələr torpağın məhsulldarlığını, bitkilərin inkişaf şəraitini və sanitariya tələblərini xarakterizə edir. Hər bir torpağın həcmi və xüsusi çəkisi vardır. Torpağın yapışma xassəsi dedikdə onun yaş halda müəyyən formanı saxlama qabiliyyəti, onun plastikliyi ilə əlaqədardır. Torpağın su xassələri- nəmlik tutumu, su sızdırma, su qaldırma qabiliyyəti, hidroskopik, su buxarlandırmaq aiddir. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  7. Torpağın kimyəvi tərkibi, onun yemlərin qidalılığına və heyvanların sağlamlığına təsiri Yer qabağının əsas hissəsi oksigen və silisiumdan ibarət olub, bütün elementlərin 75%-ə yaxın hissəsini təşlik edir. Təbiyətdə ən çox mineralların oksigenli birləşmələrinə rast gəlinir. Torpağda bitki və heyvanların həyatında mühüm rol oynayan mineral maddələrdən və mikroelemtlərdən kalsium, fosfor, mis, dəmir, yod, kobalt, manqan, bor, molibden və s. göstərmək olar. Torpağın inkişafına və məhsulldarlığına torpaq məhlulunun və reaksiyasının böyük təsiri vardır. Torpaqda xloridlər, sulfatlar və soda çox olduqda, bitkilər torpaq məhlulunu mənimsiyə bilmir və onların qidalanması çətinləşir. Çox turş və qələvi reaksiyalı torpaqlar bitkilərin inkişafını ləngidir, hətta onları məhv edir. Heyvan cəmdəkləri və tullantıları ilə birlikdə torpağa infeksion və invazion xəstəliklərin törədiciləri də düşə bilir. Buna görə də torpaqda heyvan qalıqları, onların parçalanma məhsulları torpağı infeksiya və invaziya ilə yoluxdurur, insan və heyvanların yoluxması üçün qorxulu olur. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  8. Makro və Mikroelementlərin çatışmamazlığından əmələ gələn xəstəliklər və onlara qarşı profilaktik tədbirlər Torpağda mikroelementlərin çatışmamazlığı bitkilərdə, suda və orqanizmdə həmin elementlərin çatışmamasına səbəb olur. Belə mikroelementlərdən kobaltı, yodu, misi, manqanı, boru, sinki və s. göstərmək olar. Yod çatışmadıqda zob xəstəliyi baş verir. Bundan başqa inəklərdə süd, qoyunlarda isə yun məhsulu azalır, donuzlarda tüksüz çoşqa doğulur. Torpaqda kobalt çatışmayan zonalarda heyvanlar akobaltizm ilə xəstələnir. Bundan başqa heyvanlar akoltozlara (bel quruluğu) anemiya, yalama xəstəliyinə tutulur. Torpaqda və bununla əlaqədar olaraq yemlərdə mis çatışmamazlığı orqanizmdə “Mis aclığı” yaradır. Bunun nəticəsində maddələr mübadiləsi pozulur, yalama və anemiya əmələ gəlir. Manqan çatışmayan zonalarda quşlarda periozis (oynaqların şişməsi, əzələlərin və tərlərin laylaşması), çoşqalarda axsama əmələ gəlir. Kalsium və yodun çatışmamazlığından, bor və stronsiumun çoxluğundan insan, heyvan və quşlarda Urov xəstəliyi əmələ gəlir. Bu xəstəlik xroniki olub sümük və oynaqların zədələnməsi, skeletin deformasiyası və s. ilə xarakterizə olunur. Makroelementlərin çatışmaması nəticəsində (kalsium və fosfat duzları) maddələr mübadələsi pozulur, sümük xəstəlikləri (raxit) əmələ gəlir, kalsium və maqnezium çatışmayan yerlərdə heyvanlarda qıc olma tutmaları müşahidə edilir. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  9. Mikroelementlərin miqdarından asılı olaraq baş verən xəstəliklər (mq/kq torpağa) Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  10. Torpağın bioloji xassələri, mikroflorası və torpaq infeksiyası Torpaqda müxtəlif canlılar – mikroorqanizm, həşarat onların sürfələri, nematod və müxtəlif qurdlar olur. Bu canlılar içərisində sanitar-gigiyenik əhəmiyyətə malik olanları geobionlar adlanan mikroorqanizmlərdir (bakteriyalar, aktinomisetlər, kif və maya göbələkləri, protozoolar, yosunlar). Torpaqda mikroorqanizmlərin həyat fəaliyyəti torpağın mexaniki və kimyəvi xəstələrindən asılıdır. Yaxşı kübrələnmiş və aqrotexniki tədbirlər aparılan torpaqlarda onlar çox, kübrələnməyən gilli torpaqlarda az olur. Mikroorqanizmlər ən çox torpağın 10-25 sm dərinliyində olur. Torpaqda əsasən saprofit mikroorqanizmlər olur. Bunlardan müxtəlif kokkları, spor əmələ gətirməyən aerob mikrobları (M. mycodes, B.subtilis) spor əmələ gətirən mikrobları göstərmək olar. Torpaq infeksiyalarından qarayaranı, dovşancıq, botulizm, emfizematoz karbunkul, yaman ödem və qoyunların bradzot xəstəliyinin törədiciləri 10 illərlə torpaqda qala bilir. Bəzi xəstəliklərin törədiciləri (vərəm, brüsellyoz, donuzların taunu, qızılyel, paratif, pasterellyoz və s.) torpaqda həftələrlə, aylarla diri qala bilir. