450 likes | 813 Views
3.4 Patofizioloji- biokimyəvi dəyişikliklər.
E N D
3.4 Patofizioloji- biokimyəvi dəyişikliklər Fiziolojivəbiokimyəvidəyişikliklərxəstəbitkidətamamiləmüxtəlifşəkillidir. Əsasənbelədəyişikliklərsurejimi, hüceyrəşirəsininosmostəzyiqi, fotosintezenerjisi, tənəffüsenerjisi, zülalvəkarbohidratmübadiləsi, fermentlərinfəaliyyətivə s. pozulmasıiləxarakterizəedilir. Su rejimininpozulması- xəstəbitkilərinsurejimiadətənpozulur, bupozulmanındərəcəsivəxarakteri, bitkiiləpatogenarasındagedənqarşılıqlıəlaqələrdən, yoluxmanınölcülərindən, strukturavəfiziolojidəyişiklərinxarakterindənasılıdır. Xəstəbitkidəsuitkisinin 2 əsassəbəbinifərqləndirirlər: a) damarsistemininvəyaköklərinzədələnməsinəticəsindəsuyunqəbulununpozulması; b) səthitoxumalarınzədələnməsinəticəsindətranspirasi-yanıngüclənməsi.
Yoluxma Xarici mühit təsiri Xarici mühitin təsiri Regenerasiya, sağalma və başqa səmərəsiz nizamlayıcılar, habelə müdafiə reaksiyası Kombinə edilmə reaksiyası Regenerasiya, sağalma və başqa səmərəli nizamla- yıcılar, habelə müdafiə reaksiyası Daxil olmanın dəyişməsi Ilkin maddələr mübadiləsi Ikinci maddələr mübadiləsi Qeyri həssas və davamlı toxumalar Konqenial olmayan sahib bitki Həssas və davamlı toxuma Konqenial sahib bitki Genetik amillər Patogen Bitki Bitkinin fizioloji proseslərinə yoluxmanın təsir sxemi
Göbələklərlə yoluxma zamanı ən xarakterik fizioloji pozulmalar aşağıdakılardır: • abiotik və biotik zədələnmələr nəticəsində bioloji membrana (plaz-molemma, tonoplast, plazmatik membranlar) nüfuz etmənin dəyiş-məsi. Nəticədə onların elektrolitik ötürücülüyü itir, mineral maddə-lərin udulması gecikir, su üçün nifuzetmə, daxil olma yüksəlir. Son nəticədə bu proseslər hüceyrənin ölümünə səbəb olur; • bitki toxumalarının bütün növ zədələnmələrində adətən müşahidə edilən yüksək intensiv tənəffüsdür. O, ilkin görünən simptomların formalaşması dövründən başlayır, törədici spor mərhələsi verən za-man maksimuma çatır. Kombinə olunmayan “bitki-patogen” cütlə-rində tənəffüsün intensiv yüksəlməsi tez baş verir, amma azalma da belə tezliklə həyata keçir; • fotosintezin intensivliyi azalır, müvəqqəti və ya lokal olaraq yük-sələ də bilir. Fotosintezin aşağı düşməsinin səbəbləri:
fotosintetik fəal toxumanın dağılması (nekrozlaşma, xlorozlar, yar-paq ayəsinin çirklənməsi); • CO2 udulmasının aşağı düşməsi, bu törədicinin patotoksinləri və en-zimlərinin təsiri altında ağızcıqların funksiyasının dəyişməsi ilə əlaqə-dardır; • xüsusilə yoluxmanın ilkin fazalarında RNT turşularının miqdarının yüksəlməsi. Sahib bitkinin toxumalarında baş verən bütün dəyişikliklər proteinlərin sintezinin dəyişməsi ilə əlaqədardır; • xüsusilə biotrof göbələklərlə yoluxma zamanı sağlam toxumaya nis-bətən xəstə toxumada azot və proteinlərin daha yüksək miqdarı. Bitki-nin müdafiə reaksiyaları zamanı proteinin miqdarının dəyişməsi, hər şeydən əvvəl proteinlərin keyfiyyət tərkibinin dəyişməsi ilə əlaqədardır. • Yeni əmələ gələn proteinlərə PR adlanan (pathogenesis- related pro-teins) proteinlər aiddir, onların sintezi patogen və başqa stress amilləri ilə əlaqədardır. Bu proteinlər aşağı molekulyar çəkilidir, nisbətən pro-teinazalara qarşı yüksək davamlılıqla fərqlənirlər, onların rolu “bitki-patogen” müdafiə reaksiyalarında aydınlaşdırılmamışdır;
yoluxmuş toxumada fenol birləşmələrin və onların oksidlərinin əmələ gəlməsinin yüksəlməsi; • ayrı-ayrı fitohormonların kəsafətliyinin yüksəlməsi hesabına fito-hormonların fəaliyyət tarazlığının pozulması. Bunun nəticəsində bö-yümədə anomal hallar baş verir: qeyri-normal uzununa böyümə, fır-lar, şişlər, qıvrılma və s. Arpa və buğdanın gövdə pası (Puccniagra-minis) və unlu şeh (Blumeria graminis) ilə yoluxması zamanı hete-roauksinin yüksək kəsafətliyi müəyyən edilmişdir.
