1 / 25

Azərbaycan idmanı bu gün

Azərbaycan idmanı bu gün. Dövlətin idman siyasəti.

nairi
Download Presentation

Azərbaycan idmanı bu gün

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan idmanı bu gün

  2. Dövlətin idman siyasəti Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmişdir. Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi. 1994-cü ilin aprel ayında ümummilli lider Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı və onu muşayət edən digər rəsmi şəxsləri qəbul etmişdir. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Heydər Əliyev

  3. Heydər Əliyev və Azərbaycan idmanı Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. Həmin ildən müstəqil Azərbaycan dövləti idmana və bədən tərbiyəsinə sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi.

  4. İlham Əliyev və müasir Azərbaycan idmanı 1997-ci ilin ən böyük uğuru isə ölkəmizin idman tarixində özünəməxsus yer tutan Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının keçirilməsi, ən səriştəli, təşəbbüskar, bacarıqlı namizəd kimi, İlham Əliyevin prezident olmaqla, MOK-un yeni rəhbərliyinin seçilməsi olmuşdur. Bu seçim ölkəmizdə idmanın inkişafına güclü təkan verdi. Ölkəmizin dünya Olimpiya Hərəkatına fəal şəkildə qoşulması Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasında mühüm rol oynamışdır. İdmana dövlət tərəfindən davamlı diqqət və qayğı idmançı və məşqçiləri daha əzmlə və səylə işləməyə, daha mübariz olmağa və yeni nailiyyətlər əldə etməyə ruhlandırırdı. Bunun nəticəsidir ki, 1997-ci ildə onlar müxtəlif səviyyəli beynəlxalq yarışlarda 54 qızıl, 45 gümüş və 37 bürünc medal, ümumilikdə - 136 medal əldə edərək, ölkəmizin idman salnaməsinə şərəfli səhifə yazmışdılar. Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsininvə Avropa Olimpiya Komitəsinin rəhbərləri, ayrı-ayrı Milli Olimpiya Komitələrinin prezidentləri ilə keçirdiyi şəxsi görüşlər və onlarla apardığı danışıqlar Azərbaycan Respublikasının və onun Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə nüfuzunun artmasında müstəsna rol oynayır. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Olimpiya Komitəsinin beynəlxalq əlaqələri lazımi səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bütün deyilənlər heç şübhəsiz ki, Milli Olimpiya Komitəsinin və əlbəttə ki, prezident İlham Əliyevin məqsədyönlüsəylərinin nəticəsidir.

  5. Mehriban Əliyeva və Azərbaycan gimnastları 2002- ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 5 il bundan əvvəl Mehriban xanım Əliyeva idman ictimaiyyətinin çoxsaylı xahişlərini və arzusunu nəzərə alaraq, bu ictimai təşkilata rəhbərlik etməyə başlamışdır. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Fede -rasiyasının prezidenti seçilmiş və həmin vəzifədə özünü əla təşkilatçı kimi nümayiş etdirmişdir. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003-cü il və 2004-cü il Dünya Kuboku yarışlarının, eləcə də 2005-ci il Dünya Çempionatının Azərbay -canda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynamışdır. “Bir müddət əvvəl Olimpiya oyunlarında ayrıca dövlət kimi iştirak etməyə başlamağımıza baxmayaraq, biz ölkədə idman infrastrukturuna fəal surətdə investisiyalar yatırırıq. Başa düşürük ki, Olimpiya oyunlarının keçirilməsi üçün siyasi və maliyyə investisiyaları lazımdır və biz buna hazırıq, çünki həqiqətən də bu yarışları keçirmək istəyirik”. Mehriban Əliyeva

  6. Azərbaycan gimnastı Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiyada Sverdlovski şəhərində anadan olmuşdur. 2010- cu ildə Bakıda bədii gimnastika üzrə üç gün davam edən 23-cü Avropa çempionatının qalibidir. Şəxsi birincilikdə Azərbaycan gimnastı Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşlər.  Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325 xal), ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600), müvafiq olaraq, ilk üç yeri tutmuşlar. 2010-cu ildə iyulun 2-də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları – Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova ilə görüşmüş və onları təbrik etmişdir.

  7. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradıl- mışdır. Hal - hazırda Azərbaycan Respubliası Gənclər və İdman Naziri Azad Rəhimovdur.

  8. Azərbaycan idmançıları Elnur Məmmədli 1988-ci il iyun ayının 29-da dünyaya gəlib. 2006-cı ildə cüdo üzrə Avropa çemponu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb.

