Mühazirə 5 Hipotireoz. Eutiroidli ur. Düyünlü ur. - PowerPoint PPT Presentation

m hazir 5 hipotireoz eutiroidli ur d y nl ur n.
Download
Skip this Video
Loading SlideShow in 5 Seconds..
Mühazirə 5 Hipotireoz. Eutiroidli ur. Düyünlü ur. PowerPoint Presentation
Download Presentation
Mühazirə 5 Hipotireoz. Eutiroidli ur. Düyünlü ur.

play fullscreen
1 / 36
Mühazirə 5 Hipotireoz. Eutiroidli ur. Düyünlü ur.
1152 Views
Download Presentation
jacqui
Download Presentation

Mühazirə 5 Hipotireoz. Eutiroidli ur. Düyünlü ur.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Presentation Transcript

  1. Mühazirə 5Hipotireoz. Eutiroidli ur.Düyünlü ur. Ə.Z.İbrahimov

  2. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi , T3 və T4 produksiyasının azalması- hipotireoz klinik sindromunu təşkil edir. Hipotireoz

  3. qadın kişi Subklinik və manifest Hipotireozun yayılması(Kolorado tədgiqatı, n=25862) Canaris G.J., et al, 2000

  4. 1. Birincili hipotireoz Qalxanabənzər vəzi toxunasının zədələnməsi və fəaliyyətinin pozulması T3 T4 çatışmazlığına gətirir ( TRH+, TSH+, T3 və T4-) Hipotireozun təsnifatı 2. İkincili hipotireoz Hipofizin TSH produksiyasının pozulması (TRH+, TSH-, T3 və T4-) 3. Üçüncülü hipotireoz Hipotalamusun Tiroliberin produksiyasının pozulması (TRH-, TSH-, T3 və T4 - )

  5. Birincili hipotireozun təsnifatı Subklinik Hipotireoz (simptomsuz)TSH SərbəstТ4 –normada Qeyri spesifik simptomlar rast gəlir Manifest hipotireoz TSH Hipotireoza xas əlamətlərSərbəst T4  Ağır hipotireozTSH Ağır fəsadlarSərbəst Т4 (Miokardiodistrofiya, hidroperikard, Hidrotoraks)

  6. Autoimmun tiroidit a.Hipertrofik forma b.Atrofik forma Birincili Hipotireozun etiologiyası Yatrogen hipotireoz a.Vəzin rezeksiyası b.I-131 radioaktiv terapiya Digər səbəblər

  7. Hipotireozun patogenezi • Oksigen sərfi, istilik törənişi və istilik mübadiləsi azalır. • Zülal sintezi pozulur, zülalın dağılması məhsulları orqanizmda toplanır. • Yağ mübadiləsi pozulur,xolesterinin konsentrasiyası qanda yüksəlir, dislipidemiya qeyd olunur • Karbohidrat mübadiləsi pozulur, hipoglikemiyaya meyl yaranır • Beyin toxumasında mübadilə prosesləri ləngiyir, bir çox hormonların biosintesi azalır. • Dəri, dərialtı toxumada, orqanlarda musinoz maddələr toplanılır, su yığılır və selikli ödem yaranır. Hipotireozun ağır formasında musinoz maye perikard, plevra qarın boşluqlarında toplanır.

  8. Şikayətlər • Yaddaşın zəifləməsi, pozulması • Yuxululuq, hərəkətsizlik • Soyuğa davamsızlıq • Ödem • Çəkinin artması • Dərinin quruması • Saçların tökülməsi • Qəbizlik Hipotireoz

  9. Depressiya Diqqətin yayılması Ümumi marağın azalması Uşağın əqli inkişafının pozulması Xolesterol, Triqliseridlərin ASL artması Ürək yığılmalarının azalması, Diastolik hipertenziya, Miokardın diastolik disfunksiyası Qəbizlik, bağırsağın, öd yollarının diskineziyası Filtrasiyanın azalması, Ödem Sonsuzluq, menstrual pozğunluq Hipotireozun klinik mənzərəsi

