1 / 19

Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI. Plan 1.Elektrik avadanlıqlarının işlərinin müxtəlif periodları 2.Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları 3.İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq) 4.Elektrik avadanlıqlarının etibarlılıq məsələləri

Download Presentation

Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Mövzu 2. ELEKTRİK AVADANLIQLARININ ETİBARLILIĞI Plan 1.Elektrik avadanlıqlarının işlərinin müxtəlif periodları 2.Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları 3.İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq) 4.Elektrik avadanlıqlarının etibarlılıq məsələləri Ədəbiyyat 1.Б.Гнеденко, Ю.К.Беляев, А.Д.Соловьев Математические методы в теории надежности, Наука, 1965. 2.Котеленец Н.Ф., Кузнецов Н.Л. Испытания и надежность электрических машин, М.: Высш.шк., 1988. 3.Сырых Н.Н. Эксплуатация сельских электроустановок. М., «Агропромиздат», 1986.

  2. Elektrik avadanlıqlarının işlərininmüxtəlif periodları Bütün texniki məmulatlarda olduğu kimi, elektrik avadanlıqlarının da öz fəaliyyəti prosesində üç əsas səciyyəvi iş dövrü mövcuddur: elektrik avadanlığının zavod sexindən çıxması ilə başlayan ( t = 0 ) uyuşma dövrü ( 0 < t < t1 ); normal istismar dövrü ( t1 < t < t2 ) və köhnəlmə dövrü ( t > t2).

  3. Uyuşma dövrüsıradançıxmaların yüksək intensivliyi ilə səciyyələndirilir ki, bu da tədricən azalır. Bu sıradan çıxmalar həm elektrik avadanlığının özünə, həm də bu avadanlığın istehsalı prosesinə ( material istehsalı, onların saxlanması və daşınması da buraya aiddir) xas olan texnoloji, istehsalat və ya konstruktiv çatışmazlıqlarla (nöqsanlarla) bağlıdır. Uyuşma dövründə baş verən sıradançıxmaları ayrı-ayrı hissə və qovşaqları dəyişdirməklə aradan qaldırmağa çalışırlar.Elektrik avadanlıqlarında işə salmadan əvvəl fırçanın (şotkanın) sürtüb kollektora və ya həlqəyə uyğunlaşması (uyuşması), yastıq qovşaqlarının sazlanması, izolyasiyanın nəzarəti və s. həyata keçirilməlidir.Uyuşma dövründə sıradançıxmalar təxminən Veybull qanununa tabe olur.

  4. Normal istismar dövrü sıradançıxmaların minimum intensivliyi ilə xarakterizə olunur. Normal istismar dövründə sıradançıxmalar qəflətən baş verməklə, təsadüfi xarakter daşıyır. Belə sıradan çıxmaların təbiəti məmulatın daxilində və ya xaricdən yüklənmənin gözlənilməz konsentrasiyası ilə şərtlənir. Belə hadisələrin nizamlılığı müşahidə olunmur. Bu dövrdə sıradançıxmaların paylanması eksponensial qanunla olur.

  5. Köhnəlmə dövrü sıradan çıxmaların intensivliyinin kəskin artması ilə səciyyələnir. Bu dövrdə maşının element və hissələri köhnəlir və intensiv yeyilmə baş verir. Belə sıradan çıxmalar materialların, konstruksiyanın və məmulatın özünün köhnəlməsi ilə şərtlənir. Sıradan çıxmaların paylanması ya normal ya da loqarifmik-normal qanunla olur (digər hallar da ola bilər).

  6. Normal istismar dövrü 10000 saatdır. Sıradançıxmaların intensivliyi azdır. Çevricinin texniki resursu normal istismar dövrünə bərabərdir, yəni T1 ≈ 10000 saat. Köhnəlmə dövrü t > 10000 saatdan sonra başlayır və sıradançıxma intensivliyi ( λ ) kəskin artması ilə (5000 saatda 10 dəfə) səciyyələnir. Birinci sıradançıxmaya qədərki orta işləmə müddəti Tor = 15000 saat təşkil edir.

