1 / 22

Lahiyə təklifi hazırlayan QHT-lər adətən bu məsələyə iki fərqli mövqedən yanaşırlar: Aktiv Passiv

Fandreyzinq. Lahiyə təklifi hazırlayan QHT-lər adətən bu məsələyə iki fərqli mövqedən yanaşırlar: Aktiv Passiv. Aktiv.

kyle-frye
Download Presentation

Lahiyə təklifi hazırlayan QHT-lər adətən bu məsələyə iki fərqli mövqedən yanaşırlar: Aktiv Passiv

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Fandreyzinq Lahiyə təklifi hazırlayan QHT-lər adətən bu məsələyə iki fərqli mövqedən yanaşırlar: Aktiv Passiv

  2. Aktiv QHT əvvəlcə öz fəaliyyət sahələrini müəyyənləşdirib, məqsəd və mövzularını qətiləşdirdikdən sonra bu məqsədlərin reallaşmasına maliyyə buraxan donorların arayışına çıxır: əgər onun məqsədləri bir donorun məqsədləri ilə uzlaşmazsa, başqa bir donora müraciət edəcək

  3. Passiv QHT-lər öncəliyi donorların ehtiyac və prioritetlərinə verir və tamamilə onların məqsəd və mövzularına köklənirlər. Nəticəsində QHT-nin bütün strategiyası donorun tələblərinə subordinat olur və QHT sadəcə olaraq donor istəklərinin icraçısına çevrilir.

  4. Lahiyə təklifinizi üstün qılan amillər: • siz mövcud sahədə daha çox təcrübəyə maliksiniz; • siz lahiyənin işə düşməsinə təkan verəcək qədər maliyyə istəyirsiniz, daha sonra lahiyəniz əlavə maliyyə vəsaitinə ehtiyac olmadan təkamül edəcək; • sizin təşkilatınızda işlərin əksəriyyəti könüllülər tərəfindən icra edilir; • sizin lahiyəniz müxtəlif ölkələrdən, regionlardan, etnik və sosial qruplardan olan iştirakçıları cəlb edir; • siz artıq bəzi tədarüklər etmisiniz(daxili pay, üçüncü tərəfin yardımı və s.) və sizin istədiyiniz yalnız bir az qrant əldə etməklə lazım olan məbləği tamamlamaqır.

  5. Lahiyə Təklifinin Hazırlanması Prosesi Qrant Proqramının təhlili • Təklifiniz üçün qrant kateqoriyasını müəyyənləşdirin • Lahiyə təklifinizə hansı komponentləri daxil edəcəyinizə dair ipucu axtarın • Ərizə formasının hər bir componenti üzrə donorun sizdən hansı məlumatı istədiyinə xüsusi diqqət yetirin ki, təklifinizə onları daxil edəsiniz • Lahiyə təklifinizin neçə nüsxədə olacağına dair qeydlər aparın(neçəsi gondərilməli, neçəsi birbaşa təqdim edilməli və s.) • Lahiyə təkliflərinin təqdim edilməsi üçün son tarixi qeyd edin.

  6. Ehtiyacların araşdırılması • Necə bir məlumat lazımdır? • Kimlər araşdırılacaq? • Kimlər araşdıracaq? • Məlumat nə vaxta lazımdır? • Məlumat necə toplanacaq?

  7. İdeyanızı hasil edin Beyin həmləsinin qızıl qaydaları: • Mövzuyla bağlı ağlınıza gələn hər fikri səsləndirin • Səslənən fikirləri tənqid etmək qadağandır • Müzakirəyə yol verilir • Təkrarçılıq normaldır • Hər hansısa bir ideyada israr etmək də normaldır • Bitirdiyinizi düşündüyünüz anda bitirin

  8. Müvafiq ədəbiyyata və mövcud lahiyələrə nəzər salın Ehtiyac\problem sahənizə dair ədəbiyyatları və mövcud lahiyələri nəzərdən keçirməklə siz • ideyanızın yeni və ya unikal olduğunu müəyyənləşdirə; • alternativ ideyalarla tanış ola; • və daha uyğun və səmərəli ideyalar kəşv edə bilərsiniz.