Cladosporium cucumerinum Cladosporium fulvum
Plasmopara helianthi Plasmopara viticola
3.5 Bitkixəstəliklərinintiplərivəsimptomları Xəstə bitkilər sağlamlardan morfoloji quruluşlarında əmələ gələn müxtəlif anormallıqlarla fərqlənirlər. Hər bir xəstəlik özünə məxsus əlamətlər əmələ gətirməklə digərlərindən fərqlə-nirlər. Çoxsaylı xəstəliklər formalaşdırdığı xarici əlamətlərin əmələ gəlmə xarakterinə görə 5 əsas tipə bölünürlər: 1) toxumanın dağılması; 2) toxumalarda yeni törəmələr; 3) yoluxmuş orqanların rənginin dəyişməsi; 4) yoluxmuş orqanların formasının dəyişməsi; 5) yoluxmuş orqanların daxilində və ya səthində parazitlərin spor və meyvə bədəninin əmələ gəlməsi.
I TİP - TOXUMALARIN DAĞILMASI Çürümə- toxumaların dağılması çürümə prosesinin başlanması ilə xarakterizə edilir. Quru və yaş çürümələri fərqləndirirlər. a) yaş çürümə selik əmələ gəlməsi ilə səciyyələnir. Nümunə: almada meyvə çürüməsi. b) quru çürümə toxumaların tozlu kütləyə çevrilməsi ilə müşayət olunur. Nekroz- bitkinin müxtəlif orqanlarının (parenxim toxumaları, hüceyrə, yarpaq boruları və s.) müəyyən toxumalarının ölüşgəməsi. Toxumanın və ya toxuma sahəsinin ölüşgəmiş sahələri qonur və ya qara rəng alır.
Ləkəliklər- yarpaq, gövdə, meyvə kimi orqanların toxumalarının yerli yoluxması ilə xarakterizə edilir. Yoluxma yerində toxuma yaşıl rəngini itirir, müxtəlif rəng alır və ya toxuma tamamilə rəngsizləşir, bir hissəsi məhv olur. Qeyri müəyyən və müəyyən ləkəlikləri fərqləndirirlər. Qeyri müəyyən ləkəlik xəstə toxumanın sağlama tədricən keçidi ilə səciyyə olunur. Nümunə: günəbaxanda peronosporoz və ya üzümdə mildyu. Soluxma – bütöv bir bitkinin və ya onun ayrı-ayrı hissələrində turqorun itməsi. Nümunə: kartofda vertisilliyoz. Kitrəaxımı- toxumaların dağılması nəticəsində bitkinin yoluxmuş hissələrin-dən kitrə axır, quruyaraq tünd və ya parlaq şüşəyəoxşar topa əmələ gətirir.
II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqanların toxumalarının həcmcə böyüməsi. Nümunə: üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng. Şeytan süpürgəsi- gövdənin məhdud hissəsində yatmış tumurcuqlardan anormal, külli miqdarda zoğların əmələ gəlməsi, bunun nəticəsində sıxlaşma baş verir və bu hal süpürgəni xatırladır. Nümunə: albalıda, almada şeytan süpürgəsi.
