1 / 36

V II BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: MÜASİR BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİ

V II BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: MÜASİR BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİ. Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 20 11.

jon
Download Presentation

V II BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: MÜASİR BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. VII BÖLMƏMÜHAZİRƏ QEYDLƏRİ:MÜASİR BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011 Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfındən yazılmış “International Economics: Theory and Policy”və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərs kitabları əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

  2. Mündəricat • Giriş ................................................................................................ 3 • Mövcudluq Teoremi ....................................................................... 4 • Yüksək İxtisaslı İş Qüvvəsi Teoremi ............................................. 5 • Texnologiya Kəsiri Teoremi .......................................................... 6 • Məhsulun Həyat Dövrü Teoremi ................................................... 7 • Seçimlərdə Oxşarlıq Teoemi ........................................................ 14 • Miqyas İqtisadiyyatları Teoremi .................................................. 15 • İnhisarçı rəqabət teoremi .............................................................. 17 • Daşınma Xərcləri və Xarici Ticarət Nəzəriyyəsi ......................... 23 • Ekoloji Standartlar və Beynəlxalq Ticarət Nəzəriyyəsi ............... 25 • Porterin Beynəlxalq Rəqabət Üstünlüyü Nəzəriyyəsi .................. 26 • Modern Baxış ............................................................................... 34 • Mənbələr ...................................................................................... 36

  3. Giriş • Əvvəlki bölmələrdə, müxtəlif iqtisadçıların ölkələr arasındakı xarici ticarətin səbəblərini şərh etmək məqsədilə irəli sürdükləri nəzəriyyələrlə tanış olduq. • Klassik iqtisadçı Adam Smithdən, E. Heckscher və B. Ohlinə qədər uzanan zəncir daxilində irəli sürülən fikirlərə, xüsusilə faktor nisbətləri nəzəriyyəsinin W. Leontief tərəfindən test edilməsi nəticəsində oraya çıxan ziddiyyətli vəziyyətdən sonra, 1960-cı illərdən başlayaraq yeni fikirlər doğmağa başlamışdır. • 1. Mövcudluq teoremi • 2. Yüksək ixtisaslı iş qüvvəsi teoremi • 3. Texnologiya kəsiri teoremi • 4. Məhsulun həyat dövrü teoremi • 5. Seçimlərdəoxşarlıq teoremi • 6. Miqyas iqtisadiyyatları teoremi • 7. İnhisarçı rəqabət teoremi

  4. Mövcudluq teoremi • İrving Kravis tərəfindən ortaya atılan movcudluq (availability) modelinə görə xarici ticarətin səbəbi, bir malın bir iqtisadiyyatda mövcud olmamasıdır. • Ölkələr, özlərinin istehsal edə bilmədikləri və ya çox bahalı istehsal etdikləri malları xarici ticarət yolu ilə əldə edirlər. • İqtisadiyyatlar arasında istehsalın müxtəlif olmasının səbəbləri isə, ölkələr arasında təbii resurs zənginliyinin müxtəlif olması, texnologiyada meydana gələn yeniliklər ilə müvəqqəti olaraq inhisar yaradan məhsul fərqliləşdirmələridir. • Bir ölkənin idxalatı, o ölkədə təklifin elastik olmadığını göstərir. Bunun əksinə ixracat, ölkənin istehsalının daha çox olduğuna işarədir. • Bir sözlə, ölkənin ixracat sənayeləri, iqtisadiyyatın digər sektorlarına görə daha üstün texnologiyadan istifadə edir və bu sektorda texnoloji inkişaf daha yüksək olur.

  5. Yüksək ixtisaslı iş qüvvəsi teoremi • Müəyyən növdə peşə və ya yüksək ixtisaslı iş qüvvəsi baxımından zəngin ölkələr, istehsalı böyük ölçüdə bu faktorlara bağlı olan mallarda ixtisaslaşırlar. Digər tərəfdən ixtisassız əməyin bol olduğu ölkələr isə daha çox ixtisassız əməyin intensiv istifadəsinə əsaslanan malların istehsalında üstünlüyə malikdirlər.