  7. Elektrik avadanlıqlarının etibarlılığa sınaq metodları Sınağın ümumi məqsədi material, detal və hər hansı qovşağın keyfiyyətini yoxlamaq, texnoloji prosesin dəqiqliyinə nəzarət etmək, müxtəlif faktorların təsirini nəzərə almaqla qurğunun iş qabiliyyətinə nəzarət etməkdir. Etibarlıqa sınağın məqsədi hər-hansı qurğunun, o cümlədən elektrik avadanlıqlarının etibarlıq göstəricilərinin faktiki göstəricilərə uyğunluğunu təyin etməkdir. Bundan başqa belə sınaqlarda həm də qurğunun istehsalı və istismarı zamanı etibarlıq göstəricisinə qiymət vermək üçün də istifadə edilir. Ümumiyyətlə sınağın növü və həcmi istehsalatın tipindən asılıdır. Sınaqlar laboratoriya və ya stend sınağı, dövlət sınağı, təfil götürmə zamanı sınaqlar, periodik sınaqlar, yoxlama sınaqları, parametrik sınaqlar, elektrotexniki sınaqlar, mexaniki sınaqlar, klimatik sınaqlar, xüsusi sınaq və etibarlığa sınaq.

  8. Sınaqların istehsalatın tipindən asılı olaraq növləri struktur formasında aşağıdakı şəkildə verilir:

  9. Etibarlığa sınaq zamanı elektrik avadanlıqlarının işləmə müddəti və ya komutasiya sikllərinin sayı, sıradan çıxmalarının sayı, sıradan çıxmanın intensivliyi, tezliyi və sair kimi parametrlər təyin edilir. Hər-hansı elektrik avadanlığının siklinin tərkibinə aşağıdakı qrafikdə göstərilən proseslərin davam etmə müddətləri daxildir: burada 0 – 1 – işə buraxma müddəti; 2 – 3 – normal iş devri; 4 – 5 – qəza müddəti; 6 – 7 – soyuma müddəti.

  10. İşçi rejimlərinin təsir vaxtının qısaldılması (tezləşdirilmiş sınaq) Elektrik avadanlıqlarının iş səciyyəsi üçün onun elementlərindən keçən cərəyanın qiyməti olduqca vacibdir. Bu zaman avadanlığın iki iş rejimi olur: qərarlaşmış və qərarlaşmamış. Şəkildə göründüyü kimi elektrik avadanlığının işçi tsikl vaxtının qısaldılması, cərəyan şiddətinə görə yüklənmənin qərarlanmış qiymətinin kənarlaşdırılması hesabına əldə edilir.

  11. Avtomatik açarlar və qoruyucuların etibarlığına qiymət vermək üçün mühafizə funksiyalarını yerinə yetirərkən sıradan çıxmadan işləmə ehtimalından istifadə edilir.Etibarlığa sınaqlar istismar şəraitinə yaxın olan laboratoriya şəraitində aparılır. Qurğu 630, 1000 və ya 1600 saat müddətində nominal cərəyan verilməklə qızdırılır. Sınaq zamanı əvvəlcə hər 8 saatdan bir, sonra isə 50 saatdan bir kontaktların qızma temperaturası, dolağın izolyasiya müqaviməti və omik müqaviməti ölçülərək texniki sənədlərdə göstərilən tələblərə uyğunluğu yoxlanılır. Hər hansı elementin sıradan çıxmadan işləmə shtimalı aşağıdakı ifadə ilə təyin olunur: burada Pmin – sıradan çıxmadan işləmə ehtimalı; n – sınaqdan keçirilən hər-hansı elementin ümumi sayı; m – hər-hansı müddətdə sıradan çıxan elementin sayı.

  12. Sınağın nəticələri protokol şəklində tərtib olunur. Buna əsasən isə sınağın işçi jurnalı tərtib edilir. İşçi sınaq jurnalında aşağıdakılar qeyd edilir: sınağın aparılma vaxtı, sınaq obyekti, onun xarakter xüsusiyyətləri, sınaq şəraiti, sınaq avadanlığı və s. Sınaq jurnalına sınağın aparılma metodikası, hesabat formulaları və sınağın nəticələridə qeyd edilir. Sınağın nəticələri cədvəl şəkilində verilir. Hesabatın nəticələri çox vaxt qrafiki şəkildə verilir. Qrafiki asılılıqlar nəinki dəyişən kəmiyyəti və sınaq şəraitini əyani olaraq göstərir, həm də interpolyasiya yolu ilə sınağa daxil olmayan nöqtələri də tapmağa imkan verir.