Bibərdə bakterial xərçəng Corynebacterium michiganense pv. michiganense Kartofda xərçəng Synchytriumendobioticum Pers.
III TİP- BİTKİ ORQANLARININ RƏNGİNİN DƏYİŞMƏSİ Xloroz- bitkinin yaşıl orqanlarının saralmasıdır. Yarpaqlarda bütün yarpaq ayəsinin və ya damararası ayrı-ayrı sahələrin xlorozu müşahidə olunur. Nümunə: almada xloroz. Albikasiya- yarpaqlar tərəfindən tam və ya qismən yaşıl rəngin itirilməsi (onlar ağarırlar). Bu zaman xlorofilldən məhrum olan yar-paq sahələri onun yaşıl hissəsindən kəskin şəkildə ayrılırlar. Nümunə: çuğundurda albikasiya.
Tütündə mozaika Nicotiana virus 1 Smith. Xiyarda mozaika Tobacconekrosisvirus
IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi» baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ bilir. Nümunə: qızılgül çiçəklərində prolifikasiya. Fasiasiya- cırtdanlılıqdır, bu zaman gövdə və ya zoğlar kəmərə-oxşar qabarıq forma alırlar. Nümunə: üzüm və ya günəbaxanda fasiasiya. Burulma-yarpaq kənarlarının bükülərək qıfa, borucuğa oxşaması. Nümunə: kartof yarpaqlarında qıvrılma. Qıvrılma- hüceyrənin anormal və güclü bölünməsi nəticəsində yarpaq ayəsinin ayrı-ayrı hissələrinin artması. Nümunə: şaftalıda yarpaq qıvrılması.
V TİP- BİTKİNİN SƏTHİNDƏ SPORLARIN ƏMƏLƏ GƏLMƏSİ VƏ YA PARAZİT MİTSELİNİNYIĞILMASI Meyvə bədəni- qovğa göbələyi-meşə ağaclarının və ya onların ştam-bının səthində çoxillik və ya birillik dırnağa və ya kirəmitə oxşar törə-mələr. Nümunə: yalançı qov, xallı qov. Yastıcıqlar- parazitin spor mərhələsindən ibarət olmaqla epidermisin kəsiyindən səthə çıxırlar. Tipik yastıcıqlar pas xəstəliklərini əmələ gətirən göbələklər üçün xarakterikdir. Nümunə: günəbaxanda pas. Örtük- ağ, boz və ya tünd rəngli olub, bitkinin yerüstü orqanlarının səthindən asanlıqla silinir. Bu zaman aşağıdakı örtükləri fərqləndirirlər. a) yalançı unlu şeh-zərif örtük yalnız yarpağın alt tərəfində rast gəlinir. Nümunə: günəbaxanda yalançı unlu şeh. b) həqiqi unlu şeh – zərif örtük yarpaq ayəsinin üst səthində əmələ gəlir, yalnız güclü yoluxma zamanı yarpağın alt tərəfinə keçir.
Nümunə: dənlilərdə unlu şeh. Sklerosiyalar– hiflərin sıx hörülməsi nəticəsində əmələ gələn müxtəlif forma və rəngli bədən. Nümunə: günəbaxanda ağ çürümə. Sürmə- ayrı-ayrı orqanların toxumalarının dağılması və qara toz kütləsinə çevrilməsi. Nümunə: buğdada bərk sürmə. Qaustoriya – bu yan budaqlanan hiflərdir, sahib bitkinin hüceyrəsi daxilinə keçir, xüsusi qidalanma orqanı funksiyasını daşıyır. Bitkilərdə unlu şeh xəstəliklərini törədən göbələklər qaustoriyalar vasitəsilə qida-lanmanı həyata keçirirlər. Nümunə: bibər və badımcanda unlu şeh. Xlamidosporlar- qalın divarlı hüceyrələrdir, əlverişsiz şərait zamanı mitselin parçalanması nəticəsində əmələ gəlir. Xlamidosporlar uzun müddət torpaqda saxlanma xüsusiyyətinə malikdirlər. Nümunə: pambıqda vertisillioz soluxma.