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  11. Torpaqda patogen mikrobların yaşa müddəti Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  12. Torpağın öz-özünə təmizlənməsi və sanitar cəhətdən giymətləndirilməsi Torpağa düşən və eləcə də tərkibində patogen mikroblar, helmint yumurtaları olan bütün üzvi tulantılar və nəcis oksidləşərək son məhsulılarına parçalanır ki, buda torpağın öz-özünə təmizlənmə prosesi adlanır. Torpağın bu keyfiyyəti torpaq mikroflorasının fəaliyyəti və torpağın uduculuq xassəsindən asılıdır.Üzvi maddələr anaerob şəraitdə çürümə və qıcqırma bakteriyaları tərəfindən parçalanır. Anaerob şəraitdə üzvi maddələr ammonyaka qədər parçalanır və bu proses ammonifikasiya adlanır. Nitrifikasiya prosesində əmələ gələn nitratlar torpaqda natrium, kalium və başqa elementlərlə birləşərək duzlar əmələ gətirir ki, bunlar bitkilər tərəfindən asanlıqla mənimsənilir. Torpaq sanitariya cəhətdən onun bakterioloji və helmintoloji göstəricilərinə görə qiymətləndirilir. Burada əsasən patoloji mikroorqanizmlərin və helmint süfrələrinin olması nəzərdə tutulur. Bir bağırsaq çöpü koloniyasının yetişdirilməsinə sərf olunan torpağın miqdarı torpağın koli-titri adlanır. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  13. Torpağın sağlamlaşdırma metodları və onun çirklənmədən qorunması Torpağın sağlamlaşdırılması torpaqla əlaqədar olan xəstəliklərin qarşısını almaqdan ibarətdir. Torpağı sağlamlaşdırma metodları aqrotexniki və sanitariya tədbirlərindən ibarətdir. Aqrotexniki tədbirlər (şumlama, torpağa üzvi və mineral kübrələrin verilməsi və s.) torpağın münbitliyini artırır,onun fiziki, kimyəvi, mexaniki və bioloji xassələrini yaxşılaşdırır, bitkilərin məhsuldarlığını artırır və kimyəvi tərkibi yaxşılaşır. Torpağın sağlamlığının qorunması üçün əhali yaşayan yerlərdə tullantıların təmilənməsini düzgün təşkil etmək, peyini xüsusi peyin anbarlarında saxlamaq, utilizasiya və təmizlik işləri, tarlaları düzgün təşkil etmək, çirkab sularını xüsusi yerlərə axıtmaq, heyvanların dəri, yun, sümük-buynuz və s. məhsullarını düzgün saxlamaq, dəri və yun zavodları, ət kombinatları və sallaqxanalar, zəhərli maddələrin, kübrələrin saxlanması və heyvanların ümumi otlaqlarda otarılmasına, bazarlara aparılmasına yol verilməməlidir. İnfeksion və invazion xəstəliklərlə yoluxmuş heyvanların peyini biotermik üsulla, peyin şirəsi isə xlorlu əhənglə zərərsizləşdirilməlidir, hər 10-12 litr peyin şirəsinə 150-200 q xlorlu əhəng qatılır. Spor əmələgətirən patogen mikroblarla çirklənmiş peyin yandırılmalıdır. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  14. Ətraf mühitin radioaktiv çirklənmə yolları Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  15. Torpağın çirklənməsinin təyini Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  16. Zəhərli maddələrin orqanizmə daxil olması və ondan xaric olmasını əsas yolları Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  17. Heyvan cəmdəklərinin yığılması və onların məhv edilməsi Heyvan cəmdəklərinin vaxtında yığılması, tələf edilməsi və ya utilə verilməsinin kənd təsərrüfatı heyvanları və insanlar arasında yoluxucu xəstəliklərin qarşısını almaqda çox böyük əhəmiyyəti vardır. Cəmdəklərin vaxtında yığılmaması infeksion xəstəliklərin, stasionar xəstəlik ocaqlarının əmələ gəlməsinə səbəb ola bilər. Cəmdəklərin util zavodlarda zərərsizləşdirilməsi baytar-sanitar və iqtisadi cəhətdən daha əlverişlidir. Cəmdəkləri və onların məhsullarını qazanlarda yüksək təzyiq altında qaynatmaqla da zərərsizləşdirmək olar. Spor əmələ gətirən xəstəliklərdən (qarayara, emfizematoz karbunkul, və s.) ölmüş heyvanların yarılması və dərisinin çıxarılması qadağan edilir. Belə heyvanların cəmdəyi xüsusi peçlərdə və ya xəndəklərdə yandırılır. Belə sobalardan iri cəmdəklərin yandırılması üçün 9854 və 9920 №-li layihə üzrə qurulmuş, kiçik cəmdəklərin yandırılması üçün OB-T6 nömrəli qurğular, habelə bir sıra başqa tipli qurğular tətbiq edilir. Heyvan qəbiristanlıqları yaşayış yerlərindən, heyvan və quş binalarından, su mənbələrindən, yollardan azı 1 km aralı olmalıdır.Qəbiristanlıq üçün bir qədər hündür və açıqlıq, torpağı iri dənəvər, məsaməli, suyu və havanı yaxşı keşirən olmalıdır.Qəbiristanlığın ətrafına 1,5 m hündürlükdə möhkəm hasar çəkilməlidir, içərisində isə divar boyunca 1,4 m dərinliyində və 1,5 enində arx qazılmalıdır. Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  18. Heyvan qəbirstanlığı Cəmdək daşımaq üçün furqon Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

  19. Bekker quyusunun quruluşu Torpağa qoyulan san.-gig. və ekoloji tələblər

More Related