1 / 22

Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə 2013-cü ilin noyabrında k eçirilmiş « A na dili »

Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə 2013-cü ilin noyabrında k eçirilmiş « A na dili » aylığının hesabatı.

arlais
Download Presentation

Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə 2013-cü ilin noyabrında k eçirilmiş « A na dili »

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Sumqayıt şəhər2 nömrəli tam orta məktəbdə 2013-cü ilin noyabrında keçirilmiş« Ana dili » aylığının hesabatı

  2. “Hər bir xalqın milliliyini , mənəvi dəyərlərini yaşadan , inkişaf etdirən onun dilidir”.Ulu öndərimizin söylədiyi bu sözlər bu gün hər bir azərbaycanlının yaddaşına həkk olunmuşdur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Məhz elə bu səbəbdən də SŞTŞ-nin təşəbbüsü ilə noyabr ayı məktəblərdə Ana dili ayı kimi qeyd olundu.

  3. Belə bir təşəbbüs məktəbimizin müəllim və şagird kollektivi tərəfindən sevinclə qarşılandı.Elə ilk gündən başlayaraq hər gün davamlı olaraq səhər idmanından əvvəl ölməz sənətkarımız G. Məmmədovun ifasında “Şirin dil “ mahnısı səslənir, sonra isə ana dilimizə həsr olunmuş şeirlər söylənməyə başlandı. Ana dili ilə bağlı bütün fənn müəllimləri divar qəzetləri və bülletenlər çıxardılar.Məktəbimizin dəhlizləri görkəmli şəxsiyyətlərin, yazıçı və şairlərimizin dil haqqında söylədikləri kəlamlarla bəzəndi.

  4. Divar qəzetləri

  5. Divar qəzetləri

  6. Açıq dərslər Həm ibtidai sinif , həm də Azərbaycan dili müəllimlərinin birgə axtarışları, birgə səyləri nəticəsində bir-birindən maraqlı açıq dərslər keçirildi. Bütün dərslərdə İKT-dən, yeni təlim metodlarından bacarıqla istifadə olundu.Məmmədova Nəzakət “Üç oğlan”(3c), Vəliyeva Aybəniz “Koroğlu” (1b), Fətəliyeva Aytən “Bağban və oğulları ( 2b ), Atamxanova Firuzə “D” hərfi (1c), Ağayeva İlhamə “Eyni mənalı və yaxınmənalı sözlər” (2a), Məhərrəmova Aynurə “Qaraca qız” (3b), Hüseynov İradə “Ana” əsərinin təhlili ( 9a ), Fərmanova Şəhla “Say və onun növləri” (6a),Quliyeva Sahibə “Miqdar saylarının yazılışı” (6b), Kalbalıyeva Rəhilə “Azərbaycan” şeiri (5b), Mustafayeva İradə “Lakonizm nədir?” (5a) mövzusunda açıq dərslər keçirdilər. Onu da qeyd edim ki, bu açıq dərslərin keçirilməsində məktəbin azərbaycan dili və ibtidai sinif müəllimlərinin xüsusi diqqəti və zəhməti oldu.

  7. Açıq dərslər

  8. Açıq dərslər

  9. Açıq dərslər

  10. İnşa müsabiqəsi Açiq dərslərlə yanaşı 4-cü siniflər arasında “Dilim mənim-anam mənim” mövzusunda inşa müsabiqəsi keçirildi. Müsabiqədə bəzi şagirdlərin inşaları xüsusilə seçildi. Onlardan Abdullazadə Əminə, İsmayılov Firudin, Nəcəfov Cavidan, Xudaverdiyev Vahid, İlyaslı Uğur, Qulamov Sərdar və başqalarının adını qeyd etmək olar. Yuxarıda adları qeyd olunan şagirdlərin inşalarında ana dilinə olan məhəbbətləri qabarıq şəkildə əks olunmuşdur.

  11. Bilik yarışması 4a və 4b sinifləri arasında bilik yarışı da şagirdlər arasında böyük marağa səbəb oldu. Xüsusən də Azərbaycan dilindən keçirilən bu bilik yarışması maraqlı anlarla yadda qaldı. Komandaların hər biri qalib olmaq üçün öz bilik və bacarıqlqrını nümayiş etdirdilər.Birinciliyi əldən verməmək üçün sona qədər mübarizə apardılar.Sonda qalib olan şagirdlərə fəxri fərman və hədiyyələr də təqdim olundu. Qalibilər : Nəcəfzadə Cavidan 4a - I yer, İlyaslı Uğur 4b – II yer , İbrahimova Rauf 4a - III yer

  12. Bilik yarışması

  13. Şeir müsabiqəsi Ən yadda qalan tədbilərdən biri də 1 və 11-ci siniflər arasında keçirilən şeir yarışması oldu. Şagidlər şairlərimizin doğma dilimizə həsr etdikləri, insanın ruhunu oxşayan bir-birindən gözəl şeirlərini söylədilər. Müsabiqənin sonunda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

  14. Şeir müsabiqəsi

  15. Konfrans “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirildi. Konfransda müəllimlər məruzələrlə çıxış etdilər. Xüsusilə müəllimlərdən Quliyeva Sahibə və Mustafayeva İradənin çıxışları daha da yadda qalan oldu. Həmin çıxışları Sumqayıt Təhsil Şöbəsinin saytında e-tehsil.net yerləşdirilib.

  16. Əbədi-bədii kompozisiya Aylığın sonunda “ Ana dilim, səndədir xalqın əqli hikməti” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin keçirilməsində müəllim və şagird kollektivi ilə yanaşı valideynlər də yaxından iştirak etdilər. Tədbirdə şagirdlərimiz bir-birindən gözəl şeirlər, rəngarək səhnəciklər, milli rəqslər, mahnılarla çıxış edərək ana dilimizi necə sevdiklərini ,sözün əsl mənasında, sübut etdilər. Sonda məktəbin direktoru Müqabil Abbasov şagirdlərə, müəllim və valideynlərə dərin təşəkkürünü bildirdi və ana dilimizi həmişə sevməyi , qorumağı tövsiyə etdi.

  17. Əbədi-bədii kompozisiya

  18. Ən yaxşı fənn tərtibatı

  19. Təşəkkür 2 nömrəli məktəbin kollektivi adından SŞTŞ-nin rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkür edrik . Qeyd etmək istəyirik ki,bu cür tədbirlərin keçirilməsi şagirdlərdə ana dili və ədəbiyyatımıza olan marağın artmasına, onlarda vətənpərvərlik ruhunun yüksəlməsinə və xalqımıza, dövlətimizə layiq şəxsiyyət kimi formalaşmasına təkan verir.Sonda nəzərinizə çatdırmaq istəyirik ki, qarşıdakı aylarda məktəbimizdə keçiriləcək fənn aylıqlarının da başlanmasına start verildi.

  20. e-tehsil.net Ana dili aylığında keçirdiyimiz gecə , açıq dərslər, bilik yarışması və sairə tədbirləri müəllimlərimiz e-tehsil.net saytında yerləşdirib.

  21. Ana dili

More Related