  9. Ağası Məmmədov 1980-ci il iyun ayının 1-də Bakı şəhərində anadan olub. 2003-cü il dünya çempionatının qızıl, 2001-ci ildə isə dünya birinciliyinin gümüş mükafatını qazanıb. İkiqat Avropa çempionudur. 1996-cı ildə yeniyetmələrin Avropa çempionatının qızıl medalını qazanıb və ən texnikalı boksçu kimi xüsusi mükafatla - kubokla təltif edilib. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Azərbaycan boksu tarixində dünya çempiona -tının qızıl mükafatını qazanan ilk və hələlik yeganə idmançıdır. 2000-ci il Sidney oyunla - rında Türkiyə milli yığma komandasının şərəfini qoruyub. Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti, doktor Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən turnirdə Afina Olimpiadasına lisenziya qazanıb. Əməkdar idman ustasıdır, “Azərtermi -nalkompleks”in əməkdaşıdır, gömrük xid -məti kapitanıdır.

  10. Namiq Abdullayev 4 yanvar 1971 -ci ildə Bakıda anadan olan Namiq 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib. Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında 1983-ci ildən “Neftçi” İdman Cəmiyyətində sərbəst güləş idmanı ilə məşğul olmağa başlayıb. Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnik-leytenantıdır. İlk uğurunu 1988 -ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində qazanan Namiq daha sonra bir çox uğurlarla yanaşı, Avropa və Olimpiya çempionu adını qazanıb. Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

  11. Zemfira Meftəhəddinova 28 may 1963-cü ildə Bakı şəhərində andan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya oyunlarının iştirakçısı (15-ci yer), 1986, 1987 və 1988-ci illərdə komanda hesabında Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərdə gümüş mükafatçı, 1987 və 1990 illərdə bürünc mükafatçı, 1986-cı il komanda hesabında dünya çempionatının gümüş mükafatçısı, 1986-cı il SSRİ çempionatının bürünc mükafatçısı olmuşdur. Sidneydə keçirilən 2000 - ci il Olimpiya oyunlarında Azərbaycanın stend atıcılığı üzrə yığma komandaslna ilk qızıl medalı qazandırmışdır. Afinada keçirilən 2004 - cü il Olimpiya oyunlarında stend atıcılığı üzrə bürünc medal qazanmışdır. Pekində keçirilən 2008 - cü il Olimpiya oyunlarında da iştirak etmişdir.

  12. Fuad Aslanov boksçu 28 iyun 1976- cı ildə Sumqayıt şəhərində anadan olub. 26 saylı orta məktəbin məzunudur. Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Azərbaycan Respublikasının əməkdar ustasıdır. Boks üzrə XXVIII Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır (2004). Olimpiya Oyunlarında əldə etdiyi yüksək nailiyyətlərinə görə 2004- cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

  13. Rəfiqə Şabanova Mahmud qızı 31 oktyabr 1943-cü ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitunu bitirmişdir (1968). Rəfiqə Şabanova Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman ustasıdır (1982) və SSRİ əməkdar idman ustasıdır (1976). O, XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-84), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975-1979) olmuşdur. Rəfiqə Şabanova “Avtomobilçi” komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).

  14. Nazim Hüseynov 1969-cu il avqust ayının 2-də Qusar şəhərində anadan olub. Müəllimi Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovdur. 1992-ci ildə cüdo əfsanəsi Nazim Hüseynov Azərbaycan tarixində ilk olaraq Barselonada keçirilən 25-ci yay olimpiya oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazmışdır. Həmin yarışda ardıcıl olaraq 4 rəqibinə “İPPON”LA qalib gələrək oyunların yarımfinalında son dünya çempionu yapon Tadanori Koshinoya usatlıqla qalib gələrək finala vəsiqə qazanmışdır. Final görüşündə isə Hyun Yoona qalib gəlib Azərbaycan tarixində birinci dəfə olimpiya çempionu olmuşdur.

  15. Azərbaycanda voleybol Azərbaycanda voleybolun yaranması 1926 -cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə “Neftçi” cəmiyyətində ilk voleybol məşqləri başlandı. Voleybol bakılılar arasında daha geniş yayılmağa başladı. “Rote Fane” (indikı Nizami parkı), Kommunalniklər bağı (C.Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927 - ci ildə “Dinamo” və “Kommunalnik”cəmiyyətlərində voleybol bölmələri açıldı. Hər halda Bakı voleybolu 1932 -ci ildən etibarən daha yaxşı inkişaf etməyə başlamışdır. Şəhərin ilk birinciliyi məhz o vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar. O vaxtdan Bakının yığma kollektivlərinin oyunçuları respublikada və hətta ölkədə kifayət qədər şöhrət qazanmışlar. Ümumiyyətlə Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957 -ci il sayılır. Həmin il Zaqafqaziyanın VIII spartakiadasında respublikamızın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yeri tutmuşdur. 1962-ci ildə “Məhsul” və “Neftçi” komandalarının heyətlərindən vahid bir komanda “Neftçi” yaradılır. 1965-ci il qadınlardan ibarət komandamız üçün dönüş ili olmuşdur. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komandamız Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutmuş, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutmuşdur.

