1 / 19

MÜHAZIRƏNIN MÖVZUSU: Baş nahiyəsinin cərrahi xəstəlikləri

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI. MÜHAZIRƏNIN MÖVZUSU: Baş nahiyəsinin cərrahi xəstəlikləri Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009.

jania
Download Presentation

MÜHAZIRƏNIN MÖVZUSU: Baş nahiyəsinin cərrahi xəstəlikləri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baş nahiyəsinin cərrahi xəstəlikləri Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • Baş nahiyəsinin cərrahi xəstəlikləri haqqında ümumi məlumatlar. • İtlərdə qulaq nahiyəsinin xəstəlikləri, qulaq seyvanında aparılan cərrahi əməliyyatlar. • Ağız boşluğu xəstəliklərinin etiologiyası, diaqnostikası, müalicə və profilaktikası. • Qulaq nahiyəsi xəstəliklərinin etiologiyası, diaqnostikası, müalicə və profilaktikası. • Göz xəstəliklərinin etiologiyası, diaqnostikası, müalicə və profilaktikası.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • T.B.İsgəndərov, F.N.Nəsibov- Xırda heyvanların xəstəlikləri. Bakı-2009. • А.В.Матвеев- Болезни собак и кошек. Нижный Новгород-1997. • А.Д.Белов- Болезни собак. Москва, Колос-1995.

  4. Baş nahiyyəsinin xəstəlikləri Yaralar • Yaralar açıq zədələnmələr olmaqla dərinin və selikli qişaların tamlığının pozulması ilə səciyyələnirlər. • Itlər və pişiklər təbiətcə çox hərəkətli olduqlarından onlarda travmalara digər heyvanlardan daha tez-tez rast gəlinir. Baş nahiyyəsində əsasən dodaqların yumşaq hissələrinin, yanaqların, burunun və gicgah nahiyyəsinin yaraları müşahidə edilir. Yaralar müxtəlif ölçüdə və formada olmaqla, kəsik, cırıq, deşik, əzik, dişlənmiş və odlu silah yaralarına bölünürlər. Bəzən yaralar ağız və burun boşluğuna nəzərən deşib keçən olurlar ki, bu zaman sümüklərin, ağız suyu vəzilərinin və sinirlərin tamlığının pozulması müşahidə olunur. • Etiologiya. Baş nahiyyəsindəki yaralar müxtəlif səbəblərdən ola bilər: odlu silahdan atəş açılarkən, dişlənmə nəticəsində, avtomobillə vurulduqda, iti və kəsici alətlərlə zərbə endirildikdə və s.

  5. Əlamətlər. Təzə kəsik yaralar (6-8 saat müddətində) adətən qanaxma ilə müşahidə olunur, yaranın kənarları şişkin və ağrılı olur. Yaralanmadan 2 sutka sonra yara qərtməklə və ya qurumuş eksudatla örtülür. Baş nahiyyəsinin əzik yaraları bəzən ümumi pozğunluqlarla və beyin silkələnmələri ilə də müşahidə oluna bilər. Əgər ağız boşluğunu deşib keçən yara mövcuddursa, onda heyvan qida qəbul edərkən və su içərkən yaradan yem və ya su tökülə bilər. Yaralanmadan bir neçə gün sonra isə yaradan çox pis iyli eksudat axır. • Ağız bucağının yaraları isə yem qəbulunu çətinləşdirir və ağız suyu ifrazını artırır. Bəzən ağız suyu qanlı olur. Belə yaraları vaxtında müalicə etmədikdə onlar dərin və gec sağalan çatlara çevrilirlər. • Baş nahiyyəsinin cırıq yaralarında yara kənarları sallaq və kələ-kötür olmaqla, bəzən sümük üstlüyü və ya sümüklər görünür. Bir neçə gün keçdikdə belə yaraların üzəri irinli-eksudatla örtülü olur, yara kənarları isə tünd qonur rəngdə olmaqla bəzən çürümə ilə səciyyələnir. • Üz sinirlərinin zədələnməsi ilə müşahidə olunan yaralarda kliniki əlamətlər çox müxtəlif olur. Məsələn, üz sinirinin ikitərəfli zədələnməsində qulaq seyvanı, göz qapağı, dodaq, yanaq, burun və yumşaq damaq əzələləri tamamilə tonusdan düşür. • Bu zaman qulaqlar və dodaqlar sallanır, yuxarı göz qapaqları aşağı düşür və burun deşikləri yarıörtülü vəziyyətdə olur. • Üz sinirinin birtərəfli travmasında isə qeyd olunan əlamətlər birtələfli olmaqla, üst dodağın sağlam tərəfə əyilməsi ilə müşahidə olunur.