  10. Qastroenteroloji: qəbizlik, öd yollarının diskineziyası, öd daşı xəstəliyi, xronik hepatit («sarılıq» və transaminazaların yüksəlməsi) Revmatoloji: poliartrit,poliserozit,proqres-sivləşən osteoartroz Dermatoloji: alopesiya,hiperkeratoz,onixol-iz Hipotireozun maskaları Psixoloji: depressiya, demensiya Ginekoloji: disfunksional metroragiyalar, sonsuzluq Kardioloji: diastolik hipertenziya, dislipidemiya, hidroperikard

  11. Anadangəlmə hipotireoz Tiroid hormonlarının biosintezinin genetik pozulması, vəzin inkişafında anadangəlmə qüsurlar, yod çatışmazlığı

  12. Anadangəlmə hipotireoz Doğuşdan sonraki ilk həftə ərzində bütün anadan olan uşaqlarda TSH və sərbəst T4 skrining yoxlaması olunmalıdır.

  13. Anadangəlmə hipotireoz

  14. -uşaq və yeniyetmələrdə olur. • -Anti TG, Anti TPO titrləri yüksəlir • xarakterik US mənzərəsi olur( strukturanın heterogenliyi, əks-sədalılığın azalması). • -Yuvenil AİT spontan sağalır və ya xronik formaya keçib hipotireozla nəticələnir. Yuvenil AİT

  15. Yuvenil AİT

  16. Doğuşdan sonrakı tireoidit • -Doğuşdan birinci il ərzində yaranır. • 5-9% qadınlarda qeyd edilir (Tip1 ŞD xəstə qadınlarda tiroiditin rastgəlmə tezliyi 3 dəfə artir). • Autoimmun mənşəlli xəstəlikdir, fazalı gedişə malikdir. • -Mülayim tireotoksikoz fazası tranzitor hipotireoz fazasına keçir və spontan remissiya eutiroid vəziyyətin bərpası ilə yekünlaşir.

  17. Doğuşdan sonrakı tireoidit • Doğuşdan sonrakı tireoidit 6-8 ay davam edir. • Növbəti hamiləliklərdə Doğuşdan sonrakı tireoiditin residivi 70% təşkil edir. • 1-ci trimestrdəAntiTPO anticisimlərin yüksəlməsi Doğuşdan sonrakı tireoiditin riskini 50% artırır • AntiTPO nun 3-trimestrdə olması Doğuşdan sonrakı tireoiditin yaranma riskini 80% artırır. • Klinik simptomların qabarıq olmaması, bir çox hallarda, Doğuşdan sonrakı tireoiditin diaqnozunu vaxtında təyin olunmasına imkan vermir • Zahının ümumi halsızlığını səhfən başqa səbəblərlə izah etməyə çalışırlar. • Hipotireoz 20-30% halda inkişaf edir

  18. Yarımkəskin tireoidit (De Kerven tiroiditi) -virus mənşəlli xəstəlikdir - qranulomatoz tiroidit, qiqanthüceyrəli tiroidit kimi də tanınır.

  19. Yarımkəskin tireoidit (De Kerven tiroiditi) • Yarımkəskin tiroiditdə funksional pozğunluqlar fazalı olur. • - Kəskin destruktiv mərhələdə əvvəllər sintez olunmuş tiroid hormonları və tireoqlobulin çoxlu miqdarda qana atılır. • -Sonralar, sərbəst T3 və T4 sintezi pozulur , ehtiyat imkanları tükənir, qanda T3, T4 miqdarı azalır, TSH qana atımı artır. Həmin mərhələdə yüngül hipotireoz əlamətləri (süstlük, yuxululuq, dərinin quruluğu) meydana çıxır. • Yarımkəskin tiroidit 4-8 aydan sonra spontan keçir, bəzən residivləşir, lakin, davamlı hipotireoz nadir hallarda rast gəlir