  9. Lahiiyə təklifini kimin yazacağını müəyyənləşdirin • Ya orijinal ideyanın yaradıcıları, ya da müvafiq ədəbiyyat və lahiyələri nəzərdən keçirənlərin arasından bir qrup seçirsiniz.Bu qrup təklif koordinatoru, məzmun üzrə müttəxəssislər və yazarlardan ibarət olmalıdır. • Təklif koordinatorunun aşağıdakı məziyyətlərə sahib olması arzuolunandır: • Təklif yazmaqla bağlı məlumatlılıq • Yetərli idarəçilik bacarıqları • Redaktə etmək bacarıqları • Məzmunu anlama • Təffərrüatlara varma

  10. Lahiyə təklifinizi yazmağa başlayın • Yazarkən qrant proqramının xüsusiyyətlərinə sadiq qalın. Özünüzün vacib hesab etdiyiniz məqamları müraciət formasında tələb olunan məqamlardan sonra əlavə edə bilərsiniz. • KİSS – Keep İt Short and Simple. İfadələrinizdə qısa və sadə olun. Bunun üçün: • Sadə ingiliscədən istifadə edin • Konkret olun • Bütün söz və xüsusi isimlərin qısaldılmış formalarının izahını verin • Yeni, tanış olmayan terminlərin mənasını verin • Ən uzun cümləniz 15 sözdən çox olmasın • Abzasların sayını azaldın və hər birində bir əsas fikri ifadə etməyə çalışın

  11. Müxtəsərliyə nə qədər üstünlük verilirsə, o qədər də aydınlıq tələb olunur. Kim, nə, harda, nə vaxt, niyə və necə tipli sualları daha aydın şəkildə cavablandırmaq üçün yetərincə məlumat verin. • Ümumi qənaətlərinizi adekvat sənədlərlə, statistik rəqəmlərlə və məntiqi əsaslarla dəstəkləyin. • Təklifinizin komponentlərini elə işləyin ki, onlar ehtiyaclardan həll yollarına və qiymətləndirmədən büdcəyədək bir-birinə məntiqi axınla əlaqələndirilmiş olsunlar. • Vaxtınızı elə idarə edin ki, sonda yekun baxış və düzəlişlər etmək üçün kifayət qədər vaxtınız qalsın

  12. Təklifinizə baxış keçirin • Əvvəlcə lahiyə təklifinizin onun yazılışında iştirak etməyən və, əgər mümkünsə, ondan heç xəbəri olmayan biriləri tərəfindən nəzərdən keçirilməsini təmin edin (“kənardan baxana hər şey görünür” məntiqi). • Yanlış hesablamalar, nəzərdən qaçmış xərclər və digər büdcə yanlışları kimi çatışmazlıqları da aşkarlamaq üçün təşkilatınızın işçi heyyəti tərəfindən ümumi yekun baxışın keçirilməsi də çox vacibdir.

  13. Lahiyə təklifinin anatomiyası Tipik lahiyə təklifinin 7-8 komponenti olur: • Xülasə • Təşkilat haqqında məlumat • Problemin təsviri • Məqsədlər • Fəaliyyətlər • Qiymətləndirmə • Davamlılıq • Büdcə

  14. Xülasə • Bu hissə aydın və qisa yazılmalı və oxuyana sizin kim olduğunuz və nə etmək istədiyinizə dair təsəvvür verməlidir. • Maksimum 6-7 cümlədən ibarət olmalıdır. • Xülasə lahiyənin bütün komponentləri tamamlandıqdan sonra yazılır.