  16. Fərid Mansurov 10 may 1982- ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür. 1992- ci ildən “Neftçi” İdman Cəmiyyətində Əliqulu Həsənovun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutur. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir. Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır. Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır.2002- ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.2003-cü ildə bir neçə Qran-Pri turnirlərində qalib gəlir və Afina Olimpiadasına lisenziya qazanır. 2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanır.

  17. 1972-ci ildə təcrübəli məşqçi Feliks Məmmədov “Neftçi” komandasına baş məşqçi təyin olunur və komanda həmin il Ölkə Çempionatında 3-cü yerlə kifayətlənir. 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırdı. Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və “Azərreyl” voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə “Azərreyl” Voleybol Klubu Avropa “Top Komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda oldu. 2004-cü ildə isə “Azərreyl” Voleybol Klubu Avropa Çempionlar Liqasının “Dördlər Finalı”nda iştirak etmişdir. Bununla yanaşı qadınlardan ibarət Milli yığma komandamız da qitə və dünya birinciliklərində ölkəmizi layiqincə təmsil edmişdir. Milli komandamız 2005-ci ildə Avropa “Qran-Pri” turnirin qalibi olmuş və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutmuşdur. Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Ölkə Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir.

  18. Şahmat dünyanın ən qədim oyunlarından biridir. Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur. Müasir dövrdə Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi şahmatçılar vermişdir. Fidenin 2008-ci iyul ayına olan listində Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünaynın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.

  19. Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001) Teymur Rəcəbov 12 mart 1987 –ci ildə Bakıda anadan olub. Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir. O, şahmat vunderkindi hesab olunur. Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir. Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur. Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. 2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlmişdir. 2005-ci ildə güclü Dos Hermanas turnirini qazanmış və həmin il Avropa çempionatında 2-ci olmuşdur. 2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etmiş (qara fiqurlarla) və turniri 2-ci bitirmişdir. 2007-ci ildə, XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olmuşdur.

  20. Şəhriyar Məmmədyarov 12 aprel 1985 -ci ildə Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Şahmat üzrə beynəlxalq qrossmeysterdir. Şəhriyar Məmmədyarov Yeniyetmələrin Şahmat Olimpiiyadasının qalibi (İspaniya-1999) və gümüş mükafatçısı (Ukrayna-2000), Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı (Yunanıstan -2001), 18 yaşadək oğlanlar arasında Dünya birinciliyinin gümüş mükafatçısı (Yunanıstan-2002), 18 və 20 yaşadək oğlanlar arasında Avropa birinciliyinin qızıl (İspaniya-2002) və bürünc mükafatçısı (Bakı-2002), Gənclər (Yunanıstan-2003) və 20 yaşadək oğlanlar arasında Dünya birinciliyinin qalibi (Naxçıvan-2003; Türkiyə-2005)dir. Məşqçisi Həmid Məmmədyarovdur.

  21. 1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmağa başlayıb.Həmin dövrdə ingilislərin neft yataqlarımıza meyl etməsi futbolumuza müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə Bakıda ilk futbol komandasının da adı “Britaniya klubu” oldu. Əvvəlcə burada oyunlar keçirən “Britaniya klubu” 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq matçını keçirib. Tbilisidə keçirilən qarşılaşmada, yerli “Sokol” Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub olub. Azərbaycanda sovet höküməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub. Fərəhləndiricidir ki, ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub. Azərbaycan futbolçuları ilk beynəlxalq yoldaşlıq görüşlərini 1926-cı ildə keçiribIər. Bakının gənclərdən ibarət seçmə komandası İranın yığma komandasına qalib gəlib – 4:3. Azərbaycan Pedaqoji İnstitutunun futbolçuları ilə İran yığma komandasının görüşü heç-heçə (0:0) nəticələnib. Həmin il Bakının “Tərəqqi” komandası da İran futbolçularını məğlub edib – 3:1. 1929-cu ildə Bakının yığma komandası İranda bu ölkənin seçmə komandasına (4:1), Tehranın yığma komandasına (11:0 ve 4:0) qarşı keçirdiyi oyunların hər üçündə qələbə qazanıb. 1930-1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edib. Futbolçularımız Almaniyanın seçmə fəhlə komandası (4:3 ve 1:0) və İngiltərənii seçmə fəhlə komandası (5:2 va 3: 1) üzərində qələbə qazanıblar. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən “Neftçi”nin timsalında tanınıblar. Azərbaycan müstəqilliyini elan edən kimi futbol məmurlarının gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu. AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başladı. İlk milli çempionatda qalib gələn “Neftçi”ilk Azərbaycan çempionu kimi tarixə düşdü.