  6. Texnologiya kəsiri teoremi • M. V. Posner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür. • Sənayeləşmiş ölkələr arasındakı ticarətin böyük bir hissəsi yeni mal və istehsal proseslərinə əsaslanır. Bunlar əksəri İEÖ-lərdə fəaliyyət göstərən yenilikçi firmalar tərəfindən inkişaf etdirilir. Yeniliklər, patent vəintellektual mülkiyyət hüququ qanunları ilə qorunur. Yeniliyi ilk dəfəortaya çıxaran firma onun inhisarçısı olur. • Bu hipotezə görə, yeni bir mal və ya istehsal prosesi kəşf edən sənayeləşmiş ölkələr, bu malalrın ilk ixracatçıları olurlar. • Ancaq zamanla texnologiya təqlid yolu ilə, ya da zamanla sərbəst bir mal statusuna gələrək digər ölkələrin əllərinə keçdikdən sonra, o ölkələr əməyin ucuzluğu və ya təbii resurs üstünlükləri səbəbilə o malı ilk icad edən ölkələrdən daha ucuza istehsal edirlər. • Beləliklə, adı çəkilən mal, daha zəif inkişaf etmiş ölkələr tərəfindən ixrac olunmağa başlanır. Malı ilk icad edənlər bu ölkələrlə rəqabət edə bilmədikləri üçün indi onu xaricdən idxal edirlər.

  7. Məhsulun həyat dövrü teoremi • R. Vernon tərəfindən 1966-cı ildə formalaşdırılmışdır. • Bu hipotez, texnologiya kəsiri hipotezinin ümumiləşdirilmiş və inkişaf etdirilmiş formasıdır. Buna görə, texnoloji yeniliklər və yeni malların hazırlanması İEÖ-lərə xasdır. Bu hal yüksək dərəcədə təlim keçmiş iş qüvvəsinin və elmi araşdırmalara yüksək investisiyanın nəticəsidir.

  8. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • Bu hipotezə görə 1. mərhələdə yeni malın istehsalı kiçik miqyasdadır və daxili bazara istiqamətlənmişdir.

  9. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • 2. mərhələdə məhsul tam olaraq yetkinləşməmişdir.Satışlar əvvəlcə daxili bazara istiqamətlənmişdir, sonra isə ixracata başlanır.

  10. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • 3. mərhələdə istehsal texnologiyası standartlaşır. Yenilikçi firma daxildə və xaricdə texnologiya lisenziyası verməyi qazanclı hesab etməyə başlayır. Standart istehsalın xərcini aşağı salmaq üçün istehsal digər ölkələrə ötürülür. Bu mərhələdə yenilikçi ölkə hələ bir miqdar mal istehsal edir.

  11. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • 4. mərhələdə malın lisenziyasını alan aşağı xərcli yeni istehsalçıların ixracat bazarlarını ələ keçirmələri ilə yenilikçi ölkənin ixracat sürəti kəsilir.

  12. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • Yenilikçi ölkənin daxili bazarı yerli istehsal əvəzinə idxalatla qarşılanmağa başlandığı anda 5-cimərhələyə keçilmiş olur. Artıq texnologiya dünya ölkələrindətamamilə yayılmış və istehsalı məhdudlaşdıran lisenziyalar sona çatmışdır. Yerli istehsaldaxili və xarici bazarları itirdikcə ölkədaxili istehsal sürətlə aşağı düşür.

  13. Miqdar Mərhələ II Mərhələ III Mərhələ IV Mərhələ V Mərhələ I İstehlak Yenilikçi Ölkə İxracat İdxalat İstehsal İstehsal Təqlitçi Ölkə İxracat İstehlak İdxalat O Zaman Qrafik 1: Məhsul həyat dövrü mərhələləri Məhsulun həyat dövrü teoremi • Nəhayət, yenilikçi ölkəöz daxili bazarında da tamamiləneytrallaşdırıldığı anda məhsulun həyat dövrü tamamlanmış olur.

  14. Seçimlərdə oxşarlıq teoremi • İsveçli iqtisadçı Staffan Linder tərəfindən irəli sürülmüşdür. • Staffan Burenstam Linder (1961), “Ticarət və transformasiya haqqında esse” ( “An essay on trade and transformation”) • Tələb ticarətin vacib determinantıdır. • Daxili tələb ölkə istehsalında məhsul müxtəlifliklərini müəyyən edir. • Bu müxtəlifliklər oxşar tələblə müxtəlif ölkələrdə satıla bilər. • Tələb gəlir səviyyəsilə əlaqədardır. • Oxşar ölkələr arasında daha çox ticarət olur. • Beləliklə, bu teorem eynicinsli olmayan sənayeməhsulları ticarətini əhatə edir. Bu malların ticarəti istehsal xərclərindən çox, ölkələr arasındakı zövq və seçimlərin oxşarlığına, yani tələb şərtlərinə bağlıdır. Zövq vəseçimləri təyin edən təməl amil də nisbi gəlir səviyyəsidir.