  6. Diaqnoz. Yaralırn kliniki əlamətləri çox aydın olduğundan əlavə müayinə üsullarına ehtiyac qalmır. • Müalicə. Ilk yardım olaraq və mikroblarla çirklənmənin qarşısını almaq üçün əvvəlcə yara kənarları tük örtüyündən təmizlənməlidir. Bunun üçün əvvəlcə yaranın ağzına steril salfet qoyulmalıdır. Sonra yaranın kənarları 5%-li yodlu spirt məhlulu ilə işlənir. Qanaxmalar olduqda onu steril tamponların köməkliyi ilə və ya liqaturanın qoyulması ilə dayandırırlar. Güclü qanaxmalarda yodoform və kalsium –xlorid hopdurulmuş tamponlardan istifadə edilir. Çirkli yaraları sabunlu su; 1:1000-ə kalium hipermanqanat, 1:500-ə etakridin laktat, 1:5000-ə furasilin və ya 3%-li hidrogen peroksid məhlullarından biri ilə yumaq lazımdır. Bu məhlulları işlətdikdə səthi yaralar əlavə müalicə üsullarından istifadə etmədən sağalır. • Səthi yaraların müalicəsində aerozol preparatlardan da istifadə etmək olar. Bu məqsədlə «Kubatol», «Septoneks». Terramisin aerozol sprey və qlinsprey tətbiq edilir. Dərin yaralarda isə yara cərrahi olaraq işlənməlidir. Yəni təmizləndikdən sonra yara nahiyyəsi və yara kənarları sağlam toxumalaradək kəsilib götürülməli, antibiotik tozu (məsələn, trisillin) səpilməli və tikişlər qoyulmalıdır. Əgər müəyyən səbəblərə görə bunu etmək mümkün olmursa, onda yaraya ikincili tikişlər qoyulur.

  7. Yaralar birincili olaraq işləndikdən sonra, sintomisin və vişnevski linimentləri, Konkov, polivinilpirrolidon və yodvismutsulfanilamid məlhəmləri ilə də müalicə edilə bilər. • Irinli yaralar zamanı yara diqqətlə 3%-li hidrogen peroksid məhlulu ilə yuyulmalı, ölü toxumalar kəsilib atılmalı, cibciklər kəsilməli, yara nahiyyəsi steril tamponlarla qurudulduqdan sonra onun ətrafına və altına antibiotiklərlə qarışdırılmış novokain inyeksiyası tətbiq edilməlidir. • Yara kənarları həddən artıq aralı və ya düzgün olmadıqda gərginliyi azaldan tikişlərdən və plastiki əməliyyatlardan istifadə olunur. Bu hallarda müalicə kompleks aparılmalıdır. Yəni fizioterapiya üsulları, novokain blokadaları, antibiotiklər, vitaminlər və cərrahi üsullar birgə tətbiq edilməlidir. • Periferik sinirlər zədələndikdə sinir boyu aşağıdakı tərkibdə məlhəm çəkilərək massaj edilir: kamfora-15,0 q; natrium xlorid -50,0 q; etil spirti-300,0 ml. Həmçinin, bu nahiyyədə dərialtı olaraq, bir neçə nöqtədə 0,001-0,003 q strixnin və ya veratrin inyeksiya edilməlidir. Bu preparatları 10 gün müddətində əvvəlcə artan, sonra isə azalan doza ilə vururlar.

  8. QULAQ NAHIYYƏSININ XƏSTƏLIKLƏRIHematoma • Qulağın dərialtı nahiyyəsində qanın toplanması nəticəsində yaranır. • Etiologiya. Qulaqda hematomalar əsasən mexaniki təsirlər nəticəsində baş verir. Məsələn, vurulduqda, sıxıldıqda, dişləndikdə və s. • Əlamətlər. Hematomalar əksər hallarda qulaq seyvanının daxili səthində əmələ gəlir. Çünki, ön qulaq arteriyası qulaq seyvanının daxili səthində yerləşir və travma zamanı orada qanaxma baş verir. Bəzən qulaq seyvanının xarici səthində də hematoma əmələ gəlir. Bu halda qulaq qığırdağının üzərində yerləşən daxili qulaq arteriyası travmaya məruz qalır. • Hematoma əmələ gəldikdə qulaq seyvanı böyüyür, qalınlaşır, aşağı sallanır və əllə yoxladıqda yerli hərarətin artması müşahidə edilir. Qulaq seyvanının daxili və ya xarici səthində ağrılı və flüktuasiya edən məhdud formalı şişkinlik yaranır.