  22. Müstəqillik dövrü Azərbaycan futbolu üçün Avropa kuboklarında iştirak etmək imkanı da yaratdı. 1994-cü ildə qitədə debüt edən klublarımız arasında “Neftçi” ilk xalı qazanmaqla tarixə düşüb. 1994/95 mövsümündə “Apoel”lə (Kipr) Sumqayıtda keçirilən cavab görüşü 0:0 hesabı ilə nəticələnib. 1995/96-da isə ilk matçda Bakıda “Lokomotiv” (Sofiya, Bolqarıstan) üzərində 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” klub turnirlərində ilk qələbəmizi qeyd etdi. 2004/05 mövsümündə isə Çempionlar Liqasında iştirak edən komandamız tarixində ilk dəfə olaraq Avropa kuboklarında ilkin mərhələni geridə qoydu. “Neftçi” Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubuna səfərdə 1:2 (qol: Zaur Tağızadə) hesabı ilə uduzsa da, Bakıda 1:0 (Emin Quliyev) qalib gələrək ikinci mərhələyə keçdi. Burada isə rəqib Rusiyanın MOİK (Moskva) klubu oldu. Tofiq Bəhramov adına stadiondakı ilk matçda hesab açılmasa da, Moskvada MOİK 2:0 hesabı ilə qalib gəldi. 2005-ci il də komandamız üçün uğurlu başladı. MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən “Birlik kuboku”nda Azərbaycanı təmsil edən “Neftçi” ölkəmizin tarixində ilk dəfə olaraq turnirin finalına yüksəldi. Həlledici matçda Rusiya “Lokomotiv”i 2:1 hesabı ilə qalib gəlsə də, gümüş medal da uğur sayıldı. Xüsusilə də, 1/4 finalda əbədi düşmənimiz Ermənistan çempionu “Pünik” üzərində 2:0 hesablı qələbə azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı. 2006-cı il bir il əvvəlki ilə müqayisədə daha uğurlu alındı. “Birlik kuboku”na daha iddialı yollanan komandamız 2006-cı ildə komanda “Birlik kuboku”nu Bakıya gətirdi. Bu dəfə də biabır olmaqdan qorxan ermənilər komandamızla qarşılaşmadan imtina edərək turnirdə iştirakını yarımçıq dayandırdılar. “Neftçi” isə finalda da “Kaunas”a (Litva) qalib gələrək (4:2) futbol tariximizdə ilk dəfə olaraq bu kuboku qazandı.

  23. Tofiq Bəhramov Azərbaycan futbolçusu, futbol hakimi, Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. Tofiq Bəhramovun 1966 - cı ildə İngiltərədə keçirilən 8 - ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdır. O, 1925-ci il 29 yanvarda Bakıda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T. Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını (”Ayaks” (Hollandiya)- “İntependyente”(Argentina) idarə edib.

  24. Son bir neçə ildə Azərbaycan Dünyanın idman mərkəzlərindən birinə çevrilmiş və elə məhz 2005-ci ildə Azərbaycanda bir sıra mötəbər idman yarışları keçirilmişdir. Həmin yarışların Bakıda yüksək və mütəşəkkil səviyyədə keçirilməsi üçün hazırlıq işləri məqsədyönlü şəkildə həyata keçirilmişdir. Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar Gənclər və İdman Nazirlyi, Milli Olimpiya Komitəsi və ölkəmizdə idman növləri üzrə fəaliyyət göstərən 64 federasiyanın, 63 idman klubunun və 66 idman cəmiyyətinin sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər böyük bir fəaliyyət proqramının tərkib hissəsi kimi bundan sonra da uğurla həyata keçiriləcəkdir.

  25. Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Slayd 2012 – ci il “İdman İli”nəhəsr olunub. HAZIRLADI:Babaşova Şəbnəm

More Related