  15. Təşkilat haqqında məlumat Məlumat əsasən aşağıdakıları əhatə etməlidir: • Təşkilatınızın adı • Təşkilatınızın hüquqi statusu • Təşkilatınızın ünvanı • Həyata keçirdiyiniz və ya icrasında iştirak etdiyiniz lahiyələr • Bank rekvizitləri • Qrantın icrasına məsul şəxslərin adları • İdarə heyyətinin üzvlərinin adları və s.

  16. Problemin təsviri • Təklifin bu hissəsində siz donoru qrant sayəsində həll etmək istədiyiniz ehtiyaca\məsələyə dair dəlillərlə təmin etməlisiniz. Qısacası, bu bölmə sizin təklifinizi oxumaqda olan donor nümayəndəsini inandırmalıdır. Unutmayın ki, təsvir etdiyiniz problem sizə aydın olsa da, təklifinizi oxuyan adama bir çox şeylər qaranlıq qala bilər. Təbiidir ki, o, problemlə bağlı sizin qədər məlumatlı deyil. Ona görə də problemin təsviri bölməsinə donoru maarifləndirmə və inandırma fürsəti kimi baxmaq lazımdır.

  17. Məqsədlər • Bu bölmənin məqsədi donora grantın sonunda nəyə nail olmaq istədiyinizi bildirməkdir. Bir çox donorlar sizin həm qısamüddətli, həm də uzunmüddətli məqsədlərinizi öyrənmək istərlər. • Ümumiyyətlə, qısamüddətli məqsəd uzunmüddətli məqsədə çatmaq üçün prosesin başladılmasıdır ki, bu da sizin lahiyənizdir.

  18. Fəaliyyətlər • Bu bölmədə siz qrant sayəsində etmək istədiyinizə dair təfsilatları açıqlamış olursunuz. • Fəaliyyətləri göstərərkən onların məntiqini və icra ardıcıllığını da qeyd edin. • Fəaliyyətlərin əhatə dairəsi təşkilatınızın mövcud imkanları və lahiyənizin müddəti çərçivəsində olmalıdır

  19. Qiymətləndirmə • Bu hissədə siz donora nümayiş etdirməlisiniz ki, sizin lahiyənin uğurlarını ölçmək üçün vasitələriniz var. Bu vasitələr nə ola bilər? • Rəqəmlər; • Fəaliyyətlərinizə dair KİV xəbərləri; • Lahiyənizdən faydalanmış şəxslərin təşəkkür məktubları; • Fəaliyyətlərinizin əhəmiyyətini təsdiqləyən qurumların dəstək məktubları və s.

  20. Davamlılıq • Burda siz qrant bitdikdən sonra lahiyə ideyanızı necə davam etdirəcəyinizə dair donora inandırıcı ehtimallar söyləməlisiniz. Bu ehtimalları siz qrant müddətində gerçəkləşdirməlisiniz. Yəni qrant elə nəticələr verməli və elə təsir dairəsi yaratmalıdır ki, onların sayəsində təşəbbüsünüz davam etsin.

  21. Büdcə Büdcəni tutarkən aşağdakılara əməl etmək məsləhətdir: • Çalışın ki, büdcəniz məhz lahiyə təklifinizin izahat hissəsində olanları əks etdirsin. • Bütün təfsilatları: maaş tarifini, işə sərf olunan vaxtın faizini, əlavə güzəştlər, yol xərci, gündəlik xərclər və qonorar tarifləri və s göstərin. • Məsrəf tələb edən bütün bəndləri büdcəyə daxil edin • Bütün istəklərinizi əsaslandırmaq iqtidarında olun.

  22. Aşağıdakıları etmək məsləhət deyil: Büdcəyə müəmmalı və gözlənilməz bəndlər daxil etmək Təfsilatını açıqlaya bilmədiyiniz xərclər(əlavə, sair xərclər) yazmaq Ehtiyacdan ziyadə istəməklə büdcəni şişirtmək Təklifinizdə əsası olmayan iri məbləğli avadanlıq məsrəfləri istəmək

More Related