  9. Belə olduqda itlər pə pişiklər tez-tez başlarını silkələyir, pəncələri ilə qulaqlarını qaşımağa çalışırlar. 2-3 sutka keçdikdən sonra, qulaq seyvanını palpasiya etdikdə, ağrı reaksiyası, krepitasiya və iltihab müşahidə edilir. Proses xroniki hala keçdikdə hematoma birləşdirici toxumaya çevrilir, qulaq seyvanı qalınlaşır və bəzən də əyilir. • Qulaq seyvanında iri hematoma yaranarsa iltihabi proses nəticəsində qulaq qığırdağı nekrosa uğraya bilər. • Diaqnoz. Qulaq seyvanının hematomasına diaqnoz kliniki əlamətlərə əsasən qoyulur. Diaqnozu dəqiqləşdirmək üçün hematoma nahiyyəsi punksiya edilir və orada qanın yığılması dəqiqləşdirilir.

  10. Mualicə. Təzə hematomalarda (48 saata qədər) qulaq seyvanlarını ənsə nahiyyəsinə tərəf çevirərək buz qoyub möhkəm sarıyırlar, belə sarğını gündə bir dəfə dəyişmək lazım gəlir. Hematoma köhnə olduqda, yəni 2-3 sutka keçdikdə isti sarğılar qoymaq və qıcıqlandırıcı məlhəmlərdən istifadə etmək lazımdır. Bu tədbirləri həyata keçirdikdə 2 həftə Müddətində dəri altına yığılmış qan sorulur. Vaxtında müalicə tədbirləri aparmadıqda hematoma nahiyyəsində iltihab başlayır. Belə olduqda iri diametrli iynə vasitəsilə hematomanın içərisi boşaldılmalı və oraya 0,5%-li novokainDə həll edilmiş antibiotiklər və hidrokortizon yeridilməlidir. Bundan sonra qulaq seyvanlarına, amputasiyada olduğu kimi ənsə nahiyyəsinə tərəf çevrilmiş vəziyyətdə sarğı qoyulmalıdır. • Belə sarğını 4 günədək saxlamaq mümkündür. Bütün bunlarla yanaşı əzələ içi olaraq vikasol da tətbiq etmək olar. Qeyd edilən bu tədbirlər, yəni konservativ üsullar kömək etmədikdə cərrahi əməliyyat aparılır. Əməliyyat ümumi anesteziya altında aparılaraq, qulaq seyvanının daxili səthində «S»-vari kəsiş aparılır. Kəsişin uzunluğu 1-3 sm olmaqla, oradan laxtalanmış qan kütləsi (fibrin) azad edilir və dəriyə fasiləli tikişlər qoyulur. Tikişlər 9-20 gündən sonra sökülməlidir və belə olduqda qulaq seyvanında qalınlaşma və ya əyilmə müşahidə edilmir.

  11. Qulaq seyvanının nekrozu • Qulaq qığırdağının ölmüş toxumalara çevrilməsinə qulaq seyvanının nekrozu deyilir. • Etiologiyası. Qulaq seyvanının nekrozu uzun müddət qulağın sıxılması, ətraf toxumalardan infeksiyanın keçməsi, mürəkkəbləşmiş hematoma və limfoekstravazatlar və həmçinin abseslər nəticəsində baş verə bilər. • Əlamətlər. Qulaq seyvanında irinli iltihablar yarandıqda, lazımi müalicə tədbirləri aparılmazsa, irin ocaqları öz-özünə açılır, dəri nekrozlaşır və çoxlu sayda xoralar əmələ gəlir. Bunun nəticəsində qulaq qığırdağı lütləşir, qonuru-qara rəngə çevrilir və qığırdaqda çürümə başlayır. Zədələnmiş nahiyyədən çox pis və kəskin iy gəlir, qulaq seyvanı deformasiyaya uğrayır. • Müalicəsi ancaq cərrahi yolla aparılır. Qulaq seyvanının nekrozlaşmış hissəsi və ya bütövlükdə seyvan amputasiya edilir.

