270 likes | 778 Views
Neftçala şəhər. E.Həbibov adına. 4 N - li tam orta məktəb. Feyzullayeva Almaz. ???. Qış fəslindən sonra hansı fəsil gəlir? Ağaclar nə vaxt çiçək açır?. Y. A. Z. qaranquş.
E N D
Neftçala şəhər E.Həbibov adına 4 N - li tam orta məktəb Feyzullayeva Almaz
??? • Qış fəslindən sonra hansı fəsil gəlir? • Ağaclar nə vaxt çiçək açır?
Y A Z
Yaz gəlir. Təbiət oyanır. Hər yer canlanır. Ağaclar yarpaqlayır. Çəmənlər yaşıllaşır. Otların arasından çiçəklər baş qaldırır. Həşəratlar görünür. Quşlar şən nəğmələr oxuyur.
Elimizə bahar gəlir. İnsanlar baharın gəlişinə çox sevinir. Evlərdə, həyət-bacalarda təmizlik işləri aparır. Cürbəcür şirniyyatlar bişirir, ruzi-bərəkət rəmzi olan səməni becərir. Baharın gəlişini bayramla qarşılayır. “Novruz” adlanan bu bayram “yeni gün” mənasını verir. Bayramdan qabaq Su, Od, Yel, Torpaq çərşənbələrini xalqımız öz inancları ilə xüsusilə qeyd edir.
Su çərşənbəsi. Su çərşənbəsi dədə-babalarımızın dediyinə görə su ilə bağlıdır. Bu çərşənbə axşamından başlayaraq suların buzu əriyir. Sular get-gedə isinir,daha adamın əllərini dondurmur. Babalarımızın fikirlərinə görə təbiətin canı olan su onun gücünü ikiqat artırır. Həmin gün bulaq başına toplaşan qızlar deyib-gülür, çalıb-oynayır, su üstündən hoppanıb deyirlər:”Azarımı, bezarımı su aparsın”.
Od çərşənbəsi. Babalarımız hesab edirlər ki, Od çərşənbəsi insanları azar-bezardan qoruyaraq, onlara sağlamlıq, gümrahlıq bəxş edir. Bu çərşənbədə insanlar tonqallar yandırırlar. Üç və ya yeddi dəfə tonqalın üzərindən o yan-bu yana hoppanır, “azarlığım, bezarlığım, ağrım-acım, qadam-balam bu od üstə tökülsün”,- deyirlər.Çərşənbə tonqalının külünü axar sulara axıtmaq yaxşı əlamət sayılır. Mərasim başa çatdıqdan sonra hamı bir-biri ilə arzu –diləklərini bölüşür. İnsanlar inanırlar ki, bu çərşənbə axşamı evlərdə nə qədər çox od-atəş yandırılarsa, gələn il həmin ailənin həyatı o qədər xoşbəxt keçər.
Yel çərşənbəsi. Bu çərşənbəyə el arasında Hava çərşənbəsi də deyirlər. Gün ərzində bir neçə dəfə dəyişən hava çox qısa zamanda bütün yer üzünü dolanaraq Su, Od və Torpağı bir daha hərəkətə gətirir, yer üzündə pis nə varsa, üfürüb aparır. Hava aöacların qol-budaqlarını o tərəf-bu tərəfə yellədərək, onları qış yuxusundan oyadır, puçurlarını açır. Buludları qovaraq bir-birinə toqquşdurub, ilıq yaz yağışları yağdırır. Torpağın donunu açıb, ona can verir. Havada artıq baharın nəfəsi duyulur.
Torpaq çərşənbəsi.Su və odun köməyilə torpaq yavaş-yavaş cana gəlir. O, yavaş-yavaş buğlanıb tərləməyə başlayır. Alovlanan tonqalın hərarəti yeri qızdırır, torpaq əkinə hazırlanır. Torpaq çərşənbəsi artıq baharın gəlişindən xəbər verir. Bu çərşənbəyə xalq arasında Yer çərşənbəsi də deyirlər. Hələ qədim zamanlardan bu bayramda zurnada, təbildə el havaları səslənər, meydanda cavanlar güləşər, cıdıra çıxar, papaqatma kimi maraqlı oyunlar oynayardılar. Qızlar halaya gedər, süfrə bəzəyər, uşaqlar yumurta döyüşdürərdilər. Evdən-evə xonçalar gedərdi.İnanca görə sonuncu çərşənbədə insanlar qulaq falına çıxırlar. Ona görə də axırıncı çərşənbədə hamı evində xoş sözlər danışmağa çalışır. Çünki birdən qapıya gəlib dilək tutan olar, qoy niyyəti xoş sözə tuş gəlsin.
NOVRUZ BAYRAMI Müəllimin şərhi: Yazın gəlişi ilə təbiət yaşıllaşır,müsəlman aləminə yeni il gəlir. İnsanlar baharın gəlişinə sevinir, evlərdə təmizlik işləri görür,səməni göyərdir, tonqallar yandırır,el şənlikləri keçirərək,,Novruz bayramı,,nı qeyd edirlər. Bayramda bahar qız gəlir,kosa və keçəl uşaqları sevindirir.
Qrupların adları:Tonqal qrupu, səməni qrupu, xonça qrupu, bahar qrupu
Çərşənbələri sıra ilə düzün. Şəkillər
Tonqal Bahar qızı Qoğal Əlamət bildirən sözlər Boyanmış yumurta Paxlava Şəkərbura Kosa ilə keçəl Səməni bayramı Novruz
Afərin uşaqlar! Hər bir qrupa novruz xonçası hədiyyə olunur.
Bu gün biz elimizin ən gözəl bayramı-”Novruz” haqqında danışdıq. Onun adət-ənənələrini öyrəndik.
təşəkkür edirəm Hamınıza