  20. Autoimmun tireoidit (AİT) -palpasiyada qalxanvari vəzin konsistensiyası bərk-elastik, böyümüş, səthi heterogen olur. -Diffuz toksiki urla differensial diaqnostikada USM və Anti TPO, Anti TG anticisimlərin konsentrasiyası nəzərə alınır. - QV USM-toxumanın US strukturası heterogen olur, əks sədalılığı azalır. TSH təyini QV funksional vəziyyətini qiymətləndirməyə imkan verir

  21. -kəskin yod çatışmazlığı hallarında inkişaf edir, buda yod qəbulunun sutkada 20 mkq az olduğunda qeyd edilir. • Yüngül və mülayim yod çatışmazlığı regionlarında yoddefisitli hipotireozun yaranmasi ehtimalı azdır, hamiləlik dövründə tiroksinin aktiv plasentar deyodlaşması və yodun boyrək klirensinin artması ilə əlaqədar olaraq nisbi qestasion hipotiroksinemiyanın yaranması mümkündür. • normal yod qəbulu fonunda hamiləlik zamanı T4 produksiyası 30-50 % artmalıdır. • yod çatımazlığı fonunda bu mümkün olmadığında nisbi qestasion hipotiroksinemiya qeyd olunur. • -Qestasion hipotiroksinemiyauşağın əqli inkişafına təsir ğöstərir.Hamiləlik dövründə sutkada əlavə 200 mkq yod qəbul etmək məsləhət olunur. Yoddefisitli hipotireoz

  22. -Postoperasion hipotireoz -Hemistrumektomiyadan sonra ilk aylarda tranzitor hipotireoz yarana bilər. -Əməliyyatdan 4-6 ay sonra davamlı hipotireozun yaranması haqda fikir söyləmək mümkündür. Yatrogen hipotireoz

  23. Şua terapiyasından sonrakı hipotireoz. Radioaktiv yodla aparılan müalicədən sonra hipotireozun yaranması gözlənılən haldır. Hipotireozun yaranması radioaktiv yodun dozasından asılıdır.Birdəfəlik dozanın verilməsindən sonrakı hipotireoz xüsusən kardial patologiyası olan və tireostatiklərin qəbulundan yaranan leykopeniya və aqranulositoz müşayət olan xəstələrdə arzu olunan halldır. Şualanmadan sonra tireotoksikozun residivi belə xəstələrdə ürək-damar fəsadlarına gətirə bilər. Yod-131 lə müalicədən sonra birinci aylarda yaranan hipotireoz tranzitor xarakterli ola bilər. Davamlı hipotireozun şua terapiyasından sonra yaranması haqqında fikiri 6 aydan sonra söyləmək mümkündür. Yatrogen hipotireoz

  24. Dərman hipotireozu. Tireostatiklərin qəbulundan yaranan hipotireoz-imidazol törəmələri (tirozol, tiamazol, merkazolil), propiltiourasil (propisil). Diffuz toksiki urun müalicəsində tireostatiklərlə, xüsusən,endokrin oftalmopatiyalı xəstələrdə “blokadaya al və əvəz et” sxeminə əsasən tiroid hormonların sintezini inhibə etmək və əlavə tiroid hormonlarını təyin etmək lazımdır. Psixiatriyada maniakal-depressiv vəziyyətlərin müalicəsində litium preparatlarından istifadə olunur. Həmin preparatlar psixotrop təsirdən əlavə QV adenilatsiklaz sistemini blokadaya almaqla onun fəaliyyətini zəiflədirlər və urun inkişafına təkan verirlər.Amiodaroninduksiyalı hipotireoz. Sitokinininduksiyalı hipotireoz. Yatrogen hipotireoz

  25. Manifest hipotireoz TSH + Sərbəst T4 - Subklinik hipotireoz TSH+ Sərbəst T4 normada Hipotireozun hormonal diaqnostikası