  12. Xarici qulağın iltihabı • Xarici qulağın iltihabı bütün cins it və pişiklərdə rast gəlinir, ancaq əksər hallarda qulağı uzun cinslərdə müşahidə edilir. • Iltihab prosesi iti və xroniki gedişə malik olmaqla, qulaq seyvanının dəri nahiyyəsini və xarici qulaq keçidini əhatə edir. • Etiologiya. Xarici qulaqda iltihabın baş vermə səbəbləri aşağıdakılar-dır: xarici qulaq keçidinin həddən artıq çirklənməsi, bu nahiyyədə tüklərin uzanması, hematoma və limfoekstravazatın əmələ gəlməsi, yabançı cism-lərin, parazitlərin və soyuq suyun düşməsi, həmçinin dəri xəstəlikləridir.

  13. Əlamətlər. Xəstə heyvanlar pəncələri ilə qulaqlarını qaşımağa və başlarını silkələməyə çalışırlar, yemdən imtina edirlər və süst vəziyyətdə olurlar. Əl ilə onların qulağına toxunduqda güclü narahatlıq və ağrı reaksiyası baş verir. Qulaq keçidinə diqqətlə baxdıqda orada hiperemiya və xoşagəlməz iyli tund-qonur rəngli eksudat görmək olur. Bəzən xarici qulaq keçidi çoxlu sayda xoralarla müşahidə edilir. Xəstəliyin xroniki gedişində qulaq keçidində sklerozlaşma və qalınlaşma baş verir ki, bunun da nəticəsində keçid daralır. • Müalicə. Əvvəlcə xarici qulaq keçidi tüklərdən, çirkdən və eksudatdan azad edilməlidir. Bu məqsədlə, isti halda, 3%-li hidrogen peroksid, 2%-li bor turşusu və 1:5000-ə furasilin məhlullarından istifadə edilir. Sonra zədə nahiyyəsi diqqətlə qurulanmalı və oraya prednizalon, 2-3%-li gümüş nitrat və ya 1-2%-li yodoformlu efir məlhəmlərindən biri çəkilməlidir. Xarici qulaq yolunun yuyulması üçün 0,5%-li novokain məhlulunda həll edilmiş penisillindən də istifadə etmək olar.

  14. Stomatit • Stomatit ağız boşluğunun selikli qişasının iltihabına deyilir. Toxumaların zədələnmə xarakterinə görə, stomatitlər kataral, vezikulyar və xoralı formalı; əmələ gəlmə səbəblərinə görə isə birincili və ikincili ola bilər. Ağızın selikli qişasının məhdud zədələrində iltihabı prosesin adı orqana uyğunlaşdırılır. Məsələn, damağın selikli qişasının iltihabı –qinqvinit, dilinki isə –qlossit adlanır. • Etiologiya. Birincili stomatilər mexaniki zədələnmələrdə (qaba yemlə, sümüklə, təsadüfi cismlərlə, düzgün yeyilməyən dişlərlə və s.) və termiki qıcıqlayıcı maddələrin (türşülar, qələvilər, ağır metal duzları və s.) təsiri nəticəsində yaranır. Ikincili stomatitlər əsasən avitaminozlarda və infeksion xəstəliklərdə müşahidə edilir. Vezikulyar stomatit isə bəzi göbələklərin toksiki təsirindən baş verir. • Əlamətlər. Stomatitlər zamanı heyvanın yem qəbulu və çeynəmə aktı ağrılı olduğundan həzm prosesi pozulur. Itlərdə və pişiklərdə iştaha azalır, yem qəbulu və çeynəmə çətinləşir, ağız suyu ifrazı artır (ağız suyu yerə tökülərək itirilir). Kataral stomatit və qlossitdə ağızın və dilin selikli qişası şişkin və hiperemiyalı olur, dilin üzəri boz-ağ rəngli ərplə örtülür. Vezikulyar stomatit və qlossitdə isə selikli qişanın üzərində içərisi seroz maye ilə dolu, müxtəlif ölçülü qabarcıqlar əmələ gəlir. Xoralı stomatit və qlossitlər müxtəlif formalı iltihabi proseslərin, nekrozun və toxumaların parçalanmasının səbəbi ola bilər.