  15. Miqyas iqtisadiyyatları teoremi • Daxili miqyas iqtisadiyyatları: • Kompaniyanın istehsalı artdıqca, hər istehsal vahidinin orta xərci aşağı düşür. • Xarici miqyas iqtisdiyyatları: • Firmanın sektordakı istehsl payı artıqca, hər istehsal vahidinin orta istehsal xərci də aşağı düşür. • Firmaların böyük hissəsi ideyaları və işçiləri öz aralarında mübadilə edirlər(e.g. Silikon Vadisi).

  16. Miqyas iqtisadiyyatları teoremi • Miqyas iqtisadiyyatları üçün daxili və xarici qənaətlərin olması ölkələrin bu cür sektorlarda ixtisaslaşmalarınına güclü təşviq yaradır. • Ölkə daxili bazarda istehlakçıların satın alacaqları çoxlu sayda maldan az miqdarda istehsal etmək əvəzinə miqyas iqtisadiyyatlarına sahib bir sıra sektorlar üzrə ixtisaslaşmaya gedər və ehtiyacı olan digər malları idxal edər. • Beləliklə, miqyas iqtisadiyyatları xərcləri aşağı salaraq, istehsal və zövqlər istiqamətində bir-birinə oxşar ölkələr arasında belə qazanclı xarici ticarət etmə imkanı yarada bilir.

  17. İnhisarçı rəqabət teoremi • Müasir dünyada ticarət eynicinsli deyil, fərqliləşdirilmiş malların alqı-satqısını əhatə edir. • Ancaq faktor təchizatı nəzəriyyəsi malların eynicinsli olduğunu qəbul edir.Eynicinslilik fərziyyəsi tam rəqabət fərziyyəsinin bir nəticəsidir. Bu halda ölkənin eyni malı həm ixrac, həm də idxal etməsi mümkün deyildir. • Ancaq həqiqi həyatda, xüsusilə sənaye mallarının böyük hissəsi eynicinsli deyildir.

  18. İnhisarçı rəqabət teoremi • Dünya ticarəti ənənəvi mənada sektorlararası ticarət formasında düşünülməsinə baxmayaraq, müasir dövrdə əksinə sektordaxili ticarət üstünlük təşkil etməkdədir. Sektordaxili ticarət iki istiqamətli ticarət kimi də ifadə olunur. • İnhisarçı rəqabət teoremi, sənaye malalrı üzərindəki iki istiqamətli ticarət fenomenini miqyas iqtisadiyyatları ilə izah edir.

  19. İnhisarçı rəqabət teoremi • Buna görə sənaye bölməsində firmalar əksərən miqyasa görə artan məhsuldarlıq şərtlərinə çalışırlar. Bunun təbii nəticəsi inhisarçı rəqabət bazarlarının meydana çıxmasıdır. Sənaye bölməsində az-çox bir-birindən fərqliləşdirilmiş mallar istehsal edən çoxlu sayda firma olması bunun göstəricisidir. • Miqyas iqtisadiyyatlarından faydalanma düşüncəsi hər firma və ya istehsal obyektini çoxlu sayda fərqli növ və ya tipdə mal istehsal etmək əvəzinə yalnız bir, ya da bir neçə növ üzərində istehsalı həyata keçirməyə məcbur edir.

  20. İnhisarçı rəqabət teoremi • İstehsal az sayda növ və ya stil üzərində toplandığı halda ixtisaslaşmaya gedilir, daha səmərəli maşın və avadanlıqlardan istifadə edilir və miqyas iqtisadiyyatlarından faydalanılır. • Beləliklə, ölkə göstərilən növün ixracatçısı statusuna daxil olduğu halda digər tipləri də xaricdən idxal edir.

  21. İnhisarçı rəqabət teoremi • Hekscher-Ohlin teoremi beynəlxalq ticarəti müqayisəli üstünlüklərə, ya da faktor təchizatındaki fərqliliklərlə izah edir. • Ancaq İnhisarçı rəqabət hipotezində sektor daxili ticarət mal fərqliləşdirilməsi və miqyas iqtisadiyyatları ilə izah edilməkdədir. • Buna görə, ölkələr arasındakı faktor təchizatları nə dərəcə fərqlidirsə, müqayisəli üstünlüklərə əsaslanan sektorlararası ticarət də o dərəcədə böyük olur.

  22. İnhisarçı rəqabət teoremi • Bu isə faktor təchizatı nəzəriyyəsi, ya da müqayisəli üstünlüklərin daha çox sənayeləşmişölkələrlə zəif inkişaf etmiş ölkələr arasındakı ticarəti izah etməkdə uğurlu olacağı mənasına gəlir. • Əksinə, inhisarçı rəqabət hipotezi də eyni faktor təchizatına malik sənayeləşmiş ölkələrin öz aralarında intensiv şəkildə reallaştırdıqları iki istiqamətli ticarəti şərh etməkdə istifadə edilə biləcək bir nəzəriyyədir.

