1 / 12

Fənn: Zoogigiyena M övzü: K/t hey-rı gigiyenasına giriş Mühazirəçi: Dos. Məmmədova O.M.

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: K/t hey-rı gigiyenasına giriş Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

elvina
Download Presentation

Fənn: Zoogigiyena M övzü: K/t hey-rı gigiyenasına giriş Mühazirəçi: Dos. Məmmədova O.M.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: K/t hey-rı gigiyenasına giriş Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.K/t hey-nın gigiyenası və onun vəzifələri 2.Zoogigiyenanın başqa fənlərlə əlaqəsi 3.Zoogigiyenanın müayinə metodları (Statik, eksperimental və sanitariya metodları) 4.Zoogigiyeniki amillərin heyvanların sağlamlığının qorunmasında rolu 5.Zoogigiyenanın öyrənilmə obyektləri (torpaq, su, hava, binalar, yemlər) və heyvanların (qaramal, qoyun, quş, at, donuz, balığ, it-pişik, arı, xəz-dəri) saxlanma sistemləri 6.Zoogigiyenanın qısa inkişaf tarixi 7.Azərbaycan alimlərin zoogigiyena elminin inkişafında rolu K/t hey-rı gigiyenasına giriş

  3. Ədəbiyyat siyahısı 1.Əsgərov Ə.A., Məmmədova O.M. K/t hey-nın ümumi gigiyenası, Gəncə - 2009. 2. Əsgərov Ə.A., Məmmədova O.M. K/t hey-nın xüsusi gigiyenası, Gəncə - 2007. 3. Əsgərov Ə.A., Hüseynov E.M. Müasir ekoligiya, Bakı – 2007. 4.А.Ф. Кузнецов. Гигиена содержания животных, Москва – 2003. 5. Əsgərov Ə.A.,Əliyev A. A., Məmmədova O.M. və baş. Sanitariya və zoogigiyena fənnindən metodik göstəriş, Gəncə - 2005. K/t hey-rı gigiyenasına giriş

  4. Giriş Müxtəlif xarakterli xəsətliklərin, məsələn, yoluxmayan xəstəliklərin, yoluxucu və parazitar xəstəliklərin profilaktikasında və ətraf mühitin mühafizəsində sanitar-zoogigiyenik məsələlərin əhəmiyyəti böyükdür. Zoogigiyena həmçinin heyvanların məhsuldarlığını mümkün qədər yüksəltmək, mövcud heyvanların cinsini yaxşılaşdırmaq, yeni heyvan cinsləri yetişdirmək, onları yaymaq, artırmaq, təsərrüfat iqlim şəraitində müvafiq sağlam və yaşamağa qabil cavan heyvanlar yetişdirmək məqsədi də daşıyır. K/t heyvanlarının gigiyenası və onun vəzifələri Kənd təsərrüfatı heyvanlarının gigiyenası-zoogigiyena heyvanların sağlamlığının qorunmasında bəhs edən elmdir. Zoogigiyena yunan sözü olub zoo (zoop)-heyvan, gigies (hyqieinos) sağlamlıq deməkdir. Bu elm heyvan orqanizmi ilə xarici mühit arasında olan qarşılıqlı münasibəti, xarici mühitin müsbət və mənfi amillərini, orqanizmin sağlamlığı və məhsuldarlığına olan təsirini öyrədir. Zoogigiyena xarici mühitin mənfi və müsbət amillərinin orqanizmin sağlamlığına və məhsuldarlığına olan təsirini aşkar edib, müsbət amillərin saxlanması və lazım gəldikdə artıtılması, mənfi amillərin isə aradan qaldırılması üçün müvafiq yollar göstərir. K/t hey-rı gigiyenasına giriş

  5. Bundan başqa, zoogigiyena orqanizmin sağlamlığı və məhsuldarlığı üçün vacib olan xarici mühit amillərinin (havanın, suyun və yemin) keyfiyyəti haqqında müvafiq normativlər verir, yemləmə, suvarma və saxlama rejimini öyrədir. Baytarlığın əsası olan bir sıra ümumi profilaktika və baytarlıq-sanitariya tədbirləri zoogigiyenanın verdiyi məlumatlar əsasında qurulur, çünki zoogigiyenik qaydaların gözlənilməməsi heyvanlar arasında bir sıra yoluxan və yoluxmayan xəstəliklərin baş verməsinə, onların yayılmasına və çoxlu təlafata səbəb olur. Gigiyena sözü yunanların etiqadına görə Yunanıstanda sağlamlıq ilahəsi olan Eksulapın (yunan padşahı) qızı Hu-giena adından götürülmüşdür. Sağmal inəklərin yelininə düzgün qulluq edilmədikdə mastitlər, yemləmə və suvarılma rejimi gözlənilmədikdə atlarda sancı xəstəlikləri əmələ gəlir, heyvan qəbristanlıqlarının və peyin anbarlarının təşkilinə, cəmdəklərin və peynin zərərsizləşdirilməsinə göstərilən tələbatın yerinə yetirilməməsi nəticəsində bir sıra xəstəliklər yayılır. Zoogigiyenanın başqa fənnlərlə əlaqəsi Kənd təsərrüfatı heyvanlarının gigiyenası profilaktik elm kimi bir sıra baytarlıq (epizootologiya, mikrobiologiya, parazitologiya, terapiya, mamalıq və s.) və zoomühəndis (yemləmə, yetişdirmə, xüsusi heyvandarlıq və s.) fənlərlə sıx əlaqədardır. K/t hey-rı gigiyenasına giriş

