1 / 5

« Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki jurnalının rubrikaları

“Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının redaksiya heyəti haqqında MƏLUMAT. Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının redaksiya heyətinin tərkibi:

jenny
Download Presentation

« Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki jurnalının rubrikaları

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının redaksiya heyəti haqqında MƏLUMAT Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının redaksiya heyətinin tərkibi: Baş redaktor: akademik S.F.Qarayev (Azərbaycan Dövlət Neft Akademiyasının rektoru). Baş redaktor müavini: professor R.Ə.Həsənov (Elm və texnika işləri üzrə prorektor). Məsul katib: g.m.e.n. M.M.İsmayılova Redaksiya heйяti: проф. В.Ш.Гурбанов (Tədris işləri üzrə prorektor), проф. Б.Я.Баьыров (“Neft-qaz mədən geologiyası” kafedrasının müdiri), проф. Т.Я.Сямядов (“Qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri), проф. Т.Ш.Салаватов (“Neft yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri), проф. C.İ.Mirzai (“Fiziki və analitik kimya” kafedrasının müdiri), проф. Ç.Ş.İbrahimov (“Kimya texnologiyasının mühəndis əsasları” kafedrasının müdiri), проф. R.S.Gurbanov (“Maşınların dinamikası və möhkəmliyi” kafedrasının müdiri), проф. S.M.Mustafayev (“Materialşünaslığın və materialların texnologiyası” kafedrasının əməkdaşı), проф. К.М.Абдуллайев (“İstilik energetikası” kafedrasının müdiri), проф. Ə.M.Guliyev (“Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası” kafedrasının müdiri), проф. K.R.Ayda-zadə (“Tətbiqi riyaziyyat” kafedrasının müdiri), проф. İ.R.Əfəndiyev (“İstehsalat proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri), проф. Н.Щ.Фярзаня (“Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəolunması” kafedrası­nın müdiri), проф. R.Q.Məmmədov (“İnformasiya-ölçmə və hesablama texnikası” kafedrasının müdiri), проф. N.Ə.Səlimova (“Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri), проф. M.C.Atakişiyev (“Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment”) проф. V.T.Novruzov (“Neft emalı və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri).

  2. “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının rubrikaları haqqında məlumat Geologiya Neft və qaz Kimya və kimya texnologiyası İqtisadiyyat və idarəetmə «Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki jurnalının rubrikaları Mexanika və maşınqayırma Ekologiya və təhlükəsizlik Energetika və enerji maşınqayırması Metrologiya və cihazqayırma İnformatika və avtomatika

  3. Jurnalın tarixi 1999-cu ildən başlayaraq ADNA-da Mətbuat və İnformasiya Nazirliyinin AV seriyalı, 022215 saylı, 28.10.1998-ci il tarixli lisenziyası əsasında «Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri» elmi-texniki jurnalı nəşr olunur. Jurnal ali texniki məktəblərin alimləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. İl ərzində jurnalın hər birində 100-110 səhifə olmaqla 6 sayının buraxılması nəzərdə tutulur, məqalələr isə Azərbaycan, rus və ingilis dillərində çap olunur. Jurnalın səhifələrində Azərbaycanın texniki və humanitar ali məktəblərində, elmi-tədqiqat mərkəzlərində və sənaye müəssisələrində aparılan elmi-tədqiqat işlərinin ən dəyərli nəticələri işıq üzü görmüşdür. JurnalSovetlər dövründə 40 ildən artıq bir müddətdə nəşr olunan “Neft və qaz” jurnalının “varisi” kimi səmərəli fəaliyyət göstərərək elm, təhsil və sənaye qurumlarının arasında yüksək nüfuzunu təsdiqləmişdir. Ildən-ilə jurnalla əməkdaşlıq edən təşkilatların və müəssisələrin sayı artır, dərc olunan elmi məqalələrin spektri isə genişlənir. Jurnalın Parisdə Beynəlxalq Standart Seriya Nömrələr Mərkəzində rəsmi qeydiyyatdan keçməsi və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyyə etdiyi elmi nəşrlər siyahısına daxil edilməsi də onun elmi ictimaiyyət arasında layiqli nüfuza malik olduğuna əlavə sübutdur. Ötən 14 il ərzində jurnalın 84 sayında 1050məqalə dərc olunmuşdur. 2012-ci ildən etibarən jurnalın mövzular siyahısına yeni rubrika – «Geologiya» rubrikası daxil edilmişdir. Bundan əlavə jurnalda ölkənin həyatında baş verən əlamətdar hadisələrə: ADNA-nın 90-illik yubileyinə, ümummilli liderimiz Heydər Əliyevin 90-illiyinə, akademik Musa Əliyevin 100-illik yubileyinə həsr olunmuş elmi-praktiki konfranslar haqqında məlumatlar dərc edilmişdir.

  4. “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” elmi-texniki jurnalının nəşrə təqdim edilən məqalələrin tərtib edilməsi üçünTƏLİMAT Məqalələrin mətnləri Times Nеw Roman-12 şrifti ilə (məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində Kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır. Hər bir məqalə yeni səhifədə verilməli və səhifənin yuxarısında dövri elmi nəşrin adını, ilini, cildini, sayını, məqalənin başlanğıc və son səhifələrini bildirən başlıq (заставка) olmalıdır. Məqalədə müəllif(lər)in işlədiyi və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt ünvan(lar)ı göstərilməlidir. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqaləninmövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqaləninsonunda verilən ədəbiyyatsiyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1, səh.119] kimiişarə olunmalı),ya da əlifbaardıcıllığı ilənömrələnməlidir. Eyni ədəbiyyatamətndə başqa bir yerdə təkrar istinad olunarsa,onda istinad olunan həmin ədəbiyyatəvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısındaverilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. Istinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraqverilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərək məqalənin, məruzəninvə ya tezisinadı göstərilməlidir. Məqaləninsonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrə üstünlük verilməlidir. Dərc olunduğu dildən əlavə,başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğungəlməlidir. Məqalədəmüəllifin və ya müəllifləringəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s.xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açarsözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir. Plagiatlıq faktı aşkar edilən məqalələri dərc edən dövri elmi nəşrlər Ali Attestasiya Komissiyası tərəfindən ciddi xəbərdarlıq edilir.

  5. İnformasiya sistemində jurnalın rolu Ölkəmizin bütün ali-texniki məktəbləri və bir sıra xarici institutlar və universitetlər jurnalda elmi əsərlərinin işıqlandırılması üçün müraciət edir, istehsalatda çalışan alim mütəxəssislər isə yeni işləmələrinin məhz bizim jurnalda çap olunmasını arzulayırlar. Jurnalın • alimlərin məlumatlılıq səviyyəsinin yüksəldilməsində; • ictimai-elmi proseslərin işıqlandırılmasında; • elmdə, sənayedə, istehsal sahələrində baş verən dəyişikliklərlə dolu informasiyaların ölkədən kənara ötürülməsində rolu böyükdür.

More Related