  23. Daşınma xərcləri və xarici ticarət nəzəriyyəsi • Daşınma xərclərinin analizə daxil edilməsi halında xarici ticarətin baş verməsi ticarətdən öncəki iki ölkə arasındaki qiymət fərqinin daşınma məsrəflərindən böyük olmasına bağlıdır. Bu şərtə cavab verən mallara ticari mallar, cavab verməyənlərə isə qeyri-ticari mallar deyilir.

  24. Daşınma xərcləri və xarici ticarət nəzəriyyəsi • Daşınma xərcləri ticarətin həcminə təsir göstərir. • Yerləşmə yerlərinin seçiminə təsir edir. • Resursa meylli • Bazara meylli • Sərbəst sektorlar. • Sərhədd ticarətinin səbəbi də daşınma xərcləridir.

  25. Ekoloji standartlar və beynəlxalq ticarət nəzəriyyəsi • Ekoloji standartlar çirklənmə yaradan sənayelərin zəif inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkələrə ötürülməsilə nəticələnmişdir.

  26. Porterin beynəlxalq rəqabət üstünlüyü nəzəriyyəsi Harvard Business School, 1990

  27. Faktor şərtləri Tələb şərtləri Kənar və əlaqəli sektorlar Firma strategiyaları, struktur və rəqabət BEYNƏLXALQ RƏQABƏT ÜSTÜNLÜYÜ(10 ölkədə 100 sektorun tədqiqi) Porterə görə ölkənin hər hansı sektorunun beynəlxalq rəqabət üstünlüyü həmin sektorun innovasiya və yeniləşmə potensialından asılıdır. Bu isə aşağıdakı faktorlarla şərtlənir: (bura hökumət və şans da əlavə olunur)

  28. I. BEYNƏLXALQ RƏQABƏT ÜSTÜNLÜYÜNÜN DETERMİNANTLARI (Porter, 1990)

  29. II. BEYNƏLXALQ RƏQABƏT ÜSTÜNLÜYÜNÜN DETERMİNANTLARI(Porter, 1990) Şans Hökumət

  30. FAKTOR ŞƏRTLƏRİ Baza faktorlar Qazanılmış faktorlar Ölkə resursları (bol əmək resursları, təbii resurslar,iqlimvəsəth xüsusiyyətləri) Təhsil və innovasiyaya investisiyaların nəticəsi (əmək seqmentlərinin peşəkarlığı, texnoloji infrastruktur) Baza faktorlar ilkin istehsalı təmin edir, ancaq qazanılmış faktorlar rəqabət üstünlüyünü təmin edir

  31. TƏLƏB ŞƏRTLƏRİ Ev-bazar alıcılarının inkişaf səviyyəsi firmaları mövcud məhsul və texnologiyalarını təkmilləşdirməyə məcbur edir Bu bazarda bütün qrup kompaniyaların rəqabət qabiliyyətini artırır

  32. ƏLAQƏLİ VƏ YARDIMÇI SEKTORLAR Firmalar beynəlxalq rəqabət qabiliyyətli sektorlarda izolyasiyada olmurlar Yardımçı sektorlar cografi arealda iqtisadi fəaliyyətin “klaster”lərini formalaşdırır Hər sektor klasterdəki digər hər bir sektorun rəqabət qabiliyyətini möhkəmləndirir

  33. FİRMA STRATEGİYASI, STRUKTUR VƏ RƏQABƏT • Yüksək peşəkar menecerlər vacib şərtdir. Çünki firma strategiyaları firmanın rəqabət qabiliyyətliliyində aparıcı amillərdəndir. • Yerli sektorun strukturu və rəqabət xüsusiyyəti onun beynəlxalq rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə təsir edir.

  34. Modern baxış • İndi milli iqtisadiyyat ticarət bazarları vasitəsilə digər ölkələrlə dərin inteqrasiya yoluna düşmüşdür. • İndi heç bir yeganə, periferik ticarət sektoru yoxdur. • Ticarət sektorları milli iqtisadiyyatın digər sektorları ilə qaynayıb qarışmışdır. • Bazarlar artıq milli deyil, qlobaldır.

  35. Modern baxış Paul Krugman Krugman müasir xarici ticarət nəzəriyyəsinin liderlərindəndir. Həmçinin o bu peşənin liberal qanadında liderdir.

  36. Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005. • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, IX. Baskı, İstanbul, 2009.

More Related