  15. Birincili kataral və ya digər stomatit və qlossitlərdə xəstə heyvanın vəziyyəti qənaətbəxş, bədən hərarəti normal olur. Ikincili stomatit və qlossitlərdə isə heyvanın vəziyyəti əsas xəstəliyin gedişindən asılıdır. Belə ki, əsas xəstəlik iti və ya xroniki gedişə malik ola bilər. • Diaqnoz. Kliniki əlamətlərə əsasən qoyulur. • Müalicə. Ilk öncə xəstəliyin səbəbini araşdırıb, heyvana duru yemlər və təmiz su vermək tələb olunur. Ağızın və dilin selikli qişasını, hər yemləmədən sonra, büzüşdürücü və dezinfeksiyaedici məhlullarla yuyurlar. Bu məqsədlə 0,01-0,1%-li kalium hipermanqanat və etakridin laktat, 0,1-1%-li zəy məhlulu və s. işlədilir. Selikli qişada yaralar və ya xoralar olduqda, onları 5%-li yodun spirtdə məhlulu, 1:5 və ya 1:10 yod qliserin qarışığı və Lüqol məhlulu ilə işləyirlər. • Stomatit və qlossitlərin səbəbi düzgün yeyilməyən və ya iti dişlər olduqda, həmin dişləri yonmaq və yaxud tamamilə çıxarmaq lazım gəlir.

  16. Konyunktivit • Konyunktivit gözün selikli qişasının (konyunktivanın) iltihabına deyilir. Konyunktivit müstəqil xəstəlik və əksər hallarda isə digər xəstəliklərin simptomu kimi özünü biruzə verir. • Etiologiya. Konyunktivitlərin əsas əmələ gəlmə səbəbləri aşağıda-kılardır: mexaniki, kimyəvi, şüalandırıcı qıcıqlar, infeksion və invazion xəstəliklər, konyunktiva kisəsinə qazların təsiri, irintörədici mikroflora və iltihabi prosesin ətraf toxumalardan konyunktivaya keçməsi. • Qeyd edilən amillərin təsiri nəticəsində müxtəlif formaya və gedişə malik konyunktivitlər yaranır. • Əlamətləri. Kliniki gedişinə görə konyunktivitlər çox müxtəlifdir: • a)Iti gedişli kataral konyunktivit. Bu xəstəlikdə əsasən səthi toxumalar zədələnir. Konyunktivada şişkinlik, serozlu və ya selikli- serozlu axıntı müşahidə edilir. Iltihab prosesi adətən, 2-3 həftə davam edərək sağalma ilə nəticələnir. Bəzən xroniki formaya keçir.

  17. b)Xroniki kataral konyunktivitdə iti gedişlidən fərqli olaraq kliniki əlamətlər çox da qabarıq görünmür. Zəif hiperemiya və infiltrasiya, serozlu və ya selikli- serozlu axıntı müşahidə olunur. Xəstəlik uzunmüddətli gedişə malik olmaqla, gözün medial bucağında tüklər tökülərək ekzema əmələ gəlir. • c)Irinli konyunktivit əksər hallarda hər iki gözdə müşahidə edilir. Heyvanda ümumi zəiflik, qorxu, yerli hərarətin yüksəlməsi, işıqdanqorxma və blefarospazm kimi əlamətlər görünür. • Irinli axıntı xəstəliyin başlanğıcında duru, sonra isə qatı və ağımsov –sarı rəngdə olur. Konyunktivada güclü qızartı və şişkinlik yaranır, bəzən göz yarığından xaricə çıxır. Vaxtında müalicə tədbirləri aparılmadıqda irinli konyunktivit gözün buynuzlu qişasına da keçə bilir. • ç)Parenximatoz konyunktivitdə konyunktiva ilə yanaşı subkonyunk-tival toxuma da prosesə cəlb olunur, fleqmanozlu konyunktivitə oxşar gedişə malik olur. Belə gedişdə hər iki göz qapağının və konyunktivanın güclü şişməsi müşahidə edilir. Göz qapağından kənara çıxmış konyunktiva quru və parlaq olur. Ona azacıq toxunduqda qanaxma baş verir. Proses dərinləşdikdə, yəni ağır gedişə malik olduqda konyunktivanın böyük bir hissəsi nekrozlaşır.

