az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar universiteti n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI PowerPoint Presentation
Download Presentation
Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

Loading in 2 Seconds...

play fullscreen
1 / 11

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI - PowerPoint PPT Presentation


  • 208 Views
  • Uploaded on

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Doğum prosesinin pozulması və mamalıq yardımının əsasları

loader
I am the owner, or an agent authorized to act on behalf of the owner, of the copyrighted work described.
capcha
Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI


An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript
az rbaycan respublikasi k nd t s rr fati nazirliyi az rbaycan d vl t aqrar universiteti

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi

YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI

MÜHAZIRƏNIN MÖVZUSU:

Doğum prosesinin pozulması və mamalıq yardımının əsasları

Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu

Gəncə-2009

m hazir nin plani
MÜHAZIRƏNIN PLANI
  • 1.Doğum zamanı mamalıqyardımı.
  • 2.Mamalıq yardımının əsasları
  • 3.Mamalıq yardımı alətləri
  • 4.Balanı doğramaq üçün istifadə edilən alətlər.
  • 5.Mamalıq yardımının əsas prinsipləri.
  • 6.Balanın balalıqda düzgün yerləşməsi zamanı mamalıq yardımı.
  • 7.Doğum yoluna eyni vaxta iki balanı gəlməsi.
  • 8.Fetotomiya nə vaxt aparılır.
m hazir m tnin m vafiq d biyyatlar
Mühazirə mətninə müvafiq ədəbiyyatlar
  • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975.
  • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986.
  • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.
do um prosesinin pozulmas v mamal q yard m n n saslar
Doğum prosesinin pozulması və mamalıq yardımının əsasları.
  • Mamalıq yardımı göstərməzdən əvvəl yardım edən şəxs münasib məlumat toplamalıdır. Bu zaman baytar həkimi heyvan sahibindən xəstə heyvanın əvvəllər necə doğması, onun xəstəliyə tutulub-tutulmamasını, heyvanın yemlənməsini, saxlanılmasını, oğum aktının başlındığı vaxtı balaətrafı mayenin axıb-axmamasını və s. öyrənməlidir.
  • Bundan sonra heyvanın ümumi vəziyyəti müayinə edilir. Sonra baytar həkimi mamalıq yardımı göstərir. Seçilmiş yer isti və təmiz olmalı, mamalıq yardımı göstərmək üçün münasib yer düzəltdikdən sonra heyvanı əməliyyata hazırlamaq lazımdır.
  • Mamalıq yardımı göstərən şəxs aşağıdakı formada paltar geyməlidir: brezent şalvar, rezin çəkmə, xalat, öşlük və s. əlin üzərində çatlamış yer, kiçik yara olarsa ora yod sürtmək kallodiumla örtməli, dırnaqları kəsməli, əli dezinfeksya etmək üçün spirt-tanının (100:3) və yod benzin-parafin (1:750:250 nisbətində) qarışığından 3-5 dəqiqə ələ çəkməli, sonra isti su ilə yumalı, sonra isə ona spirt sürtüb qaynamış vazelin və ya lanolin çəkməli. Yardım göstərən şəxsdən başqa 2-3 nəfər köməkçi də əlini təmizləməli, dezinfeksiyaedici məhlullarla yaxalamalı. Mamalıq yardımı göstərərkən heyvanın vurmasından qorunmaq lazımdır.