  13. Elektrik avadanlıqlarının etibarlılıq məsələləri Bu qurğuların ümumi etibarlığı konstruksiya və hesabat, hazırlanma və istismar zamanı olan etibarlıqların cəmindən ibarətdir. Hazır qurğuların etibarlılığı onların saxlanması zamanı düzgün üsulların tədbiqi istismar qaydalarına və keyfiyyətli təmirə əməl etməklə əldə edilir. Qurğular layihə olunarkən onların etibarlığı tədbiq olunan detal və komponentlərin keyfiyyətindən, onların iş rejimindən, onlara xidmət və təmirlərin mümkünündən asılıdır.

  14. İstehsalolunma zamanı qurğunun etibarlılığına keyfiyyətə nəzarətin olunması, materialların düzgün seçilməsi, nəqletdirmə və saxlanma şərtlərinə əməl edilməsi, texnoloji prosesin pozulmaması, hazır məhsulun keyfiyyətinə nəzarət, onun etibarlığının yoxlanılması kimi faktorlar təsir edir.

  15. İstismar prosesində isə etibarlılığa aşağıdakı faktorlar təsir edir:--istehsalat və iqlim şəraiti;--xidmət sistemi;--xidmətçi işçilərin ixtisası və məhsuliyyəti.Elektrik avadanlıqlarının sıradan çıxma səbəblərinin və defektlərinin tədqiqi göstərir ki, ümumi sıradançıxmaların 25...30%-i onların layihə olunma zamanı buraxılan səflərdən, 20%-i – istehsal zamanı buraxılan səflərdən, 40%-i isə istismar şəraitindən və düzgün olmayan istismar rejimindən, 5...10%-i isə detal və elementlərin təbii xarab olması və köhnəlməsi hesab edilir.Elektrik avadanlıqlarının göstərilən sıradan çıxmalarını azaltmaq üçün onların layihə olunma, hazırlanma və istismarı zamanı etibarlılıqlarını yüksəltmək lazımdır.

  16. Layihə olunma zamanı etibarlığı yüksəltmək üçün qurğunun işinin fizikasını, sıradan çıxmaların fizikasını öyrənmək, yüksək keyfiyyətli materiallar istifadə etmək, onların bütün lazım olan xarakteristika və xassələrini mənimsəmək, bununlada onların iş rejimlərinin və tədbiq sahələrinin düzgün seçilməsinə nail olunur. Bundan başqa bu məqsədlə iş rejimi və şəraiti nəzərə alınmaqla yüksək etibarlı yeni qurğular yaratmaq, istismar şəraitini tətbiq olunma yerini nəzərə almaqla etibarlı konstruksiya yaratmaq, yüksək keyfiyyətli detal və qovşaqları geniş unifikasiya etmək kimi məsələlərin yerinə yetirilməsində layihə zamanı qurğunun etibarlılığını yüksəldir.

  17. Qurğuların istehsalı zamanı etibarlılığı saxlamaq və ya artırmaq üçün aşağıdakı məsələlərə ciddi fikir verilməlidir:istifadə olunan materialların keyfiyyətinə ciddi nəzarət;müasir texnoloji metod və avadanlıqlardan istifadə etmək;istehsalat binalarının təmizlik və komfortunun təmin olunması, texnoloji əməliyyatlara ciddi nəzarət, texnoloji avadanlığın işinin keyfiyyətinə nəzarət;hazırlanan qurğunun xassəsinə, xarakteristika və parametrlərinə ciddi nəzarət etmək;müasir qablaşdırma (upakovka), saxlama və nəqletdirmə üsullarından istifadə etmək.

  18. İstismar vaxtı qurğuların etibarlığını təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:-- diqqətlə işlənilmiş və əsaslanılmış təlimatlardan, istismar, profilaktika və təmir üzrə metodikalardan istifadə etmək;-- ancaq yüksək ixtisaslı mütəxəsislərdən istifadə etmək;-- xidmətçi işçilərin hüquq, vəzifə və məhsuliyyətlərini düzgün müəyyən etmək;-- periodik olaraq qurğuların istismarının yaxşılaşdırılması, konstruksiyasının təkmilləşdirilməsi üzrə göstəriciləri təhlil etmək və tövsiyələr hazırlamaq;-- istismar təcrübələrindən və mövcud texniki xidmət sistemlərindən istifadə etmək.

More Related