Əmənkömənçidə pas Qızılgüldə unlu şeh
3.6 Bitkixəstəliklərinintəsnifatı Bütün bitki xəstəliklərini qruplara bölmək qəbul edilmişdir. Xəstə-liklərin əmələ gəlmə səbəblərini müəyyən etmək üçün onların təsnifatının böyük əhəmiyyəti vardır. Onların diaqnostikasında bu əsaslı rol oynayır. Mövcud olan təsnifatlar bir neçə prinsiplərə əsaslanır. Ən geniş yayılmış prinsip xəstəlikləri əmələ gətirən səbəblərə arxalanır və iki qrupa bölünür: parazit və qeyri-parazit xəstəliklər. Lokallaşma (yerləşmə) dərəcəsindən asılıl olaraq, bitki xəstəliklərini yerli (lokal) və ümumi (diffuz) olmaqla iki qrupa bölürlər. Yerli xəstəliklər bitkini tam yox, onun müəyyən bir orqanını, ümumi xəstəliklər isə bütün bitki və ya onun böyük bir hissəsini sirayətləndirir. Adətən, qeyri-parazit xəstəlikləri ümumiyə aid edirlər. Məsələn, torpaq quraqlığı nəticəsində becərilən bütün bitkilər soluxurlar. Parazit xəstəliklər onların yayılma xarakterindən asılı olaraq, yerli və ümumi ola bilərlər.
Göbələklər Bakteriyalar Viruslar Aktinomisetlər Fitoplazmalar Parazit xəstəliklər Viroidlər Riketsilər Ali çiçəkli parazitlər
Qeyri parazit xəstəliklər Qida maddələrinin çatışmazlığı Ayrı-ayrı elementlərin çoxluğu Havanın və torpağın əlverişsiz temperaturu Ətraf mühitin zibillənməsi Torpaq və havada rütubər çatışmazlığı
Ümumi və ya diffuz Yerli və ya lokal Pambığınvertisilliozsoluxması VerticilliumdahliaeKeeb. Bibərdəunluşehi Leveillulataurica Am.
Xəstəlikləri inkişaf müddətinin uzunluğuna görə kəskin və xroniki olmaqla fərqləndirirlər. Kəskin xəstəlik törədi-cilərinin inkişafı adətən bir vegetasiya dövründə başa çatır. Məs., havanın gündəlik orta temperaturu 20-220C olduqda üzümdə mildyu xəstəliyinin törədicisi inkişafını 3-4 günə başa çatdırır. Bitkilərin müəyyən inkişaf fazasında yoluxma xüsusiy-yətlərindən asılı olaraq, xəstəlikləri fərqləndirirlər: cücər-tilərin (toxmacarlar, şitillər), tingliklərin, yaşlı bitkilərin xəstəlikləri. Yoluxma orqanlarına görə aşağıdakı kimi təsnifat möv-cuddur: toxumların xəstəlikləri, meyvələrin xəstəlikləri, yumruların xəstəlikləri, köklərin xəstəlikləri, yarpaqların xəstəlikləri, budaqların xəstəlikləri və s.