mamal q yard m al tl ri
Mamalıq yardımı alətləri
  • Çətin doğan heyvana yardım etmək üçün bir sıra mamalıq alətlərindən istifadə edilir. Bu alətlərdən nə qədər az istifadə edilməsi yaxşıdır.
  • Balanın balalığa itələnməsinə xidmət edən alətlər:
  • Hyunterin mamalıq əsası.
  • Hyunterin mamalıq əsası metaldan hazırlanır, uzunluğu 1 m, diametri 1-1,5 sm olur. Bir tərəfi haçalanmış şəkildəki balanın çiyin, döş və ya quyruğundan itələnsin.
  • Bekkerin əsası. Bu da balanı tutub itələmək üçündür.
  • Yardımçı alətlər. Bunlardan ən yaxşısı Atanasyevin ilgək keçiricidir.
  • Balanı kənar edilməsində istifadə olunan alətlər.
  • Bu qrupa mamalıq kəndirləri göz çəngəlləri və mamalıq kəlbətinləri daxil edilir. Çətin doğumlar zamanı təcrübədə ən çox mamalıq kəndirləri və göz çəngəllərindən istifaə edilir. Mamalıq kəndəiri 2-3 m.uzunluqda 0,5-11,7 sm qalınlıqda, yumşaq və möhkəmdir.
slide6
Mamalıq çəngəlləri. Balanı peysərinə, çənəsinə, əksərən isə göz çuxuruna salınır.
  • Balanı doğramaq üçün istifadə edilən alətlər.
  • Balanın balalıqda doğranıb çıxarılması əməliyyatına fetotomiya əksərən iri heyvanlara, bəzən xırda heyvanlarda da aparılır. Balanı doğrayarkən aseptika və antiseptika qaydalarına ciddi riayət edilməlidir.
  • Bu məqsədlə alətlər 1-2%-li soda məhluluna qaynadılmalı və dezinfeksiyaedici məhlullarda saxlanmalıdır. Fetotomiya apardıqda müxtəlif bıçaqlardan, mişarlar, kəsicilər, isgənələrdən istifadə olunur.
  • Fetotomlar. Balanı doğrayıb çıxarmaq üçün fetotomdan istifadə olunur. Avrutus və Besxlebnovun fetotomundan istifadə olunur. Bu fetotom kəsici məftildən, metal başlıqdan, iki rezin borudan, iki ədəd dəstəkdən və bir ədəd məftildən geydirmək üçün sünbədən ibarətdir.
  • Mamalıq yardımının əsas prinsipləri.
  • Çətin və ağır doğumlarda mamalıq yardımının əsas məqsədi ana və bala hər ikisinin salamat qurtarmaq və doğum yolunu zədələməməkdir.
slide7
Mamalıq yardımı göstərilən zamanı aşağıdakı qaydalara riayət edilməlidir.
  • Heyvan doğarkən onun çanağının anatomik qurluşunu bilmək.
  • Doğum yolu quru olduqda oranı islatmaq. Bu məqsədlə balalığa 35-400s temperaturda 2-4 litr sabunlu su yeridilməlidir.
  • Çətin doğum zamanı təcili mamalıq yardımı aparmalıdır. Təcili mamalıq yardımı apardıqda bala asan doğulur, gecikdirdikdə isə doğum yolu şişir.
  • Çətin doğan heyvan müayinə edərək balanı balalıqda yerləşməsini yoxlamalı.
  • Balanı 1-4 nəfər qəər adam çəkməlidir. Tərs gəlmiş balanı düzəltməmiş çəkmək olmaz.
slide8
Bala balalıqdan düxgün yerləşmədikdə göstərilən mamalıq yardımı.
  • Çətin doğum ən çox inək və camışlarda olur. Prof. A.P. Studentsov çətin doğumları aşağıdakı kimi təsnifata bölmüşdür.
  • Balanın həddən artıq iri olması.
  • Çanağın dar olması
  • Bala hissələrinin pozğunluqları.
  • A. Balanın baş söykənişində gəlməsi.
  • 1. Balanın yana bükülməsi.
  • 2. Balanın aşağı bükülməsi.
