1 / 20

M Ö VZU: TARLA BİTKİLƏRİ TOXUMÇULUĞUNUN AQROTEXNİKASI

M Ö VZU: TARLA BİTKİLƏRİ TOXUMÇULUĞUNUN AQROTEXNİKASI. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzunun planı:. Toxumçuluq təsərrüfatlarına olan aqrotexniki tələbat Tarla işlərinin həyata keçirilməsi Toxumların qurudulması Toxumların saxlanması . Ədəbiyyat.

kalin
Download Presentation

M Ö VZU: TARLA BİTKİLƏRİ TOXUMÇULUĞUNUN AQROTEXNİKASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MÖVZU:TARLA BİTKİLƏRİ TOXUMÇULUĞUNUN AQROTEXNİKASI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

  2. Mövzunun planı: • Toxumçuluq təsərrüfatlarına olan aqrotexniki tələbat • Tarla işlərinin həyata keçirilməsi • Toxumların qurudulması • Toxumların saxlanması

  3. Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006. • MusayevƏ.C.vəb.Dənlitaxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008 • Turabov T. Genetika. Gəncə, 1997. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.

  4. Tarla işləri • torpağın hazırlanması; • əsas şum altına və vegetasiya dövründə bitkilərə gübrələrin verilməsi ; • bitkilərə qulluq ; • müşahidə və yığım ; • hesablamalar və s. Bu tədbirlər bütün təcrübə üçün eyni vaxtda, eyni qaydada, qısa müddətdə və keyfiyyətlə aparılmalıdır.

  5. Sahələrin seçilməsi, öyrənilməsi və hazırlanması İIk növbədə təcrübə üçün seçilmiş sahənin torpağı, onun mineroloji tərkibinə və strukturuna görə eyni cinsli olmalıdır. Seçiləcək sahənin tarixini (əkin dövriyyəsindəki yeri, burada becərilmiş bitkilər, tətbiq edilmiş aqrotexnika və s.), torpağın relyefini bilmək və həmin sahəni qabaqcadan öyrənmək tələb olunur. Sahəni seçərkən releyfə xüsusi fikir verilməlidir. Təcrübə üçün releyfi düz, mailliyi az olan sahə seçilməlidir. Relyefin rolu suvarılan torpaqlarda xüsusilə böyükdür Torpağın qida maddələri (NPK) ilə təmin olunma dərəcəsi və pH-ı müəyyənləşdirilir, onun münbitliyi haqqındakı məlumatlar təhlil edilir və torpağın hansı quruluşa, tipə mənsub olduğu dəqiqləşdirilir.

  6. Seçilmiş sahə göstərilənlərdən aşağıdakı məsafədə yerləşməlidir yaşayış evlərindən 50-100 m; tək-tək ağaclardan 25-30 m; su hövzələrindən 100-200 m; meşədən 40-50 m; tikililərdən 40-50 m; yollardan 5-10 m

  7. Tarla işləri torpağın hazırlanması əsas şum altına və vegetasiya dövründə bitkilərə gübrələrin verilməsi becərilmə işləri müşahidə və yığım hesablamalar Bu tədbirlər bütün təcrübə üçün eyni vaxtda, eyni qaydada qısa müddətdə və keyfiyyətlə aparılmalıdır.

  8. Torpağın hazırlanması Təcrübə sahəsində şum, bölgə üçün qəbul edilmiş optimal vaxtda və dərinlikdə aparılmalıdır. Digər torpaq becərmə işləri sahənin vəziyyətindən asılı olaraq aparılır

  9. Gübrələrin verilməsi Gübrələrin verilməsi torpağın qida maddə-ləri ilə təmin olunmasından asılı olaraq düzgün təyin olunmuş normada əl və ya maşınla aparıla bilər. Gübrənin bütün ləklərə və təkrarlara eyni miqdarda düşməsi təmin edilməlidir.