  6. Zoogigiyena ümumi nəzəri fənlər (fizika, zoologiya, kimya, biokimya, fiziologiya) və o cümlədən, mühəndislik (tikinti, mexanikləşdirmə, iqtisadiyyat, meteorologiya) elmləri ilə də sıx əlaqədar olub, bu elmlərin məlumatlarından öz işində geniş istifadə edir. Hazırda zoogigiyenanın və fiziologiyanın yeni bir sahəsi ekologiya elmi inkişaf edir. Bu elm saxlanma şəraitindən asılı olaraq heyvanların davranışını öyrənir, saxlama-yemləmə rejimini təşkil edir. Zoogigiyenanın müayinə metodları Zoogigiyena gündəlik iş qaydalarını müəyyən etmək və xarici mühitin orqanizmə təsirini öyrənmək üçün statik, eksperimental, kliniki, fizioloji və sanitariya müayinə metodlarından istifadə edir. Statik metod müxtəlif iqlim şəraitində və təsərrüfatın iqtisadiyyatından asılı olaraq hər hansı bir təsərrüfatda və ya rayonda heyvandarlığın vəziyyətini (heyvanların miqdarı, cinsi, məhsuldarlığı,xəstəliklər və s.), habelə yetişdirmə, qulluq, saxlama və istifadə etmə qaydalarını, yemləmə şəraitini öyrədir və heyvandarlığın gələcək inkişafı üçün əməli təkliflər verir. Eksperimental metod xarici mühit amillərinin – su, hava, torpaq, yem, yemləmə və saxlanma, suvarma rejiminin, qulluq və istifadəetmə qaydalarının heyvan orqanizminə təsirini öyrədir. K/t hey-rı gigiyenasına giriş

  7. Bu metod mikrobiologiya, fizika, kimya, aqronomiya, torpaqşünaslıq, biologiya, fiziologiya və həmçinin kliniki müayinə metodlarından geniş istifadə edir. Sanitariya müayinə metodu isə heyvan saxlanılan binaları, otlaqları, su mənbələrini, yemlərin saxlanılmasını, heyvanlara qulluqetmə və onların istismar qaydalarını öyrədir, hava, su, torpaq və yemlərin laboratoriya analizləri ilə məşqul olur. Kliniki, fizioloji müayinə metodunda xarici mühit amillərinin təsiri altında baş verən fizioloji proseslər (məs. qanın göstəriciləri, tənəffüs, nəbz, temperatur və s.) öyrənilir. Son zamanlar tosikoloji müayinə metodları da tədbiq edilir. Zoogigiyeniki amillərin hey-nın sağlamlığının qorunmasında rolu Məlumdur ki, İ.M.Seçenovun və İ. P. Pavlovun bütün elmi fəaliyyətinin əsasını sinir sistemi haqqında təlim ideyası təşkil etmişdir. İ.M.Seçenov göstərir ki, həyat iki amildən-dəyişilən quruluşdan və xarici təsirdən ibarətdir. İ. P. Pavlovun orqanizmdə gedən fizioloji proseslər sinir sistemi tərəfindən tənzim edilməsi mexanizmini orqanizmdən ayrılıqda deyil, bütöv orqanizmlə qırılmaz əlaqədə, orqanizm və onu əhatə edən mühitlə qarşılıqlı əlaqə şəraitində öyrənmişdir. İ. P. Pavlovun təliminə görə, orqanizmlə xarici mühit arasında əsas əlaqə qidadır. Bu amil heyvanların sağlamlığının qorunması, məhsuldarlığının artırılması, hətta mövcüd cinslərin təkmilləşdirilməsi, yeni cinslərin yaradılması və heyvanların bəslənməsində əsas götürülür. K/t hey-rı gigiyenasına giriş