  • 3. Balanın yuxarıya – geriyə tərəf bükülməsi.
  • 4. Boyunun burulması.
  • 5. Qabaq ətrafların bilək oynağından bükülməsi.
  • 6. Ətrafların dirsək oynağından bükülməsi.
  • 7. Ətrafların çiyin oynağından çanağa söykənməsi.
  • 8. Ön ətrafların balanın peysəri üzərində çarpazlaşması.
slide9
B. Balanın çanaq söykənişinə gəlməsi.
  • 1. Ətrafların bud oynağından bükülməsi.
  • 2. Ətrafların çapma oynağından bükülməsi.
  • 3. Balanın quyruğunun burulması və bükülməsi.
  • IV. Düzgün olmayan vəziyyətlər.
  • Balanın balalıqda eninə yerləşməsi. Bu zaman balanın ya qarın, yaxu da beli çanaq boşluğuna söykənişi.
  • Balanın çəpinə gəlməsi. Bu halda balanın beli və qarın çanaq boşluğuna söykənmiş olur.
  • V. Düzgün olmayan mövqelər.
  • 1. Balanın aşağı mövqedə gəlməsi. Bala baş vəziyyətində və yaxu çanaq vəziyyətində aşağı mövqedə gələ bilər.
  • 2. Balanın yan mövqedə gəlməsi. Bala çanaq və baş vəziyyətdə yanı üstə gələ bilər.
do um yoluna eyni vaxta iki balan n g lm si
Doğum yoluna eyni vaxta iki balanın gəlməsi
  • Çox bala verən heyvanlara bu hadisəyə təsadüf edilir. Tək bala verən heyvanlarda (inək, camış, at, xırda heyvanlar) əkizlik olduqda doğum aktı pozula bilər. Əkiz bala doğan heyvanlara əksərən balanın biri çanaq, digəri isə baş vəziyyətində gəlir. Normal doğumda ikinci bala birincidən 1-2 saat sonra doğulur. Ancaq doğum yoluna eyni vaxtda iki bala gəldikdə doğum bir sutkaya kimi ləngiyir.
  • Birinci bala doğulduqda oma balasına çox soyuq yanaşır. Ikinci bala doğulana yaxın sancı və gücənmələr başlayır ikinci balanın olması hiss olunur.
  • Mamalıq yardımı.
  • Hər iki bala doğum yoluna gəldikdə onların ətraflarını müəyyənləşdirməli və hansı ətrafın olduğunu öyrənməli. Ona görə ilgəklərə nişan qoymalı, yaxud da ayrı-ayrı kəndirlərdən istifadə etməli.
  • Əvvəlcə üst tərəfdə yerləşən balanı çıxarmalı, altda yerləşən balanı bir qədər balalığa itələməli sonra isə ona yardım göstərilməlidir.
fetotomiya
Fetotomiya.
  • Balalıqdan balanın doğrayıb çıxarılması əməliyyatına fetotomiya deyilir. Fetotomiya mürəkkəb mamalıq əməliyyatıdır. Bu əməliyyatı təcrübəli baytar həkimi aparmalıdır. Fetotomiya əməliyyatının çətinliyinin əsas səbəbi ondadır ki, əməliyyat zamanı göz nəzarət olmur. Bu əməliyyat balalıqda bala ölü olduqda, heyvan doğa bilmədikdə, tərs gəlmiş balanı düzəldə bilmədikdə tətbiq edilir.
  • Fetotomiyaya başlamazdan qabaq balanın doğum yoluna yaxın hissələri fiksasiya edilməlidir.
  • Diri balanı doğrayıb çıxarmaq lazım gəldikdə balanı öldürmək məqsədilə əvvəlcə ya göbək çiyəsini qırmalı, yaxud da örtülü bıçaqla boyun damarlarını kəsməli. Alətləri 1-2%-li soda məhlulunda qaynadıb sonra dezinfeksiyaedici məhlullarda saxlamalı. Alətlər seçilir və əvvəlcədən işin planı barədə düşünülür və heyvanı xarici cinsiyyət üzvləri və dodaqları, quyruğu isti su sabunla yuyulur, dezinfeksiya edilir. Mama və onun köməkçisi, əlləri dezinfeksiya edir, xalat, çəkmə və döşlük geyməlidir.