  10. Gübrə normalarının hesablanması Burada k - ləkə tələb olunan gübrənin miqdarı; a - təsiredici maddənin miqdarı, kq/ha; s - ləkin səpin sahəsi, kv.m; b - gübrənin tərkibində təsiredici maddənin miqdarı, %

  11. Səpin Səpin zamanı yol verilmiş xətaları sonradan aradan qaldırmaq qeyri mümkündür Toxumun basdırılma dərinliyini yoxlamaq üçün ilk növbədə müdafiə zolağında səpin aparılmalıdır. Toxum səpən maşını hər bir sortun özünə məxsus səpin normasına nizamlamalı, toxum səpilərkən ləkə bir metr qalmış maşın işə salınmalı və ləkdən bir metr kənara çıxdıqdan sonra dayandırılmalıdır. Toxum səpən maşını ləkin içərisində dayandırmaq olmaz. Hər bir sort səpildikdən sonra toxum səpən maşın diqqətlə təmizlənməlidir. Təmizlənmə və toxum səpən maşina yeni sortun toxumunun yüklənməsi ləkdən kənarda aparılmalıdır.

  12. Səpin norması burada N- çəki hesabı ilə səpin norması, kq/ha; s- bir hektara tələb olunan cücərən toxumun sayı, milyon ədəd; k- 1000 dəninkütləsi, q; T- toxumun təsərrüfat yararlılığı, %.

  13. Təsərrüfat yararlığı burada T- toxumun təsərrüfat yararlılığı, %; t- toxumun təmizliyi, %; c- toxumun tarla cücərməsi.

  14. Fenoloji müşahidələr Aparılması çox vacibdir. Bunun üçün səpin günündən, fazalardan, ümumi vegetasiya dövründə müşahidələr aparılır. Hər hansı fazanın başlanması, qurtarması hesaba alınır. Başlanması 10% olanda, qurtarması 75% olanda qeyd edilir.

  15. Fenoloji müşahidələr

  16. Bioloji zibillənmə və onunla mübarizə tədbirləri: • Bioloji zibilllənmə müxtəlif sortlar, bəzən müxtəlif növlər arasında gedən tozlanma nəticəsində əmələ gəlir. Odur ki, müxtəlif sortları əkərkən meşə zolağını digər maneələri nəzərə almalı, heç olmasa çiçəkləmə dövrlərinin eyni vaxta düşməməsinə çalışmaq lazımdır.

  17. Mexaniki zibillənmə və onunla mübarizə tədbirləri: • Mexaniki zibillənmə bir sortun əkininə digər sortun və ya alaq otları toxumlarının qarışmasına deyilir. • Mexaniki zibillənmə 2 cür olur: • 1) sort (çeşid) qarışığı. Sort zibilliyi ən qorxuludur. Çünki onu əllə ayırmaq olmur. • 2) mexaniki zibillənmə - mədəni bitkilərin və alaq otlarının qarışığıdır ki, buna növ və ya cins qarışığı deyilir. Bunu bitkini çoxaltdıqda, həm də toxumu təmizləməklə ayırmaq olar.

  18. Toxumçuluğun bütün dövrlərində sortların cins təmizliyini aşağıdakı qaydalara riayət etmək lazımdır: • Toxumun qəbulu • Surqucun açılması • Toxumların dərmanlanması • Toxumların səpin üçün buraxılması • Sortların sahəyə yerləşdirilməsinə olan tələbat • Səpinə hazırlıq və səpin • Əkinlərə qulluq • Məhsulun yığımı • Anbarın toxum qəbulu üçün hazırlanması • Toxumların qablaşdırılması və təhvili • Toxumların təmizlənməsi

  19. TOXUMLARIN QURUDULMASI • Rütubətlilik yüksək olduqda toxumların cücərmə qabiliyyəti aşağı düşür. • Nəmlik dərəcəsinə görə toxumlar 4 qrupa bölünür: • quru, • orta quru, • rütubətli, • çox rütubətli.

  20. TOXUMLARIN SAXLANMASI • Toxumlar kisələrdə saxlanılmalıdır. • Sortlar ayrı anbarlarda saxlanılmalıdır. • Ona daim nəzarət edilməlidir. İsti vaxtlarda hər 3 gündən, qışda həftədə 1 dəfə toxumun temperaturu yoxlanılmalıdır. Bunun üçün termometr toxumun içində 15-20 dəqiqə saxlanılır. • Rütubətliliyi isə nümunə götürməklə laboratoriyada təyin edirlər. • Anbar havalanmalı dezinfeksiya edilməlidir.

More Related