  26. Subklinik hipotireozda adi klinik simptomlar tapılmır. Müxtəlif orqan və sistemlərin pozulması qeyd oluna bilər.Subklinik hipotireozu olan xəstələr depressiyada olurlar və antidepressantlarla müalicə gözlənilən effekti vermir.Subklinik hipotireozda psixoloji testlərin nəticələrinə görə xəstələrdə yaddaşın zəifləməsi, diqqətin yayınması, qavrama qabiliyyətinin azalması, yuxunun pozulması, emosional lyabillik muşahidə olunur. ÜİX və erkən ateroskleroz subklinik hipotireozda hiperxolisterinemiya və yanaşı gedən arterial hipertenziya fonunda inkişaf edir. Manifest hipotireozda olduğu kimi subklinik hipotireozda da hiperprolaktinemiya qeyd edilir, bunun nəticəsində menstrual funksiya pozulur, amenoreya, sonsuzluq qeyd edilir və süni mayalanma nəticəsiz olur. Subklinik hipotireoz 4-8 ildən sonra 20-50% xəstələrdə manifest formaya keçir. Subklinik hipotireoz

  27. Nuriyeva Nəzakət, 32 yaş • Əsas şikayəti- tutmaşəkilli ürəkdöyünmələri. • 12.01.2008 ExoKG- Norma • 12.01.2008 Hormonal müayinə-TSH -9,8 mİU/ml (0,3-6,2), T4-12,0 mkq/dl (4,2-12), T3-2,5 ng/ml (0,52-1,85) • 28.01.2008 USM-Çox düyünlü ur. • 28.02.2008 EKG- Paroksizmal supraventrikulyar taxikardiya • 05.03.2008 EKG-Sinus ritmi.Normal EKG • 05.03.2008 Təkrar hormonal müayinə- TSH 10.3mİU/ml(0,49-4,67), Sərbəst T4 norma, sərbəst T3-norma • 06.03.2008 Endokrinoloqun konsultasiyası-Diaqnoz-...

  28. Diaqnoz: • Subklinik hipotireoz. Çoxdüyünlü ur. Paroksizmal supraventrikulyar taxikardiya. • MÜALİCƏ- Euthyrox-50mkq Metoprolol-50 mq

  29. Hipotireozun müalicəsi Hipotireozun bütün formalarında levotiroksinlə əvəzedici hormonal terapiya təyin olunmalıdır Klinik remissiya və laborator kompensasiya hipotireozun müalicəsinin məqsədidir.

  30. Yüksək dəqiqliklə dozalanmış müasir levotiroksin preparatları: Eutiroks Baqotiroks L-tiroksin 25, 50, 100, 150 mkq Hipotireozun müalicəsi

  31. Birincili hipotireozun əvəzedici terapiyası • Levotiroksin – 1,6-,1.8 mkq /kq bədən çəkisinə hər gün səhər 30 dəqiqə yeməkdən əvvəl təyin olunur • Qadınlar üçün əvəzedici sutkalıq doza təxminən 100mkq, kişilər üçün – 150 mkq • Yaşlı xəstələrdə başlanğıc doza 12,5 mkq/sut, hemodinamikaya nəzarət etməklə doza tədricən artırılır • Levotiroksinin adekvat dozası TSH qanda 0,5 – 2 mİU/ml intervalında saxlamalıdır • Xəstənin dozasını təyin edən müddətdə TSH qanda ayda bir dəfə yoxlanmalıdır, doza seçiləndən sonra – 6 aydan bir TSH nəzarət olunmalıdır

  32. Müalicədən əvvəlMüalicədən sonra

  33. Kirli boyun • Dirsək nahiyyəsində hiperkeratoz

  34. Dirsək nahiyyəsində hiperkeratoz • Miksedematoz ödem və “akromeqaliya”

  35. Levotiroksin təsirinə görə təbii tiroksinə tam uyğundur • Peroral qəbulda levotiroksinin 80% çoxu nazik bağırsağdan sovrulur • Yanaşı təsiri qeyd olunmur • TSH in qanda konsentrasiyası hipotireozun son 2-3 ay ərzindəki kompensasiya kriteriyasıdır