Kəskin Xroniki Bibərdə antraknoz Colletotrichum nigrum Ağacdaxərçəng Aqrobacterium tumefaciens
Şitillərin xəstəlikləri Cavan ağacların xəstəlikləri Tütünün qara ayaq və yaşitil çürüməsi xəstəliyiPythium debarianum Cavan alma ağacında yanıq Erwinia amylovora
Yumruda Yarpaqda Kartofun fitoftorozu Phytophthora infestans Yarpaqda dəmgil Venturia pirina
Meyvədə Budaqda Meyvədə və budaqda dəmgil - Venturia pirina
Özünü yoxlama üçün mövzuya aid test sualları 1. Xəstəlik haqqında ilk təriflər kimlərə məxsusdur ? • Vavilov, Miçurin, İbrahimov, Mendel • Frank, Dekandol, Brooks, Naumov • Popkova, Rəhimov, Brooks, Miçurin • Dyakov, Popkova, Cəfərov, Dementyeva • Peresipkin, Naumov, Yaçevski, Stroykov
2. Xəstəlik haqqında müasir tərif necə səsləndirilir ? • bitki xəstəliyi məhsulun məhv olmasıdır • bitki xəstəliyinormal fizioloji vəziyyətdən kənarlaşmadır • bitki xəstəliyi morfoloji quruluşun pozulmasıdır • bitki xəstəliyi ətraf mühit amillərinin təsiri altında nor-mal fizioloji proseslərin pozulmasıdır • bitki xəstəliyi – fitopatogenin və ya əlverişsiz mühit şə-raitinin təsiri altında hüceyrə, toxuma, orqan və bütöv-lükdə bitkidə normal maddələr mübadiləsinin pozul-masıdır
3. Hipertrofiya nədir ? • hüceyrənin formasının dəyişməsi və ölçülərinin artması • hüceyrədə gedən fizioloji proseslər • toxumaların şəklinin dəyişməsidir • hüceyrənin keyfiyyət dəyişikliklərinə məruz qalmasıdır • hüceyrənin müəyyən bir hissəsinin məhv olmasıdır
4. Hiperplaziya nədir ? • hüceyrənin keyfiyyətcə dəyişməsidir • hüceyrə miqdarının artması • hüceyrədə patoloji prosesin başlanması • hüceyrədə baş verən fizioloji haldır • hüceyrənin xəstəliyə qarşı cavab reaksiyasıdır
5. Patoloji prosesin başlanması üçün vacib amillərin mövcudluğu? • sahib bitki, xəstəlik törədici, ətraf mühit amilləri • virus, bakteriya, temperatur • göbələk, alaq otları, mexaniki zədələnmələr • sahib bitki, rütubət, istilik • xəstəlik törədici, dolu, yağışlar
6. Patomorfoloji dəyişikliklərə səbəb olan xəstəlik törədiciləri ? • Cucumis mozaic virus, Neovossiya indica, Erysiphe communis • Ustilago zeae, Uromyces pisi, Taphrina deformans • Ustilago tritici, Gloesporium ampilinum, Podosphaera leucotrichum • Penicillium italicum, Aspergillus niger, Ramularia tulasnei • Alternaria alternata, Fusicladium dendriticum, Sphaerotheca pannosa
7. Patofizioloji-biokimyəvi dəyişikliklər zamanı bitkidə hansı proseslər gedir ? • su rejimi, hüceyrə şirəsinin osmos təzyiqi, fotosintez enerjisi, tənəffüs enerjisi, zülal və karbohidrat mübadiləsi və s. pozulur • bitkidə su rejimi pozulur • bitkidə yalnız zülal mübadiləsi pozulur • bitkidə osmos təzyiqi zəifləyir • fotosintez prosesi güclənir
8. Hansı xəstəliklər zamanı transpirasiya intensivliyi aşağı düşür ? • buğdada toz sürmə • ərikdə klasterosporioz • arpada unlu şeh • üzümdə mildyu • alma və armudda dəmgil
9. Bitki xəstəliklərinin hansı tipləri var ? • xroniki, çürümə, rəngin dəyişməsi, saralma • qıvrılma, üfürülmüş meyvələr, ikiqat mayalanma, yumrular • çürümələr, ləkəliklər, nekroz, yaralar, yastıcıqlar, mumyalaşma, şiş və yumrular, soluxma, xloroz və mozaika • ləkəliklər, polistiqmozlar, mübadilə, kəskin • yastıcıqlar, mitsel, piknidlər, kleystotesilər
10. Parazit xəstəlikləri hansı mikroorqanizmlər törədir ? • mamırlar, yosunlar, göbələklər, ali çiçəkli parazitlər • bakteriyalar, konidilər, xlamidosporlar, mitsel buğumları • göbələklər, bakteriyalar, viruslar, viroidlər aktinomisetlər, fitoplazmalar, rikketsilər, ali çiçəkli parazitlər • oosporlar, makrokonidilər, septalar, molyuskalar • oidilər, mikrokonidilər, arakəsməsiz mitsellər, şibyələr