  8. Zoogigiyenanın qısa inkişaf tarixi II-IV əsrlərdə qədim Hindistandan alimi Çakarta gigiyena qaydaları, xəstəliklərin səbəblərini müalicə strategiyası haqqında geniş məlumatlar vermişdir. Bizim eramızdan əvvəl VI-V əsrlərdə yaşayan Hippokrat bir sıra sanitar-gigiyenik fikirlər söyləmişdir. Böyük tacik həkimi Əbu-Əli-ibn-Sina (980-1037) bina, yem, torpaq və su haqqında bir sıra fikirlər irəli sürmüşdür. 1719-cu il iyunun 1-də I Pyotr Neva və başqa çayların çirklənməsinin qarşısını almaq üçün xüsusi əmr vermişdir. Bu illərdə su mənbələri ətrafında qoruq zonaları yaradılmışdır. 19 avqust 1723-cü ildə I Pyotr qoyunların saxlanılması haqqında xüsusi qərar vermişdir ki, burada da zərifyunlu qoyunların yemlənməsi, suvarılması və binaların tikilməsi qaydası göstərilmişdir. 1768-ci ildə Moskva Universitetinin tibb fakültəsinin professoru S.Q. Zibelin göstərmişdir ki, su ilə orqanizmə bir sıra faydalı mineral duzlar daxil olur. 1773-cü ildə həmin alimin izafi istiliyin zərərli təsiri haqqında əsəri nəşr edilmişdir. XVIII əsrdə heyvanların saxlanılması, yemləndirilməsi və onlara qulluq qaydaları ilə Rusiya Elmlər Akademiyası məşqul olurdu. 17 aprel 1770-ci ildə həmin akademiyanın təklifində əsasən “Xəstəliklərə və ölümə qarşı ehtiyatlı olmaq üçün heyvanların əlverişli tövlələrdə və yaxşı yemlənmə şəraitində saxlanılması” haqqında senat tərəfindən fərman verilmişdir. K/t hey-rı gigiyenasına giriş

  9. 1805-ci ildə Moskva, Xarkov və Kazan universitetlərində “Heyvanların müalicəsi” kafedrası təşkil edilmişdir ki, burada da İ.S.Andreyevski fiziologiya, patologiya, terapiya fənləri ilə yanaşı heyvanların gigiyenası fənindən mühazirə oxumuşdur. XIX əsrin əvvəllərində Rusiyada ali baytarlıq məktəbləri açıldı. Məşhur rus gigiyenisti F.F.Erismanın gigiyenanın inkişafında böyük xidmətləri olmuşdur. O, gigiyenanın əsas məqsədini və vəzifəsini müəyyən etmişdir. 1917-ci ildə oktyabr inqilabından sonra Rusiyada kənd təsərrüfatı heyvanlarının gigiyenası çox geniş inkişaf etməyə başladı. Bu dövrdən sonra ölkədə kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi üçün zoogigiyena aid bir s sıra əsərlər dərc edilmişdir. K.K.Skryabinin İ.A.Dobrosmislevin, Q.İ. Qurinin, A.K.Skoroxodkonun (1930-1936), V. A. Alikayevin və V.S. Stariskinin (1936), F.M.Oneqinin (1932) əsarləri çapdan çıxmışdır. 1950-1960-cı illərdə Zoogigiyenada və içməli suyun gigiyenik cəhətdən qiymətləndirilməsini, yemlərdə zəhərli maddələrin və zəhərli göbələklərin təyin edilməsini, yemləmə və suvarma rejimini, su mənbələrindən istifadə edilməsini heyvanlara qulluq və onlardan istifadə edilmə qaydalarını öyrənmişdir. K/t hey-rı gigiyenasına giriş

  10. K/t hey-rı gigiyenasına giriş

  11. Zoogigiyenanın inkişaf tarixi K/t hey-rı gigiyenasına giriş

  12. Azərbaycan alimlərin zoogigiyena elminin inkişafında rolu Azərbaycanda Kənd Təsərrüfatı heyvanlarının gigiyenası və sanitariyası üzrə elmi pedoqoji kadrların hazırlanması, zoogigiyena elminin inkişafı, ilk dərsliklərin, dərs vəsaitlərinin, proqramların və metodik göstərişlərin tərtibi Azərbaycan Kənd təsərrüfatı Akademiyasının, Azərbaycan Respublikasının əməkdar elm xadimi professor Ələddin Abdulla oğlu Əsgərova məxsusdur. O öz yetirmələri olan elmi-pedoqoji kadrları ilə (professor Əliyev M.M., Tağıyev A., dosentlərdən Xəlilova R.B., Məmmədova O.M. Məmmədov B.İ., Əliyev H.Ə., Nuriyev R.M., Adıgözəlova D.M., Bayramova H.H., Məmmədov R. Və baş.) birlikdə kənd təsərrüfatı heyvanları və quşları üçün texniki layihə və sanitar-zoogigiyenik normaların hazırlanması, su mənbələrinin sanitar-ekoloji vəziyyəti, otaqların çirklənmə vəziyyətini öyrənmək və mühafizə tədbirlərini hazırlayan ilk alim olmuşdur. Baytarlıq elmləri namizədi, professor əmakdar elm xadimi – Ələddin Abdulla oğlu Əsgərov K/t hey-rı gigiyenasına giriş

More Related