  18. d)Follikulyar konyunktivit xroniki iltihabi prosesdir. Üçüncü göz qapağının daxili səthindəki limfa follikulları prosesə cəlb olunaraq iltihab yaranır. Xəstəlik uzunmüddətli gedişə malik olur. Dərinləşdikdə blefo-rospazm və konyunktiva kisəsindən serozlu –selikli, sonra isə irinli axıntı ilə özünü biruzə verir. Göz qapaqları yarıörtülü vəziyyətdə olmaqla, onların kənarları bir qədər çevrilmiş olur. Üçüncü göz qapağının daxili səthində, al-qırmızı rəngli follikullardan ibarət yığıntı müşahidə edilir. • Diaqnoz kliniki əlamətlərə əsasən qoyulur. • Müalicə. Bütün növ konyunktivitlərdə gözləri 1:5000-ə kalium hipermanqanat, 1:1000-ə etakridin laktat və 1:5000-ə furasilin məhlulları ilə yumşaq məsləhət görülür. • Iti gedişli kataral konyunktivitdə yerli olaraq aşağıdakı preparatların sulu məhlulları tətbiq edilir: 0,25%-li levomisetin, 1%-li kanamisin, 10, 20 və 30%-li albusid (sulfasil natrium), sofradeks. Bu preparatları damcı şəklində, gündə 4-5 dəfə olmaqla 2-3 damcı tətbiq edirlər. Həmçinin, tərkibində antibiotiklər olan göz məlhəmlərindən gündə 2-3 dəfə, sulfanilamid və ya kanamisin hopdurulmuş xüsusi göz sarğılarından isə günaşırı istifadə edilir. • Konyunktivada həddən artıq şişkinlik olarsa, onun sklerasının altına 1 ml 0,5%-li novokain və 0,1- 0,2 ml hidrokartizon qarışığı yeridilir.

  19. Xroniki kataral konyunktivitdə sutkada 3-4 dəfə 0,5%-li sink- sulfat, 0,5-1%-li gümüş-nitrat məhlullarını damcı şəklində tətbiq edərək, üzərinə gündə 1-2 dəfə 1%-li sarı- civə məlhəmi qoyulur. Həmçinin, bəzi toxuma preparatlarından, şüşəyəbənzər cismdən, plasentadan və peloyoddis-tilyatdan da istifadə etmək olar. • Irinli və fleqmonozlu konyunktivitlərdə ümumi və yerli müalicə üsulları tətbiq edilir. • Əvvəlcə konyunktiva kisəsi gündə 2-3 dəfə olmaqla 3%-li bor turşusu məhlulu ilə yuyulur. Sonra alt göz qapağının içərisinə 5-10%-li sintomisin- emulsiyası, oletetrin, tetrasiklin, xlortetrasiklin və ya ditetrasiklin məlhəmlərindən birini tətbiq edirlər. Xroniki kataral konyunktivitdə işlədilən, novokain –hidrokartizon qarışığına, 10000- 20000 t.v. kanamisin və ya 0,5 ml gentamisin əlavə edərək, 4-5 günlük fasilə ilə subkonyunktival olaraq inyeksiya edirlər. Yaxşı olar ki, yerli müalicə tədbirləri Avrorov üsulu ilə aparılan retrobulbar novokain blokadası ilə birgə aparılsın. Əzələiçi, olaraq antibiotiklər, daxilə isə sulfanilamid preparatları tətbiq edirlər. • Follikulyar konyunktivitdə 3-5 dəqiqə fasilə ilə 2 dəfə, 2-3 damcı olmaqla, 2%-li lidokain –hidroxlorid tətbiq edərək, konyunktiva kisəsi keyidilir. Tam keyitmə alındıqdan və heyvan təsbit edildikdən sonra, üçüncü göz qapağını iki cərrahi pinsetlə yuxarı qaldıraraq aşağı çəkib xaricə çevirirlər. Sonra oraya gümüş-nitrat tətbiq edirlər və dərhal fizioloji məhlulla yuyurlar. Əməliyyat sahəsini sintomisin emulsiyası ilə örtürlər. Sonrakı 2-3 gün müddətində konyunktiva kisəsini gündə 2-3 dəfə 3%-li bor turşusu məhlulu ilə yuyaraq üzərinə göz məlhəmləri çəkirlər.

More Related